Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
69

Əl-Haqqə Surəsi

52 Ayə 29-ci Cüz Məkkədə nazil olub
سُورَةُ الحاقة Ayətəllah Mişkini Tərcüməsi

Əl-Haqqə Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Haqqə Surəsi, Ayə 1

ٱلْحَآقَّةُ ﴿1﴾

Mişkini Tərcüməsi: «Haqqə» adlanan həmin saat və o baş verəcək hadisə və baş verəcəyi şübhəsiz, olan işlər və hallar,
2 Əl-Haqqə Surəsi, Ayə 2

مَا ٱلْحَآقَّةُ ﴿2﴾

Mişkini Tərcüməsi: O «Haqqə»nin həqiqəti nədir? (Nə qədər də böyük, dəhşətli və uzun bir hadisədir!)
3 Əl-Haqqə Surəsi, Ayə 3

وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحَآقَّةُ ﴿3﴾

Mişkini Tərcüməsi: Və «haqqə»nin nə olduğunu nə bilirsən?! (Onun həqiqətinə vara bilməzsən. O, əzici bir hadisədir).
4 Əl-Haqqə Surəsi, Ayə 4

كَذَّبَتْ ثَمُودُ وَعَادٌۢ بِٱلْقَارِعَةِ ﴿4﴾

Mişkini Tərcüməsi: Səmud (Salehin qövmü) və Ad (Hudun qövmü) o əzici hadisəni təkzib etdilər.
5 Əl-Haqqə Surəsi, Ayə 5

فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا۟ بِٱلطَّاغِيَةِ ﴿5﴾

Mişkini Tərcüməsi: Səmud qövmü tüğyankarlıqlarına görə hədsiz dərəcədə bir əzabla məhv oldular.
6 Əl-Haqqə Surəsi, Ayə 6

وَأَمَّا عَادٌۭ فَأُهْلِكُوا۟ بِرِيحٍۢ صَرْصَرٍ عَاتِيَةٍۢ ﴿6﴾

Mişkini Tərcüməsi: Amma Ad qövmü şiddətlə əsən, soyuq, uğultulu və gurultulu bir küləklə məhv oldular.
7 Əl-Haqqə Surəsi, Ayə 7

سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍۢ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومًۭا فَتَرَى ٱلْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍۢ ﴿7﴾

Mişkini Tərcüməsi: (Elə bir külək ki, Allah) onu nəhs olan yeddi gecə və səkkiz gün ərzində ardı-arası kəsilmədən onlar(ın üstünə) əsdirdi və (əgər orada olsaydın) o qövmü hamılıqla yerə sərilmiş görərdin, elə bil ki, içi boş və yerindən qoparılmış xurma kötükləri idilər.
8 Əl-Haqqə Surəsi, Ayə 8

فَهَلْ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٍۢ ﴿8﴾

Mişkini Tərcüməsi: İndi sən onlardan heç qalanını görürsənmi?!
9 Əl-Haqqə Surəsi, Ayə 9

وَجَآءَ فِرْعَوْنُ وَمَن قَبْلَهُۥ وَٱلْمُؤْتَفِكَٰتُ بِٱلْخَاطِئَةِ ﴿9﴾

Mişkini Tərcüməsi: Firon da, ondan öncəkilər (kafirlər) də, alt-üst olmuş şəhərlər(in əhalisi – Lut qövmü) günah etdilər və yollarını azdılar (dini əqidə və şəriət məsələlərində səhv yolla getdilər).
10 Əl-Haqqə Surəsi, Ayə 10

فَعَصَوْا۟ رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةًۭ رَّابِيَةً ﴿10﴾

Mişkini Tərcüməsi: Onlar öz Rəbbinin peyğəmbərinə asi oldular, Allah da onları şiddətli bir cəza ilə yaxaladı.
11 Əl-Haqqə Surəsi, Ayə 11

إِنَّا لَمَّا طَغَا ٱلْمَآءُ حَمَلْنَٰكُمْ فِى ٱلْجَارِيَةِ ﴿11﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz (Nuhun duası ilə göydən gələn və yerdən qaynayan) su aşıb-daşan zaman sizi(n əcdadınızı) gəmiyə mindirdik.
12 Əl-Haqqə Surəsi, Ayə 12

لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةًۭ وَتَعِيَهَآ أُذُنٌۭ وَٰعِيَةٌۭ ﴿12﴾

