Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ət-Təkasur Surəsinin Ayələrinə Qayıt →
Ət-Təkasur Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Takasur surasi, 1-8-ci ayalar

Takasur surasi, 1-8-ci ayalar



بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيم


أَلْهَاكُمُ التَّكَاثُرُ .١


حَتَّى زُرْتُمُ الْمَقَابِرَ .٢


كَلَّا سَوْفَ تَعْلَمُونَ .٣


ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ .٤


كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ الْيَقِينِ .٥


لَتَرَوُنَّ الْجَحِيمَ .٦


ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِينِ .٧


ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ .٨


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Çoxa hərisliyiniz sizi elə aludə etdi ki,

2\. qəbirləri ziyarət etdiniz (və ölülərinizi sayıb onların sayı ilə faxr etdiniz).

3\. Xeyr! (Siz düşündüyünüz kimi deyil). Tezliklə biləcəksiniz!

4\. Yenə də xeyr! (Siz düşündüyünüz kimi deyil). Tezliklə bilə- caksiniz!

5\. Xeyr! (Siz düşündüyünüz kimi deyil). Əgər yəqininiz olsaydı, çoxa hərisliyiniz Allahı sizə unutdurmazdı.

6\. Siz Cəhənnəmi, mütləq, görəcəksiniz!

7\. Sonra ona daxil olmaqla öz gözlərinizlə görəcəksiniz!

8\. Sonra, o gün nemətlər barəsində hökmən sorğu-sual olunacaqsınız.

Ayələrin nazilolma səbəbi



Təfsirçilər hesab edirlər ki, bu surə bir-birinə qarşı adamlarının çoxluğu, var-dövlətləri ilə fəxr edən qəbilələr haqqında nazil olmuşdur. Hətta iş o yerə çatmışdı ki, onlar adamlarının sayının daha da çox olduğunu göstərmək üçün qəbiristanlığa gedib özlərinin və başqalarının ölülərini saymışdılar.

Amma bəzi təfsirçilər Qüreyş qəbilələrindən olan iki qəbiləni, bəziləri Mədinənin ənsardan olan iki qəbiləsini, bəziləri də yəhudiləri nəzərdə tutmuşlar. Amma surənin Məkkədə nazil olması barəsində rəy vermək daha uyğun və münasibdir.

Bunu da qeyd edək ki, nazilolma səbəblərinin heç biri ayələri xüsusi bir mövzuya aid edərək onu çərçivələmir. Yəni ayəni yalnız o zamana və məhz həmin mövzuya aid etmir.

Ayələrin təfsiri



Fəxr və qürrələnmək bəlası.

Ayə məzəmmət, danlaq və ağır intonasiya ilə başlayaraq buyurur: “Çoxa hərisliyiniz sizi elə aludə etdi ki,”

"qəbirləri ziyarət etdiniz və ölülərinizi sayıb onların sayı ilə fəxr etdiniz.”

(حَتَّىزُرْتُمُالْمَقَابِرَ)


Bəzilərinin izahına əsasən, ayələrin tərcüməsi bu şəkildədir: “Fəxr və yersiz qürrələnmək onların başlarını elə qatmışdı ki, hətta qəbrə daxil olduqları zaman da bu düşüncə onlarda davam edirdi. Yəni ölənə qədər bu düşüncədən əl çəkmədilər.

Amma (qəbirləri ziyarət etdiniz) ayəsi, nazilolma səbəbi və yaxın səhifədə qeyd edəcəyimiz İmam Əlinin (ə) “Nəhcül-bəlağə”- dəki kəlamları birinci mənanın daha uyğun olmasını təsdiq edir.

Ayədəki (əlhakum) sözü (ləhv) sözündən götürülmüş, olduqca kiçik və səmərəsiz işlərlə məşğul olmaq, məhz bu səbəbdən böyük, faydalı işlərdən geri qalmaq mənasındadır. Rağib “Müfrǝdat" kitabında deyir: (ləhv) elə bir məşğuliyyətdir ki, insanı özünə təqibçi etdirməklə (arxasına saldırmaqla) onu əsas məqsədindən və hədəfindən yayındırır."

