Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Əsr Surəsinin Ayələrinə Qayıt →
Əl-Əsr Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Əsr surəsi, 1-3-cü ayələr


Əsr surəsi, 1-3-cü ayələr



بِسْمِاللهِالرَّحْمنِالرَّحِيم


وَالْعَصْرِ .١


إِنَّالْإِنسَانَلَفِيخُسْرٍ .٢


إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ .٣


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. And olsun əsrə

2\. ki, insanlar ziyandadırlar!

3\. Yalnız iman gətirib yaxşı işlər görən, bir-birinə haqqı məsləhət bilib və bir-birinə səbirli olmağı tövsiyə edənlər istisnadır.

Ayələrin təfsiri



Yeganə nicat yolu

Surənin əvvəlində müstəqil ayə olaraq yeni bir andla rastlaşırıq. Buyurulur:

“And olsun əsrə.”

Ayədəki (əsr) sözünün mənası sıxmaq deməkdir. Həmçinin bildiyimiz kimi, bu söz, zöhrdən sonrakı vaxta, yəni günün ikinci yarısına da şamil edilir. Çünki günün proqramları artıq günün ikinci yarısında sıxılmağa başlayır. Gündüz vaxtı günün qərb istiqamətində əyilməsi nəticəsində bitməyə tərəf irəliləyir.

Bu sözdən mütləq zaman, bəşər tarixinin bütün dövrləri, zamanın yarısı, Peyğəmbərin (s) qiyamı ilə İslam dininin zühur etdiyi vaxt mənasında istifadə olunmuşdur. Çünki andın təfsiri barəsində təfsirçilər fərqli ehtimallar irəli sürmüşlər:

Bəzilərinin təfsirinə əsasən, bu and elə əsr vaxtına aid edilir. Belə olduqda bu sözün xüsusi izaha ehtiyacı qalmır. Çünki Qurani-Kərimdə xüsusi vaxtlara and içilmişdir. O cümlədən "Zuha” surəsinin birinci

\-“And olsun səhərə” vəya “And olsun ağarmaqda olan sübh çağına və sair.

Quranda zamana and içilməsi həmin zamanın əhəmiyyətini çatdırır. Çünki həmin zamanda artıq həyatın ya birinci hissəsi, ya da ikinci his- səsi başlayır. Yəni insan həyatında önəmli dəyişkənlik baş verir. Əsr vaxtı günün işləri tamam olur və heyvanlar, quşlar və sair yuvalarına dönür. Eyni zamanda Günəş də şərq tərəfdən qırılaraq qərbə tərəf əyilməyə başlayır. Bu zaman günün gündüz çağı tədricən gecənin qaranlıq pərdəsi ilə yerini dəyişməli olur.

Zamanda baş verən bu dəyişiklik nizamda mütləq Hakim olan Allahın tükənməz qüdrətini bir daha sübut edir. Bu da sözün əsl mənasında tövhidin əlamətlərindən və Pərvərdigarın nişanələrindən biridir. Odur ki, həmin an and içilməyə layiqdir.

Bəzi təfsirçilər isə ayədəki andı bütün bəşəriyyətin dövr və tarixinə aid edir. Hansı ki, orada bütün insanlar üçün böyük ibrət dərsləri, həyata və yaşam tərzinə təkan verən hadisələr baş vermişdir. Məhz bu cəhətdən də Allah tərəfindən and içilməyə layiq görülmüşdür.

Bəziləri də bəşər tarixinin xüsusi zaman kəsiyinə aid olmasını qeyd edirlər. Bildiyimiz kimi, Peyğəmbərin (s) və İmam Məhdinin (ə.f) zühur etdiyi zaman bəşər tarixinin xüsusi əzəmətə layiq görülən anıdır. Yəni bu anlar bəşər tarixinin ən müqəddəs anlarıdır. Məhz bu cəhətdən həmin anlar and içilməyə layiqdir.

