Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Qariə Surəsinin Ayələrinə Qayıt →
Əl-Qariə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Qariə surəsi, 1-11-ci ayələr

Qariə surəsi, 1-11-ci ayələr



بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم


الْقَارِعَةُ .١


مَاالْقَارِعَةُ .٢


وَمَاأَدْرَاكَمَاالْقَارِعَةُ .٣


يَوْمَيَكُونُالنَّاسُكَالْفَرَاشِالْمَبْثُوثِ .٤


وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوشِ .٥


فَأَمَّامَنثَقُلَتْمَوَازِينُهُ .٦


فيعيشةراضية .٧


وَأَمَّامَنْحَفَّتْمَوَازِينُهُ .٨


فَأُمُّهُهَاوِيَةٌ .٩


وَمَاأَدْرَاكَمَاهِيَهْ .١٠


نَارٌحَامية .١١


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Çırpıb əzən hadisə!

2\. Çırpıb əzən hadisə nədir?

3\. Sən haradan biləsən, çırpıb əzən hadisə nədir?

4\. O gün insanlar pərən-pərən düşmüş pərvanələr kimi olacaqlar.

5\. Dağlar isə didilmiş yun görkəmi alacaqdır.

6\. Kimin əməl tərəziləri ağır gələrsə,

7\. xoşbəxt güzəran içində olacaq.

8\. Kimin əməl tərəziləri yüngül gələrsə,

9\. anası Haviyə olacaqdır.

10\. Sən haradan biləsən, Haviyə nədir?

11\. O, çox yandırıcı bir oddur!

Ayələrin təfsiri



Bu ayələrdə Qiyamət günü vəsf olunur. İlk ayələrdə deyilir: “Çırpıb əzən hadisə!”

“Çırpıb əzən hadisə nədir?”

“Sən haradan biləsən, çırpıb əzən hadisə nədir?”

Ayədəki (qariə) sözü (qərəə) söz kökündən alınmış, "bir şeyi digər bir şeyə çırpmaqla möhkəm, gurultulu səs çıxarmaq” mənasındadır. Buna görə dəərəb dilində çəkic və taziyanəyə “miqrəə” deyilir. Həmçinin digər mühüm hadisələrə də qariə deyilməsi, ola bilsin ki, bu qəbildəndir. (Sözün sonundakı qadın cinsinin əlaməti olan “t” hərfinin təkid mənasında olması ehtimal olunur.)

Hadisə o qədər mühüm və qorxuludur ki, hətta ikinci və üçüncü ayədə Allah-taala Peyğəmbərə (s) xitab edərək deyir: "Sən haradan biləsən, çırpıb əzən hadisə nədir?” Yəni bu hadisə o qədər dəhşətlidir ki, heç bir kəsin belə zehninə elə bir gurultu və vahiməli səs gələ bilməz. Belə bir günün və saatın bəşər övladı üçün təsəvvürü belə mümkünsüzdür. Bir çox təfsirçilərə görə, “qariə” sözü Qiyamətin adlarından biridir. Amma Qiyamətin ilk başlanğıcına, müqəddiməsinə və sair əlamətlərinə işarə olmasına dair dəqiq, habelə geniş izah vermirlər. Çünki Qiyamətin başlanmasının bir neçəəlaməti olduğu kimi, başlan- dıqdan sonra da mərhələləri çoxdur. Odur ki, belə bir sual ortaya çıxır: "Qariə" sözü Qiyamətin hansı mərhələsinə aiddir? Görəsən, dünyanın dağılması, Günəşlə Ayın nizamının pozulması nəticəsində yer üzünü bürüyəcək zülmətin olması və okean ilə dənizlərin daşması nəzərdə tutulur? Yoxsa, əsas olan ikinci mərhələdir? Bəlkə, ölülərin dirilməsi və yeni bir aləmin yaranması nəzərdə tutulur? Belə olarsa, ayədə“çırpmaq” dedikdə o gün insanların qəlbində olan həyəcan, vəhşət və qorxunun sayəsində çırpınan ürəklər nəzərdə tutula bilər.