Ayədəki (təkasur) sözü “kəsrət” sözündən alınmış, qarşılıqlı yersiz qürrələnmək, iftixar etmək, lovğalanmaq mənalarındadır.

(zurtum) sözü isə “ziyarət” və “zəvr” sözündən alınmış, sinənin yuxarı hissəsinə deyilir. Daha sonra bu söz üz-üzə gəlmək və görüşmək mənalarında işləndi. Əslində, “zəvr " sözü sinənin əyilməsinə deyilir. Məsələn, yalan danışmaq qarşı tərəfi haqdan sapdırmaq mənasında olduğu üçün ona “zuvr” deyilir.

Ayənin sonundakı (məqabir) sözü isə qəbir sözünün cəmi olduğu üçün “qəbirlər” mənasındadır. Məlumdur ki, həmin yerə məqbərə, ölülərin dəfn yeri və sair deyilir. Ayədə qəbirləri ziyarət etmək cümləsi bəzi təfsirlərəəsasən, məcazidir. Yəni sonda ölümü ziyarət etmək mənasındadır. Bəzi təfsirlərəəsasən isə qəbiristanlığa gedərək qəbirləri saymaqla fəxr etmək mənasındadır. Əlbəttə, bunu da qeyd edək ki, daha məşhur olan fikir budur.

Əvvəldə də dediyimiz kimi, ikinci məna və təfsir daha uyğun və münasibdir. Bu təfsirəən bariz şahid və dəlillərdən biri də İmam Əlinin (ə) "Nəhcül-bəlağə”də işlətdiyi bir neçə cümlədir. İmam Əli (ə)

\-Çoxa hərisliyiniz sizi elə aludə etdi ki, qabirləri ziyarət etdiniz və ölülərinizi sayıb onların sayı ilə fəxr etdiniz.

أَلْهَاكُمُالتَّكَاثُرُ. حَتَّىزُرتُمُالْمَقَابِرَ


ayəsini oxuduqdan sonra buyurdu:

# لَهُمَرَاماًماأَبْعَدَهُ؟وَزَوْراًماأَغْفَلَهُ؟وَخَطَراًماأَفْطَعَهُ؟لَقَدْاسْتَحَلُوامِنْهُمْأَيَّمُدَّكِرٍوَتَناوَشُوهُمْمِنْمَكانبَعِيد. أَفَبِمَصارِعِآبَائِهِمْيَفْحَرُونَ؟أَمْبِعَدِيدِالْهَلْكييَتَكَاثُرُونَ؟يَرْتَجِعُونَمِنْهُمْأَجْساداًحَوَتْ،وَحَرَكاتسَكَنَتْوَلَأَنْيَكُونُواعِبَراًأَحَقُّمِنْأَنْيَكُونُوامُفْتَحَراً!


"Nə qəribə! Nə qədər uzaq məqsəd, nə qafil görüşənlər, nə böyük və qorxulu iş! Onlar gedənlərin ibrətlik məkanlarını boş hesab etdilər. Nə ibrət, nə nəsihət! Onlardan uzaq olan və torpaqda çürümüş ölülərlə fəxr etdilər. Atalarının qəbirləri, yoxsa ölənlərinin çoxluğu ilə fəxr edirlər? O, cansız və hərəkətsiz bədənlərin qayıtmasını istəyirlər. Ölü- lərin ibrət olması fəxr vasitəsi hesab edilməkdən daha yaxşıdır. Onlara baxıb daha da təvazökar olmaq onları qüdrət səbəbi hesab etməkdən daha ağıllı davranışdır."

