Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Qələm Surəsinin Ayələrinə Qayıt →
Əl-Qələm Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Qələm surəsi, 1-7-ci ayələr

Qələm surəsi, 1-7-ci ayələr



بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيم


ن وَالْقَلَمِ وَمَا يَسْطُرُونَ .١


مَا أَنْتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ .٢


وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ .٣


وَإِنَّكَ لَعَلَى خُلُقٍ عَظِيمٍ .٤


فَسَتُبْصِرُ وَيُبْصِرُونَ .٥


بِأَيْيِكُمُ الْمَفْتُونُ .٦


إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ .٧


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Nun. And olsun qələmə və yazdıqlarına!

2\. Məhz Rəbbinin neməti sayəsində sən dəli deyilsən.

3\. Sənin üçün böyük və tükənməz mükafat hazırlanmışdır.

4\. Sən böyük və yüksək əxlaq sahibisən!

5\. Tezliklə sən də görəcəksən, onlar da -

6\. hansınızın dəli olduğunu.

7\. Rəbbin Onun yolundan azanları və haqq yolda olanları hər kəsdən yaxşı bilir.

Ayələrin təfsiri



Sən böyük və yüksək əxlaq sahibisən!

Bu surə (nun) müqəttəə hərfi ilə başlayan ilk surədir. Buyurur: (nun).

Müqəttə hərfləri haqqında dəfələrlə, xüsusilə “Bəqərə”, “Ali- İmran" və "Əraf”” surələrinin əvvəlinin təfsirində (1-2-6-cı cildlər) söhbət açmışıq. İndisə əlavə etmək istəyirik ki, bəziləri burada (nun) hərfini (rəhman) sözünün ixtisarı və ona işarə kimi izah etmişlər. Bəziləri onu "Lövhə”, mürəkkəb və ya Cənnətdə bir çay kimi izah etmişlər. Amma bu təfsirlərin heç birinə əsas verəcək aydın dəlil yoxdur. Buna görə də bu müqəttəə hərfinin təfsiri də yuxarıda qeyd etdiyimiz digər müqəttəə hərflərinin təfsirindən fərqli deyil.

Sonra Quran insan həyatı ilə bağlı iki mühüm məsələyə and içərək buyurur: "Nun. And olsun qələmə və yazdıqlarına!"

Necə də qəribə anddır! Əslində, burada and içilən zahirdə kiçik məsələdir. Bir qarğı parçası və ona bənzər bir şey, bir az qara rəngli maddə, sonra da dəyərsiz bir kağız üzərinə naxış salan sətirlər.

Amma əslində, bu, bütün bəşəri sivilizasiyaların, elmlərin inkişaf və təkamülünün, düşüncə və təfəkkürlərin oyanışının, dinlərin formalaşmasının, insanın hidayət və məlumatlılığının mənşəyidir. Belə ki insan həyatı iki dövrə ayrılır: tarix dövrü və tarix öncəsi dövr. Tarix dövrü yazı ixtira olunandan və insan öz həyat macəralarını kağız üzərinə köçürməyə başlayandan başlayır. Yaxud başqa sözlə, insanın əlinə qələm aldığı və yazdıqlarını yadigar qoyduğu gündən başlayır.

Bu andın əzəməti o zaman aydın olur ki, bu ayələrin nazil olduğu dövrdə Məkkə mühitində əli qələm tutan adamların olmadığını bilirik. Azca savadı olanların, yazıb-oxumaq bacaranların sayı bütün Hicazın dini, siyasi və iqtisadi mərkəzi olan Məkkə ərazisində iyirmi nəfəri keçmirdi. Bəli, belə bir mühitdə qələmə içilən and xüsusi əzəmətə malikdir.

Maraqlı burasıdır ki, Nur dağında və Həra mağarasında Peyğəmbərin (s) pak qəlbinə nazil olan ilk ayə də qələmin uca məqamına işarə edir. Belə ki buyurur:

اقْرَأْبِاسْمِرَبِّكَالَّذِيخَلَقَخَلَقَالْإِنْسَانَمِنْعَلَقٍ. اقْرَأْوَرَبُّكَالْأَكْرَمُالَّذِيعَلَّمَ


بِالْقَلَمِ. عَلَّمَالْإِنْسَانَمَالَمْيَعْلَمْ.


"Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin çox əzəmətlidir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiyini öyrətdi”.³

Daha maraqlısı budur ki, bütün bu sözlər özü təhsil almayan, əsla məktəbə getməyən, yazmağı bilməyən bir şəxsin dili ilə deyilir. Bu da həmin sözlərin ilahi vəhydən başqa bir şey olmadığını göstərir.

Bəzi təfsirçilər burada "qələm”i Allahın böyük mələklərinin səmavi vəhyi və ya insanların əməl dəftərlərini yazdığı qələm mənasında izah etmişlər. Amma şübhəsiz, ayənin mənası daha genişdir və bu təfsir də sadəcə onun nümunələrindən biridir. Necə ki " ifadəsi də geniş məna daşıyır və insanın hidayət, fikri, əxlaqi və əməli təkamül yolunda yazdığı hər şeyə şamil olur. Ancaq səmavi vəhy və ya insanların əməlləri ilə məhdudlaşmır.⁴

Sonra Allah-taala andın məqsədini açıqlayır və buyurur: “Məhz Rəbbinin neməti sayəsində sən dəli deyilsən”

(مَاأَنتَبِنِعْمَةِرَبِّكَبِمَجْنُون)


Bu yaramaz isnadı sənə verənlər səninlə bağlı bu qədər ilahi nemətləri zəka və fərasət nemətini, doğruluq və əmanət nemətini, aydın bilik və məlumat nemətini, nübuvvət və qüsursuzluq (məsmluq) nemətini görməyən qəlbi korlardır.

Dəli bu ideal insanı dəlilikdə ittiham edənlər, insanların bələdçisi və rəhbərini bu yaramaz isnadla özündən uzaqlaşdıranlardır.

“Sənin üçün böyük və tükənməz mükafat hazırlanmışdır”.

لَأَجْرًاغَيْرَمَمْنُونٍ


Nə üçün belə bir mükafat almayasan? Bir halda ki bu yaramaz və çirkin ittihamlara qarşı qətiyyət nümayiş etdirirsən. Onlar üçün hidayət və xilas olmaq arzulayırsan. Bu yolda çalışmaqdan əsla yorulmursan.

(məmnun) sözü (mənn) sözündən olub, kəsmək mənasını ifadə edir. Yəni heç zaman kəsilməyən və qalıcı olan mükafat və savab.

Bəzilərinə görə, bu mənanın kökü (minnət) sözüdür. Çünki minnət nemətin kəsilməsinə səbəb olur.

Bəzilərinə görə isə, "ğəyru məmnun" ifadəsində demək istənilir ki, Allah əsla bu mükafat qarşılığında sənə minnət qoymur.

Amma bunlardan birinci məna daha uyğundur.

Növbəti ayə Peyəmbəri (s) başqa bir sifətlə vəsf edir: “Sən böyük və yüksək əxlaq sahibisən”.

(وَإِنَّكَلَعَلىخُلُقٍعَظِيمٍ)


Elə bir əxlaq ki, ağıl ona heyran qalır. Bənzərsiz lütf və sevgi, misilsiz səmimiyyət, səbir, qətiyyət, dözüm və vəsfəgəlməz hövsələ.

Camaatı Allaha bəndəlik etməyə dəvət edirsənsə, özün hamıdan çox ibadət edirsən. Pis işdən çəkindirirsənsə, özün hamıdan qabaq çəkinirsən. Səni incidirlər, sən öyüd verirsən. Sənə nalayiq sözlər deyirlər, onlar üçün dua edirsən. Sənə daş atırlar, başına isti kül tökürlər, sən onların hidayət olması üçün Allah dərgahına əl açırsan. Bəli, sən sevgi, duyğu ocağı, mərhəmət mənşəyisən.

(xuluq) sözü (xilqət) sözündəndir və insandan ayrılmayan, eynən onun xilqət və yaradılışı kimi olan xüsusiyyətlər mənasını ifadə edir.

Bəzi təfsirçilər Peyğəmbərin (s) böyük və yüksək əxlaqını haqq yolunda səbir, səxavət, idarəçilik, yoldaşlıq və mehribanlıq, Allaha doğru dəvət yolunda çətinliklərə dözmək, əfv və güzəşt, Allah yolunda cihad, həsədi və tamahı tərk etmək kimi təfsir etmişlər. Bütün bu xüsusiyyətlərin hamısı Peyğəmbərdə (s) olsa da, onun yüksək əxlaqı tək bunlarla məhdudlaşmır.

