Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əş-Şuəra Surəsi, Ayə 1
طسٓمٓ
﴿1﴾
Mişkini Tərcüməsi:
Ta, Sin, Mim. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Amma heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır. And olsun Turi-Sinaya, Məkkəyə, and olsun Tuba və Sidr (ağaclarına) və Muhəmmədə (s) ki,)
2
Əş-Şuəra Surəsi, Ayə 2
تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْمُبِينِ
﴿2﴾
Mişkini Tərcüməsi:
Bu surə aşkar və aydınlıq gətirən kitabın ayələridir.
Mişkini Tərcüməsi:
Əgər istəsək göydən onlara elə bir nişanə (məcburedici dəlil, ya xaredici bir əzab) nazil edərik ki, onun müqabilində onlar (məcburi şəkildə) boyun əyib itaət edərlər.
Mişkini Tərcüməsi:
Beləliklə, həqiqətən, onlar (Bizim ayələrimizi) təkzib etdilər. Odur ki, istehza etdikləri şeyin xəbərləri tezliklə onlara yetişəcəkdir (verilən vədləri Bərzəxdə, ya Qiyamətdə başa düşəcəklər).
Mişkini Tərcüməsi:
(Bu qədər israrla təkzib etdikləri halda) məgər yer üzünə baxıb orada nə qədər növbənöv könül oxşayan (bitkilər və ağaclar) bitirdiyimizi görmədilərmi?
Mişkini Tərcüməsi:
Həqiqətən, bunda (Bizim tovhidimiz, qüdrətimiz və rəhmətimizə dair) bir əlamət vardır. Amma onların əksəriyyəti (fitrətlərinin çirkinliyi ucbatından) iman gətirməmişlər və (bundan sonra da) iman gətirməyəcəklər.
9
Əş-Şuəra Surəsi, Ayə 9
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
﴿9﴾
Mişkini Tərcüməsi:
Həqiqətən, sənin Rəbbin (intiqam alma və cəza vermə baxımından) yenilməz qüdrət və (möhlət vermə baxımından) mərhəmət sahibidir.
Mişkini Tərcüməsi:
«Onlarla bağlı boynumda bir günah var (onlardan bir nəfəri öldürmüşəm). Buna görə də (risaləti yerinə yetirməzdən öncə) məni öldürəcəklərindən qorxuram».
Mişkini Tərcüməsi:
(Allah) buyurdu: «Belə deyil. Siz ikiniz də Bizim ayələrimizi aparın. Şübhəsiz, Biz sizinlə birgə (Fironun adamlarının nə dediklərini) eşidəcəyik!».
Mişkini Tərcüməsi:
«Buna görə də, sizdən qorxub qaçdım, sonra Rəbbim mənə peyğəmbərlik, hikmət və şəriət elmi əta etdi, məni Öz peyğəmbərlərindən etdi».
Mişkini Tərcüməsi:
«Məgər İsrail övladlarını kölə etməyin bir nemətdirmi ki, onu mənə minnət qoyursan (halbuki, mən də onlardan biri kimi sənin əsarətində idim)?!»
23
Əş-Şuəra Surəsi, Ayə 23
قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ ٱلْعَٰلَمِينَ
﴿23﴾
Mişkini Tərcüməsi:
Firon dedi: «Aləmlərin Rəbbi nədir?»
Mişkini Tərcüməsi:
(Musa) dedi: «O, göyləri, yeri və onların arasında olanları idarə və tərbiyə edəndir, əgər yəqinlik əhli olsanız, (gözəl şəkildə idarə və tərbiyə olunmalarından, onları idarə və tərbiyə edənin varlığını dərk edə bilərsiniz)».
25
Əş-Şuəra Surəsi, Ayə 25
قَالَ لِمَنْ حَوْلَهُۥٓ أَلَا تَسْتَمِعُونَ
﴿25﴾
Mişkini Tərcüməsi:
Firon öz ətrafındakılara dedi: «(Onun sözlərinə) qulaq asırsınızmı?! (O, necə də mənim sualımı olduğu kimi təkrarlayır. Mən ondan Rəbbin mahiyyətini soruşuram, Musa isə mənə Onun işləri haqqında cavab verir)?!»
Mişkini Tərcüməsi:
Firon dedi: «Həqiqətən, sizə göndərilmiş olan bu peyğəmbər, şübhəsiz, divanədir (mən bir şey soruşuram, o isə başqa şeydən danışır)!»
Mişkini Tərcüməsi:
Musa dedi: (O,) «Şərqin və qərbin (günəşin doğduğu və qürub etdiyi bütün planetlərin çıxma və batma yerinin) və bu ikisinin arasında olan hər bir şeyin Rəbbidir, əgər düşünsəniz?»
Mişkini Tərcüməsi:
Onlar öz iplərini və əsalarını yerə atdılar. (Firona və öz düzəltdikləri ilan kimi qıvrılan əşyalara çox güvənərək) dedilər: «Fironun izzətinə (və cəlalına) and olsun ki, mütləq biz qalib gələcəyik».
Mişkini Tərcüməsi:
Firon dedi: «Mən sizə izn verməzdən öncəmi ona iman gətirdiniz?! Şübhəsiz ki, o sizə sehr öyrətmiş olan böyüyünüzdür (sizin bu mübarizəniz süni idi). Belə isə tezliklə bilərsiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı bir-birlərinə çarpaz (birini sağdan və birini soldan) kəsdirib sizi hamılıqla dar ağacından asacağam».
Mişkini Tərcüməsi:
Musaya belə vəhy etdik: «Mənim bəndələrimi gecə vaxtı çıxart, çünki siz təqib ediləcəksiniz (bununla da sizin qurtuluşunuzun və Fironun adamlarının həlakının müqəddiməsi hazırlanacaqdır)».
Mişkini Tərcüməsi:
Sonra Musaya vəhy etdik ki: «Öz əsanla dənizə vur». Dəniz (əsanın vurulmasıyla on iki yerdən yol kimi) bölündü və (iki yolun arasında olan) hər bir hissə böyük bir dağ kimi oldu.
64
Əş-Şuəra Surəsi, Ayə 64
وَأَزْلَفْنَا ثَمَّ ٱلْءَاخَرِينَ
﴿64﴾
Mişkini Tərcüməsi:
O biri dəstəni də (Fironun adamlarını) oraya yaxınlaşdırdıq.
Mişkini Tərcüməsi:
Həqiqətən, də bunda (bu hekayətdə Allahın tovhidi, qüdrəti, qəzəbi və rəhmətinə dair) bir nişanə (ibrət) vardır. Onların (müşriklərin) əksəriyyəti haqqa iman gətirən deyildilər.
68
Əş-Şuəra Surəsi, Ayə 68
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
﴿68﴾
Mişkini Tərcüməsi:
(Ya Peyğəmbər!) həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.
69
Əş-Şuəra Surəsi, Ayə 69
وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَٰهِيمَ
﴿69﴾
Mişkini Tərcüməsi:
Və onlara (müşriklərə) İbrahimin xəbərini və hekayətini söylə.
Mişkini Tərcüməsi:
«Şübhəsiz, aləmlərin Rəbbindən başqa onların hamısı mənim düşmənimdirlər (çünki onlar, özlərinə ibadət edənləri cəhənnəmlik edənlərdir, aləmlərin Rəbbi isə belə deyildir)».
78
Əş-Şuəra Surəsi, Ayə 78
ٱلَّذِى خَلَقَنِى فَهُوَ يَهْدِينِ
﴿78﴾
Mişkini Tərcüməsi:
«Məni yaradan və daim (məişət və axirət işlərimdə) mənə doğru yol göstərən Odur».
79
Əş-Şuəra Surəsi, Ayə 79
وَٱلَّذِى هُوَ يُطْعِمُنِى وَيَسْقِينِ
﴿79﴾
Mişkini Tərcüməsi:
«Məni yedirdən də içirdən də Odur».
80
Əş-Şuəra Surəsi, Ayə 80
وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ
﴿80﴾
Mişkini Tərcüməsi:
«Xəstələndikdə mənə şəfa verən də Odur».
81
Əş-Şuəra Surəsi, Ayə 81
وَٱلَّذِى يُمِيتُنِى ثُمَّ يُحْيِينِ
﴿81﴾
Mişkini Tərcüməsi:
«Məni öldürəcək, sonra dirildəcək Odur».
Mişkini Tərcüməsi:
Allahın əvəzinə (ibadət etdikləriniz)?! Sizə kömək edirlərmi, yaxud əzabı özlərindən dəf edə bilirlərmi?!»
94
Əş-Şuəra Surəsi, Ayə 94
فَكُبْكِبُوا۟ فِيهَا هُمْ وَٱلْغَاوُۥنَ
﴿94﴾
Mişkini Tərcüməsi:
Beləliklə, (ibadət etdikləri) o tanrılar və azğınlar bir-birinin ardınca, üzüüstə atılarlar.
95
Əş-Şuəra Surəsi, Ayə 95
وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ
﴿95﴾
Mişkini Tərcüməsi:
İblisin bütün əsgərləri də (daim onun itaətində olan müşrik, kafir və fasiqlər, İblisin özünün nəsli və balaları da oda sürüklənərlər).
