Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Ət-Tur Surəsi, Ayə 1
وَٱلطُّورِ
﴿1﴾
Mişkini Tərcüməsi:
And olsun dağa (və ya Musanın, üstündə vəhyi eşitdiyi Turi-Sinaya)!
2
Ət-Tur Surəsi, Ayə 2
وَكِتَٰبٍۢ مَّسْطُورٍۢ
﴿2﴾
Mişkini Tərcüməsi:
Yazılmış kitaba (Qurana, yaxud Lövhi-Məhfuza, yaxud Tövratın lövhələrinə, yaxud da hər hansı bir səma kitabına, ya da əməli salehlərin içərisində iman yazılmış nəfs kitablarına, ya da ki, qiyamət günü hər bir bəndənin əməllərinin yazıldığı əməl dəftərinə)!
3
Ət-Tur Surəsi, Ayə 3
فِى رَقٍّۢ مَّنشُورٍۢ
﴿3﴾
Mişkini Tərcüməsi:
(Hal-hazırda) açıq (olan və ya gələcəkdə açıq olacaq) səhifədə (yazılmış kitaba)!
4
Ət-Tur Surəsi, Ayə 4
وَٱلْبَيْتِ ٱلْمَعْمُورِ
﴿4﴾
Mişkini Tərcüməsi:
Və (and olsun) o abad evə (zəvvarlarla abad olan Kəbəyə, mələklərlə abad olan səma evinə və əməlləri xalis olan bəndələrin imanla abad olan qəlblərinə)!
5
Ət-Tur Surəsi, Ayə 5
وَٱلسَّقْفِ ٱلْمَرْفُوعِ
﴿5﴾
Mişkini Tərcüməsi:
Və ucaldılmış tavana (göyə).
6
Ət-Tur Surəsi, Ayə 6
وَٱلْبَحْرِ ٱلْمَسْجُورِ
﴿6﴾
Mişkini Tərcüməsi:
Və (su ilə) dolu və (yaxud qiyamətdən qabaq) alovlanan (və od ilə dolu) dənizə!
7
Ət-Tur Surəsi, Ayə 7
إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٌۭ
﴿7﴾
Mişkini Tərcüməsi:
(Bütün bunlara and olsun) ki, şübhəsiz, sənin Rəbbinin (axirətdə kafirlər üçün) əzabı sabit və qətidir.
8
Ət-Tur Surəsi, Ayə 8
مَّا لَهُۥ مِن دَافِعٍۢ
﴿8﴾
Mişkini Tərcüməsi:
Onu əsla heç kəs dəf edə bilməz.
9
Ət-Tur Surəsi, Ayə 9
يَوْمَ تَمُورُ ٱلسَّمَآءُ مَوْرًۭا
﴿9﴾
Mişkini Tərcüməsi:
O gün göy möhkəm bir titrəyişlə lərzəyə gələcək.
10
Ət-Tur Surəsi, Ayə 10
وَتَسِيرُ ٱلْجِبَالُ سَيْرًۭا
﴿10﴾
Mişkini Tərcüməsi:
Və bütün dağlar (toz kimi havada) gəzişəcək.
11
Ət-Tur Surəsi, Ayə 11
فَوَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ
﴿11﴾
Mişkini Tərcüməsi:
Odur ki, həmin gün vay təkzib edənlərin halına!
12
Ət-Tur Surəsi, Ayə 12
ٱلَّذِينَ هُمْ فِى خَوْضٍۢ يَلْعَبُونَ
﴿12﴾
Mişkini Tərcüməsi:
O kəslər(in) ki, (batil və nalayiq söz və işə) bataraq oynayırlar.
Mişkini Tərcüməsi:
Ona daxil olun və yanın. Səbr etsəniz də, səbr etməsəniz də sizin üçün eynidir. Siz yalnız etdiklərinizin müqabilində (və ya əməllərinizin təzahürü ilə) cəzalandırılırsınız.
17
Ət-Tur Surəsi, Ayə 17
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍۢ وَنَعِيمٍۢ
﴿17﴾
Mişkini Tərcüməsi:
Şübhəsiz, təqvalılar bağlar və firavan nemət içərisindədirlər.