Bəzi təfsirlərdə isə "xulqul əzim" Quran və İslam dini kimi təfsir olunmuşdur ki, bu, sadəcə ayənin geniş mənasının nümunələrindən biri ola bilər. Hər halda, Peyğəmbərdə (s) yüksək əxlaqın olması o Həzrətin zəka və fərasətinin, düşmənlərin ittihamlarının əsassız olmasına bariz dəlildir.

Ardınca Allah-taala əlavə edir: “Tezliklə sən də görəcəksən, onlar da”.

مستبصرُويُنصَرُونَ


“...hansınızın dəli olduğunu”.⁵

(məftun) sözü (fitnə) sözündən əmələ gələn keçmiş zaman feili sifətidir və burada dəliliyə düçar olmaq mənasını ifadə edir. Bəli, onlar bu gün sənə yaraşmayan ittihamlar irəli sürürlər ki, Allahın bəndələrini səndən uzaqlaşdırsınlar. Amma insanların ağıl və şüuru var. Tədricən sənin təlimlərini və sözlərini anlayacaqlar. O zaman aydın olacaq ki, bu dəyərli təlimlər sənin nurani qəlbinə Allah tərəfindən nazil olmuş, Allah sənə böyük zəka və bilik bəxş etmişdir.

Gələcəkdə atacağın addımlar və mövqelərin, nəticədə isə İslamın tez bir zamanda inkişaf etməsi və nüfuz qazanması göstərəcək ki, sən böyük zəka və fərasət mənbəyisən. Dəli – Günəşin işığı ilə mübarizəyə qalxan yarasalardır.

Əlbəttə, Qiyamətdə bu həqiqətlər yenidən aydınlaşacaq və aşkara çıxacaq.

Bir daha təkid üçün Quran buyurur: "Rəbbin Onun yolundan azanları və haqq yolda olanları hər kəsdən yaxşı bilir “

Çünki yol Onun yoludur. O Öz yolunu hər kəsdən daha yaxşı tanıyır. Beləliklə, İslam peyğəmbərini (s) əmin edir ki, o, hidayət, düşmənləri isə azğınlıq yolundadırlar.

Sənədli bir hədisdə deyilir: Qüreyş Peyğəmbərin (s) Əlini (ə) başqalarından üstün tutduğunu gördükdə Əlini (ə) pisləməyə başladı. Dedilər ki, Muhəmməd (s) onun dəlisidir. Bu zaman Allah “Nun vəl- qələm” surəsini nazil etdi və and içdi ki, ey Muhəmməd (s), sən dəli deyilsən. Belə ki buyurdu: “Allah kimlərin azğın olduğunu (Qüreyşə işarədir) və kimin hidayət olduğunu (İmam Əliyə (ə) işarədir) bilir"⁶

İncəliklər:



1\. Qələmin insan həyatında rolu

Bəşəriyyətin həyatının ən mühüm hadisələrindən biri – öncə də qeyd etdiyimiz kimi – yazının yaranması və qələmin kağızlar, dərilər, daşlar üzərində işə düşməsi idi. Məhz bu, tarix dövrünü tarix öncəsindən ayırdı.

Qələmin kağız üzərində gəzməsi insanlığın taleyinə öz möhürünü vurdu. Buna görə də insan cəmiyyətlərinin qələbə və məğlubiyyəti qələmlərin ucuna bağlanmışdır.

Qələm - bilik və elmlərin qoruyucusu, düşüncə adamlarının pasibanı, alimlərin təfəkkürlərinin birləşdirici halqası, keçmiş və gələcək arasında əlaqələndirici körpüdür. Hətta göy və yer arasında əlaqə də lövhə və qələm yolu ilə hasil olmuşdur.

Qələm zaman və məkan baxımından bir-birindən ayrı düşmüş insanları bir-biri ilə əlaqələndirir. Sanki yer üzünün bütün mütəfək- kirləri böyük bir kitabxanada toplanmışlar.

Qələm – insanın sirdaşı, elmlərin xəzinədarı, əsrlərin, qərinələrin təcrübələrinin toplayıcısıdır. Quranın ona and işməsinə səbəb də budur. Çünki and həmişə çox böyük və dəyərli şeyə içilir.

Əlbəttə, qələm yazılar üçün bir vasitədir. Quran hər ikisinə and içir. Həm vasitəyə, həm də məhsula.