Bəzi din alimləri isə sözün lüğəvi mənasından qayıdaraq (görməzdən gələrək) andı insanların tarix boyunca həyatlarında baş verən çətinliklərə və düşdükləri sıxıntılara aid edirlər. Hansı ki həmin sıxıntılar insanı özünə qaytarır, onları qəflət yuxusundan oyadıb Allaha tərəf yönləndirir, Allahı onların yadına salır və bu yolla onları mənəvi inkişaf yolunda düzgün istiqamətləndirir.

Bu andı kamil insanlara aid edən təfsirçilər də var. Onların fikrincə, kamil insanlar yaradılış aləminin şirəsidirlər.

Bəzi təfsirçilər isə andın əsr namazına aid olduğunu bildirirlər. Bu namaz digər namazlardan fərqli olaraq xüsusi əhəmiyyətə malikdir. Çünki Allah-taalanın Quranda dəfələrlə təkid etdiyi orta namaz (salat- vusta) adlandırdığı namaz məhz əsr namazıdır.

Yuxarıdakı təfsirlər fərqli yanaşmadan irəli gəlsə də, onların arasında heç bir ziddiyyət olmadığından hamısı məqbul hesab olunur. Yəni andın genişliyinin bütün yuxarıda deyilənləri özündə ehtiva etməsi mümkündür. Amma onların arasında daha münasib olanı andın bəşər tarixinə aid olunanıdır. Öncəki mövzularda dəfələrlə qeyd etmişik ki, Quranın andları özündən sonra gələcək mühüm mətləblərlə sıx əlaqəlidir. Yəni and içməkdə məqsəd ondan sonra gələn mətləbin əhəmiyyətindən xəbər verir. Aydın məsələdir ki, insanların həyatı boyu etdik- ləri ziyanlar yaşadıqları həyatın nəticəsidir. Və ya İslam peyğəmbərinin zühur etdiyi andır. Çünki bu andan etibarən dörd maddədən ibarət olan xoşbəxt həyat proqramı belə bir əsrdə bəşəriyyətə ərməğan edilmişdir.

Bura kimi deyilənlərdən, habelə ilahi Kitabın genişmənalı ayələrindən belə aydın olur ki, hətta Quranın bir kəlməsi belə dərin mənaları özündə ehtiva edərək müxtəlif təfsirlərə malikdir.

Növbəti ayədə mühüm andın nə üçün içildiyi məlum olur. Ayədə deyilir:

“ki, insanlar ziyandadırlar!”

Bəşər övladının cisminin sağlamlığı istər-istəməz bir gün əldən gedəcəkdir. Çünki aləmdə olan bütün maddi yaradılış sonda köhnəlməyə və məhvə məhkumdur. Saatlar, günlər, aylar və illər sürətlə keçərək insan ömrünü yeməkdə davam edir. İnsanın maddi və mənəvi gücü bir gün həll olacaq, güc və bacarığı sonda azalıb itəcəkdir.

İnsan elə bir məxluqdur ki, ona böyük bir ömür sərmayəsi verilmişdir. Amma ixtiyarsız olaraq bu sərmayənin bir hissəsi gündəlik olaraq ondan alınmaqdadır. Bu, dünya həyatının təbii qanunudur. Odur ki, insan daim ziyandadır.

Bir qəlb, müəyyən olunmuş vaxta qədər döyünmək istedadına malikdir. Amma həmin müəyyən olunmuş vaxt bitdikdə, qəlb həyat eşqi ilə döyünmək istedadını itirəcək. Əlbəttə, bu, normal və sağlam həyat tərzində belədir. Əks-halda, xəstəliklər səbəbindən müəyyən olunmuş vaxtdan daha tez bu döyüntünü itirmək məcburiyyətində qalır. O cümlədən insanın bütün əzaları və orqanları da bu yaradılış və vaxt müəyyənliyi proqramından xaric deyil.

Rağib İsfahaninin lüğətinə əsasən, “...” (xusr-xusran) sözünün mənası sərmayənin azalmasıdır.

Bəzən bu söz insanla əlaqəli olduqda belə deyilir: “Filankəs ziyan etdi”.

