Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əl-Məsəd (Əl-Ləhəb) Surəsi, Ayə 1
تَبَّتْ يَدَآ أَبِى لَهَبٍۢ وَتَبَّ
﴿1﴾
Mişkini Tərcüməsi:
Əbu Ləhəbin hər iki əli kəsilsin, ziyana uğrasın və ölüm olsun ona!
2
Əl-Məsəd (Əl-Ləhəb) Surəsi, Ayə 2
مَآ أَغْنَىٰ عَنْهُ مَالُهُۥ وَمَا كَسَبَ
﴿2﴾
Mişkini Tərcüməsi:
Əsla onun nə mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də ) ondan uzaqlaşdıra bilməz.
3
Əl-Məsəd (Əl-Ləhəb) Surəsi, Ayə 3
سَيَصْلَىٰ نَارًۭا ذَاتَ لَهَبٍۢ
﴿3﴾
Mişkini Tərcüməsi:
O, tezliklə alovlu (şöləli) oda girəcək və orada yanacaqdır.
4
Əl-Məsəd (Əl-Ləhəb) Surəsi, Ayə 4
وَٱمْرَأَتُهُۥ حَمَّالَةَ ٱلْحَطَبِ
﴿4﴾
Mişkini Tərcüməsi:
Və onun odun daşıyan zövcəsi də (Cəhənnəm oduna girəcəkdir).
5
Əl-Məsəd (Əl-Ləhəb) Surəsi, Ayə 5
فِى جِيدِهَا حَبْلٌۭ مِّن مَّسَدٍۭ
﴿5﴾
Mişkini Tərcüməsi:
Onun boynunda xurma lifindən hörülmüş ip olacaqdır. (O, Peyğəmbərin yolunun üstünə iplə tikanlı çöplər daşıdığına və Peyğəmbərin əleyhinə söz gəzdirdiyinə görə Cəhənnəmdə də əməllərin eynilə təcəssüm olaraq «Zəqqum» ağacının odunlarını odlu zəncirlərlə daşıyacaqdır.)