Bəzi rəvayətlərdə deyilir: "Allahın ilk yaratdığı şey qələm olmuş- dur”. Bu hədisi şiə hədisçiləri İmam Sadiqdən (ə) nəql etmişlər.⁷ Əhli- sünnə kitablarında da məşhur bir hədis kimi verilmişdir.⁸ Başqa bir hədisdə buyurulur: “Allahın ilk yaratdığı şey cövhər idi”.⁹ Bəzi hədislərdə isə oxuyuruq: “Allahın ilk yaratdığı şey ağıl və zəka idi"?¹⁰ Cövhər, qələm və zəka arasında olan xüsusi əlaqəyə nəzər salsaq, onların ilk yaradılmasının mənası aydın olur.

Yuxarıda İmam Sadiqdən (ə) nəql etdiyimiz hədisin davamında deyilir: “Allah qələmi yaratdıqdan sonra ona buyurdu: “Yaz!” O, Qiyamətə qədər olmuş və olacaq şeyləri yazdı”. Burada qələm dedikdə qəza-qədər qələmi nəzərdə tutulur. Amma hər halda, qələmin insan taleyindəki rolunu aydınlaşdırır.

İslam rəhbərləri çoxsaylı hədislərdə öz tərəfdarlarına təkidlə söy- ləmişlər ki, yaddaşınıza güvənməyin. İslam hədislərini və ilahi elmləri yazın. Gələcək nəsillər üçün yadigar qoyun.¹¹

Bəzi alimlər bildirmişlər:

# أَلْبَيانُبَيانانُ: بَيانُالنِّسانِوَبَيانُالْبَنانِوَبَيانُالنِّسانِتَدْرُسُهُالْأَعْوامُ،وَبَيَانُ


# الْأَقْلامباقعَلَىمَرِّالأَيامِ


“Bəyan iki cürdür: dil bəyanı, qələm bəyanı. Zaman keçdikcə dil bəyanı köhnəlir. Amma qələmlərin bəyanı əbədi olaraq qalır”.¹² Həmçinin demişlər:

# إنقوامَأُمُورِالدِّينِوَالدُّنْيابِشَيْقينِالقَلَمِوَالسَّيْفِوَالسَّيفُتَحْتُالْقَلَمِ


"Din və dünya işlərinin təməli iki şeydir: qələm və qılınc. Qılınc qələmin nüfuzu altındadır”.¹³

Bu mətləbi bəzi ərəb şairləri belə nəzmə çəkmişlər:

# كذاقَضَىاللهُلِلْأَقْلامِمُذْيُرِيتُإِنَّالسُّيوفلَهَامُدْأَرْهَفَتْخَدَمٌ!


Tərcümə: Qələm yonulduğu gündən Allah onun qədərini belə yazdı ki, qılınclar ona xidmət etsin. (Bu, qələmin bıçaqla yonulmasına və bununla iti kəsicilərin qələmə xidmətinin başlanmasına incə bir işarədir.)¹⁴

Başqa bir şair haqqında danışdığımız ayələrə istinad edərək bu haqda deyir:

# وَعَدُّوهُمِمَّايُجْلِبُالْمَجْدَوَالْكَرَمَإِذاأَقْسَمَالْأَبْطالُيَوْماًبِسَيفِهِمْمَدَىالدَّهْرِأَنَّاللَّهَأَقْسَمَبِالْقَلَمِ! كَفَىقَلَمُالْكِتَابِفَحْراًوَرَفْعَةٌ


Tərcümə: Bir gün qəhrəman döyüşçülər öz qılınclarına and içdilər, onu özlərinə fəxr və üstünlük saydılar.

Yazarların qələminə isə dünya durduqca bu iftixar bəs edər ki, Allah qələmə and içmişdir (qılınca yox).¹⁵

Doğrudan da, belədir. Çünki hərbi qələbəyə güclü mədəniyyət tərəfindən zəmanət verilməsə, əsla dayanıqlı olmayacaq. Monqollar İran tarixində çox böyük qələbələr əldə etmişdilər. Amma sivilizasiya və mədəniyyətdən uzaq xalq olduqları üçün tezliklə İslam və İran mədəniyyəti içində itib-batdılar və yollarını dəyişdilər.

