Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əs-Saffat Surəsi, Ayə 1
وَٱلصَّٰٓفَّٰتِ صَفًّۭا
﴿1﴾
Mişkini Tərcüməsi:
And olsun uzun, möhkəm səf bağlayanlara (Allah itaəti üçün cərgəyə durmuş mələklərə; camaat namazında səfə durmuş möminlərə; cihad üçün cərgəyə düzülmüş əsgərlərə).
2
Əs-Saffat Surəsi, Ayə 2
فَٱلزَّٰجِرَٰتِ زَجْرًۭا
﴿2﴾
Mişkini Tərcüməsi:
(And olsun) saxlayanlara (bəşər övladını günahlardan saxlayan; buludları bir yerdən digər bir yerə qovan mələklərə; pisliklərdən qoruyan Quran ayələrinə; pis əməllərdən saxlayan möminlərə) ki, İlahi tərəfindən (yaradılış və şəriət) saxlamaları vardır.
3
Əs-Saffat Surəsi, Ayə 3
فَٱلتَّٰلِيَٰتِ ذِكْرًا
﴿3﴾
Mişkini Tərcüməsi:
(And olsun) Zikri (Quranı) tilavət edənlərə (səmavi kitabları oxuyan mələklərə; peyğəmbərlərin qulaqlarına və qəlbinə vəhy kəlmələrini oxuyanlara; səmavi kitabları oxuyan möminlərə) ki,
4
Əs-Saffat Surəsi, Ayə 4
إِنَّ إِلَٰهَكُمْ لَوَٰحِدٌۭ
﴿4﴾
Mişkini Tərcüməsi:
Həqiqətən, sizin Tanrınız təkdir.
Mişkini Tərcüməsi:
(O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin (il boyu günəşin və ulduzların doğduqları məkanın da) Rəbbidir.
Mişkini Tərcüməsi:
Onlar (yer əhalisinin sirləri danışılan) uca aləmin mələklərinin böyüklərin(in sözlərin)ə qulaq asa bilməzlər və hər tərəfdən oxlanmağa məruz qalarlar.
9
Əs-Saffat Surəsi, Ayə 9
دُحُورًۭا ۖ وَلَهُمْ عَذَابٌۭ وَاصِبٌ
﴿9﴾
Mişkini Tərcüməsi:
Şiddətlə qovularlar və onlar üçün (Qiyamətdə) daimi bir əzab vardır.
Mişkini Tərcüməsi:
Ancaq (şeytanlardan) biri (uca məqamdan bir sözə) oğrun-oğrun qulaq as(maq istə)sə, onu da yandırıb-yaxan bir şölə və parlaq ulduz (şölələnmiş od) təqib edər.
Mişkini Tərcüməsi:
(Ya Muhəmməd!) Belə isə bunlardan (Məkkə müşriklərindən) soruş ki, xilqətcə bunlar daha möhkəmdirlər, ya Bizim yaratdıqlarımız (mələklər, göylər və yer)? Həqiqətən, Biz bunları yapışqan bir palçıqdan yaratdıq (Xilqətdə daha zəifdirlər, itaətsizlikdə isə daha qüvvətlidirlər).
12
Əs-Saffat Surəsi, Ayə 12
بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ
﴿12﴾
Mişkini Tərcüməsi:
Əslində sən (müşriklərin inkar və təkzibindən) təəccüblənirsən, onlar isə (sənin dəvətini və təəccübünü) məsxərəyə qoyurlar.
13
Əs-Saffat Surəsi, Ayə 13
وَإِذَا ذُكِّرُوا۟ لَا يَذْكُرُونَ
﴿13﴾
Mişkini Tərcüməsi:
Onlara öyüd-nəsihət verildikdə, ibrət almazlar
14
Əs-Saffat Surəsi, Ayə 14
وَإِذَا رَأَوْا۟ ءَايَةًۭ يَسْتَسْخِرُونَ
﴿14﴾
Mişkini Tərcüməsi:
Bir (tovhid) nişanə(si və möcüzə) gördükdə, bərk məsxərəyə qoyarlar və başqalarını da məsxərəyə qoymağa çağırarlar.
Mişkini Tərcüməsi:
Həqiqətən, dirilmə yalnız (surun ikinci dəfə üfürülməsi ilə olan səmavi) bir nərə və səslədir. Qəfildən hamılıqla (qəbirlərdən çıxaraq) baxarlar.