Bəzən isə insana deyil, əməlinə aid edilərək: "Ticarətində ziyan etdi." - kimi ifadə olunur.

Bu sözdən, adətən, zahiri nemətlərdən və sərmayələrdən istifadə zamanı istifadə olunur. O cümlədən mal-dövlət, sərvət və məqam kimi insana üstünlük gətirən amillər nəzərdə tutulur. Hansı ki insan bunları əldən verdikdə ziyan etmiş sayılır. Amma bu söz təkcə zahiri sərmayələr deyil, daxili sərmayələr haqda da işlədilir. O cümlədən ruhi sağlamlıq, ağıl, zəka, iman və savab da insanın sərmayəsi hesab olunur. Necə ki Allah-taala Qurani-Kərimdə “açıq-aşkar ziyanda olanlar" haqqında buyurur:

الْمُبِينُ


إِنَّالْخَاسِرِينَالَّذِينَخَسِرُواأَنْفُسَهُمْوَأَهْلِيهِمْيَوْمَالْقِيَامَةِأَلَاذَلِكَهُوَالْخُسْرَانُ


"Əsl ziyan çəkənlər Qiyamət günü özləri və qohumlarının sərma- yəsini itirənlərdir. Bilin, açıq-aşkar ziyan da elə budur!"

Fəxr Razinin bu ayə barəsində dediklərinin xülasəsi bundan ibarətdir:

“Keçmiş böyük alimlərdən biri deyir: Mən bu ayənin mənasını buz satan bir kişidən öyrəndim. O buzu satarkən belə fəryad edib qışqırırdı;

# ارْحَمُوامَنْيَذُوبُرَأْسُمالهارْحَمُوامَنْيَذُوبُرَأْسُماله


“Sərmayəsi əriyərək aradan gedənə rəhm edin, sərmayəsi əriyərək aradan gedənə rəhm edin.”

Öz-özlüyümdə dedim:"" ayəsinin təfsiri budur! İnsanın əsri və zamanı sona yetir, ömrü bitir. Belə olan halda, kiməsə xeyir dəymirsə, savab etmirsə, demək ki, ziyandadır.”

İslam dünyagörüşündə dünya alış-veriş, ticarət yeridir. Necə ki İmam Hadi Əli ibn Muhəmməd Nəqidən (ə) nəql olunan hədisdə deyilir:

# الدُّنْياسُوقٌرَبِحَفِيهَاقَوْمٌوَخَسِرَآخَرُونَ


"Dünya elə bir bazardır ki, bir dəstəsi ordan xeyir götürər, bir dəstəsi isə ziyanla çıxar."

Surənin ikinci ayəsində də eyni ilə hədisdə buyurulduğu kimi, dünya bazara bənzədilir. Ayənin məzmunundan çıxan nəticədə dünya bazarından (növbəti ayədə deyilən şəxslər istisna olmaqla) xeyir götürən kimsə yoxdur.

Bəli, böyük və eyni zamanda qaçılmaz olan ziyandan qurtulmağın yalnız bir yolu vardır. Yalnız bir yol! Surənin sonuncu ayəsində həmin xeyirli həyat modeli təqdim olunmuşdur. Ayədə deyilir:

"Yalnız iman gətirib yaxşı işlər həyata keçirənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı tövsiyə edənlər istisnadır.”

إلَّاالَّذِينَآمَنُواوَعَمِلُواالصَّالِحَاتِوَتَوَاصَوْابِالْحَقِّوَتَوَاصَوْابِالصَّبْرِ)


Başqa sözlə desək, sözügedən böyük ziyandan qurtulmaq, qarşısını almaq, həmin ziyanı xeyir və mənfəətə çevirməyin bir yolu vardır. Hansı ki burada sərmayə mübadiləsi aparılır. Verilmiş və gündəlik hissə-hissə alınacaq sərmayəni verərək daha böyük, dəyərli və əvəzolunmaz sər- mayələr almaqla bunun qarşısını almaq olar. Nəinki qarşısını almaq olar, hətta on, yüz, min dəfə artıq ondan çox bəhrələnmək olar. Sanki fani və ötəri olan zamanlar xeyirlə əbədi olan zamanlara dəyişilir.