Ondan sonra gələn ayələrin bəzisi dünyanın dağılmasına, bəzisi isə ölülərin dirilməsinə işarə edir. Amma bunların ikisindən ortaq məxrəcə gəlsək, məna baxımından daha çox birinci təfsir münasibdir. (Quranın Qiyamətdən danışan digər ayələri kimi, burada da hər iki hadisə bir- birinin ardınca qeyd olunmuşdur.)

Ayə davamında o günü insanı vəcdə gətirən şəkildə vəsf edərək deyir:

"O gün insanlar pərən-pərən düşmüş pərvanələr kimi olacaqlar."

(يَوْمَيَكُونُالنَّاسُكَالْفَرَاشِالْمَبْثُوثِ)


Ayədəki “” (fəraş) “fəraşə” sözünün cəmi olub, “kəpənək”, bəzilərinin təfsirinəəsasən isə “çəyirtkə” mənasındadır. Bunu da qeyd edək ki, sözün əsl mənasının “kəpənək” olmasına baxmayaraq, “Qəmər” surəsinin yeddinci ayəsini əsas gətirərək bu sözü “çəyirtkə” kimi təfsir edə bilərik. Çünki “Qəmər” surəsinin 7-ci ayəsində deyilir:

خشعًاأَبْصَارُهُمْيَخْرُجُونَمِنَالْأَحْدَاثِكَأَنَّهُمْحَرَادٌمُنتَشِرُ


"Onlar qorxunun şiddətindən gözlərini aşağı dikmiş halda, ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar."

Ayədə insanların kəpənəyə bənzədilməsi, onların pərakəndə uçuşun sonunda dəli kimi özlərini oda vurmaları, sanki, bütün aşkar dəlillərdən sonra özünü Cəhənnəm atəşinə atan insanlara görədir. Yaxşılıq etmək üçün bütün şəraiti olan şəxs sonda pislik edərək özünü bilərəkdən kəpə- nək kimi oda atır.

İnsanların kəpənəyə bənzədilməsinin digər ehtimalı da bundan ibarətdir ki, o gün insanlar əsəbi, avara, narazı halda hara gedəcəklərini bilməyəcəklər.

Amma “fəraş” sözünü “çəyirtkə” kimi təfsir etsək, o zaman deyi- lənlərəəsasən, bənzətmə səbəbi belə olacaqdır: Qanadlılar sinfindən olan bütün quşlar uçarkən öncədən müəyyən etdikləri kordinat üzrə uçur və məqsədlərinə tərəf irəliləyir. Amma bu qanundan yalnız çəyirtkələr istisnadır. Onlar heç vaxt gün ərzində məqsədli şəkildə müəyyən istiqamətə uçmur, əksinə, sağa, sola, geriyə uçuş edirlər.

Amma yenə də burada bir sual cavabsız qalır. O da bundan iba- rətdir ki, insanların pərakəndə düşməsi, iztirabda qalması, heyrətdən sığınacaq axtarması dünyanın sonunun gəlməsinə görədir, yoxsa Qiyamət və həşrin başlanmasına görə? Yəni onların düşdüyü bu vəziyyət Qiyamətin hesab-kitabına görədir, ya dünyanın dağılmasına görə?

Əgər diqqət etsək, bu sualın cavabı yuxarıdakı kontekstdə verilmişdir.

Daha sonra ayələr davamında bir-birinin ardınca o günün xüsusiyyətlərini saymağa başlayır:

(وَتَكُونُالْجِبَالُكَالْعِهْنِالْمَنفُوش)


Dağlar isə didilmiş yun görkəmi alacaqdır“

Ayədəki (ihni) sözü “rənglənmiş", (mənfuş) isə "didilmiş yun" deməkdir. Adətən, yunu didmək üçün xüsusi alətdən istifadə edirlər.