Mişkini Tərcüməsi:
(Mələklərə əmr olunar:) «(Şirk və küfrdə inadkarlıq göstərməklə) zülm edən kəsləri, onların taylarını və Allahın əvəzinə ibadət etdiklərini yığın bir yerə
Mişkini Tərcüməsi:
(Zəiflədilmiş və aldanmışlar öz batil və zalım rəhbərlərinə) deyərlər: «Xeyir və yaxşılıq adı altında (yalan andlarla, zorla) bizim yanımıza gələn sizlər idiniz».
29
Əs-Saffat Surəsi, Ayə 29
قَالُوا۟ بَل لَّمْ تَكُونُوا۟ مُؤْمِنِينَ
﴿29﴾
Mişkini Tərcüməsi:
Onlar deyərlər: «(Xeyr) əslində siz özünüz iman əhli deyildiniz».
Mişkini Tərcüməsi:
(O, nə şairdir, nə də divanə) əksinə, o haqq (olan din, şəriət və kitab)ı gətirmişdir və (Allah) peyğəmbərlərin(in) hamısını təsdiq etmişdir.
Mişkini Tərcüməsi:
Və yalnız (dünyada) etdiyiniz əməllərinizə görə cəzalanarsınız (və yalnız əqidələriniz və əməllərinizin eynilə təcəssümü ilə cəzalanarsınız).
40
Əs-Saffat Surəsi, Ayə 40
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
﴿40﴾
Mişkini Tərcüməsi:
(Hamısı cəzanı dadacaqlar), yalnız Allahın ixlaslı və seçilmiş bəndələrindən başqa.
41
Əs-Saffat Surəsi, Ayə 41
أُو۟لَٰٓئِكَ لَهُمْ رِزْقٌۭ مَّعْلُومٌۭ
﴿41﴾
Mişkini Tərcüməsi:
Onlar üçün məlum bir ruzi vardır,
42
Əs-Saffat Surəsi, Ayə 42
فَوَٰكِهُ ۖ وَهُم مُّكْرَمُونَ
﴿42﴾
Mişkini Tərcüməsi:
(Onlar üçün növbənöv) meyvələr (vardır); Və həmçinin onlara (Allah tərəfindən mələklər vasitəsilə) hörmət və ehtiram olunar.
43
Əs-Saffat Surəsi, Ayə 43
فِى جَنَّٰتِ ٱلنَّعِيمِ
﴿43﴾
Mişkini Tərcüməsi:
Bol nemətli bağlarda,
44
Əs-Saffat Surəsi, Ayə 44
عَلَىٰ سُرُرٍۢ مُّتَقَٰبِلِينَ
﴿44﴾
Mişkini Tərcüməsi:
Üz-üzə qoyulmuş taxtlar üzərində,
45
Əs-Saffat Surəsi, Ayə 45
يُطَافُ عَلَيْهِم بِكَأْسٍۢ مِّن مَّعِينٍۭ
﴿45﴾
Mişkini Tərcüməsi:
Onların dövrəsində (Behiştdə axan bulaqdan götürülən) saf şərabla dolu kasalar dolandırılar,
46
Əs-Saffat Surəsi, Ayə 46
بَيْضَآءَ لَذَّةٍۢ لِّلشَّٰرِبِينَ
﴿46﴾
Mişkini Tərcüməsi:
Ağappaq və içənlər üçün başdan-başa ləzzət olan bir şərab.
Mişkini Tərcüməsi:
Biz ona və onun ailəsinə böyük qüssədən (qövmünün zülmü, əziyyətləri və təhqirlərindən və tufan təhlükəsindən) nicat verdik.
77
Əs-Saffat Surəsi, Ayə 77
وَجَعَلْنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلْبَاقِينَ
﴿77﴾
Mişkini Tərcüməsi:
Və (yer üzündə) yalnız onun nəslini saxladıq.
78
Əs-Saffat Surəsi, Ayə 78
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْءَاخِرِينَ
﴿78﴾
Mişkini Tərcüməsi:
Və sonrakı ümmətlər arasında ondan (tövhidə çağırış, şirk ilə mübarizə mücahidi, ilk kitab və şəriət sahibi olmaq kimi) gözəl ad qoyduq.