İnsan hər nəfəs çəkdikdə ölümə bir addım yaxınlaşır. Necə ki möminlərin əmiri Əli (ə) bu barədə buyurmuşdur:

# نَفَسُالْمَرْءِخُطاهُإِلىأَجَله


“İnsanın nəfəsləri onun ölümə tərəf addımlamasıdır."

Buna əsasən, insanın döyünən qəlbinin hər dəfəsi onu ölümə tərəf yaxınlaşdırır. Odur ki, boş yerləri, etdiyimiz ziyanın yerlərini daha dəyərli və ondan minlərlə artıq olan mənəvi dəyərlərlə doldurmaq lazımdır.

İnsanların bəzisi ömür çağlarının bütün dəyərlərini itirir, ziyana tərəf addımlayır, verilmiş ömür sərmayəsini əldən verir. Bütün bunların qarşılığında az və ya çox mal, mənəvi fəqirliklə dolu saray və ya kiçik ev ələ gətirilər. Halbuki bütün bunlar yalnız ötəri və fani olan dünya üçündür.

Bəziləri bütün bunları məqam və vəzifəyə çatmaq yolunda xərcləyir.

Bəziləri isə bu sərmayədən yalnız eyş-işrət, yemək-içmək və tez ötüb keçən dünya ləzzətləri üçün istifadə edirlər.

Şübhəsiz ki, bunların heç biri qiymətli ömür sərmayəsinin dəyəri deyil. Onun qiyməti yalnız Allahın razılığını qazanmaq, Ona yaxın olmaqdır. Üçüncü ayədə Allah böyük bir ziyanın qarşısını ala biləcək, daha böyük və daha qiymətli sərmayə əldə etmək üçün ömür sərmayəsini böyük mənfəətə çevirə biləcək dörd maddədən ibarət bir proqram təqdim edir. Bu mənfəət sərmayə boşluğunu təkcə doldurmur, həm də onun dəyərini yüzlər və minlər dəfə artırır.!

Möminlərin əmiri Əli (ə) buyurub:

# إِنَّهُلَيْسَلَانُفُسِكُمْثَمَنْإِلَّاالْجَنَّةَفَلَاتَبِيعُوهَاإِلَّابِها


“Sizin vücudunuzun dəyər və qiyməti yalnız behiştdir. Onu bundan ucuz satmayın!"

Rəcəb ayının duasında İmam Sadiqdən (ə) buyurulub:

# حَابَالْوافِدُونَعَلَىغَيْرِكَوَخَسِرَالْمُتَعَرِّضُونَإِلَّالَكَ


"Səndən başqasını istəyən məyus, Səndən başqasının sorağına gedən ziyankardır"

Təbii ki, Qiyamətin bir adının "təğabun" olması da səbəbsiz deyil. Allah-taala Quranda "Təğabun" surəsinin doqquzuncu ayəsində buyurur:

”Hamin gün xasarat va peşmançılıq günüdür -

ذَلِكَيَوْمُالتَّغَابُنِ“


Məsələnin ən gözəl və diqqəti cəlb edən yeri bundan ibarətdir ki, sərmayə mübadiləsində qarşı tərəf, yəni insan vücudunun alıcısı, həm də onun xaliqi olan Allahdır. Necə ki “Tövbə” surəsinin 111-ci ayəsində buyurur:

إِنَّاللَّهَاشْتَرَىمِنَالْمُؤْمِنِينَأَنفُسَهُمْوَأَمْوَالَهُمبِأَنْلَهُمُالجَنَّةَيُقَاتِلُونَفِيسَبِيلِاللَّهِ


فَيَقْتُلُونَوَيُقْتَلُونَوَعْدًاعَلَيْهِحَقًّا


“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərdən canlarını və mallarını Cənnət müqabilində satın almışdır.” Digər tərəfdən isə insanın daha az ticarətinə alıcı çıxaraq buyurur:

فَمَنْيَعْمَلْمِثْقَالَذَرَّةٍخَيْرًايَرَهُ


“Zərrə qədər yaxşılıq edən onu görəcəkdir.”