İmam Əlinin (ə) xütbəsindən bir neçə cümlə mövzuya aid olduğu üçün qeyd etdik. İmamın bu sözləri o qədər təkanverici, insanı həqiqə- tən, təəccübləndirən və düşünməyə vadar edəndir ki, İbn Əbülhədid Mötəzili deyir:

"And olsun bütün ümmətlərin and içdiyi vahid Varlığa, əlli ildə, bəlkə, min dəfə bu xütbəni oxumuşam. Hər dəfə oxuduqda ürəyiməəsmə, titrəmə və qorxu gəlməklə yanaşı, həm də hər dəfə mənim üçün yeni moizə və xütbə olur. Ruhuma elə təsir edib ki, bütün bədənimin əzaları titrəyir. Heç vaxt buna dözə bilməmişəm. Həmişə ölüm yadıma düşüb. Sanki dostlarımdan, yaxınlarımdan və qohumlarımdan uzaq düşmüşəm. İmamın dediyi xüsusiyyətlər məndə də var. Mən İmam dedikləri xüsusiyyətdə olan biriyəm. Nə qədər xütbələr, nəsihətlər eşitmiş və dinləmişəm. Amma onların heç biri mənim üçün İmamın kəlamı qədər təsiredici deyil!

Onun sözünün qəlbimdə qoyduğu təsir ya onun imanından qaynaqlanır, ya da onun saf niyyəti və ixlası səbəb olmuşdur ki, bu qədər ruhlara nüfuz edib ürəklərdə yer alır."

Digər bir cümləsində isə belə deyir:

# ينْبَغِيلَوْاجْتَمَعَفُصَحاءُالْعَرَبِقاطِبَةًفِيمَجْلِسوَتَلَىعَلَيْهِمْأَنْيَسْجُدُوالَهُ


"Yeri var ki, ərəb ədibləri bir məclis təşkil edib bu xütbəni oxusun, daha sonra səcdəyə getsinlər."

Davamında Müaviyə ibn Əbu Süfyanın İmam Əlinin (ə) nitqinin fəsahəti barəsində dediyi sözü qeyd edir:

# اللهمَاسَنَّالْفَصاحَةَلِقُرَيْشٍغَسْرُهُوَ


"And olsun Allaha! Qüreyş üçün fəsahət və bəlağəti o gətirǝrǝk əsasını qoydu."

Allah-taala növbəti ayədə onları bu sözlərlə məzəmmət və təhdid edərək buyurur:

"Xeyr! Siz düşündüyünüz kimi deyil. Tezliklə biləcəksiniz!"

سَوْفَتَعْلَمُونَ


Davamında daha da təkidlə buyurur:

"Yenə də xeyr! Siz düşündüyünüz kimi deyil. Tezliklə biləcəksiniz!”

ثُمَّكَلَّاسَوْفَتَعْلَمُونَ


Bütün təfsirçilərin rəyinəəsasən, eyni məzmunlu ayənin ardıcıl gəlməsi mövzunun ciddiliyini və təkidini ehtiva edir. Ayəyə görə, lovğalanaraq təkəbbürlük edənlər üçün hazırlanmış əzab qaçılmazdır.

Əlbəttə, bəzi təfsirçilər birinci ayəni ölüm, qəbir əzabı və bərzəx olaraq təfsir edərək, ikinci ayənin Qiyamət gününə şamil olunduğunu qeyd etmişlər. Möminlərin əmiri Əlidən (ə) nəql olunan hədisdə deyilir:

# زِلْنَانَشْكُفِىعَذَابِالْقَبْرِحَتَّىنَزَلَتْأَلْهَاكُمُالتَّكَاثُرُ،إِلىقَوْلِهِكَلَّاسَوْفَما


# تَعْلَمُونَ،يُرِيْدُفِيالْقَبْرِ،ثُمَّكَلَّاسَوْفَتَعْلَمُونَ،بَعْدَالْبَعْثِ


“Bizə qoşulan bir dəstə ayəsi nazil olana kimi hələ də qəbir əzabına şəkk edirdi.