Əvvəldə də dediyimiz kimi, Qiyamətin başlanma anında dağlar yerindən hərəkət edəcək, daha sonra bir-birinə dəyərək parçalanıb ovu- lacaq, sonra isə Qiyamətin təsirindən toz şəklində havaya qalxacaq. Bu proses ayədə yunun alətdən keçməsinə bənzədilmişdir. Adətən, alətdən keçən yunlar yüngülləşir və külək əsən zaman havaya uçur. Yalnız rənglənmiş yunlar havada görünür və ya onların yeri rənglərindən bilinir. Dünyada olan hər bir dağın özünəməxsuz rəngi olduğu üçün, ola bilsin, burada ayə onları rənglənmiş yuna bənzətmişdir.

Xülasə, ayənin deyilmə və bənzədilmə tərzindən başa düşürük ki, burada dünyanın dağılmasından və Qiyamətin ilkin mərhələlərindən danışılır.

Ayələr davamlı olaraq məhşər, daha sonra isə sorğu-sual mərhələsindən danışaraq davam edir:

“Kimin əməl tərəziləri ağır gələrsə,”

"xoşbəxt güzəran içində olacaq."

“Kimin əməl tərəziləri yüngül gələrsə,"

"anası Haviyə olacaqdır."

"Sən haradan biləsən, Haviyə nədir?”

"O, çox yandırıcı bir oddur!"

(məvazin) sözü “mizan” sözünün cəmi olub “tərəzi və ya "qapan" mənasındadır. Bu, əvvəllər yalnız maddi və cisim olan əşyaların çəkilməsi üçün nəzərdə tutulsa da, sonralar mənəvi ölçünü ölçmək üçün məcazi mənada da istifadə edilmişdir.

Bəzi təfsirçilərin inancına əsasən, o gün insanların bütün əməlləri maddi cisimlər kimi tərəzidə çəkiləcəkdir. Bəzilərinin ehtimalına əsasən isə yalnız əməl dəftəri çəkiləcəkdir; əgər əməl dəftəri saleh əməllərlə zəngin olarsa, o zaman ağır gələcək, əks halda isə yüngül və ya ümu- miyyətlə, çəkisiz olacaqdır.

Əlbəttə, bu kimi izahlara ehtiyac yoxdur. Çünki ayədəki “tərəzi” sözü çəki vahidi, kiloqram və bu kimi ölçü meyarları deyil, əksinə, insanın düyada tutduğu yol vəəqidədir. Həmçinin buna izah olaraq hədisdə buyurulur:

# إِنْأَمِيرَالْمُؤْمِنِينَوَالْأَئِمَّةَمِنْذُرِّيَّتِهِ (عليهمالسلام) هُمُالْمَوَازِينُ


"Əmirəl möminin (ə), digər imamlar (ə) və onların övladları (əməllərin) ölçü meyarıdırlar.

İmam Sadiqdən (ə) nəql olunan hədisdə “tərəzi” barəsində deyilir: “Əməllərin tərəzidə ölçülməsi ədalətin özüdür!”

Bu minvalla Allahın dostlarının vücudu vəədaləti, ilahi qanunlar insanların əməllərini ölçmək üçün əsas meyardır. Əgər insanların əməl- ləri Allahın dostlarının əməlləri ilə uyğun olarsa və Allahın qanunları ilə uyğun gələrsə, demək ki, əməl tərəzisinin mili müsbət göstəricidə olacaqdır.

Məlumdur ki, əməllərin yüngüllüyü və ağırlığı əməllərin öz çəkisinə görə deyil, ölçüldükləri meyara əsaslanır. Bundan əlavə, ayədəki “məvazin” (tərəzilər) sözünün belə cəmdə işlənməsi ölçülən meyarların çoxluğuna dəlalət edir. O cümlədən Allahın dostlarının əməlləri və ilahi qanunlar bu tərəzilərdən sayılır. İnsanların xüsusiyyətlərinin vəəməllərinin fərqliliyinəəsasən, ölçü meyarları, yəni tərəzilər də fərqli olacaqdır.