Bundan başqa, bütün aldıqlarını çox baha, on, bəzən də yeddi yüz dəfə artıq qiymətə aldığını deyir:

فيكُلِّسُنْبُلَةمِائَةُحَبَّةٍوَاللَّهُيُضَاعِفُلِمَنْيَشَاءُ


"Mallarını Allah yolunda sərf edənlər yeddi sünbül bitirən və hər sünbülündə yüz dən olan toxum kimidirlər.”

Ayrı bir duada isə buyurulur:

# يامَنْيَقْبَلُالْيَسِيرَوَيَعْفُوعَنِالْكَثِيرِ


“Ey az ehsanları qəbul edən, çox günahları bağışlayan Allah!”

Bütün nemətləri Özü verməyinə baxmayaraq, o qədər böyükdür ki, təzədən həmin nemətləri olduqca baha qiymətə insandan yenidən Özü alır.

İncəlik:



Dörd maddəli səadət proqramı

Bildiyimiz kimi, Quran sözügedən böyük ziyandan qurtulmaq üçün dörd maddədən ibarət olan, geniş və əhatəli proqram tənzimlə- mişdir. Həmin proqramlar bunlardan ibarətdir:

Birinci model insanın bütün fəaliyyətlərinin bünövrəsini təşkil edən imandan ibarətdir. Çünki insanın bütün həyat fəaliyyəti və yaşam tərzi heyvandan tam fərqli olaraq onun düşüncə və etiqadına əsaslanır. Xülasə, ağlın əməli hökmləri nəzəri prinsiplər əsasında formalaşır.

Başqa cümlələrlə ifadə etsək, hər bir insanın əməli onun əqidə və düşüncə tərzinin göstəricisidir. Buna əsasən, bütün ilahi peyğəmbərlər ilk növbədə ümmətin əqidə və təfəkkürünü islah etmiş, onların zehin- lərini təsəvvürlərində olan “Allah” simasından, yəni şirkdən təmizləmişlər. Bütün göndərilmiş peyğəmbərlər insanları daim zülm və zəlalətə sürükləyən bütpərəstliklə mübarizə aparmış, onların təhlükəsindən insanları xəbərdar etmişlər.

Ayədə iman sözünün mütləq və qeyd-şərtsiz gəlməsi onun bütün müqəddəslərə şamil olunmasını izah edir. Yəni burada artıq Allaha və onun sifətlərindən tutmuş, peyğəmbərlər, səmavi kitablar, Qiyamət günü və övliyalara iman nəzərdə tutulur.

İkinci model iman ağacının meyvəsi olan saleh əməllərdən ibarətdir. Belə ki qəlbdə iman çırağı yandıqda onun işığı insanın bütün üzvlərində əks olunur. Təbii ziyanın qarşısını almaq üçün bütün saleh əməllərə əl atmaq lazımdır, onların bir neçəsi kifayət etmir.

Ayədə saleh əməllər dedikdə yalnız quru ibadət deyil, daha geniş məna əks etdirilir. O cümlədən ibadət də daxil olmaqla, Allah yolunda sədəqə vermək, cihad etmək, elm və bilik ardınca getmək, əxlaqi keyfiyyətləri inkişaf etdirmək və bütün bunlarla yanaşı, Allaha yaxınlaşmaqla, eyni zamanda ictimaiyyətin də bütün sahələrində inkişafı nəzərdə tutulur.

Bu cümlələr ən kiçik işlərə, hətta yolun üstündə gediş-gəlişə maneçilik törədən balaca daşın da yoldan kənarlaşdırılmasından tutmuş, milyonlarla insanların azğınlıqdan hidayətə tərəf yönləndirilməsinə, ilahi ədalətin bərpa olunmasına, haqqın dünyada tanınmasına və yayılmasına şamil edilir.

Necə ki İmam Sadiqdən (ə) “saleh əməllər” haqqında soruşduqda, din qardaşlarınla bərabərlik – deməsi ayənin izahı üçün cavabında nümunə ola bilər.