Mişkini Tərcüməsi: Ona görə ki, bunu (bu hadisəni) sizin üçün bir ibrət edək və eşidən, yadda saxlayan qulaq bunu eşidib yadda saxlasın.
13 Əl-Haqqə Surəsi, Ayə 13

فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ نَفْخَةٌۭ وَٰحِدَةٌۭ ﴿13﴾

Mişkini Tərcüməsi: Elə ki, sura bir dəfə üfürülər (surun birinci dəfə üfürülməsi varlıq aləminin nizamının pozulması üçün bir müqəddimədir),
14 Əl-Haqqə Surəsi, Ayə 14

وَحُمِلَتِ ٱلْأَرْضُ وَٱلْجِبَالُ فَدُكَّتَا دَكَّةًۭ وَٰحِدَةًۭ ﴿14﴾

Mişkini Tərcüməsi: Və yer (öz oxundan) və dağlar (birləşdikləri məkandan) qaldırılar (və uzaqlaşdırılar). Hər ikisi bir zərbə ilə bir-birinə çırpılar.
15 Əl-Haqqə Surəsi, Ayə 15

فَيَوْمَئِذٍۢ وَقَعَتِ ٱلْوَاقِعَةُ ﴿15﴾

Mişkini Tərcüməsi: Beləliklə, (məhz) o gün Qiyamət qopar.
16 Əl-Haqqə Surəsi, Ayə 16

وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِىَ يَوْمَئِذٍۢ وَاهِيَةٌۭ ﴿16﴾

Mişkini Tərcüməsi: Və göy yarılar və o gün (onun nizamı) süst düşüb darma-dağın olar.
17 Əl-Haqqə Surəsi, Ayə 17

وَٱلْمَلَكُ عَلَىٰٓ أَرْجَآئِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍۢ ثَمَٰنِيَةٌۭ ﴿17﴾

Mişkini Tərcüməsi: Mələklər göyün ətrafında (nəzarətçi) olarlar. Sənin Rəbbinin ərşini o gün səkkiz nəfər (ya səkkiz dəstə) öz başları üstündə (yaxud səmadakıların başları üstündə) tutarlar.
18 Əl-Haqqə Surəsi, Ayə 18

يَوْمَئِذٍۢ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنكُمْ خَافِيَةٌۭ ﴿18﴾

Mişkini Tərcüməsi: O gün siz (haqq-hesab üçün Allahın hüzuruna) gətiriləcəksiniz, sizin heç bir gizlin işiniz gizlin qalmayacaqdır.
19 Əl-Haqqə Surəsi, Ayə 19

فَأَمَّا مَنْ أُوتِىَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقْرَءُوا۟ كِتَٰبِيَهْ ﴿19﴾

Mişkini Tərcüməsi: Əməl dəftəri sağ əlinə verilən şəxs, (sevinclə) deyər: «Alın (ey insanlar) mənim kitabımı (əməl dəftərimi) oxuyun».
20 Əl-Haqqə Surəsi, Ayə 20

إِنِّى ظَنَنتُ أَنِّى مُلَٰقٍ حِسَابِيَهْ ﴿20﴾

Mişkini Tərcüməsi: «Həqiqətən, mən (dünyada) ikən Qiyamət günü öz hesabıma (əməllərimin hesabına) yetişəcəyimə yəqinliklə inanmışdım».
21 Əl-Haqqə Surəsi, Ayə 21

فَهُوَ فِى عِيشَةٍۢ رَّاضِيَةٍۢ ﴿21﴾

Mişkini Tərcüməsi: Beləliklə, (bundan sonra) o xoş güzəran içindədir və sahibi də ondan razıdır.
22 Əl-Haqqə Surəsi, Ayə 22

فِى جَنَّةٍ عَالِيَةٍۢ ﴿22﴾

Mişkini Tərcüməsi: Uca və ali məqamlı bir Cənnətdə (elə bir Cənnətdə ki,)
23 Əl-Haqqə Surəsi, Ayə 23

قُطُوفُهَا دَانِيَةٌۭ ﴿23﴾

Mişkini Tərcüməsi: Meyvələri yaxındır (belə ki, budaqlar dərən şəxsin iradəsinə tabedir).
24 Əl-Haqqə Surəsi, Ayə 24

كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَآ أَسْلَفْتُمْ فِى ٱلْأَيَّامِ ٱلْخَالِيَةِ ﴿24﴾

Mişkini Tərcüməsi: Yeyin və için, keçmiş günlərdə gördüyünüz (yaxşı işlərin) mükafatı olaraq sizə nuş olsun. (Bunlar hamısı o əməllərin əvəzidir, ya o əqidə və əməllərin təcəssümüdür).
25 Əl-Haqqə Surəsi, Ayə 25

وَأَمَّا مَنْ أُوتِىَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيْتَنِى لَمْ أُوتَ كِتَٰبِيَهْ ﴿25﴾

Mişkini Tərcüməsi: Amma (əməl) dəftəri sol əlinə verilən şəxs deyər: «Kaş (əməl) dəftərim mənə verilməyəydi!»
26 Əl-Haqqə Surəsi, Ayə 26

وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ ﴿26﴾

Mişkini Tərcüməsi: «Və hesabımın nə olduğunu bilməyəydim».
27 Əl-Haqqə Surəsi, Ayə 27

يَٰلَيْتَهَا كَانَتِ ٱلْقَاضِيَةَ ﴿27﴾

Mişkini Tərcüməsi: «Kaş mənim o dünya həyatım(ın yerinə) qəti bir ölüm olaydı (və ya dünya ölümü məni birdəfəlik məhv edəydi)».
28 Əl-Haqqə Surəsi, Ayə 28

مَآ أَغْنَىٰ عَنِّى مَالِيَهْ ۜ ﴿28﴾

Mişkini Tərcüməsi: «Mənim (dünyadakı) mal-dövlətim (heç bir əzabı) məndən dəf etmədi».
29 Əl-Haqqə Surəsi, Ayə 29

هَلَكَ عَنِّى سُلْطَٰنِيَهْ ﴿29﴾

Mişkini Tərcüməsi: «Qüdrətim və səltənətim (və iddialarımın dəlil-sübutu da) əlimdən çıxdı».
30 Əl-Haqqə Surəsi, Ayə 30

خُذُوهُ فَغُلُّوهُ ﴿30﴾

Mişkini Tərcüməsi: (Əmr yetişər:) «Onu tutun və qandallayın».
31 Əl-Haqqə Surəsi, Ayə 31

ثُمَّ ٱلْجَحِيمَ صَلُّوهُ ﴿31﴾

Mişkini Tərcüməsi: «Sonra da onu şölələnmiş oda atıb yandırın!».
32 Əl-Haqqə Surəsi, Ayə 32

ثُمَّ فِى سِلْسِلَةٍۢ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًۭا فَٱسْلُكُوهُ ﴿32﴾

Mişkini Tərcüməsi: «Sonra isə uzunluğu yetmiş arşın olan zəncirlə bağlayın».
33 Əl-Haqqə Surəsi, Ayə 33

إِنَّهُۥ كَانَ لَا يُؤْمِنُ بِٱللَّهِ ٱلْعَظِيمِ ﴿33﴾

Mişkini Tərcüməsi: «Çünki o, böyük olan Allaha (dünyada) inanmırdı».
34 Əl-Haqqə Surəsi, Ayə 34

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ ﴿34﴾

Mişkini Tərcüməsi: «Və heç vaxt (özünü və başqalarını) fəqirə və ehtiyacı olana yemək verməyə rəğbətləndirmirdi».
35 Əl-Haqqə Surəsi, Ayə 35

فَلَيْسَ لَهُ ٱلْيَوْمَ هَٰهُنَا حَمِيمٌۭ ﴿35﴾

Mişkini Tərcüməsi: Bu gün onun burada bir yaxını və mehriban bir dostu yoxdur.
36 Əl-Haqqə Surəsi, Ayə 36

وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍۢ ﴿36﴾

Mişkini Tərcüməsi: (Cəhənnəmdəkilərin bədənindən axan) Od əhlinin irinindən, çirk və qanından başqa bir yeməyi də yoxdur.
37 Əl-Haqqə Surəsi, Ayə 37

لَّا يَأْكُلُهُۥٓ إِلَّا ٱلْخَٰطِـُٔونَ ﴿37﴾

Mişkini Tərcüməsi: O (yeməyi) yalnız (yollarını) azmış günahkarlar yeyərlər.
38 Əl-Haqqə Surəsi, Ayə 38

