بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əl-Qariə Surəsi, Ayə 1
Mişkini Tərcüməsi:
(Qulaqları və ürəkləri) döyəcləyən (və Allah düşmənlərini əzən o dəhşətli) hadisə.
2
Əl-Qariə Surəsi, Ayə 2
Mişkini Tərcüməsi:
Nədir o döyəcləyən və əzən (dəhşətli) hadisə?!
3
Əl-Qariə Surəsi, Ayə 3
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْقَارِعَةُ
﴿3﴾
Mişkini Tərcüməsi:
Və sən nə bilirsən ki, o döyəcləyən (dəhşətli) hadisə nədir? (O hadisə Qiyamətin qopmasıdır).
4
Əl-Qariə Surəsi, Ayə 4
يَوْمَ يَكُونُ ٱلنَّاسُ كَٱلْفَرَاشِ ٱلْمَبْثُوثِ
﴿4﴾
Mişkini Tərcüməsi:
O gün insanlar kəpənək kimi (ətrafa) səpələnər.
5
Əl-Qariə Surəsi, Ayə 5
وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ ٱلْمَنفُوشِ
﴿5﴾
Mişkini Tərcüməsi:
Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır.
6
Əl-Qariə Surəsi, Ayə 6
فَأَمَّا مَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ
﴿6﴾
Mişkini Tərcüməsi:
Amma ölçülmüş əməlləri ağır və dəyərli gələn (əqidə və əməlləri gözəl olan) kəs
7
Əl-Qariə Surəsi, Ayə 7
فَهُوَ فِى عِيشَةٍۢ رَّاضِيَةٍۢ
﴿7﴾
Mişkini Tərcüməsi:
Razı qalacağı (xoş) bir güzaran içində olacaqdır.
8
Əl-Qariə Surəsi, Ayə 8
وَأَمَّا مَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ
﴿8﴾
Mişkini Tərcüməsi:
Amma ölçülmüş əməlləri yüngül və dəyərsiz gələn, (əqidə və əməlləri fəsadlı olan) kəsin isə
9
Əl-Qariə Surəsi, Ayə 9
فَأُمُّهُۥ هَاوِيَةٌۭ
﴿9﴾
Mişkini Tərcüməsi:
Məskəni və pənah yeri Haviyə olacaqdır.
10
Əl-Qariə Surəsi, Ayə 10
وَمَآ أَدْرَىٰكَ مَا هِيَهْ
﴿10﴾
Mişkini Tərcüməsi:
Sən nə bilirsən ki, Haviyə nədir?
11
Əl-Qariə Surəsi, Ayə 11
Mişkini Tərcüməsi:
Olduqca qaynar və yandırıcı bir oddur.