Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əs-Saffat Surəsinin Ayələrinə Qayıt →
Əs-Saffat Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Saffat surəsi, 1-5-ci ayələr

Saffat surəsi, 1-5-ci ayələr



بسماللهالرّحمنِالرَّحيم


وَالصَّافَّاتِ صَفًّا .١


فَالزَّاجِرَاتِ زَجْرًا .٢


فَالتَّالِيَاتِ ذِكْرًا .٣


إِنَّ إِلَهَكُمْ لَوَاحِدٌ .٤


رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمَشَارِقِ .٥


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. And olsun sıraya düzülənlərə,

2\. qadağan edənlərə (və çəkindirənlərə),

3\. Allahın ayələrini fasiləsiz tilavət edənlərə!

4\. Məbudunuz təkdir!

5\. Göylərin, yerin və onların arasındakıların, həm də məşriqlərin Rəbbidir.

Ayələrin təfsiri.



Vəzifələrini yerinə yetirməyə hazır olan mələklər.



Bu surə Quranın mənalı, insanı düşündürən, haqqı qəbul etmək üçün insanın fikrini dünyanın müxtəlif tərəflərinə çəkib aparan andlarla başlayan ilk surəsidir. Düzdür, Allah-taala hamıdan doğru danışandır, sözlərində qətiyyən yalan olmadığı üçün and içməyə ehtiyacı yoxdur, xüsusilə də bu andlar möminlərə yönəlmişdirsə, onlar bu andlar olmadan da Onun sözünü qəbul edirlər, yox, əgər andlar kafirlərə yönəlmişdirsə, onların həmin andlara inamı yoxdur. Lakin iki məqama nəzər yetirməklə Qurandakı bütün andların səbəbi məlum olacaq:

1) Adətən mühüm işlər üçün and içilir. Bu baxımdan Qurandakı andlar and içilən işlərin əhəmiyyətindən xəbər verir. Bu isə and içilən işlər barədə daha dərindən düşünməyə səbəb olur. Məhz bu düşüncənin sayəsində insan həqiqəti dərk edib anlayır.

2) And həmişə məsələni daha da təkidləndirir. Bu isə o deməkdir ki, and içilən məsələ olduqca önəmli məsələdir. Üstəlik, danışan şəxs öz sözünü qətiyyətlə ifadə etdikdə bu, psixoloji baxımdan dinləyicidə daha çox təsir qoyub möminləri daha mətin edir, kafirləri isə nisbətən yumşaldır.

Haqqında danışdığımız surənin əvvəlində üç dəstəyə and içilərək buyurulur: "And olsun sıraya düzülənlərə, qadağan edənlərə (və çəkin- dirənlərə), Allahın ayələrini fasiləsiz tilavət edənlərə!"

Bu üç dəstə kimdir? Haqqında danışılan bu xüsusiyyətlər hansı üç dəstənin barəsindədir? Ümumiyyətlə, nə səbəbdən məhz bu üç dəstə barəsində danışılıb? Bu barədə təfsirçilər müxtəlif fikirlər söyləmişlər. Ən məşhur fikirə əsasən, bu üç dəstə bəzi mələklərə işarədir. Bu mələklər Allah-taalanın əmrlərini yerinə yetirmək üçün sıraya düzülmüşlər, insanları günahlardan çəkindirib şeytanın vəsvəsələrini dəf edirlər. Yaxud da susuz torpaqları suvarmaq üçün buludları o tǝrǝf-bu tərəfə qovurlar. Eyni zamanda peyğəmbərlərə vəhy nazil olarkən səmavi kitabların ayələrini oxuyurlar.

(saffat) sözü (saffə) sözünün cəmi olsa da, (saffə) sözünün özü də toplu isim olub, “sıraya düzülmüşlər” mənasını bildirir. Bu baxımdan "" (saffat) sözü "sıraya düzülmüş müxtəlif dəstələr" mənasını verir.

(zacirat) sözü (zəcr) kökündən olub, "hər hansı bir şeyi uca səslə qovmaq" mənasını bildirir. Sonralar isə daha geniş mənada işlədilərək “istənilən növ qovmaq və mane olmaq” mənasında nəzərdə tutulmuşdur. Deməli, (zacirat) dedikdə “başqalarına mane olan dəstələr" nəzərdə tutulur.

(taliyat) sözü (tilavət) kökündəndir. Bu söz (tali) kəlməsinin cəmi olub, "hər hansı bir şeyi oxuyanlar” mənasını bildirir.

