Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əl-Qələm Surəsi, Ayə 1
نٓ ۚ وَٱلْقَلَمِ وَمَا يَسْطُرُونَ
﴿1﴾
Mişkini Tərcüməsi:
Nun. (Bu Allah və Onun Rəsulu arasında olan bir rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma bəşərin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür mütəşabih ayələri vardır.) And olsun (qələmlərin üzərində yazdığı) nurlu Lövhi-Məhfuza və (qələmin batrıldığı yazdığı) mürəkkəbə və hər hansı bir sulu cövhərə. And olsun qələmə (Lövhi- Məhfuzda yazan ilk qələmə, hesablayıcı mələklərin qələminə və pak insanların qələminə) və qələmlə yazılanlara (elmlər və Lövhi-Məhfuzun üzərində qələm vasitəsilə əmanət olaraq verilmiş sirlər və salehlərin əməl dəftərlərində yazılan gözəl əməllərə qələm sahiblərinin yazdığı və faydalı elmlərə ki,)
2
Əl-Qələm Surəsi, Ayə 2
مَآ أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍۢ
﴿2﴾
Mişkini Tərcüməsi:
Sən Rəbbinin neməti və lütfü sayəsində divanə deyilsən!
3
Əl-Qələm Surəsi, Ayə 3
وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍۢ
﴿3﴾
Mişkini Tərcüməsi:
Şübhəsiz, sənin üçün (dünyada və axirətdə) minnətsiz və sonsuz bir mükafat vardır.
4
Əl-Qələm Surəsi, Ayə 4
وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍۢ
﴿4﴾
Mişkini Tərcüməsi:
Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən.
5
Əl-Qələm Surəsi, Ayə 5
فَسَتُبْصِرُ وَيُبْصِرُونَ
﴿5﴾
Mişkini Tərcüməsi:
Tezliklə sən də görəsəksən və onlar da görəcəklər ki,
6
Əl-Qələm Surəsi, Ayə 6
بِأَييِّكُمُ ٱلْمَفْتُونُ
﴿6﴾
Mişkini Tərcüməsi:
Sizdən hansı biri (sən, ya düşmənlərin) dəliliyə düçar olub.
Mişkini Tərcüməsi:
Həqiqətən, Rəbbin Özü Onun yolundan azanları da, doğru yolda olanları da daha yaxşı bilir.
8
Əl-Qələm Surəsi, Ayə 8
فَلَا تُطِعِ ٱلْمُكَذِّبِينَ
﴿8﴾
Mişkini Tərcüməsi:
Elə isə (səni və Allahın ayələrini) təkzib edənlərə itaət etmə.
9
Əl-Qələm Surəsi, Ayə 9
وَدُّوا۟ لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ
﴿9﴾
Mişkini Tərcüməsi:
Çünki, onlar çox istəyirlər ki, (sən) yumşaqlıq göstərəsən və sazişə girəsən onlar da yumşaqlıq göstərsinlər və səninlə saziş etsinlər.
10
Əl-Qələm Surəsi, Ayə 10
وَلَا تُطِعْ كُلَّ حَلَّافٍۢ مَّهِينٍ
﴿10﴾
Mişkini Tərcüməsi:
Və itaət etmə çox and içən və alçaq olan heç bir kəsə,
11
Əl-Qələm Surəsi, Ayə 11
هَمَّازٍۢ مَّشَّآءٍۭ بِنَمِيمٍۢ
﴿11﴾
Mişkini Tərcüməsi:
Çox eyib axtarana, pis danışana və söz gəzdirənə,
12
Əl-Qələm Surəsi, Ayə 12
مَّنَّاعٍۢ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ
﴿12﴾
Mişkini Tərcüməsi:
Bərk xəsisə, xeyirdən saxlayana, təcavüzkara və günahkara,
13
Əl-Qələm Surəsi, Ayə 13
عُتُلٍّۭ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ
﴿13﴾
Mişkini Tərcüməsi:
Və bundan (bütün bu çirkin sifətlərdən) savayı kobuda, daş ürəkliyə və əsli-kökü bilinməyənə!
14
Əl-Qələm Surəsi, Ayə 14
أَن كَانَ ذَا مَالٍۢ وَبَنِينَ
﴿14﴾
Mişkini Tərcüməsi:
(Bu günahları) ona görə (edir ki,) mal-dövlət və oğullar sahibidir.
Mişkini Tərcüməsi:
Biz vaxtilə (Yəməndə – Səna yaxınlığındakı) o bağ sahiblərini imtəhana çəkdiyimiz kimi, bunları da (Məkkə əhlini də) imtahana çəkdik. O vaxt onlar səhər çağı onun meyvələrini mütləq dərəcəklərinə and içmişdilər.
