Mişkini Tərcüməsi:
Dağlar hərəkətə gətiriləcəyi (parça-parça olub dağılacağı) zaman,
4
Ət-Təkvir Surəsi, Ayə 4
وَإِذَا ٱلْعِشَارُ عُطِّلَتْ
﴿4﴾
Mişkini Tərcüməsi:
(O dövrdə ən dəyərli mal-dövlət hesab edilən) boğaz (on aylıq hamilə) dəvələr başlı-başına buraxılıb sahibsiz qalacağı zaman,
5
Ət-Təkvir Surəsi, Ayə 5
وَإِذَا ٱلْوُحُوشُ حُشِرَتْ
﴿5﴾
Mişkini Tərcüməsi:
Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı (öz ölüm yerlərindən çıxacaqları) zaman,
6
Ət-Təkvir Surəsi, Ayə 6
وَإِذَا ٱلْبِحَارُ سُجِّرَتْ
﴿6﴾
Mişkini Tərcüməsi:
Dənizlərin dolacağı və qaynayacağı zaman,
7
Ət-Təkvir Surəsi, Ayə 7
وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتْ
﴿7﴾
Mişkini Tərcüməsi:
(Bərzəx) ruhlar(ı Məhşərdəki yeni bədənlərlə, yaxşılar yaxşılarla və pislər də pislərlə, Cənnət kişiləri öz zövcələrinə) qovuşacağı zaman,
8
Ət-Təkvir Surəsi, Ayə 8
وَإِذَا ٱلْمَوْءُۥدَةُ سُئِلَتْ
﴿8﴾
Mişkini Tərcüməsi:
Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri basdırılmış qızlar, tarix boyunca diri-diri basdırılmış insanlar və günahsız ikən zindanda ölənlər) barəsində soruşulacağı zaman
9
Ət-Təkvir Surəsi, Ayə 9
بِأَىِّ ذَنۢبٍۢ قُتِلَتْ
﴿9﴾
Mişkini Tərcüməsi:
«Hansı günaha görə öldürüldülər?» (Onların qatillərindən: «Bunlar hansı günaha görə öldürüldülər?» – deyə soruşular.)
10
Ət-Təkvir Surəsi, Ayə 10
وَإِذَا ٱلصُّحُفُ نُشِرَتْ
﴿10﴾
Mişkini Tərcüməsi:
Əməl dəftərləri (Haqq-Taala tərəfindən məhşər əhli arasında) yayılacağı və hər bir şəxsin əməl səhifəsi (onun öz qarşısında) açılacağı zaman,
11
Ət-Təkvir Surəsi, Ayə 11
وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتْ
﴿11﴾
Mişkini Tərcüməsi:
Göy (əhatə etdiyi hər bir şeyin üzərindən) götürüldüyü zaman,
Mişkini Tərcüməsi:
Cənnət (təqvalılar üçün) yaxınlaşdırıldığı zaman,
14
Ət-Təkvir Surəsi, Ayə 14
عَلِمَتْ نَفْسٌۭ مَّآ أَحْضَرَتْ
﴿14﴾
Mişkini Tərcüməsi:
Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir.
15
Ət-Təkvir Surəsi, Ayə 15
فَلَآ أُقْسِمُ بِٱلْخُنَّسِ
﴿15﴾
Mişkini Tərcüməsi:
Yox-yox; and olsun (gündüz) gizlənən, gecə qayıdan ulduzlara,
16
Ət-Təkvir Surəsi, Ayə 16
ٱلْجَوَارِ ٱلْكُنَّسِ
﴿16﴾
Mişkini Tərcüməsi:
Seyr edən, qeyb olan o ulduzlara (gecənin sonunda yuvalarına çəkilən heyvanlar kimi öz məğriblərində gizlənərlər),
17
Ət-Təkvir Surəsi, Ayə 17
وَٱلَّيْلِ إِذَا عَسْعَسَ
﴿17﴾
Mişkini Tərcüməsi:
And olsun qaralmaqda və çəkilməkdə olan gecəyə.
