Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
102

Ət-Təkasur Surəsi

8 Ayə 30-ci Cüz Məkkədə nazil olub
سُورَةُ التكاثر Ayətəllah Mişkini Tərcüməsi

Ət-Təkasur Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Ət-Təkasur Surəsi, Ayə 1

أَلْهَىٰكُمُ ٱلتَّكَاثُرُ ﴿1﴾

Mişkini Tərcüməsi: (Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı.
2 Ət-Təkasur Surəsi, Ayə 2

حَتَّىٰ زُرْتُمُ ٱلْمَقَابِرَ ﴿2﴾

Mişkini Tərcüməsi: O vaxta qədər ki, qəbiristanlıqları ziyarət etdiniz (ölüb getdiniz. Ölüm anınıza kimi belə idiniz, yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz).
3 Ət-Təkasur Surəsi, Ayə 3

كَلَّا سَوْفَ تَعْلَمُونَ ﴿3﴾

Mişkini Tərcüməsi: Belə deyildir. (Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır), tezliklə (Bərzəx aləminə daxil olduğunuz zaman) biləcəksiniz.
4 Ət-Təkasur Surəsi, Ayə 4

ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ ﴿4﴾

Mişkini Tərcüməsi: Əsla belə deyildir, tezliklə (Cəza günü) biləcəksiniz.
5 Ət-Təkasur Surəsi, Ayə 5

كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ ٱلْيَقِينِ ﴿5﴾

Mişkini Tərcüməsi: Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk-şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz,
6 Ət-Təkasur Surəsi, Ayə 6

لَتَرَوُنَّ ٱلْجَحِيمَ ﴿6﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz).
7 Ət-Təkasur Surəsi, Ayə 7

ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ ٱلْيَقِينِ ﴿7﴾

Mişkini Tərcüməsi: Sonra, şübhəsiz, onu (Cəza günü) eynül-yəqinlə (Cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə) görəcəksiniz.
8 Ət-Təkasur Surəsi, Ayə 8

ثُمَّ لَتُسْـَٔلُنَّ يَوْمَئِذٍ عَنِ ٱلنَّعِيمِ ﴿8﴾

Mişkini Tərcüməsi: Sonra isə o gün, şübhəsiz, siz (dünyada Allahın) əta etdiyi nemətilər barəsində sorğu-sual olunacaqsınız.
Əvvəlki: 101. Əl-Qariə Bütün Surələr ↑ Növbəti: 103. Əl-Əsr