Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Ət-Təkasur Surəsi, Ayə 1
أَلْهَىٰكُمُ ٱلتَّكَاثُرُ
﴿1﴾
Mişkini Tərcüməsi:
(Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı.
2
Ət-Təkasur Surəsi, Ayə 2
حَتَّىٰ زُرْتُمُ ٱلْمَقَابِرَ
﴿2﴾
Mişkini Tərcüməsi:
O vaxta qədər ki, qəbiristanlıqları ziyarət etdiniz (ölüb getdiniz. Ölüm anınıza kimi belə idiniz, yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz).
3
Ət-Təkasur Surəsi, Ayə 3
كَلَّا سَوْفَ تَعْلَمُونَ
﴿3﴾
Mişkini Tərcüməsi:
Belə deyildir. (Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır), tezliklə (Bərzəx aləminə daxil olduğunuz zaman) biləcəksiniz.
4
Ət-Təkasur Surəsi, Ayə 4
ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ
﴿4﴾
Mişkini Tərcüməsi:
Əsla belə deyildir, tezliklə (Cəza günü) biləcəksiniz.
5
Ət-Təkasur Surəsi, Ayə 5
كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ ٱلْيَقِينِ
﴿5﴾
Mişkini Tərcüməsi:
Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk-şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz,
6
Ət-Təkasur Surəsi, Ayə 6
لَتَرَوُنَّ ٱلْجَحِيمَ
﴿6﴾
Mişkini Tərcüməsi:
Şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz).
7
Ət-Təkasur Surəsi, Ayə 7
ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ ٱلْيَقِينِ
﴿7﴾
Mişkini Tərcüməsi:
Sonra, şübhəsiz, onu (Cəza günü) eynül-yəqinlə (Cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə) görəcəksiniz.