79
Əs-Saffat Surəsi, Ayə 79
سَلَٰمٌ عَلَىٰ نُوحٍۢ فِى ٱلْعَٰلَمِينَ
﴿79﴾
Mişkini Tərcüməsi:
Aləmlər (mələklər, insanlar və cinlər aləmi) içərisində (Allahın) salam(ı) olsun Nuha! (Dünya əhalisi gərək ona salam göndərsin.)
80
Əs-Saffat Surəsi, Ayə 80
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
﴿80﴾
Mişkini Tərcüməsi:
Biz yaxşı əməl sahiblərini (dünyada) belə mükafatlandırırıq.
81
Əs-Saffat Surəsi, Ayə 81
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ
﴿81﴾
Mişkini Tərcüməsi:
Şübhəsiz, o, Bizim mömin bəndələrimizdən idi.
82
Əs-Saffat Surəsi, Ayə 82
ثُمَّ أَغْرَقْنَا ٱلْءَاخَرِينَ
﴿82﴾
Mişkini Tərcüməsi:
Sonra digərlərini (gəmiyə minməyənləri) suda batırdıq.
83
Əs-Saffat Surəsi, Ayə 83
۞ وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبْرَٰهِيمَ
﴿83﴾
Mişkini Tərcüməsi:
Həqiqətən, İbrahim (dində, kitabda və şirklə mübarizədə) onun davamçılarından idi.
84
Əs-Saffat Surəsi, Ayə 84
إِذْ جَآءَ رَبَّهُۥ بِقَلْبٍۢ سَلِيمٍ
﴿84﴾
Mişkini Tərcüməsi:
O zaman o, təmiz qəlblə öz Rəbbinə tərəf gəldi (Rəbbinə üz tutdu, Onun birliyini təsdiq edərək özünü Ona təslim etdi).
Mişkini Tərcüməsi:
«Yalan və iftira ilə Allahdan qeyri məbudlarmı istəyirsiniz?!»
87
Əs-Saffat Surəsi, Ayə 87
فَمَا ظَنُّكُم بِرَبِّ ٱلْعَٰلَمِينَ
﴿87﴾
Mişkini Tərcüməsi:
«Bəs aləmlərin Rəbbi barəsində gümanınız nədir? (O, Rəbb deyil? Yoxsa başqalarına ibadət etmək icazəsi verib? Bəlkə müşriklərə əzab verməyəcək?!)»
88
Əs-Saffat Surəsi, Ayə 88
فَنَظَرَ نَظْرَةًۭ فِى ٱلنُّجُومِ
﴿88﴾
Mişkini Tərcüməsi:
Beləliklə o, (özünün xəstələnəcəyi vaxtı ayırd etmək üçün) diqqətlə ulduzlara (onların vəziyyətinə) baxdı.
89
Əs-Saffat Surəsi, Ayə 89
فَقَالَ إِنِّى سَقِيمٌۭ
﴿89﴾
Mişkini Tərcüməsi:
Və dedi: «Həqiqətən, mən xəstəlik astanasındayam» (və sizinlə şəhər kənarına bayram mərasiminə gəlməyəcəyəm).
90
Əs-Saffat Surəsi, Ayə 90
فَتَوَلَّوْا۟ عَنْهُ مُدْبِرِينَ
﴿90﴾
Mişkini Tərcüməsi:
Onlar ondan üz döndərib qayıtdılar.
Mişkini Tərcüməsi:
Beləliklə o, (darmadağın etmək üçün) gizlicə onların tanrılarının yanına yollandı və (onların qabağına düzülmüş yeməklərə işarə edərək) dedi: «Məgər yemirsiniz?
92
Əs-Saffat Surəsi, Ayə 92
مَا لَكُمْ لَا تَنطِقُونَ
﴿92﴾
Mişkini Tərcüməsi:
Sizə nə olub ki, danışmırsınız?»
93
Əs-Saffat Surəsi, Ayə 93
فَرَاغَ عَلَيْهِمْ ضَرْبًۢا بِٱلْيَمِينِ
﴿93﴾
Mişkini Tərcüməsi:
Sonra darmadağın etmək üçün onlara üz tutdu (və) sağ əli(ndəki balta) ilə onlara güclü zərbələr endirdi. (Böyüklərindən başqa onların hamısını sındırdı.)