Əlbəttə, saleh və yaxşı işləri qeyri-mömindən də görməyimiz mümkündür. Amma bu, davamlı və köklü şəkildə ictimaiyyətdə özünə yer tutmayacaqdır. Çünki onun bu əməli ilahi əsaslara və meyarlara söykənmədiyindən davamlı olması mümkün deyil.

Quran burada "salehlər” sözünü xüsusi olaraq cəm şəkilçisi ilə qeyd etmişdir. Çünki bu şəkildə cəm bağlanan (“əlif” və “lam” hərfi ilə) sözlər bütün xeyir əməllərə şamil edilir. Ayənin bu şəkildə cəm bağlanmasının ümdə mesajı bundan ibarətdir ki, icbari şəkildə yaşadığımız ziyandan iman vasitəsi ilə qurtulduqdan sonra ikinci yol bütün xeyir əməlləri yerinə yetirməklə davam etdirilməlidir. Yəni bir iki və ya xüsusi xeyir işlərlə deyil, əksinə, iman gətirdikdən sonra kiçik-böyük demədən bütün xeyir işlərə tələsmək lazımdır. Əlbəttə, iman qəlbin dərinliklərinə baş vurduqca, istər-istəməz onun nəticəsi insanın əməl- lərində təzahür olur.

İman yalnız insanın fikir və düşüncəsində deyil, bütün bədəninin əzalarında özünü təzahür etdirir.

İman sanki gur işıqlı çırağa bənzəyir. Odur ki, o, yalnız öz qəlb evinin otağını deyil, onun bütün qapı və pəncərələrindən ətrafa yayılan nurdur. Bayırdan bu nuru seyr edən hər bir kəs həmin qəlbin diri və imandolu olduğunu başa düşür.

Elə ki iman çırağı insanın qəlb evini öz nuruna qərq edir, onun şüası dilin, gözün, qulaqların və əl-ayaqların vasitəsi ilə özünü büruzə verir. Onun bütün hərəkət və feilləri qəlbindəki iman nuruna istinad etdiyi üçün kənardan şəxsin necə imanlı olması məlum olur.

Buna əsasən də Quranda “iman” və “saleh əməl” bir-birinin tamam- layıcısı kimi yanaşı gəlir. “Nəhl” surəsinin 97-ci ayəsində oxuyuruq:

مَنْعَمِلَصَالِحًامِنْذَكَرٍأَوْأُنْثَىٰوَهُوَمُؤْمِنٌفَلَنُحْيِيَنَّهُحَيَاةًطَيِّبَةٌ


“Kişi və qadın olmasından asılı olmayaraq, mömin olduğu halda, layiqli iş görən hər bir kəsə gözəl bir həyat bəxş edəcək və etdiyi ən yaxşı əməllərə görə mükafat verəcəyik.”

Həmçinin "Muminun" surəsinin 100-cü ayəsində buyurulur:

يُبْعَثُونَ


لَعَلِّيأَعْمَلُصَالِحًافيمَاتَرَكْتُكَلَّاإِنَّهَاكَلِمَةٌهُوَقَائِلُهَاوَمِنوَرَائِهِمبَرْزَخٌإِلَىيَوْمِ


"Bəlkə, tərk etdiyim yaxşı əməlləri edəm." Xeyr! Onun bu dedikləri ancaq dildə deyilmiş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər Bərzəx vardır."

"Muminun" surəsinin 51-ci ayəsində buyurulur:

يَاأَيُّهَاالرُّسُلُكُلُوامِنَالطَّيِّبَاتِوَاعْمَلُواصَالِحًاإِنِّيبِمَاتَعْمَلُونَعَلِيمٌ


"Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən sizin etdiklərinizdən xəbərdaram."