“ كَلَّا سَوْفَ تَعْلَمُون

ayəsi məhz qəbir əzabından bəhs edir”

" ثُمَّكَلَّاسَوْفَتَعْلَمُونَ

ayəsi isə Qiyamət günüdür.”

Fəxr Razi öz (Təfsiri-Kəbir) təfsirində bu hadisəni İmam Əlinin (ə) Zər ibn Ceyş adlı yaxın səhabəsinin dilindən belə nəql edir: Biz qəbir əzabı barəsində şəkk edirdik. Amma bir gün İmam Əlidən (ə) bu ayəni oxuduğunu eşitdik. O Həzrət buyurdu: Bu ayələr qəbir əzabına dəlalət edir.

Daha sonra davamında buyurdu:

"Xeyr! (Siz düşündüyünüz kimi deyil). Əgər yəqininiz olsaydı,çoxa hərisliyiniz Allahı sizə unutdurmazdı.

( كَلَّالَوْتَعْلَمُونَعِلْمَالْيَقِينِ)


“Siz Cəhənnəmi “mütləq” görəcəksiniz!"

"Sonra ona daxil olmaqla öz gözlərinizlə görəcəksiniz!"

(ثُمَّلَتُسْأَلُنَّيَوْمَئِذٍعَنِالنَّعِيمِ)


"Sonra o gün nemətlər barəsində hökmən sorğu-sual olunacaqsınız.”

İncəliklər:



1\. Lovğalıq və öyünməyin əsasları.

Yuxarıdakı ayələrdən gəldiyimiz qənaətəəsasən, lovğalıq, yersiz qürrələnmək və fəxr etməyin əsas səbəblərindən biri Allahın sonda cəza və mükafat verəcəyi günə, habelə ölümdən sonrakı həyata qarşı inamsızlıq, cəhl və nadanlıqdır. Bundan əlavə, insanın özünə və ilkin yaradılışına qarşı nadan olması, yəni necə yaranması barəsində düşünməməsi, bunu unutması lovğalığın və qürurun baş qaldırma səbəblərindən ən əsasıdır. Bütün bunlar insana öz aqibətini unutdurur. Aydın məsələdir ki, keçmişini unudan hər bir kəs gələcəyinə qarşı süst və laqeyd olacaqdır. Buna görə də Qurani-Kərim insanın özünə qayıtması, qürurunun sınması, Allahın nemətləri qarşısında dikbaşlıq etməməsi üçün keçmiş qövmlərin başlarına gələnləri özündə qissə şəklindəəks etdirir, onların əhvalatlarını bugünkü nəsillərə çatdırır. Quranın söylədiklərinəəsasən, daha qüdrətli, qüvvətli, sərvətli və eyni zamanda təkəbbürlü şəxslər adi bir vasitə ilə dünyadan köçmüşlər. O cümlədən ildırım, zəlzələ, sel, külək, yağış, torpaq, kiçik quşlar və bu kimi sadə vasitələrlədünyadan köçmüş, yurdları xarabalığa çevrilmişdir.

Bütün bunlar aydın olduğu surətdə, bu təkəbbür və öyünmək nəyə lazımdır?

İnsanların yersiz qürur nümayiş etdirmələrinin, təkəbbürlük göstərmələrinin və lovğalıqlarının digər başlıca səbəblərindən biri də onların psixi sıxıntılarının olması, eyni zamanda acizlikləridir. Həyatda heç vaxt sözü dinlənməyən, şəxsiyyətcə aşağılanan və aciz insanlar bunu pərdələmək üçün digərlərinin yanında daim lovğalıq edər, təkəbbürlə yeriyər və olduğundan böyük danışaraq özündə olmayan xüsusiyyət- lərlə öyünər. İmam Sadiqdən nəql olunan bir hədisdə oxuyuruq:

# مَامِنْرَجُلتَكَبَّرَأَوْتَجَبَّرَإِلَّالِذِلَّةٍوَجَدَهافِينَفْسِه


“İnsan özünü zəlil kimi təsəvvür etməyincə onda təkəbbür və öyünmək xüsusiyyəti baş qaldırmaz."