18
Ət-Təkvir Surəsi, Ayə 18
وَٱلصُّبْحِ إِذَا تَنَفَّسَ
﴿18﴾
Mişkini Tərcüməsi:
Və and olsun sökülməkdə olan dan yerinə.
19
Ət-Təkvir Surəsi, Ayə 19
إِنَّهُۥ لَقَوْلُ رَسُولٍۢ كَرِيمٍۢ
﴿19﴾
Mişkini Tərcüməsi:
(Yuxarıdakı andların nəticəsi budur) ki, bu (Quran) şübhəsiz, möhtərəm və şərəfli bir elçinin (Cəbrailin gətirdiyi) sözdür.
20
Ət-Təkvir Surəsi, Ayə 20
ذِى قُوَّةٍ عِندَ ذِى ٱلْعَرْشِ مَكِينٍۢ
﴿20﴾
Mişkini Tərcüməsi:
(Elə bir elçi ki,) çox qüvvətlidir və ərşin sahibi (Allahın) yanında məqam və mənsəb sahibidir.
21
Ət-Təkvir Surəsi, Ayə 21
مُّطَاعٍۢ ثَمَّ أَمِينٍۢ
﴿21﴾
Mişkini Tərcüməsi:
Orada (mələklər arasında) itaət ediləndir, həm də güvəniləndir.
22
Ət-Təkvir Surəsi, Ayə 22
وَمَا صَاحِبُكُم بِمَجْنُونٍۢ
﴿22﴾
Mişkini Tərcüməsi:
Sizin yoldaşınız və dostunuz (Peyğəmbər) divanə deyildir.
23
Ət-Təkvir Surəsi, Ayə 23
وَلَقَدْ رَءَاهُ بِٱلْأُفُقِ ٱلْمُبِينِ
﴿23﴾
Mişkini Tərcüməsi:
Həqiqətən, (bu Peyğəmbər) onu (Cəbraili) açıq və (insanların üfüqündən) uca olan üfüqdə (mələklərin üfüqündə) görmüşdür.
24
Ət-Təkvir Surəsi, Ayə 24
وَمَا هُوَ عَلَى ٱلْغَيْبِ بِضَنِينٍۢ
﴿24﴾
Mişkini Tərcüməsi:
Və o qeyb (vəhy vasitəsilə aldıqları barəsində) xəsis deyildir (ki, onu gizlətsin, dəyişdirsin, yaxud təxirə salsın və ya qarışdırsın).
25
Ət-Təkvir Surəsi, Ayə 25
وَمَا هُوَ بِقَوْلِ شَيْطَٰنٍۢ رَّجِيمٍۢ
﴿25﴾
Mişkini Tərcüməsi:
Və bu (Quran Allah dərgahından) qovulmuş Şeytanın sözü deyildir.
26
Ət-Təkvir Surəsi, Ayə 26
فَأَيْنَ تَذْهَبُونَ
﴿26﴾
Mişkini Tərcüməsi:
Belə isə, hara gedirsiniz?!
27
Ət-Təkvir Surəsi, Ayə 27
إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَٰلَمِينَ
﴿27﴾
Mişkini Tərcüməsi:
Bu, aləmlər üçün yalnız bir öyüd-nəsihətdir.
28
Ət-Təkvir Surəsi, Ayə 28
لِمَن شَآءَ مِنكُمْ أَن يَسْتَقِيمَ
﴿28﴾
Mişkini Tərcüməsi:
Sizdən (əqidə, əxlaq və əməldə) düzgün olmaq istəyənlər üçün.
Mişkini Tərcüməsi:
Aləmlərin Rəbbi olan Allah (yaradılış iradəsi ilə) istəməyincə siz (bu yolu seçməyi) istəyə bilməzsiniz. (Çünki, sizin ixtiyar üzündən olan iradəniz ixtiyari əməlləriniz kimi Allahın iradəsinə bağlıdır.)