Rağib İsfahani "Müfrədat” kitabında deyir: “Quranda “tərəzi” sözü bəzən tək, bəzən də cəm halında gəlmişdir. Tək halında gələn "tərəzi” tək olan Allaha, cəm halında gələn “tərəzilər” isəəməlləri çəkilənlərə aiddir."

Bəzi təfsirçilər də həmçinin deyirlər ki, "məvazin” sözü “mouzun” sözünün cəmidir, “əməllərin ölçülməsi” mənasındadır. Tərəzilərin yüngül və ya ağır gəlməsi tərəzilərin yüngül gəlməsi ilə deyil, əksinə, əməllərin yüngül və ağır gəlməsi iləəlaqəlidir.

Əlbəttə, hər ikisinin nəticəsi eyni olmaqla yanaşı, həm də müx- təlifdir.

Ayədəki (xoşbəxt və razı güzəran) olduqca ciddi və diqqəti cəlb edən məsələdir. Çünki Qiyamət günündə behişt sakinlərinin nemətləri başlarından aşıb-daşacaqdır. O həyat olduqca xoşgüzəranlı bir həyat olduğundan ayədə mərziyə – (razı olunmuş) sözünün yerinə "raziyə" (razı qalmış) sözü işlənmişdir.

Bu böyük üstünlük yalnız axirət həyatına aiddir. Çünki dünya həyatında insanın nə qədər günü xoş keçsə, əmin-amanlıq içində olsa və bütün nemətlərdən ehtiyacsız qalsa belə, yenə də eniş-yoxuş, habelə xoşagəlməz hadisələrlə rastlaşır. Amma təkcə axirət həyatıdır ki, orada bütün həyat başdan-başa razılıqdoludur. Yəni insanı narahat etəcək amillərin heç biri axirət həyatında yoxdur.

Doqquzuncu ayədəki (fə ummuhu) sözündəki (umm) kəlməsi ana deməkdir. Bildiyimiz kimi, insanın dünyada daha çox sığındığı, pənah apardığı yer və ya qapı anasının qucağıdır. Məhz bu səbəbdən burada sığınacaq ünvanında “ana” sözündən istifadə olunmuş- dur. Amma təəssüflər olsun ki, ayədə kafirlər və Allahın hökmlərinə asi olanlar nəzərdə tutulduğu üçün onların Cəhənnəm atəşindən savayı sığınacaq yerləri olmayacaq. Vay olsun pənah yerləri Cəhənnəm olanlara!

Bəzilərinin fikrinəəsasən, buradakı “um” sözü “məğz”, “beyin" deməkdir. Çünki ərəb dilində başın içinə “ummur-rəs” deyilir. Bu iddiaya əsasən ayənin tərcüməsi belə olacaqdır: "Onları başlarından tutub Cəhənnəmə atacaqlar.”

Amma bu təfsir ayənin ümumi mənası və zahiri ilə uyğun və münasib deyil. Çünki ayənin ardınca mövzu iləəlaqədar verilən sual yersiz görünür: (Sən haradan biləsən, Haviyə nədir?)

Sonuncu ayədəki (hamiyə) sözü (həma) söz kökündən alınmış və odun hərarətini bildirir. Burada da Cəhənnəm atəşinin hərarətinin hədsiz dərəcədə yüksək olacağından xəbər verir.

Ayənin özü və cavabı belə olacaqdır:

"Sən haradan biləsən, Haviyə nədir? Haviyə yandırıcı Cəhənnəm alovudur." Bunu da təkidlə qeyd edək ki. Cəhənnəm əzabı və atəşi insanların təsəvvüründən xaricdir.

İncəliklər:



Əməl tərəzisinin ağırlaşmasına səbəb olan əməllər.