Əgər iman və saleh əməl birlikdə ictimaiyyətdə təbliğ olunmasa və insanlar imanlı şəxslərdən ibadətlə yanaşı, yaxşı əməllər də görməsələr, heç biri davamlı olmayacaq. Yəni iman əməlsiz, əməl də imansız bataqlıqda ağacsız gəzmək kimidir. Hər bir əməlin zəmanəti onun iman və yaxşılıqla yanaşı olmasındadır. Əks-halda, şəxsi istəklər gec-tez özünü büruzə verəcəkdir.

Üçüncü model isə insanların bir-birini haqqa çağırmasından ibarətdir. Haqq yolçuları qəlbləri və ruhları işıqlı olan adamlardır. Onlar insan cəmiyyətinin haqq nuruna boyanmasını, batilin qaranlığından xilas olmasını, nəticədə, haqq işığının hər tərəfi bürüməsini və hər kəsin haqqa itaət göstərməsini istəyirlər.

Ayədəki (təvasə) sözü (təvasi) sözündən alınmış, Rağibin "Müfrǝdat”ına əsasən, bir-birini (haqqa) çağırmağa deyilir.

Həmçinin (həqq) sözü insanları olmuş və baş vermiş real hadisədən xəbərdar etməyə deyilir. Əlbəttə, bu söz Qurani-Kərimdə on iki mənada gəlmişdir. O cümlədən "Allah, "Quran", "İslam", "tövhid", “ədl”, “sədaqət”, “aşkar olmaq” və “tanınmaq” kimi sözlərin əvəzedicisi və ya sinonimi olaraq qeyd edilmişdir.

Xülasə (bir-birinə haqqı məsləhət görənlər) sözünün olduqca geniş və dərin mənası vardır. O cümlədən ayə burada İslam dininin fərdi əməllərindən sayılan yaxşılığa dəvət və pisliklərdən çəkindirmə prinsipinə, cahilin və nadanın tərbiyəsinə, qəflətdə olanın tənbehinə və eyni zamanda da saleh əməllərin təşviq və təbliğinə şamil edilir.

Dördüncü model insanlara bir-birinə günah qarşısında səbirli və dözümlü olmağı, özünü qorumağı, ibadətin çətinliklərinə, müsibət və çətinliklərə dözməyi tövsiyə edir.

Əgər səbir və iradə, mətinlik və dəyanət hissi insanda olmasa, ictimaiyyətdə haqq-ədalət icra olunmaz.

Ayədəki (səbir) sözü burada olduqca geniş və izahlı mənaya malikdir. Çünki həm itaət və ibadətdəki səbir və istiqamət, həm də günahların qarşısında səbir ilə mətinlik nümayiş etdirmək nəzərdə tutulur. Həmçinin müsibət və bəlalar, habelə var-dövlətin əldən çıxmasına görə nümayiş etdirilən səbir də nəzərdə tutulub.

Yuxarıda qeyd olunan dörd model və mərhələdən ibarət olan həyat proqramı insanların xoşbəxt, şad və təbəssümlü yaşaması üçün daha əhatəli və geniş mənalıdır. Həmçinin bu mövzuda Peyğəmbərin (s) zamanından nəql olunan hədisdə bəzi qaranlıq nüanslar izah olunacaq: Peyğəmbərimizin yaxın səhabələri bir-birləri ilə görüşdüyü və rastlaş- dıqları zaman “Əsr” surəsini oxuyar, (həmçinin zahiri baxımdan kiçik, məna baxımdan olduqca geniş izaha və təfsirə ehtiyacı olan) qısa şərhlə bir-biri üçün konspekt şəklində danışardılar. Daha sonra xüdahafiz- ləşərək hər kəs öz işinin ardınca yollanardı.

Əgər müsəlmanlar bu dörd prinsipə sözün əsl mənasında əməl etsələr, bütün çətinliklər öz həllini tapar, məğlubiyyətlər qələbə ilə əvəz olunar və sivilizasiyadan geri qalmış düşüncə tərzləri dəyişər. Həmçinin insanların həyatına yeni bahar gələr. Bununla da bütün müsəlmanlar vəhdət içində yaşayaraq şərdən, böhtan və yalandan uzaq yaşayarlar.

Əsr surəsinin sonu.