Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
101

Əl-Qariə Surəsi

11 Ayə 30-ci Cüz Məkkədə nazil olub
سُورَةُ القارعة Ayətəllah Mişkini Tərcüməsi

Əl-Qariə Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Qariə Surəsi, Ayə 1

ٱلْقَارِعَةُ ﴿1﴾

Mişkini Tərcüməsi: (Qulaqları və ürəkləri) döyəcləyən (və Allah düşmənlərini əzən o dəhşətli) hadisə.
2 Əl-Qariə Surəsi, Ayə 2

مَا ٱلْقَارِعَةُ ﴿2﴾

Mişkini Tərcüməsi: Nədir o döyəcləyən və əzən (dəhşətli) hadisə?!
3 Əl-Qariə Surəsi, Ayə 3

وَمَآ أَدْرَىٰكَ مَا ٱلْقَارِعَةُ ﴿3﴾

Mişkini Tərcüməsi: Və sən nə bilirsən ki, o döyəcləyən (dəhşətli) hadisə nədir? (O hadisə Qiyamətin qopmasıdır).
4 Əl-Qariə Surəsi, Ayə 4

يَوْمَ يَكُونُ ٱلنَّاسُ كَٱلْفَرَاشِ ٱلْمَبْثُوثِ ﴿4﴾

Mişkini Tərcüməsi: O gün insanlar kəpənək kimi (ətrafa) səpələnər.
5 Əl-Qariə Surəsi, Ayə 5

وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ ٱلْمَنفُوشِ ﴿5﴾

Mişkini Tərcüməsi: Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır.
6 Əl-Qariə Surəsi, Ayə 6

فَأَمَّا مَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ ﴿6﴾

Mişkini Tərcüməsi: Amma ölçülmüş əməlləri ağır və dəyərli gələn (əqidə və əməlləri gözəl olan) kəs
7 Əl-Qariə Surəsi, Ayə 7

فَهُوَ فِى عِيشَةٍۢ رَّاضِيَةٍۢ ﴿7﴾

Mişkini Tərcüməsi: Razı qalacağı (xoş) bir güzaran içində olacaqdır.
8 Əl-Qariə Surəsi, Ayə 8

وَأَمَّا مَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ ﴿8﴾

Mişkini Tərcüməsi: Amma ölçülmüş əməlləri yüngül və dəyərsiz gələn, (əqidə və əməlləri fəsadlı olan) kəsin isə
9 Əl-Qariə Surəsi, Ayə 9

فَأُمُّهُۥ هَاوِيَةٌۭ ﴿9﴾

Mişkini Tərcüməsi: Məskəni və pənah yeri Haviyə olacaqdır.
10 Əl-Qariə Surəsi, Ayə 10

وَمَآ أَدْرَىٰكَ مَا هِيَهْ ﴿10﴾

Mişkini Tərcüməsi: Sən nə bilirsən ki, Haviyə nədir?
11 Əl-Qariə Surəsi, Ayə 11

نَارٌ حَامِيَةٌۢ ﴿11﴾

Mişkini Tərcüməsi: Olduqca qaynar və yandırıcı bir oddur.
Əvvəlki: 100. Əl-Adiyat Bütün Surələr ↑ Növbəti: 102. Ət-Təkasur