Bildiyimiz kimi, bütün yaxşı və saleh əməllərin hamısı eyni deyil. Həmçinin onların arasında ciddi fərqin olması da hamıya məlumdur. Buna əsasən də hədislərdə xeyir əməllərdən daha çox danışılır və bütün xeyir əməllərin Qiyamət günündəəməl tərəzisinin ağırlaşmasına səbəb olacağını təkidlə qeyd edirlər. O cümlədən İslam Peyğəmbərindən (s) nəql olunan hədisdə deyilir:

"Peyğəmbər "la ilahə illəllah” cümləsinin izahında buyurdu:

# كَلِمَةُالتَّقْوىيَنْقَلَاللهُبِهَايَعْنِيبِوَحْدانِيَّتِهِ،لايَقْبَلُاللَّهُالأَعْمَالَإِلَّابِهَا،وَهِيَ


# الْمَوَازِيْنَيَوْمَالْقِيامَةِ


“La ilahə illallah” cümləsi Allahın yeganəliyinə dəlalət edir və heç bir əməl bu olmadan qəbul olunmur. Bu cümləni qəbul etmək təqvanın əlaməti olmaqla yanaşı, Qiyamət günündəəməl tərəzisinin ağırlaşmasına səbəb olacaqdır."

Allahın yeganəliyinə və Peyğəmbərin (s) nübüvvətinə şəhadət vermək haqqında Əlidən (ə) nəql olunan hədisdə deyilir:

# حفميزانتُرفَعانِمِنْهُوَثَقُلَمِيزانٌتُوضَعانفيه


"Kəlmeyi-şəhadətsiz əməl tərəzisi yüngüldür. Əks-halda isəəməl tərəzisinin ağır gəlməsinin başlıca səbəbidir.”

Hədisin davamında buyurulur:

# مافيالميزانشَيْءٍأَثْقَلُمنَالصَّلاةِعَلَىمُحَمَّدٍوَآلِمُحَمَّد


"Bəzilərinin əməl tərəzisi yüngül gələcəkdir. Amma Muhəmməd və Onun pak ailəsinə salam və salavat deməkləəməl tərəzisi ağırlaşacaqdır."

İmam Baqirdən nəql olunan hədis diqqəti daha cəlb edir:

# مَنْكَانَظَاهِرُهُأَرْجَحَمِنْباطنهخَفَّمِيزانُهُ !


"Zahiri batinindən daha gözəl olan şəxsin əməl tərəzisi Qiyamət günündə yüngül gələcəkdir”.

"Qariǝ" surəsinin təfsirinin sonunu Peyğəmbər sünnəsinin bəhrəsi və o Həzrətin ən yaxın səhabəsi olan Salman Farsinin cümlələri ilə yekunlaşdırırıq:

Bir nəfər Salman Farsini təhqir etmək niyyəti ilə deyir:

\- Sən kimsən və nəsən? Sənin heç bir dəyərin yoxdur.

Salman cavabında deyir:

# أَماأَوَّلِىوَأَوَّلُكَفَنُطْفَةٌقَذِرَةٌوَأَمَّاآخِرِىوَآخِرُكَفَحِيفَةٌمُنْتَنَةٌفَإِذَاكَانَيَوْمُالْقِيامَةِ،وَنُصِبَتِالْمَوَازِينُفَمَنْثَقُلَتْمَوَازِينُهُفَهُوَالْكَرِيمُوَمَنْحَفَّتْمَوَازِينُهُفَهُوَاللَّقِيمُ:


Sənin və mənim əvvəlim bulaşıq nütfə, sonumuz isə iy verən leşdən savayı bir şey deyil. Amma Qiyamət günündə, əməl tərəziləri asılan zaman kimin əməl tərəzisi ağır gələcəksə, o, daha şərafətli və böyük olacaqdır, kimin əməl tərəzisi yüngül gələcəksə, o, ən alçaq və lənətlənmiş olacaqdır."

Qariə surəsinin sonu.