Çünki insani dəyərləri əməllərindəəks etdirərək kamala doğru addımlayan insanların heç biri bunu etməməklə yanaşı, belə bəyənilməyən xüsusiyyətlərdən həzər edərlər.

Bu mövzuda digər bir hədis İmam Baqirdən (ə) nəql olunmuşdur. Hədisdə deyilir:

# بالأنواء


# الْجاهِلِيَّةِ: الْفَحْرُبِالْأَنْسابِ،وَالطَّعْنُفِيالْأَحْسَابِ،وَالْاِسْتِسْقَاءُثَلاثَةٌمِنْعَمَلِ


“Üç xüsusiyyət cahillərin əməlindəndir. Nəsil vəəqrəba ilə fəxr etmək, digər ailələrin fərdlərinin şəxsiyyətini, şərəf və ləyaqətini alçalt- maq, ulduzların vasitəsi ilə yağış diləmək.”

İmam Əlidən (ə) nəql olunan digər bir hədisdən oxuyuruq;

# أَهْلَكَالنَّاسَاثْنَانِ: خَوْفُالْفَقْرِ،وَطَلَبُالْفَحْرِ


“İki şey insanları öldürəcəkdir. Fəqirlikdən qorxmaq (məhz bu səbəbdən hər nə yolla olur-olsun, mal toplamaq), ikincisi öyünmək.”

Həqiqətən də, bir çox fəsadların, o cümlədən paxıllığın, həsədin, simicliyin, dünyapərəstliyin və sonu abadlığı xaraba qoyan dartışmanın əsas amili fəqirlik qorxusundan doğan dünyaya hərislikdir. İnsanların bəzisinin fəqirlik qorxusu onları müxtəlif günahlara sürükləyir.

Böyük İslam Peyğəmbərindən (s) nəql olunan hədisdə deyilir:

# ماأَحْشَىعَلَيْكُمُالْفَقْرَوَلكِنْأَحْشَىعَلَيْكُمُالتَّكَاثُرَ


"Mən sizin fəqir olmanızdan deyil, yersiz öyünmələrinizdən qorxuram.

Hədisdə sözügedən “təkasur” sözünün mənası, əvvəldə də qeyd etdiyimiz kimi, “öyünmək”dir. Amma bəzən də mənsəbçilik, mal-dövlət hərisi, var-dövlət toplayan şəxs mənasında da işlənir. Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir:

# التكاثر، (في) الأَمْوالِجَمْعُهامِنْغَيْرِحَقَّها،وَمَنْعُهامِنْحَقِّهَا،وَشَدُّهافِيالْأَوْعِيَةِ


“Təkasur” haram yolla ələ gətirilən, sahibinə qaytarılmasından imtina edərək xüsusi sandıqlarda saxlanan mala deyilir.' ,,

"Tǝkasur" mövzusunu İslam Peyğəmbərindən (s) nəql olunan dərin mənalı hədislə bitiririk. Hədisdə “ayəsi barəsində deyilir:

# يَقُولُابْنُآدَمَمالیمالیومالَكَمِنْمالِكَإِلَّامَاأَكَلْتَفَأَفْنَيْتَأَوْلَبِسْتَفَأَبْلَيْتَأَوْتَصَدَّقْتَفَأَمْضَيْتَ


"İnsan deyir, “mənim malım, mənim malım.” Amma insanın (ona) aid olan mal(dan) yediyi yeməkdən, geyindiyi paltardan və verdiyi sədəqədən savayı heç nəyi yoxdur.,,