Yuxarıdakı sözlərin məna genişliyini nəzərə aldıqda təfsirçilərin bu barədə müxtəlif mülahizələr yürütməsi təəccüb doğurmamalıdır. Ola bilər ki, ayələr bütün mülahizələri özündə ehtiva etsin. Məsələn, “sıraya düzülənlər" dedikdə həm yaradılış aləmində Allah-taalanın əmrlərini icra etmək üçün sıraya düzülmüş, həm də peyğəmbərlərə vəhyi çatdırmaq məsuliyyəti daşıyan mələklər, habelə Allah yolunun mücahidləri və ya namaz qılan dəstələr nəzərdə tutula bilər. Müəyyən vasitələr isə burada məhz mələklərin nəzərdə tutulduğundan xəbər verir. Bəzi hədislərdə də buna işarə edilmişdir.

(zacirat) sözünə gəldikdə, bu söz həm şeytanın vəsvəsələrini insanların qəlbindən uzaqlaşdıran mələklərə, həm də insanlar arasında "nǝhy ǝz munkər edən" (camaatı pis işlərdən çəkindirən) şəxslərə, eləcə də (taliyat) sözü həm Allahın ayələrini oxuyan mələklərə, həm də möminlərə aid ola bilər.

Burada qarşıya belə bir sual çıxır ki, bu üç cümlənin ardıcıllıq bağlayıcısı olan (fə) bağlayıcısı ilə bir-biri ilə əlaqələndirilməsindəki ardıcıllıqda məsuliyyət əsas götürülmüşdür, yoxsa mələklərin məqamı və ya hər ikisi? Təbii ki, burada sıraya düzülmək ilk mərhələdir. Onun ardınca mane olmaq, daha sonra isə əmrləri yerinə yetirmək mərhələsi gəlir. Digər tərəfdən əmrləri icra etməyə hazır olanların öz məqamı varsa, yolun üzərində olan maneələri aradan qaldıranların daha üstün məqamı var, əmrləri oxuyub icra edənlərin məqamı isə hamıdan üstündür. Hər halda, Allah-taalanın bu üç dəstəyə and içməsi onların hər üçünün əzəmətindən xəbər verir. Eyni zamanda bu həqiqəti çatdırır ki, haqq yolunun yolçuları da mütləq bu mərhələləri keçməlidirlər. İlk növbədə öz sıralarını tənzimləməlidirlər. Hər dəstə öz sırasında yer almalı, sonra (zacirat) sözünün mənasında ehtiva edilmiş fəryadla qarşıdakı mancələri dəf etməli, daha sonra isə Allah-taalanın ayələrini haqqı qəbul etməyə hazır olan qəlblərə oxumalıdırlar. Haqq yolunun yolçuları bu üç mərhələni geridə qoymaq məcburiyyətindədirlər.

Bəzi təfsirçilər sözügedən ayələri Allah yolunun mücahidlərinə aid etdiyi halda, bəzi təfsirçilər onların alimlərə aid olduğunu bildirmişlər. Lakin ayənin əhatə dairəsini daraltmaq lazım deyil. Hətta bu ayələrin yalnız mələklərin barəsində olduğunu desək belə, insanlar da öz həya- tında mələklərin bu proqramından ilham ala bilərlər.

Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə” əsərinin ilk xütbəsində mələkləri vəsf edərkən belə buyurmuşdur:

# وَصَافُونَلايَتَزَائِلُونَوَمُسَبِّحُونَلايَسْأَمُونَلايَغْشَاهُمْنَوْمُالْعُيونِوَلاسَهْمُالْعُقُولِ


# وَلافَتْرَةُالْأَبْدَانِوَلاغَفْلَةُالنِّسْيانِوَمِنْهُمْأُمَنَاءُعَلَىوَحْيِهِوَأَلْسِنَةٌإِلَىرُسُلِهِ


"Onların bir dəstəsi bir-birindən ayrılmaz cərgədə yorulmadan, mütəmadi olaraq Allahı zikr edir. Yuxu heç vaxt onların gözünə hakim kəsilmir, sehr və cadu ağıllarını başdan çıxarmır, bədənləri süstləşmir, unutqanlığa məruz qalmırlar. Onların başqa bir dəstəsi vəhyin əmanətdarıdır, peyğəmbərə tərəf uzanmış dillərdir”.