94
Əs-Saffat Surəsi, Ayə 94
فَأَقْبَلُوٓا۟ إِلَيْهِ يَزِفُّونَ
﴿94﴾
Mişkini Tərcüməsi:
(Onlar bayramdan qayıdanda, bu iş barəsindəki ittihamla) tez ona üz tutdular.
95
Əs-Saffat Surəsi, Ayə 95
قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ
﴿95﴾
Mişkini Tərcüməsi:
(İbrahim) dedi: «Özünüz yonduğunuz şeyə ibadət edirsiniz?!
96
Əs-Saffat Surəsi, Ayə 96
وَٱللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ
﴿96﴾
Mişkini Tərcüməsi:
Halbuki həm sizi, həm də əməllərinizi Allah yaratmışdır. (Sizin həm əməlləriniz, həm də məbudlarınızı düzəltdiyiniz maddələr, həqiqətən, Allahın məhsuludur.)
Mişkini Tərcüməsi:
(İbrahim onların məkrli hiylələrindən nicat tapdıqdan sonra) dedi: «Mən mütləq öz Rəbbimə tərəf (ibadətlə məşğul ola biləcəyim bir şəhərə) yollanıram. O, tezliklə mənə yol göstərəcəkdir.
100
Əs-Saffat Surəsi, Ayə 100
رَبِّ هَبْ لِى مِنَ ٱلصَّٰلِحِينَ
﴿100﴾
Mişkini Tərcüməsi:
Ey Rəbbim! Mənə salehlərdən (bir övlad) bəxş et!»
101
Əs-Saffat Surəsi, Ayə 101
فَبَشَّرْنَٰهُ بِغُلَٰمٍ حَلِيمٍۢ
﴿101﴾
Mişkini Tərcüməsi:
Beləliklə, Biz onu həlim bir oğlan uşağı (İsmail) ilə mücdələdik.
Mişkini Tərcüməsi:
Oğlu onunla birlikdə işləmək və çalışmaq həddinə çatanda (İbrahim) dedi: «Oğulcığazım! Mən yuxuda hey görürürəm ki, sənin başını kəsirəm (boğazına bıçaq çəkirəm). Bəs bax (gör) nəzərin nədir?» (İsmail) dedi: «Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!»
103
Əs-Saffat Surəsi, Ayə 103
فَلَمَّآ أَسْلَمَا وَتَلَّهُۥ لِلْجَبِينِ
﴿103﴾
Mişkini Tərcüməsi:
Beləliklə, elə ki, onların hər ikisi (Allahın əmrinə) təslim oldular və o, oğlunu üzü üstə yerə yıxdı (imtahandan başı uca çıxdı)
104
Əs-Saffat Surəsi, Ayə 104
وَنَٰدَيْنَٰهُ أَن يَٰٓإِبْرَٰهِيمُ
﴿104﴾
Mişkini Tərcüməsi:
Biz ona xitab etdik ki: «Ey İbrahim!
Mişkini Tərcüməsi:
Həqiqətən, sən yuxunu həyata keçirdin. (Çünki həmin yuxunun mənası bıçağın hulquma çəkilməsi idi, hərçənd ki, həm ata, həm də oğul onun mənasının uşağın başının kəsilməsi olduğunu başa düşmüşdülər.) Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
Mişkini Tərcüməsi:
Şübhəsiz, bu (hadisə) həmin aşkar imtahandır.
107
Əs-Saffat Surəsi, Ayə 107
وَفَدَيْنَٰهُ بِذِبْحٍ عَظِيمٍۢ
﴿107﴾
Mişkini Tərcüməsi:
Və Biz ona böyük bir qurbanlıq (həm cism, həm də ehtiram baxımından böyük bir qoyun) fəda etdik.
108
Əs-Saffat Surəsi, Ayə 108
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْءَاخِرِينَ
﴿108﴾
Mişkini Tərcüməsi:
Ondan sonrakı ümmətlərin arasında (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, böyük fədakar və yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.
109
Əs-Saffat Surəsi, Ayə 109
سَلَٰمٌ عَلَىٰٓ إِبْرَٰهِيمَ
﴿109﴾
Mişkini Tərcüməsi:
Salam olsun İbrahimə!