Mənadolu hədisdə olduqca diqqəti cəlb edən nüanslardan biri də budur ki, insanın həyatı boyunca topladığı mal-dövlətdən yalnız ona qalan, yəni onun özünə nəsib olan onun yediyindən, içdiyindən, geyindiyindən və Allah yolunda sədəqə verdiyindən savayı bir şey deyildir. Hansı ki bu mal-dövləti toplamaqda hərislik etmiş, bəzən halal-haramına diqqət etməmişdir. Bildiyimiz kimi, insan qidalanmağa, yəni qazandığından yeməyə məcburdur. Amma nə gözəl olar ki, Allah yolunda sədəqə verməklə o maldan daha çox özünə nəsib etsin. Çünki axirət dünyasında yalnız onun olan həmin sədəqə verdikləri olacaqdır.

2\. Yəqin və onun mərtəbələri

“Yəqin” “şəkk” və “şübhə”nin antonimidir. Əminlik nəyinsə qəti sübutu və tam aydın olması zamanı hasil olur. Hədislərəəsasən, imanın ən üstün dərəcəsi yəqin mərhələsi hesab edilir. İmam Baqir (ə) buyurmuşdur:

# وَلَمْيُقْسَمْبَيْنَالنَّاسِشَيْءٌأَقَلَّمِنَالْيَقِين


“İman İslamdan, təqva, imandan, yəqin isə təqvadan bir dərəcə yüksəkdir. İnsanlar arasında yəqindən az bölünən bir şey olmamışdır." Yəqinin nə olduğu soruşulduqda İmam (ə) belə cavab verib:

# التَّوَكَّلُعَلَىالله،وَالتَّسْلِيمُلِلهِ،وَالرّضابِقَضاءِاللَّهُ،وَالتَّفْوِيضُإِلَىاللَّهِ!


"Yəqin Allaha təvəkkül etmək, Onun qarşısında təslim, hökmünə razı olmaq, bütün işləri Ona həvalə etməkdir.

Yəqin məqamının İslam, təqva və imandan üstün olmasının izahı digər hədislərdə də təkidlə qeyd edilmişdir.

İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur:

# مِنْصِحَّةِيَقِينِالْمَرْاَالْمُسْلِمِأَنْلايُرْضِيَالنَّاسَبِسَخَطِاللَّهِ،وَلَايَلُومَهُمْعَلَىمَااللهَبِعَدْلِهِوَقِسْطِهِجَعَلَالرَّوْحَوَالرّاحَةَفِيالْيَقِينِوَالرِّضاوَجَعَلَإنلَمْيُؤتهالله... الْهَمَّوَالْحَزَنَفِيالشَّرِّوَالسَّخَطِ


"Müsəlmanın yəqinliyinin əlamətlərindən biri budur ki, Allahın qəzəbini insanların razılığına dəyişməsin, onları Allahın ona vermədiyi ilə məzəmmət etməsin. Allah adil və alim olduğu üçün rahatlığı yəqin və razılıqda, hüzün və kədəri şək-şübhə və narazılıqda qoymuşdur."

Deməli, hədisdən belə başa düşülür ki, əgər insan yəqin mər- hələsinə çatarsa, bütün qəlbini və ruhunu xüsusi rahatlıq bürüyər.

Qurana əsaslanaraq (“Vaqiə” surəsi, 95- Bu, şübhə doğurmayan bir həqiqətdir.) yəqini üç mərəhələyə bölmüşlər:

1\. Elmül-yəqin. İnsan dəlil və sübutlar əsasında nəyinsə varlığına əmin olur. Məsələn: Tüstünü görməklə yanğının olduğuna əmin olur.

2\. Eynül-yəqin. Müşahidə mərhələsinə deyilir. Buna misal olaraq qeyd edilən yanğını birbaşa görməyi göstərmək olar.

3\. Həqqül-yəqin. Oda daxil olub onu bütün varlığı ilə hiss etmək, odun xüsusiyyətlərini özündə ehtiva etmək. Bu, yəqinin ən yüksək mərhələsidir. Tusi yəqin barəsində gətirdiyi izahların birində deyir: "Yəqin" məqamı sabit və cəzb edən mərhələdir, onun əksi mümkün deyil. Yəqin məqamı və mərhələsi iki elmin birləşməsindən əmələ gəlir. Bu da məlum olanlara qarşı elmin və yəqinliyin hasil olması deməkdir. Hansı ki bu elmlərin əksi mümkün deyil. Çünki insan şəxsən onları duymuş, lǝms etmiş, yaşamışdır. Bu da üç mərhələdən ibarətdir. Elmül- yəqin, eynül-yəqin və həqqül-yəqin.” (Əlbəttə, bu barədə yuxarıda izah verilmişdir.tərc.)

Əslində, birinci mərhələ ümumi səciyyə daşıyır. İkinci mərhələ təqvalılara, üçüncü mərhələ isə Allahın xüsusi və yaxın bəndələrinə xas olan mərhələdir.

Peyğəmbərdən (s) nəql olunan hədisdə oxuyuruq:

Bir gün Peyğəmbərə (s) deyirlər: “Eşitdiyimzə görə İsanın (ə) səhabələrindən biri suyun üzərində yeriyirmiş.” Peyğəmbər (s) buyurur:

# لَوْكَانَيَقينُهُأَشَدَّمِنْذلِكَلَمَشَىعَلَىالْهَواءِ


"Əgər yəqini daha çox olsaydı, havada gəzərdi."

Mərhum Əllamə Təbatǝbai bu hədisi qeyd etdikdən sonra belə yazır: “Hər şey Allaha olan qəti inam və yəqin, dünyadakı səbəblərin heç birinin müstəqil təsirə malik olmamasına inam çevrəsində dövrə vurur. Allahın mütləq qüdrətinə inam və etiqadı nə qədər yüksək olarsa, bütün dünya insana o qədər müti və qul olar.”

Yaradılış aləmindəki yəqin məqamı ilə mütləq hakimiyyətin arasında olan əlaqənin rəmzi məhz budur.

3\. Hamılıqla Cəhənnəm atəşini müşahidə edəcəklər Surədəki (Siz Cəhənnəmi, mütləq, görəcəksiniz!) ayəsinin iki cür təfsiri var:

Birinci təfsirdə bütün kafirlərin və ya bütün cinlərin və insanların Cəhənnəm atəşini müşahidə edəcəyi deyilir. Çünki Quranın bəzi ayələ- rinə istinadən, gərək hamılıqla Cəhənnəm atəşinin kənarından keçsinlər.

İkinci təfsirəəsasən isə dünyada olarkən qəlb gözü ilə (şühud və mükaşifə nəzərdə tutulur. tərc.) Cəhənnəm atəşinin müşahidə olunması nəzərdə tutulur. Ayənin bu şəkildə təfsir olunması digər ayədəki şərt cümləsinin cavabı olaraq qəbul ediləcəkdir. Yəni: “Əgər sizin elmül- yəqininiz olsaydı, dünyada ikən Cəhənnəm atəşəni müşahidə edə bilərdiniz.” kimi izah olunur. Çünki bildiyimiz kimi, Cənnət və Cəhənnəmin hal-hazırda xarici vücudları var. Həmçinin bəsirət sahibləri üçün də oranı müşahidə etmək mümkündür.

Amma əvvəldə qeyd etdiyimiz kimi, özündən sonrakı ayələrə rəğmən söhbət Qiyamətdən getdiyi üçün işarə etdiyimiz təfsir daha uyğundur. Buna əsasən də cümlə şərt və cavab deyil, əksinə, müstəqil və qeyri-şərt cümləsidir.

4\. Qiyamətdə hansı nemətlər barəsində soruşulacaqdır? Surənin sonuncu ayəsində oxuyuruq:

"Sonra, o gün nemətlər barəsində hökmən sorğu-sual olunacaqsınız."

