Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
100

Əl-Adiyat Surəsi

11 Ayə 30-ci Cüz Məkkədə nazil olub
سُورَةُ العاديات Ayətəllah Mişkini Tərcüməsi

Əl-Adiyat Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Adiyat Surəsi, Ayə 1

وَٱلْعَٰدِيَٰتِ ضَبْحًۭا ﴿1﴾

Mişkini Tərcüməsi: And olsun tövşüyə-tövşüyə çapan (cihad) atlar(ın)a,
2 Əl-Adiyat Surəsi, Ayə 2

فَٱلْمُورِيَٰتِ قَدْحًۭا ﴿2﴾

Mişkini Tərcüməsi: (And olsun) dırnaqları ilə daşdan qığılcım qoparan atlara,
3 Əl-Adiyat Surəsi, Ayə 3

فَٱلْمُغِيرَٰتِ صُبْحًۭا ﴿3﴾

Mişkini Tərcüməsi: (And olsun) sübh çağı (düşmən üzərinə) hücum edənlərə,
4 Əl-Adiyat Surəsi, Ayə 4

فَأَثَرْنَ بِهِۦ نَقْعًۭا ﴿4﴾

Mişkini Tərcüməsi: Hücumları ilə toz-torpaq qaldıranlara,
5 Əl-Adiyat Surəsi, Ayə 5

فَوَسَطْنَ بِهِۦ جَمْعًا ﴿5﴾

Mişkini Tərcüməsi: O hücumla (düşmənlərin) mərkəzinə yol tapanlara (and olsun) ki,
6 Əl-Adiyat Surəsi, Ayə 6

إِنَّ ٱلْإِنسَٰنَ لِرَبِّهِۦ لَكَنُودٌۭ ﴿6﴾

Mişkini Tərcüməsi: Həqiqətən, insan öz Rəbbinə qarşı çox nankor, xəsis və itaətsizdir!
7 Əl-Adiyat Surəsi, Ayə 7

وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌۭ ﴿7﴾

Mişkini Tərcüməsi: Və şübhəsiz, o özü də buna şahiddir.
8 Əl-Adiyat Surəsi, Ayə 8

وَإِنَّهُۥ لِحُبِّ ٱلْخَيْرِ لَشَدِيدٌ ﴿8﴾

Mişkini Tərcüməsi: Həqiqətən, insan mal-dövlətə fitrətən (zatən) çox hərisdir.
9 Əl-Adiyat Surəsi, Ayə 9

۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِى ٱلْقُبُورِ ﴿9﴾

Mişkini Tərcüməsi: Məgər o bilmirmi ki, qəbirlərdə olanlar çıxarılacağı zaman (Qiyamət günü),
10 Əl-Adiyat Surəsi, Ayə 10

وَحُصِّلَ مَا فِى ٱلصُّدُورِ ﴿10﴾

Mişkini Tərcüməsi: Və sinələrdə (ürəklərdə) olanlar (iman və küfr, fəzilətlər və rəzilətlər əməl dəftərində və camaat arasında) açılacağı zaman,
11 Əl-Adiyat Surəsi, Ayə 11

إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍۢ لَّخَبِيرٌۢ ﴿11﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, o gün onların Rəbbi hallarından xəbərdardır.
Əvvəlki: 99. Əz-Zəlzələ Bütün Surələr ↑ Növbəti: 101. Əl-Qariə