96
Əş-Şuəra Surəsi, Ayə 96
قَالُوا۟ وَهُمْ فِيهَا يَخْتَصِمُونَ
﴿96﴾
Mişkini Tərcüməsi:
Onlar (Cəhənnəm əhli) bir-birlərilə dava-dalaş edən halda (öz tanrılarına) deyərlər:
97
Əş-Şuəra Surəsi, Ayə 97
تَٱللَّهِ إِن كُنَّا لَفِى ضَلَٰلٍۢ مُّبِينٍ
﴿97﴾
Mişkini Tərcüməsi:
«Allaha and olsun ki, biz həqiqətən, açıq-aşkar yolumuzu azmışdıq».
98
Əş-Şuəra Surəsi, Ayə 98
إِذْ نُسَوِّيكُم بِرَبِّ ٱلْعَٰلَمِينَ
﴿98﴾
Mişkini Tərcüməsi:
«Çünki sizi aləmlərin Rəbbi ilə bərabər tuturduq».
99
Əş-Şuəra Surəsi, Ayə 99
وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلْمُجْرِمُونَ
﴿99﴾
Mişkini Tərcüməsi:
«Bizi yalnız günahkarlar (fəsad törədən alimlər, zalım hakimlər və azğın dostlar) azdırdılar».
100
Əş-Şuəra Surəsi, Ayə 100
فَمَا لَنَا مِن شَٰفِعِينَ
﴿100﴾
Mişkini Tərcüməsi:
«İndi, (bu gün) bizim nə bir şəfaət edənimiz,
101
Əş-Şuəra Surəsi, Ayə 101
وَلَا صَدِيقٍ حَمِيمٍۢ
﴿101﴾
Mişkini Tərcüməsi:
nə də mehriban və səmimi bir dostumuz var».
Mişkini Tərcüməsi:
Həqiqətən də, bunda (bu hekayətdə Allahın qüdrəti, qəzəbi və rəhmətinə dair) bir nişanə (ibrət) vardır. Halbuki onların əksəriyyəti haqqa iman gətirənlərdən deyildilər.
Mişkini Tərcüməsi:
Həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və yenilməzdir, (itaətkarlara qarşı) mehribandır.
105
Əş-Şuəra Surəsi, Ayə 105
كَذَّبَتْ قَوْمُ نُوحٍ ٱلْمُرْسَلِينَ
﴿105﴾
Mişkini Tərcüməsi:
Nuhun qövmü Allahın bütün peyğəmbərlərini təkzib etdi. (Onların bəzisini təkzib etmək hamısını təkzib etmək deməkdir. Yaxud da onlar risalətin özünü inkar etdilər.)
Mişkini Tərcüməsi:
Həqiqətən də, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti Haqqa iman gətirən deyildilər.
Mişkini Tərcüməsi:
Dedilər: «Nəsihət etsən də,öyüd verənlərdən olmasan da bizim üçün birdir».
137
Əş-Şuəra Surəsi, Ayə 137
إِنْ هَٰذَآ إِلَّا خُلُقُ ٱلْأَوَّلِينَ
﴿137﴾
Mişkini Tərcüməsi:
«Bu, (Allaha və axirətə dəvət) keçmişdə nübuvvət iddiası edənlərin adətindən başqa bir şey deyildir. (Biz onu qəbul etmədik.) (Yaxud bütlərə və ulduzlara ibadət etməyimiz bizim keçmiş ata-babalarımızın adətindən başqa bir şey deyildir və biz bunu qəbul etmişik. Və ya bizim bu yaşayış və ölümümüz bəşərin əzəldən bəri olan yaşayış və ölümündən başqa bir şey deyildir. Odur ki, dirilmək və hesab-kitab adlı bir şey olmayacaqdır)».
138
Əş-Şuəra Surəsi, Ayə 138
وَمَا نَحْنُ بِمُعَذَّبِينَ
﴿138﴾
Mişkini Tərcüməsi:
«(Bəs, axirət aləmi olmadığı üçün) bizə əsla əzab verilməyəcəkdir».
Mişkini Tərcüməsi:
Beləliklə, onu (Hudu) təkzib etdilər və Biz də onları həlak etdik. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti haqqa iman gətirənlərdən deyildilər.
Mişkini Tərcüməsi:
(Sonra, Salehin duası ilə dağdan dişi bir dəvə çıxdı və Saleh) dedi: «Bu dişi bir dəvədir. (Bu bulağın) suyundan bir pay onunkudur və müəyyən bir günün payı da sizinkidir».
Mişkini Tərcüməsi:
Beləliklə, (vəd olunmuş) əzab onları yaxaladı. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. Onların əksəriyyəti haqqa iman gətirən deyildi.
Mişkini Tərcüməsi:
«Və Rəbbinizin sizin üçün yaratdığı zövcələrinizi tərk edirsiniz?! (Günahınız kiçik deyil). Siz (xilqət və fitrət yolundan, şəriət çərçivəsindən) həddi aşan tayfasınız».