فَلَآ أُقْسِمُ بِمَا تُبْصِرُونَ ﴿38﴾

Mişkini Tərcüməsi: Belə isə xeyr; and olsun (gözlə) gördüklərinizə,
39 Əl-Haqqə Surəsi, Ayə 39

وَمَا لَا تُبْصِرُونَ ﴿39﴾

Mişkini Tərcüməsi: Və görmədiklərinizə (qeybi mövcudlara) ki,
40 Əl-Haqqə Surəsi, Ayə 40

إِنَّهُۥ لَقَوْلُ رَسُولٍۢ كَرِيمٍۢ ﴿40﴾

Mişkini Tərcüməsi: Bu (Quran) şübhəsiz, möhtərəm bir elçinin (Cəbrailin və Peyğəmbərin) sözüdür.
41 Əl-Haqqə Surəsi, Ayə 41

وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍۢ ۚ قَلِيلًۭا مَّا تُؤْمِنُونَ ﴿41﴾

Mişkini Tərcüməsi: Bu, bir şairin sözü deyildir! (Lakin) Siz çox az iman gətirirsiniz!
42 Əl-Haqqə Surəsi, Ayə 42

وَلَا بِقَوْلِ كَاهِنٍۢ ۚ قَلِيلًۭا مَّا تَذَكَّرُونَ ﴿42﴾

Mişkini Tərcüməsi: Və nə də (ki, cinlərdən söz öyrənən) bir kahinin sözüdür! (Amma) çox az öyüd-nəsihət alırsınız.
43 Əl-Haqqə Surəsi, Ayə 43

تَنزِيلٌۭ مِّن رَّبِّ ٱلْعَٰلَمِينَ ﴿43﴾

Mişkini Tərcüməsi: (Bu kitab) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
44 Əl-Haqqə Surəsi, Ayə 44

وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ ٱلْأَقَاوِيلِ ﴿44﴾

Mişkini Tərcüməsi: Və əgər o, bəzi sözləri nahaqdan Bizə isnad etsəydi,
45 Əl-Haqqə Surəsi, Ayə 45

لَأَخَذْنَا مِنْهُ بِٱلْيَمِينِ ﴿45﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, onu bütün qüdrətimizlə yaxalayardıq və yaxud sağ əlini tutub əzaba çəkərdik.
46 Əl-Haqqə Surəsi, Ayə 46

ثُمَّ لَقَطَعْنَا مِنْهُ ٱلْوَتِينَ ﴿46﴾

Mişkini Tərcüməsi: Sonra da şübhəsiz, onun ürəyinin şah damarını qoparardıq.
47 Əl-Haqqə Surəsi, Ayə 47

فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَٰجِزِينَ ﴿47﴾

Mişkini Tərcüməsi: Belə olan surətdə, sizdən heç biriniz on(un əzabın)ın qarşısını ala bilməzdiniz.
48 Əl-Haqqə Surəsi, Ayə 48

وَإِنَّهُۥ لَتَذْكِرَةٌۭ لِّلْمُتَّقِينَ ﴿48﴾

Mişkini Tərcüməsi: Və həqiqətən, bu (Quran) təqvalılar üçün bir öyüd-nəsihətdir.
49 Əl-Haqqə Surəsi, Ayə 49

وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ ﴿49﴾

Mişkini Tərcüməsi: Biz sizin aranızda təkzib edənlərin olduğunu əlbəttə bilirik.
50 Əl-Haqqə Surəsi, Ayə 50

وَإِنَّهُۥ لَحَسْرَةٌ عَلَى ٱلْكَٰفِرِينَ ﴿50﴾

Mişkini Tərcüməsi: Bu (Quran) mütləq (cəza günündə) kafirlər üçün bir həsrətdir.
51 Əl-Haqqə Surəsi, Ayə 51

وَإِنَّهُۥ لَحَقُّ ٱلْيَقِينِ ﴿51﴾

Mişkini Tərcüməsi: Və həqiqətən, bu (Quran) yəqin (gerçək) bir haqdır və həqiqətdir.
52 Əl-Haqqə Surəsi, Ayə 52

فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ ﴿52﴾

Mişkini Tərcüməsi: Belə isə, öz əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyib və nöqsandan pak (və uzaq) bil).
Əvvəlki: 68. Əl-Qələm Bütün Surələr ↑ Növbəti: 70. Əl-Məaric