Bu mövzu çox genişdir. Amma təfsir metodundan çıxmamaq üçün sözü Peyğəmbərin (s) çox dolğun bir hədisi ilə bitiririk:

# ثَلاثُتَخْرِقُالْحُجُبَ،وَتَنتَهىإلىمابَينَيَدَىاللَّهِ: صَرِيرُأَقْلامِالْعُلَمَاءَ،وَوَطى


# أَقْدامِالْمُجاهدينَ،وَصَوْتُمَغَازِلِالْمُحْصَنَاتِ


"Üç səs var ki, pərdələri dəlir və Allahın əzəmətli dərgahına çatır: Alimlərin qələminin yazarkən çıxardığı səs, mücahidlərin cihad meyda- nında atdıqları addımın səsi və ismətli qadınların sap əyirən çarxının səsi”. ¹⁶

Əlbəttə, bütün deyilənlər haqq və ədalət yoluna, düz yola yön alan qələmlər haqqındadır. Amma zəhərli və azdırıcı qələmlər insan cəmiyyətləri üçün ən böyük bəla və təhlükə hesab olunur.

2\. Peyğəmbər (s) əxlaqından bir nümunə

İslam peyğəmbərinin (s) qələbəsi ilahi yardımlarla olsa da, zahiri baxımdan bir çox amillər bu qələbəyə öz töhfəsini verirdi. Onların ən mühümlərindən biri o Həzrətin (s) əxlaqi cazibəsi idi.

Yüksək insani keyfiyyətlər və gözəl xüsusiyyətlər onda elə toplanmışdı ki, ən qatı düşmənlərini belə təsirləndirir, təslim olmağa vadar edir, dostlarını özünə məftun edirdi. Bunu Peyğəmbərin (s) əxlaqi möcüzəsi adlandırsaq, qətiyyən yanılmarıq. Necə ki bu əxlaqi möcüzənin bir nümunəsi Məkkənin fəthi hadisəsində özünü göstərdi. Uzun illər İslamın və şəxsən Peyğəmbərin (s) əleyhinə bütün güclərini səfərbər edən qaniçən və cinayətkar müşriklər müsəlmanların çənginə düşmüşdü. Peyğəmbər (s) dostların və düşmənlərin bütün gümanlarının əksinə olaraq, onlar üçün ümumi əfv hökmü çıxartdı. Onların bütün cinayətlərini unutdu.

Bu - يَدْخُلُونَفِي ِدينِاللهِأَفْوَاجًا -ayəsinin nümunəsinə çevrildi və insanlar dəstə-dəstə İslam dininə axışdılar.

Peyğəmbərin (s) əfvi, güzəşti, mehribanlığı, fədakarlığı, təqvası – bir sözlə, gözəl əxlaqı ilə bağlı təfsir və tarix kitablarında çox sayda əhvalatlar qeyd olunmuşdur ki, onları burada qeyd etmək bizi təfsir mövzusundan çıxarmış olar. Amma bunu söyləməliyik ki, Hüseyn ibn Əlidən (ə) nəql olunan bir hədisdə deyilir: “Atam Əlidən (ə) Peyğəmbərin (s) həyatının özəllikləri və əxlaqı haqqında soruşdum. Atam mənə geniş cavab verdi”. Bu hədisin bir hissəsində oxuyuruq:

"Peyğəmbərin (s) yoldaşları ilə davranışı belə idi: daim gülərüz, mülayim idi. Əsla sərtlik, daşürəklilik, davakarlıq, acıdillilik, bəhanəçilik və yaltaqlıq etməzdi. Heç kim ondan məyus olmazdı. Kim onun qapısına gəlsəydi, ümidsiz qayıtmazdı.

Üç şeyi özündən uzaqlaşdırmışdı: mübahisə etməyi, çox danışmağı və ona aid olmayan işə müdaxilə etməyi.

İnsanlara münasibətdə üç şeydən uzaq idi: kimsəni qınamaz, məzəmmət etməz və gizli eyiblərini, xətalarını axtarmazdı.

Yalnız ilahi savaba ümid etdiyi məsələlər haqqında danışardı. Danışarkən sözü o qədər kəsərli idi ki, hamı susur, tərpənmirdi. Susar- kən isə onlar danışırdı. Amma onun yanında əsla mübahisə etmirdilər.

Yad və avam biri qaba danışdıqda və ya bir şey istədikdə dözümlülük göstərir və səhabələrinə buyururdu: Nə vaxt birinin istəyi (ehtiyacı) olduğunu görsəniz, ehtiyacı olanı ona verin. Heç vaxt kimsənin sözünü kəsməyin ki, sözünü bitirsin".¹⁷

Bəli, bu gözəl əxlaq və fəzilətlər olmasaydı, o geri qalmış cahiliyyət insan və dəyişməyın sərt toplum İslamı qəbul etməzdi.