Sözügedən ayələrlə bağlı deyəcəyimiz son söz odur ki, bu ayələrdəki and ifadələrinin hamısında təqdirdə (rəbb) sözü nəzərdə tutulmuş, sanki “وَ رَبِّ الصَّافات صَفاً وَ رَبِّ الزاجرات زَجْراً وَ رَبِّ التاليات ذكراً” And olsun sıraya düzülənlərin Rəbbinə, qadağan edənlər (və çəkindirənlər)in Rəbbinə, Allahın ayələrini fasiləsiz tilavət edənlərin Rəbbinə!) deyilmişdir. Ayələri bu cür təfsir edənlər öz fikirlərini bəndələrə Allahdan qeyrisinə and içməməyin əmr edilməsi ilə əsaslandırmışlar. Bu baxımdan Allah da Özündən qeyrisinə and içməz. Üstəlik, daha mühüm şeylərə and içilməlidir. Ən mühüm varlıq isə, təbii ki, Allah-taalanın zatıdır. Qeyd etməliyik ki, ayələri bu cür təfsir edənlər, sanki Allahı bəndələrlə eyni tutmuşlar. Ancaq unutmaq olmaz ki, Allah-taala insanların diqqətini həm təbiətdəki, həm də onların öz varlığındakı nişanələrə yönəltmək və bu yolla Onu tanımaq üçün müxtəlif varlıqlara and içmişdir. Həm də nəzərə almaq lazımdır ki, məsələn, "Şəms" surəsində Allah-taalanın Özü ilə bərabər digər şeylərə də and içilmişdir və daha orada təqdirdə (rəbb) sözünün nəzərdə tutulması da mümkün deyil. Həmin ayələrə diqqət yetirək:

وَنَفْسٍوَمَاسَوَّاهَا. وَالْأَرْضِوَمَاطَحَاهَا. وَالسَّمَاءِوَمَابَنَاهَا


"And olsun göyə və onu inşa edənə! And olsun yerə və onu genişləndirənə! And olsun nəfsə və ona surət verənə!)"

Deməli, haqqında danışdığımız ayələrin zahirindən belə məlum olur ki, adıçəkilən dəstələrə and içilmişdir. Hər hansı bir əsas olmadan təqdirdə (rəbb) sözünün nəzərdə tutulması düzgün deyil.

Maraqlıdır, görəsən, hansı məqsədlə mələk və insan dəstələrinə belə dəyərli andlar içilmişdir? Növbəti ayədə məhz buna toxunularaq deyilir: “Məbudunuz təkdir!" And olsun yuxarıda sadalanan müqəddəslərə ki, bütlərin hamısı puçdur, Allahın heç bir şəriki, bənzəri yoxdur. Daha sonra isə deyilir: "Göylərin, yerin və onların arasındakıların, həm də məşriqlərin Rəbbidir”.

(رَبُّالسَّمَاوَاتِوَالْأَرْضِوَمَابَيْنَهُمَاوَرَبُّالْمَشَارِقِ)


Burada iki sual meydana gəlir:

1) Göylərin və yerin, habelə onların arasında olanların qeyd edilməsindən sonra daha məşriqlərin verilməsinə nə ehtiyac var?

Bu sualın cavabında qeyd etməliyik ki, məşriqlər istər Günəşin, istərsə də müxtəlif ulduzların çıxma yerləri olduğundan, istənilən halda, onların hər biri müəyyən nizama əsaslanır və bu nizam göylərdə və yerdəki nizamdan əlavə, həm də onu yaradanın sonsuz elm və qüdrətini göstərir. Günəş il ərzində hər gün əvvəlki gündə çıxdığından fərqli yerdə çıxır. Bu yerlə arasındakı fasilə o qədər dəqiqdir ki, hətta saniyənin mində biri qədər də artıb əskilmir. Min illərdir ki, Günəşin çıxma nizamı sabitdir. Digər ulduzların çıxıb-batmasında da eynilə belə bir nizam hökm sürür. Digər tərəfdən əgər Günəş il ərzində öz hərəkətini davam etdirməsəydi, fəsillər yaranmaz və həmin fəsillərin nəticəsində insanın əldə etdiyi mənfəətlər də hasil olmazdı. Bu da bir daha onları yaradanın əzəmətindən xəbər verir.

(məşariq) sözünün mənalarından biri də odur ki, Yer kürə şəklində olduğuna görə onun hər bir nöqtəsi digər nöqtəsi üçün məşriq və məğrib sayılır. Bununla da sözügedən ayə bizə məşriqlərin və məğriblərin yerinin kürə şəklində olduğunu çatdırır.

2) İkinci sual bundan ibarətdir ki, nə üçün “Məaric” surəsinin 40-cı ayəsində olduğu kimi, "məşriqlər” deyildikdən sonra onun qarşı tərəfi sayılan "məğriblər" ifadəsi verilməmişdir? Həmin ayədə belə buyurulmuşdur: “And olsun məşriqlərin və məğriblərin Rəbbinə!”

Bu suala cavab olaraq bildirək ki, bəzi vaxtlar ümumi məzmundan başa düşüldüyünə görə cümlədə müəyyən sözlər silinir. Burada da (məşariq) (məşriqlər) sözünün olması (məğarib) (məğriblər) sözündən də xəbər verir. Bu isə fəsahətin incəliklərindən hesab edilir.

Bəzi təfsirçilər onu da qeyd etmişlər ki, haqqında danışdığımız ayədə təkcə (məşariq) sözünün verilməsi vəhyi Həzrət Peyğəmbərin (s) mübarək qəlbinə oxuyan mələklərin onu çatdırması ilə daha uyğundur.