110
Əs-Saffat Surəsi, Ayə 110
كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
﴿110﴾
Mişkini Tərcüməsi:
Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
111
Əs-Saffat Surəsi, Ayə 111
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ
﴿111﴾
Mişkini Tərcüməsi:
Həqiqətən, o, Bizim mömin bəndələrimizdən idi.
Mişkini Tərcüməsi:
Ona və İshaqa (övladlarının peyğəmbər olması, kitab və şəriətləri ilə) bərəkət verdik. O ikisinin övladlarından bəziləri yaxşı əməl sahibi, bəziləri özlərinə aşkar zülm edəndirlər.
114
Əs-Saffat Surəsi, Ayə 114
وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ
﴿114﴾
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz Musa və Haruna da nemət verdik.
Mişkini Tərcüməsi:
Və onlara kömək etdik. Beləliklə, onlar qalib gəldilər.
117
Əs-Saffat Surəsi, Ayə 117
وَءَاتَيْنَٰهُمَا ٱلْكِتَٰبَ ٱلْمُسْتَبِينَ
﴿117﴾
Mişkini Tərcüməsi:
Və o ikisinə (özü) aydın (olan) və aydınlıq gətirən (səma) kitab(ı) verdik.
118
Əs-Saffat Surəsi, Ayə 118
وَهَدَيْنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ
﴿118﴾
Mişkini Tərcüməsi:
Və onların hər ikisini doğru yola hidayət etdik.
119
Əs-Saffat Surəsi, Ayə 119
وَتَرَكْنَا عَلَيْهِمَا فِى ٱلْءَاخِرِينَ
﴿119﴾
Mişkini Tərcüməsi:
Və sonrakı ümmətlərin arasında onlardan (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.
120
Əs-Saffat Surəsi, Ayə 120
سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ
﴿120﴾
Mişkini Tərcüməsi:
Salam olsun Musaya və Haruna!
121
Əs-Saffat Surəsi, Ayə 121
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
﴿121﴾
Mişkini Tərcüməsi:
Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
122
Əs-Saffat Surəsi, Ayə 122
إِنَّهُمَا مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ
﴿122﴾
Mişkini Tərcüməsi:
Əlbəttə, onların ikisi (də) Bizim mömin bəndələrimizdən idilər.
123
Əs-Saffat Surəsi, Ayə 123
وَإِنَّ إِلْيَاسَ لَمِنَ ٱلْمُرْسَلِينَ
﴿123﴾
Mişkini Tərcüməsi:
Həqiqətən, İlyas da Bizim peyğəmbərlərimizdən idi.
124
Əs-Saffat Surəsi, Ayə 124
إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَلَا تَتَّقُونَ
﴿124﴾
Mişkini Tərcüməsi:
O zaman o, öz qövmünə dedi: «Məgər (Allaha qarşı itatəsizlik etməkdən və Ona şərik qoşmaqdan) qorxmursunuz?
Mişkini Tərcüməsi:
Həqiqətən, siz (Məkkə əhli Şama səfər zamanı) səhər çağı onların yanından keçirsiniz.
138
Əs-Saffat Surəsi, Ayə 138
وَبِٱلَّيْلِ ۗ أَفَلَا تَعْقِلُونَ
﴿138﴾
Mişkini Tərcüməsi:
Həmçinin axşamçağıları! Belə isə heç düşünmürsünüz?
139
Əs-Saffat Surəsi, Ayə 139
وَإِنَّ يُونُسَ لَمِنَ ٱلْمُرْسَلِينَ
﴿139﴾
Mişkini Tərcüməsi:
Əlbəttə, Yunus (da) Bizim peyğəmbərlərimizdən idi.
140
Əs-Saffat Surəsi, Ayə 140
إِذْ أَبَقَ إِلَى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ
﴿140﴾
Mişkini Tərcüməsi:
(Yada sal) o zaman(ı) ki, o, (müsafir və yüklə) dolu gəmiyə tərəf qaçdı (və ona mindi).
141
Əs-Saffat Surəsi, Ayə 141
فَسَاهَمَ فَكَانَ مِنَ ٱلْمُدْحَضِينَ
﴿141﴾
Mişkini Tərcüməsi:
Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu.