انْفَضُّوامِنْحَوْلِكَ“ ¹⁸ ayəsinin nümunəsi olaraq hamısı dağılışardı. Çox yaxşı olar ki, bu İslam əxlaqı bu gün dirilsin. Hər bir müsəlman Peyğəmbərin (s) əxlaqının bir parıltısı olsun. Bu haqda - istər şəxsən Peyğəmbərin (s) özü haqqında, istərsə də müsəlmanların vəzifəsi haqqında – İslam rəvayətləri də çoxdur. Burada bir neçəsini diqqətinizə çatdırırıq:

1\. Bir hədisdə Peyğəmbərin (s) belə buyurduğu bildirilir:

# إِنَّمَابُعِثْتُلِاِتَمِّمَمَكَارِمَالْأَخْلَاقِ


"Mən əxlaqi keyfiyyətləri təkmilləşdirmək üçün göndərilmişəm".¹⁹ Beləliklə, Peyğəmbərin (s) göndərilmə məqsədlərindən biri əxlaqi fəzilətlərin təkmilləşdirilməsidir.

2\. O Həzrətdən (s) nəql olunan başqa bir hədisdə deyilir:

# النَّهارِإِنَّمَاالْمُؤْمِنُلَيدْرِكُبِحُسْنِخُلْقِهِدَرَجَةَقائِمِاللَّيلِوَصَائِمِ


"Mömin öz gözəl əxlaqı ilə gecələri ibadət edən, gündüzləri oruc tutan adamın dərəcəsinə çatır". ²⁰

3\. Yenə də o Həzrət (s) buyurmuşdur:

# مامِنْشَيْءٍأَثْقَلُفِيالْمِيزَانِمِنْخُلْقٍحَسَن


“Qiyamət günü əməl tərəzisində yaxşı əxlaqdan ağır (gələn) bir şey olmayacaq".²¹

4\. O Həzrətin (s) başqa bir kəlamında oxuyuruq:

# أحبُّكُمْإِلَىاللَّهِأَحْسَنُكُمْأَخْلاقَاالْمُوَطَّلُونَأَكْنَافاً،الَّذِينَيَأْلْفُونَوَيَوْلَفُونَ،وَأَبْغَضُكُمْإِلَىاللهِالْمَشَاءُونَبِالنَّمِيمَةِالْمُفَرِّقُونَبَينَالْإِخْوانِالْمُلْتَمِسُونَلِلْبُرَاءِالْعَثَراتِ


"Sizin Allah yanında ən sevimliniz əxlaqı hamıdan yaxşı olandır. O kəslər ki, təvazökardırlar, başqaları ilə qaynaşırlar. Camaat da onlarla qaynaşır. Allah yanında ən nifrət olunanı isə sözgəzdirənlərdir ki, qar- daşlar arasına nifaq salır, günahsız insanların yanlışını axtarır”.²²

5\. Peyğəmbərdən (s) nəql olunan digər bir hədisdə deyilir:

# أَكثرُمايَدْخِلُالنَّاسَالْجَنَّةَتَقْوَىاللَّهِوَحُسْنُالْخُلْقِ


“Camaatı Cənnətə daxil edən ən çox şey təqva və gözəl əxlaqdır””?²³

6\. İmam Baqir (ə) buyurmuşdur:

# إنأَكْمَلَالْمُؤْمِنِينَإِيمَاناًأَحْسَنُهُمْ


# خُلْقاً


“Möminlər arasında əxlaqı gözəl olanın imanı hamıdan çoxdur”.²⁴

7\. İmam Əli ibn Musa ər-Rza (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql etmişdir:

# عَلَيْكُمْبِحُسْنِالْخُلْقِ،فَإِنْحُسْنَالْخُلْقِفِيالْجَنَّةِلامَحالَةٌ،وَإِيَّاكُمْوَسُوءَالْخُلْقِ


# الْخُلْقِفِيالنَّارِلامَحَالَةٌفَإِنَّسُوءَالْخُلْقِفِي


"Gözəl əxlaq ardınca getmək vacibdir. Çünki gözəl əxlaqın sonu Cənnətdir. Pis əxlaqdan çəkinin. Çünki pis əxlaqın sonu Cəhənnəmdir”.²⁵

Yuxarıdakı hədislərdən aydın olur ki, yaxşı əxlaq Cənnətin açarı, Allahın razılığını qazanma vasitəsi, güclü iman nişanəsidir və gecə- gündüz edilən ibadətlərə bərabərdir. Bu haqda hədislər olduqca çoxdur.