18
Əl-Qələm Surəsi, Ayə 18
وَلَا يَسْتَثْنُونَ
﴿18﴾
Mişkini Tərcüməsi:
Halbuki, (öz fikirlərində meyvələrdən fəqirlər üçün heç bir şeyi) istisna etmirdilər və «inşallah» (əgər Allah istəsə) demirdilər.
Mişkini Tərcüməsi:
Onların orta yaşlısı, ən ağıllısı və düzgünü dedi: «Məgər sizə demədimmi ki, niyə Allahı (hər hansı bir nöqsandan və eyibdən) pak (və uzaq) bilmirsiniz?! (Allaha qarşı çıxmağı qərara almaqla əməli surətdə Onu aciz hesab etmiş olursunuz)»
Mişkini Tərcüməsi:
Ya, bəlkə Qiyamət gününədək sizin Bizimlə möhkəm əhd-peymanınız vardır ki, (Cənnət və axirət nemətlərindən) hər nəyə hökm etsəniz, sizin olacaqdır?!
40
Əl-Qələm Surəsi, Ayə 40
سَلْهُمْ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ
﴿40﴾
Mişkini Tərcüməsi:
Onlardan soruş ki, hansı biri buna (bu iddiaya) zamindir?!
Mişkini Tərcüməsi:
Ya bəlkə şərikləri vardır? (Bu iddianın səhihliyi barədə şərikləri, yaxud sabah onlara nicat verib, məqam əta edən Allaha şərik olan məbudları var?!) Belə isə şəriklərini gətirsinlər, əgər düz danışandırlarsa.
Mişkini Tərcüməsi:
(Yada sal) o gün ki, işləri olduqca çətinə düşər və (məzəmmətlə) səcdə etməyə dəvət olunarlar, lakin səcdə edə bilməzlər (çünki dünyadakı «təkəbbür» sifəti onların qamətlərinin əyilməməsi ilə təcəssüm olunar).
Mişkini Tərcüməsi:
Gözləri yerə dikilər, zillət vücudlarını bürüyər. Halbuki onlar (dünyada) sağlam olduqları halda (Allaha) səcdə etməyə dəvət olunurdular.
Mişkini Tərcüməsi:
Belə isə, bu kəlamı (Quranı) təkzib edənləri Mənim öhdəmə burax ki, tezliklə onları özləri də bilmədikləri yerdən, tədriclə (əbədi əzaba və bədbəxtliyə tərəf) yaxınlaşdıracağıq.
45
Əl-Qələm Surəsi, Ayə 45
وَأُمْلِى لَهُمْ ۚ إِنَّ كَيْدِى مَتِينٌ
﴿45﴾
Mişkini Tərcüməsi:
Və Mən onlara möhlət verirəm (ki, günahları və bədbəxtlikləri ən son həddə yetişsin) və həqiqətən, Mənim məkrim və tədbirim möhkəm və sabitdir.
Mişkini Tərcüməsi:
Məgər onlardan (öz risalətin müqabilində) bir muzdmu istəyirsən ki, onlar ağır bir borc yükü altında qalıblar?!
47
Əl-Qələm Surəsi, Ayə 47
أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ
﴿47﴾
Mişkini Tərcüməsi:
Ya bəlkə qeyb (Lövhi-Məhfuz elmi, ya hər bir şeyin qeybi həqiqətləri) onların yanındadır, (Ona əsasən) yazırlar, (öz şirk və pozğunluqları üçün dəlil- sübut gətirirlər və sənə ehtiyacları qalmır)?
Mişkini Tərcüməsi:
Belə isə, Rəbbinin hökmünə səbr et (onların məhvinə tələsmə) və balıq sahibi (Yunus) kimi olma! O zaman o, qəm-qüssə ilə dolu bir qəlblə (balığın qarnında Allahı) səslədi.
Mişkini Tərcüməsi:
Əgər Rəbbi tərəfindən bir nemət (tövbənin qəbulu və mənəvi vilayət) ona yetişməsəydi, həqiqətən, (balığın qarnından) məzəmmət olunmuş və qovulmuş halda quru bir səhraya atılacaqdı (lakin rəhmət ona yetişdi və son dərəcə hörmətlə sahilə çıxdı).
Mişkini Tərcüməsi:
Həqiqətən, kafir olanlar bu zikri (Quranı) eşidən zaman, az qalırdı səni gözləri(nin nəhsliyi) ilə titrətsinlər! Və (Quranı dərk etməkdən aciz olduqlarına görə, onu gətirənin barəsində) deyirlər: «Həqiqətən, o, bir divanədir!»
52
Əl-Qələm Surəsi, Ayə 52
وَمَا هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَٰلَمِينَ
﴿52﴾
Mişkini Tərcüməsi:
Halbuki, bu (Peyğəmbər və bu Quran) aləmlərə öyüd-nəsihət vasitəsindən başqa bir şey deyildir.