142
Əs-Saffat Surəsi, Ayə 142
فَٱلْتَقَمَهُ ٱلْحُوتُ وَهُوَ مُلِيمٌۭ
﴿142﴾
Mişkini Tərcüməsi:
O, məzəmmətə layiq iş gördüyü və özünü qınadığı halda balıq onu uddu.
Mişkini Tərcüməsi:
Onlar Allahla cinlər arasında qohumluq əlaqəsinin olmasına qail oldular, halbuki cinlər özləri (qiyamət günü hesab və əzab üçün) hüzura gətiriləcəklərini bilirlər.
159
Əs-Saffat Surəsi, Ayə 159
سُبْحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ
﴿159﴾
Mişkini Tərcüməsi:
Allah onların sadaladıqları sifətlərdən (şəriki olmaqdan, törəmək və cinlərlə qohum olmaqdan) pak (və uzaq)dır.
160
Əs-Saffat Surəsi, Ayə 160
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
﴿160﴾
Mişkini Tərcüməsi:
Allahın xalis və seçilmiş bəndələri(nin Onun üçün sadaladıqları digər sifətlər) istisnadır.
161
Əs-Saffat Surəsi, Ayə 161
فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ
﴿161﴾
Mişkini Tərcüməsi:
Həqiqətən, siz və ibadət etdikləriniz (bütlər, cinlər və şeytanlar)
162
Əs-Saffat Surəsi, Ayə 162
مَآ أَنتُمْ عَلَيْهِ بِفَٰتِنِينَ
﴿162﴾
Mişkini Tərcüməsi:
(bəli,) siz heç vaxt (cəmiyyəti) Allahın hədəfinin əksinə olaraq azğınlığa sürükləyə bilməzsiniz!
163
Əs-Saffat Surəsi, Ayə 163
إِلَّا مَنْ هُوَ صَالِ ٱلْجَحِيمِ
﴿163﴾
Mişkini Tərcüməsi:
(Küfr və inadına görə) cəhənnəmə gedəsi və yanası şəxs istisna olmaqla.
Mişkini Tərcüməsi:
«Əgər bizim yanımızda keçmişlərdən (keçmiş nəsillərdə olan kitablar qismindən) bir yada salan (kitab) olsaydı,
169
Əs-Saffat Surəsi, Ayə 169
لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
﴿169﴾
Mişkini Tərcüməsi:
mütləq, Allahın xalis və seçilmiş bəndələri olardıq.
170
Əs-Saffat Surəsi, Ayə 170
فَكَفَرُوا۟ بِهِۦ ۖ فَسَوْفَ يَعْلَمُونَ
﴿170﴾
Mişkini Tərcüməsi:
Amma (elə ki, keçmişlərin kitablarından yaxşı bir kitab gəldi) ona kafir oldular. Tezliklə (küfrlərinin cəzasının nə olmasını) biləcəklər.
Mişkini Tərcüməsi:
Şübhəsiz, (elçi olaraq) göndərilmiş bəndələrimiz barəsində (əzəli elmdə və Lövhi-Məhfuzda) Bizim qəti hökmümüz (və vədimiz belə verilib) keçmişdir
172
Əs-Saffat Surəsi, Ayə 172
إِنَّهُمْ لَهُمُ ٱلْمَنصُورُونَ
﴿172﴾
Mişkini Tərcüməsi:
ki, şübhəsiz, (Bizim tərəfimizdən) yardım edilənlər onlardır.
173
Əs-Saffat Surəsi, Ayə 173
وَإِنَّ جُندَنَا لَهُمُ ٱلْغَٰلِبُونَ
﴿173﴾
Mişkini Tərcüməsi:
Və əlbəttə, qalib Bizim qoşunumuzdur.
174
Əs-Saffat Surəsi, Ayə 174
فَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍۢ
﴿174﴾
Mişkini Tərcüməsi:
Buna görə də bir müddətədək (dövlət qurana və cihad əmri gələnə kimi) onlardan (kafirlərdən) üz döndər.
175
Əs-Saffat Surəsi, Ayə 175
وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ
﴿175﴾
Mişkini Tərcüməsi:
Və onlara bax! Tezliklə (cəzalarının nə olmasını) görəcəklər.
176
Əs-Saffat Surəsi, Ayə 176
أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ
﴿176﴾
Mişkini Tərcüməsi:
Belə olan halda onlar tələskənliklə Bizim əzabımızı tələb edirlər?