Mişkini Tərcüməsi:
(Özləri) iman gətirmiş və övladları imanda müəyyən qədər onlara tabe olmuş (lakin onlardan aşağı dərəcədə olan) kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara birləşdirəcək və (övladlarını onlara birləşdirməyimizə görə) onların əməllərindən bir şey azaltmayacağıq. Hər bir insan öz əməlinin girovudur (əgər yaxşı əməl gətirsə azad ediləcək, əks təqdirdə isə girovluqda qalacaqdır).
Mişkini Tərcüməsi:
Və (qulluq etmək üçün) başlarına onlara məxsus, (gözəllik və saflıqda) sanki (sədəf içində) gizlənmiş inci olan yeniyetmə oğlanlar dolanarlar.
Mişkini Tərcüməsi:
Buna görə də (ey Peyğəmbər), öyüd nəsihət ver, ki sən Rəbbinin lütf və neməti sayəsində nə (cin və şeytanlardan ilham alan) kahinsən və nə də dəli!
Mişkini Tərcüməsi:
Buna görə də əgər (Quranın insanın uydurması olması barəsində dediklərində) doğruçudurlarsa, onun kimi (Quran kimi) bir kəlam gətirsinlər.
Mişkini Tərcüməsi:
Məgər onlar (başqalarının yaradıldıqlarından) qeyri bir şeydən yaradılıblar (ki, onların boynuna Allaha şərik qoşmamaq vəzifəsi qoyulmasın), yoxsa özləri özlərinin yaradanıdırlar (ki, Allahın əmrini qəbul etməsinlər)?!
Mişkini Tərcüməsi:
Yoxsa Rəbbinin (elm və mərhəmət) xəzinələri onların yanındadır (ki, peyğəmbərliyi istədiklərinə versinlər), yaxud (varlıq aləminə) onlar hakimdirlər (ki, peyğəmbərliyi səndən alsınlar)?
Mişkini Tərcüməsi:
Yoxsa onların, üstündə (durub yuxarı aləmdəki söhbətlərə) qulaq asdıqları nərdivanları var? (Əgər belədirsə,) onda gərək onların qulaq asanı (dediklərinə) aşkar bir dəlil-sübut gətirsin.
39
Ət-Tur Surəsi, Ayə 39
أَمْ لَهُ ٱلْبَنَٰتُ وَلَكُمُ ٱلْبَنُونَ
﴿39﴾
Mişkini Tərcüməsi:
(Pis və mənfur saydığınız) qızlar Allaha, (yaxşı və sevimli saydığınız) oğlanlar isə sizə məxsusdur?!
Mişkini Tərcüməsi:
Yoxsa (ilahi tapşırıqların və dinin çıtdırılması üçün) onlardan muzd istəyirsən və onlar onun cəriməsinə görə ağır yük altındadırlar?
41
Ət-Tur Surəsi, Ayə 41
أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ
﴿41﴾
Mişkini Tərcüməsi:
Yoxsa qeyb elmi (yaxud Lövhi-Məhfuz) onların yanındadır və onlar (öz sözlərini ondan götürüb) yazırlar?!
Mişkini Tərcüməsi:
Buna görə də onları boşla (və onlarla mübahisə edərək höcətləşmə) ki, nəhayət məhv olacaqları (öləcəkləri və ya surun birinci dəfə çalındığı) günə qovuşsunlar.
Mişkini Tərcüməsi:
Şübhəsiz, zülm etmiş kəslər (Məkkə müşrikləri) üçün ondan öncə də (Məkkədə qıtlığın yaranması və Bədr müharibəsi kimi) bir əzab vardır, lakin onların çoxu bilmir.
Mişkini Tərcüməsi:
Rəbbinin hökmün(ün yerinə yetirilməsinə və onun insanlara yetirilməsin)ə səbr et. Çünki sən Bizim gözümüz önündəsən (səni qoruyur və himayə edirik). (Günortaya yaxın işdən) qalxan zaman həmd-səna ilə birlikdə Rəbbini pak sifətlərlə mədh et (zöhr və əsr namazlarını qıl).
Mişkini Tərcüməsi:
Onu gecənin bir hissəsində də pak sifətlərlə mədh et (məğrib və işa namazlarını qıl). Həmçinin ulduzlar arxa çevirən və batan zaman (səhərlər sübh namazını qıl).