Mişkini Tərcüməsi:
Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) var və onların əksəriyyəti Haqqa iman gətirən deyildi.
Mişkini Tərcüməsi:
(Və istehza məqsədilə dedilər:) «Əgər doğru danışanlardansansa, onda göyün parçalarını üstümüzə endir».
188
Əş-Şuəra Surəsi, Ayə 188
قَالَ رَبِّىٓ أَعْلَمُ بِمَا تَعْمَلُونَ
﴿188﴾
Mişkini Tərcüməsi:
(Şüeyb) dedi: «Mənim Rəbbim sizin nə etdiyinizi daha yaxşı bilir (Əməlinizin cəzası daş, yaxud başqa bir şey olduğunu daha yaxşı bilir)».
Mişkini Tərcüməsi:
Beləliklə, onu (Şüeybi) təkzib etdilər və buludlu günün əzabı onları yaxaladı (başlarına od ələyən alovsaçan buludun kölgəsində idilər), Həqiqətən, o, böyük bir günün əzabı idi.
Mişkini Tərcüməsi:
Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. Onların əksəriyyəti Haqqa iman gətirən deyildi.
Mişkini Tərcüməsi:
Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib və (itaətkarlarla) mehribandır.
192
Əş-Şuəra Surəsi, Ayə 192
وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلْعَٰلَمِينَ
﴿192﴾
Mişkini Tərcüməsi:
Şübhəsiz, bu (Quran) aləmlərin Rəbbinin nazil etdiyidir (Onun əzəli elmindən Lövhi-Məhfuza və oradan da Cəbrailin (Ruhul-Əminin) hafizəsinə nazil olmuşdur).
193
Əş-Şuəra Surəsi, Ayə 193
نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلْأَمِينُ
﴿193﴾
Mişkini Tərcüməsi:
Ruhul-əmin (Cəbrail) onu endirdi,
Mişkini Tərcüməsi:
Məgər Bəni-İsrail alimlərinin bundan (bu kitabdan və onun vəsflərindən tamamilə) xəbərdar olmaları onlar (Məkkə müşrikləri) üçün sübut və nişanə deyilmi?
Mişkini Tərcüməsi:
Quranı (Peyğəmbər, ya o əcəm) onlara oxusaydı, əsla ona iman gətirməzdilər (və deyərdilər: «Əcəm dilində olan Quran hara, ərəb milləti hara?»)
Mişkini Tərcüməsi:
Biz (cəza olaraq) qorxudanlar (peyğəmbərlər, yaxud onların canişinləri) olmayan heç bir cəmiyyəti məhv etmədik;
209
Əş-Şuəra Surəsi, Ayə 209
ذِكْرَىٰ وَمَا كُنَّا ظَٰلِمِينَ
﴿209﴾
Mişkini Tərcüməsi:
(Cəmiyyətə) bir öyüd-nəsihət olsun deyə, (dəvət kamil və dəlil-sübut tamam olsun deyə, əks təqdirdə onları məhv etmək zülm olardı). Biz heç vaxt zülmkar olmamışıq!
210
Əş-Şuəra Surəsi, Ayə 210
وَمَا تَنَزَّلَتْ بِهِ ٱلشَّيَٰطِينُ
﴿210﴾
Mişkini Tərcüməsi:
Bunu (Quranı) əsla şeytanlar (Bizim Peyğəmbərimizə) nazil etməmişlər.
211
Əş-Şuəra Surəsi, Ayə 211
وَمَا يَنۢبَغِى لَهُمْ وَمَا يَسْتَطِيعُونَ
﴿211﴾
Mişkini Tərcüməsi:
Və (bu əzəmətli və müqəddəs iş) onlara (zatən şər və fəsad mənbəyi olan şeytanlara) layiq deyildir və (bu işin müqəddəsliyinə, öz zatlarının da xəbisliyinə görə) onların buna qüdrətləri çatmaz.
212
Əş-Şuəra Surəsi, Ayə 212
إِنَّهُمْ عَنِ ٱلسَّمْعِ لَمَعْزُولُونَ
﴿212﴾
Mişkini Tərcüməsi:
Şübhəsiz, (göyün qapıları üzlərinə qapalı olduğuna görə) onlar (Allah kəlamını) eşitməkdən kənarlaşdırılmışlar.
Mişkini Tərcüməsi:
Və öz mehr (məhəbbət) və təvazökarlıq qanadını möminlərdən sənə tabe olan hər bir kəsin üzərinə endir; cəzbedici çətirini onların başları üzərində aç.
Mişkini Tərcüməsi:
Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər və İslam əleyhinə həcv eşitdikdən) sonra (onların rəddi üçün şeirlər yazmaqla) intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar