Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
68

Əl-Qələm Surəsi

52 Ayə 29-ci Cüz Məkkədə nazil olub
سُورَةُ القلم Ayətəllah Mişkini Tərcüməsi

Əl-Qələm Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Qələm Surəsi, Ayə 1

نٓ ۚ وَٱلْقَلَمِ وَمَا يَسْطُرُونَ ﴿1﴾

Mişkini Tərcüməsi: Nun. (Bu Allah və Onun Rəsulu arasında olan bir rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma bəşərin onun bənzərini gətirmək qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür mütəşabih ayələri vardır.) And olsun (qələmlərin üzərində yazdığı) nurlu Lövhi-Məhfuza və (qələmin batrıldığı yazdığı) mürəkkəbə və hər hansı bir sulu cövhərə. And olsun qələmə (Lövhi- Məhfuzda yazan ilk qələmə, hesablayıcı mələklərin qələminə və pak insanların qələminə) və qələmlə yazılanlara (elmlər və Lövhi-Məhfuzun üzərində qələm vasitəsilə əmanət olaraq verilmiş sirlər və salehlərin əməl dəftərlərində yazılan gözəl əməllərə qələm sahiblərinin yazdığı və faydalı elmlərə ki,)
2 Əl-Qələm Surəsi, Ayə 2

مَآ أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍۢ ﴿2﴾

Mişkini Tərcüməsi: Sən Rəbbinin neməti və lütfü sayəsində divanə deyilsən!
3 Əl-Qələm Surəsi, Ayə 3

وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍۢ ﴿3﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, sənin üçün (dünyada və axirətdə) minnətsiz və sonsuz bir mükafat vardır.
4 Əl-Qələm Surəsi, Ayə 4

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍۢ ﴿4﴾

Mişkini Tərcüməsi: Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən.
5 Əl-Qələm Surəsi, Ayə 5

فَسَتُبْصِرُ وَيُبْصِرُونَ ﴿5﴾

Mişkini Tərcüməsi: Tezliklə sən də görəsəksən və onlar da görəcəklər ki,
6 Əl-Qələm Surəsi, Ayə 6

بِأَييِّكُمُ ٱلْمَفْتُونُ ﴿6﴾

Mişkini Tərcüməsi: Sizdən hansı biri (sən, ya düşmənlərin) dəliliyə düçar olub.
7 Əl-Qələm Surəsi, Ayə 7

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ ﴿7﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Rəbbin Özü Onun yolundan azanları da, doğru yolda olanları da daha yaxşı bilir.
8 Əl-Qələm Surəsi, Ayə 8

فَلَا تُطِعِ ٱلْمُكَذِّبِينَ ﴿8﴾

Mişkini Tərcüməsi: Elə isə (səni və Allahın ayələrini) təkzib edənlərə itaət etmə.
9 Əl-Qələm Surəsi, Ayə 9

وَدُّوا۟ لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ ﴿9﴾

Mişkini Tərcüməsi: Çünki, onlar çox istəyirlər ki, (sən) yumşaqlıq göstərəsən və sazişə girəsən onlar da yumşaqlıq göstərsinlər və səninlə saziş etsinlər.
10 Əl-Qələm Surəsi, Ayə 10

وَلَا تُطِعْ كُلَّ حَلَّافٍۢ مَّهِينٍ ﴿10﴾

Mişkini Tərcüməsi: Və itaət etmə çox and içən və alçaq olan heç bir kəsə,
11 Əl-Qələm Surəsi, Ayə 11

هَمَّازٍۢ مَّشَّآءٍۭ بِنَمِيمٍۢ ﴿11﴾

Mişkini Tərcüməsi: Çox eyib axtarana, pis danışana və söz gəzdirənə,
12 Əl-Qələm Surəsi, Ayə 12

مَّنَّاعٍۢ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ ﴿12﴾

Mişkini Tərcüməsi: Bərk xəsisə, xeyirdən saxlayana, təcavüzkara və günahkara,
13 Əl-Qələm Surəsi, Ayə 13

عُتُلٍّۭ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ ﴿13﴾

Mişkini Tərcüməsi: Və bundan (bütün bu çirkin sifətlərdən) savayı kobuda, daş ürəkliyə və əsli-kökü bilinməyənə!
14 Əl-Qələm Surəsi, Ayə 14

أَن كَانَ ذَا مَالٍۢ وَبَنِينَ ﴿14﴾

Mişkini Tərcüməsi: (Bu günahları) ona görə (edir ki,) mal-dövlət və oğullar sahibidir.
15 Əl-Qələm Surəsi, Ayə 15

إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ ﴿15﴾

Mişkini Tərcüməsi: Bizim ayələrimiz ona oxunduğu zaman deyər: «(Bunlar) keçmişdəkilərin əfsanələridir».
16 Əl-Qələm Surəsi, Ayə 16

سَنَسِمُهُۥ عَلَى ٱلْخُرْطُومِ ﴿16﴾

Mişkini Tərcüməsi: Biz tezliklə onun burnuna (zillət) dağı basacağıq.
17 Əl-Qələm Surəsi, Ayə 17

إِنَّا بَلَوْنَٰهُمْ كَمَا بَلَوْنَآ أَصْحَٰبَ ٱلْجَنَّةِ إِذْ أَقْسَمُوا۟ لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ ﴿17﴾

Mişkini Tərcüməsi: Biz vaxtilə (Yəməndə – Səna yaxınlığındakı) o bağ sahiblərini imtəhana çəkdiyimiz kimi, bunları da (Məkkə əhlini də) imtahana çəkdik. O vaxt onlar səhər çağı onun meyvələrini mütləq dərəcəklərinə and içmişdilər.
18 Əl-Qələm Surəsi, Ayə 18

وَلَا يَسْتَثْنُونَ ﴿18﴾

Mişkini Tərcüməsi: Halbuki, (öz fikirlərində meyvələrdən fəqirlər üçün heç bir şeyi) istisna etmirdilər və «inşallah» (əgər Allah istəsə) demirdilər.
19 Əl-Qələm Surəsi, Ayə 19

فَطَافَ عَلَيْهَا طَآئِفٌۭ مِّن رَّبِّكَ وَهُمْ نَآئِمُونَ ﴿19﴾

Mişkini Tərcüməsi: Beləliklə, gecə vaxtı, onlar yuxuda ikən, sənin Rəbbin tərəfindən olan böyük bir bəla o bağı bürüdü.
20 Əl-Qələm Surəsi, Ayə 20

فَأَصْبَحَتْ كَٱلصَّرِيمِ ﴿20﴾

Mişkini Tərcüməsi: Ora meyvələri dərilmiş və ağacları yanıb qaralmış bir bağa döndü.
21 Əl-Qələm Surəsi, Ayə 21

فَتَنَادَوْا۟ مُصْبِحِينَ ﴿21﴾

Mişkini Tərcüməsi: Səhər çağı (onlar) bir-birlərini (belə) səslədilər:
22 Əl-Qələm Surəsi, Ayə 22

أَنِ ٱغْدُوا۟ عَلَىٰ حَرْثِكُمْ إِن كُنتُمْ صَٰرِمِينَ ﴿22﴾

Mişkini Tərcüməsi: «Əgər (meyvə) yığmaq məqsədiniz varsa, erkəndən öz bağınıza və əkininizə sarı çıxın!»
23 Əl-Qələm Surəsi, Ayə 23

فَٱنطَلَقُوا۟ وَهُمْ يَتَخَٰفَتُونَ ﴿23﴾

Mişkini Tərcüməsi: Beləliklə, bir-birləri ilə yavaşca söhbət edə-edə yola düşdülər. (Onlar deyirdilər:)
24 Əl-Qələm Surəsi, Ayə 24

أَن لَّا يَدْخُلَنَّهَا ٱلْيَوْمَ عَلَيْكُم مِّسْكِينٌۭ ﴿24﴾

Mişkini Tərcüməsi: «Məbada bu gün hər hansı bir fəqir bağa sizin yanınıza gəlsin!»
25 Əl-Qələm Surəsi, Ayə 25

وَغَدَوْا۟ عَلَىٰ حَرْدٍۢ قَٰدِرِينَ ﴿25﴾

Mişkini Tərcüməsi: Onlar səhər erkən (fəqirləri) məhrum etmək məqsədi ilə getdilər.
26 Əl-Qələm Surəsi, Ayə 26

فَلَمَّا رَأَوْهَا قَالُوٓا۟ إِنَّا لَضَآلُّونَ ﴿26﴾

Mişkini Tərcüməsi: O bağı gördükdə, dedilər: «Yəqin ki, yolu azmışıq, yaxud haqq yoldan azmışıq».
27 Əl-Qələm Surəsi, Ayə 27

بَلْ نَحْنُ مَحْرُومُونَ ﴿27﴾

Mişkini Tərcüməsi: «(Nəinki yalnız haqqın yolundan azmışıq, hətta) əslində biz (haqqın nemətindən və öz əkdiyimizdən də) məhrum olmuşuq!»
28 Əl-Qələm Surəsi, Ayə 28

قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُل لَّكُمْ لَوْلَا تُسَبِّحُونَ ﴿28﴾

Mişkini Tərcüməsi: Onların orta yaşlısı, ən ağıllısı və düzgünü dedi: «Məgər sizə demədimmi ki, niyə Allahı (hər hansı bir nöqsandan və eyibdən) pak (və uzaq) bilmirsiniz?! (Allaha qarşı çıxmağı qərara almaqla əməli surətdə Onu aciz hesab etmiş olursunuz)»
29 Əl-Qələm Surəsi, Ayə 29

قَالُوا۟ سُبْحَٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ﴿29﴾

Mişkini Tərcüməsi: Dedilər: «Rəbbimiz pakdır. Həqiqətən, biz zalım idik!»
30 Əl-Qələm Surəsi, Ayə 30

فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ يَتَلَٰوَمُونَ ﴿30﴾

Mişkini Tərcüməsi: (Sonra) bir-birlərinə üz tutaraq danlamağa başladılar.
31 Əl-Qələm Surəsi, Ayə 31

قَالُوا۟ يَٰوَيْلَنَآ إِنَّا كُنَّا طَٰغِينَ ﴿31﴾

Mişkini Tərcüməsi: Dedilər: «Vay halımıza, şübhəsiz, biz tüğyan edən idik».
32 Əl-Qələm Surəsi, Ayə 32

عَسَىٰ رَبُّنَآ أَن يُبْدِلَنَا خَيْرًۭا مِّنْهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٰغِبُونَ ﴿32﴾

Mişkini Tərcüməsi: «Ola bilsin ki, Rəbbimiz onun yerinə bizə ondan daha yaxşısını versin. Ona görə ki, bizim öz Rəbbimizə rəğbətimiz var».
33 Əl-Qələm Surəsi, Ayə 33

كَذَٰلِكَ ٱلْعَذَابُ ۖ وَلَعَذَابُ ٱلْءَاخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ ﴿33﴾

Mişkini Tərcüməsi: (Bizim dünyadakı) əzab(ımız) belədir. Əlbəttə, axirət əzabı daha böyükdür, kaş biləydilər!
34 Əl-Qələm Surəsi, Ayə 34

إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّٰتِ ٱلنَّعِيمِ ﴿34﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, təqvalılar üçün Rəbbi yanında nemətli Cənnətlər vardır.
35 Əl-Qələm Surəsi, Ayə 35

أَفَنَجْعَلُ ٱلْمُسْلِمِينَ كَٱلْمُجْرِمِينَ ﴿35﴾

Mişkini Tərcüməsi: Belə isə, məgər Biz təslim olanları (axirət mükafatı baxımından) günahkarlarla bərabər tutarıqmı?!
36 Əl-Qələm Surəsi, Ayə 36

مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ ﴿36﴾

Mişkini Tərcüməsi: Sizə nə olub? Necə hökm edirsiniz?!
37 Əl-Qələm Surəsi, Ayə 37

أَمْ لَكُمْ كِتَٰبٌۭ فِيهِ تَدْرُسُونَ ﴿37﴾

Mişkini Tərcüməsi: Yoxsa sizin elə bir (səmavi) kitabınız var ki, orada oxuyursunuz ki,
38 Əl-Qələm Surəsi, Ayə 38

إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ ﴿38﴾

Mişkini Tərcüməsi: (O aləmdə) bəyənib seçdiyiniz hər şey sizin üçündür?!
39 Əl-Qələm Surəsi, Ayə 39

أَمْ لَكُمْ أَيْمَٰنٌ عَلَيْنَا بَٰلِغَةٌ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ ۙ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ ﴿39﴾

Mişkini Tərcüməsi: Ya, bəlkə Qiyamət gününədək sizin Bizimlə möhkəm əhd-peymanınız vardır ki, (Cənnət və axirət nemətlərindən) hər nəyə hökm etsəniz, sizin olacaqdır?!
40 Əl-Qələm Surəsi, Ayə 40

سَلْهُمْ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ ﴿40﴾

Mişkini Tərcüməsi: Onlardan soruş ki, hansı biri buna (bu iddiaya) zamindir?!
41 Əl-Qələm Surəsi, Ayə 41

أَمْ لَهُمْ شُرَكَآءُ فَلْيَأْتُوا۟ بِشُرَكَآئِهِمْ إِن كَانُوا۟ صَٰدِقِينَ ﴿41﴾

Mişkini Tərcüməsi: Ya bəlkə şərikləri vardır? (Bu iddianın səhihliyi barədə şərikləri, yaxud sabah onlara nicat verib, məqam əta edən Allaha şərik olan məbudları var?!) Belə isə şəriklərini gətirsinlər, əgər düz danışandırlarsa.
42 Əl-Qələm Surəsi, Ayə 42

يَوْمَ يُكْشَفُ عَن سَاقٍۢ وَيُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسْتَطِيعُونَ ﴿42﴾

Mişkini Tərcüməsi: (Yada sal) o gün ki, işləri olduqca çətinə düşər və (məzəmmətlə) səcdə etməyə dəvət olunarlar, lakin səcdə edə bilməzlər (çünki dünyadakı «təkəbbür» sifəti onların qamətlərinin əyilməməsi ilə təcəssüm olunar).
43 Əl-Qələm Surəsi, Ayə 43

خَٰشِعَةً أَبْصَٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌۭ ۖ وَقَدْ كَانُوا۟ يُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ وَهُمْ سَٰلِمُونَ ﴿43﴾

Mişkini Tərcüməsi: Gözləri yerə dikilər, zillət vücudlarını bürüyər. Halbuki onlar (dünyada) sağlam olduqları halda (Allaha) səcdə etməyə dəvət olunurdular.
44 Əl-Qələm Surəsi, Ayə 44

فَذَرْنِى وَمَن يُكَذِّبُ بِهَٰذَا ٱلْحَدِيثِ ۖ سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ ﴿44﴾

Mişkini Tərcüməsi: Belə isə, bu kəlamı (Quranı) təkzib edənləri Mənim öhdəmə burax ki, tezliklə onları özləri də bilmədikləri yerdən, tədriclə (əbədi əzaba və bədbəxtliyə tərəf) yaxınlaşdıracağıq.
45 Əl-Qələm Surəsi, Ayə 45

وَأُمْلِى لَهُمْ ۚ إِنَّ كَيْدِى مَتِينٌ ﴿45﴾

Mişkini Tərcüməsi: Və Mən onlara möhlət verirəm (ki, günahları və bədbəxtlikləri ən son həddə yetişsin) və həqiqətən, Mənim məkrim və tədbirim möhkəm və sabitdir.
46 Əl-Qələm Surəsi, Ayə 46

أَمْ تَسْـَٔلُهُمْ أَجْرًۭا فَهُم مِّن مَّغْرَمٍۢ مُّثْقَلُونَ ﴿46﴾

Mişkini Tərcüməsi: Məgər onlardan (öz risalətin müqabilində) bir muzdmu istəyirsən ki, onlar ağır bir borc yükü altında qalıblar?!
47 Əl-Qələm Surəsi, Ayə 47

أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ ﴿47﴾

Mişkini Tərcüməsi: Ya bəlkə qeyb (Lövhi-Məhfuz elmi, ya hər bir şeyin qeybi həqiqətləri) onların yanındadır, (Ona əsasən) yazırlar, (öz şirk və pozğunluqları üçün dəlil- sübut gətirirlər və sənə ehtiyacları qalmır)?
48 Əl-Qələm Surəsi, Ayə 48

فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌۭ ﴿48﴾

Mişkini Tərcüməsi: Belə isə, Rəbbinin hökmünə səbr et (onların məhvinə tələsmə) və balıq sahibi (Yunus) kimi olma! O zaman o, qəm-qüssə ilə dolu bir qəlblə (balığın qarnında Allahı) səslədi.
49 Əl-Qələm Surəsi, Ayə 49

لَّوْلَآ أَن تَدَٰرَكَهُۥ نِعْمَةٌۭ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلْعَرَآءِ وَهُوَ مَذْمُومٌۭ ﴿49﴾

Mişkini Tərcüməsi: Əgər Rəbbi tərəfindən bir nemət (tövbənin qəbulu və mənəvi vilayət) ona yetişməsəydi, həqiqətən, (balığın qarnından) məzəmmət olunmuş və qovulmuş halda quru bir səhraya atılacaqdı (lakin rəhmət ona yetişdi və son dərəcə hörmətlə sahilə çıxdı).
50 Əl-Qələm Surəsi, Ayə 50

فَٱجْتَبَٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّٰلِحِينَ ﴿50﴾

Mişkini Tərcüməsi: Beləliklə, Rəbbi (yenidən vəhy etməklə və xüsusi lütflərinə şamil etməklə) onu seçdi və salehlərdən etdi.
51 Əl-Qələm Surəsi, Ayə 51

وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُوا۟ لَيُزْلِقُونَكَ بِأَبْصَٰرِهِمْ لَمَّا سَمِعُوا۟ ٱلذِّكْرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجْنُونٌۭ ﴿51﴾

Mişkini Tərcüməsi: Həqiqətən, kafir olanlar bu zikri (Quranı) eşidən zaman, az qalırdı səni gözləri(nin nəhsliyi) ilə titrətsinlər! Və (Quranı dərk etməkdən aciz olduqlarına görə, onu gətirənin barəsində) deyirlər: «Həqiqətən, o, bir divanədir!»
52 Əl-Qələm Surəsi, Ayə 52

وَمَا هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَٰلَمِينَ ﴿52﴾

Mişkini Tərcüməsi: Halbuki, bu (Peyğəmbər və bu Quran) aləmlərə öyüd-nəsihət vasitəsindən başqa bir şey deyildir.
Əvvəlki: 67. Əl-Mülk Bütün Surələr ↑ Növbəti: 69. Əl-Haqqə