Bəzi təfsirçilərin qeydlərinəəsasən, ayədəki “nemət” insanın dünya həyatında olan sağlamlığıdır. Bəzi din alimlərinə görə isə sağlamlıqla paralel ǝmniyyət də nəzərdə tutulur. Qeyd edək ki, dünya nemətlərinin nəzərdə tutulduğunu da deyənlər var.

Möminlərin əmiri Həzrət Əlidən (ə) nəql olunan hədisdə oxuyuruq:

# النَّعِيمُالرُّطَبُ،وَالْمَاءُالْبَارِدُ


"Nemət" sərin su və xurmadır."

Digər bir hədisdə isə oxuyuruq:

Əbu Hənifə bu ayəbarəsində İmam Sadiqdən (ə) soruşduqda İmam (ə) sualı yenidən onun özünə qaytarıb buyurur:

\- Sənin fikrincə, nemət nədir?

Əbu Hənifə deyir:

\- Yeməklər, bizim üçün yaradılmış qida növləri və sərin su. İmam (ə) buyurur:

\- Əgər Allah-taala Qiyamət günü səndən yediyin hər tikə və içdiyin hər bir qurtum su haqqında soruşsa, gərək orada çox durasan. Əbu Hənifə yenidən soruşur:

\- Bəs bu, nədən ibarətdir?

İmam (ə) buyurur:

"Nemət" sözü biz Əhli-beyti bildirir. Allah-taala bizə görə bən- dələrinə ruzi verir, onların ixtilafından sonra aralarında ülfət və mehri- banlıq yaradır, qəlblərini bizə xatir yaxınlaşdıraraq onları bir-birinəqardaş edir. Onlar bir-birinə düşmən idilər. Amma bizə xatir onları doğru yola hidayət etdi. Bəli, "nemət” Muhəmməd (s) və onun Əhli- beyti (ə) deməkdir.

Yuxarıdakı hədisə müxtəlif prizmalardan yanaşmaq olar. Amma əsas diqqəti cəlb edən məsələ budur ki, sözügedən ayədəki “nemət”" sözünün mənası olduqca geniş vəəhatəlidir. Bu sözü həm maddi, həm də mənəvi nemətlər sırasına daxil etmək olar. O cümlədən mənəvi dedikdə din, İslam, iman, Quran, vilayət və sair, maddi nemət dedikdə isə bütün fərdi və ictimai nemətlərə şamil edilir. Amma sadaladığımız bu nemətlər sırasında vilayət və iman barəsində daha çox soruşulacaqdır. Soruşulacaqdır ki, onların haqlarını necə yerinə yetirmişik?

Həmçinin bəzi hədislərdə maddi nemətlərin nəzərə alınmaması vəəsasən, mənəvi nemətlərdən danışılması daha çox diqqəti maddi deyil, əksinə, “vilayət ” kimi mənəvi nemətlərə yönəltməkdir. Maddi nemətlərin verilməsi və onların da haqlarının yerinə yetirilməsi məsələsi qaçılmazdır. Amma imamət mövzusu kimi nəhəng mövzunun yanında olduqca kiçik və saya gəlməyəndir. Çünki Allah-taalanın insanlara əta etdiyi nemətlər sırasında mərtəbə və məsuliyyət baxımından vilayət mövzusunun daha əhəmiyyətli olması hamıya məlumdur.

Sizcə, maddi nemətlər soruşulan yerdə, ola bilərmi, bəşəriyyətəəta olunmuş ən böyük nemətlər haqqında soruşulmasın? Hər bir kəsin mütləq şəkildə o nemətlərin qədrini bilmək, onların şükrünü yerinə yetirmək və onların dediklərinə şəxsi və ictimai həyatlarında əməl etmək bəndəlik borcudur.

Tǝkasur surəsinin sonu.