Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əl-Əsr Surəsi, Ayə 1
وَٱلْعَصْرِ
﴿1﴾
Mişkini Tərcüməsi:
And olsun əsr vaxtına (ya əsr namazına, ya İslamın zühur etdiyi və Quranın cəmiyyətə təqdim olunduğu əsrə, yaxud vəd olunmuş Mehdinin (ə.f.) İlahi hökumətinin zühur dövrünə) ki,
2
Əl-Əsr Surəsi, Ayə 2
إِنَّ ٱلْإِنسَٰنَ لَفِى خُسْرٍ
﴿2﴾
Mişkini Tərcüməsi:
Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və Şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir,
Mişkini Tərcüməsi:
Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa.