Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Məaric Surəsinin Ayələrinə Qayıt →
Əl-Məaric Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Mǝaric surəsi, 1-3-cü ayələr

Mǝaric surəsi, 1-3-cü ayələr



بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم


سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ .١


لِلْكَافِرِينَ لَيْسَ لَهُ دَافِعٌ .٢


مِنَ اللَّهِ ذِي الْمَعَارِجِ .٣


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. İstəyən kimsə baş verən əzabı istədi –

2\. Bu əzab kafirlər üçündür. Heç kəs onu dəf edə bilməz.

3\. (0,) fəzilət və bəxşişlər sahibi olan Allah tərəfindəndir.

Ayələrin nazilolma səbəbi



Təfsirçi və hədis alimlərinin çoxu bu ayələr barəsində nazilolma səbəbi nəql ediblər. Həmin nazilolma səbəbinin xülasəsi belədir:

Həzrət Peyğəmbər (s) Qədir-Xum günü İmam Əlini (ə) öz canişini təyin edib: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır!” - buyurandan sonra bu xəbər şəhərlərə yayıldı. Nöman ibn Haris Fihri Həzrət Peyğəmbərin (s) yanına gəlib dedi:

"Bizə Allahın təkliyinə və sənin Onun elçisi olmağına şəhadət vermək göstərişi verdin, biz də şəhadət verdik. Sonra cihad, hǝcc, oruc, namaz, zəkat göstərişi verdin, biz də hamısını qəbul etdik. Bütün bunlara qane olmayaraq bu gənci (Əliyə (ə) işarə edir) öz yerinə canisin toyin edib مَنْكُنْتُمَوْلاهُفَعَلِيٌّمَوْلاهُ

Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır", - demisən. Bu söz sənin öz sözündür, yoxsa Allah tərəfindəndir?"

Peyğəmbər (s) buyurdu: “And olsun Ondan başqa bir məbud olmayan Allaha ki, o, Allah tərəfindəndir".

Nöman üzünü döndərib getdi və gedə-gedə belə dedi:

# اللهُمَّإِنْكانَهذاهُوَالْحَقَّمِنْعِنْدِكَفَأَمْطِرْعَلَيْنَاحِجَارَةًمِنَالسَّمَاءِ


“Allahım, əgər bu söz həqiqətdirsə və Sənin tərəfindəndirsə, bizim başımıza daş yağdır”.

Həmin vaxt göydən bir daş düşərək onu öldürdü. Bunun ardınca سَأَلَسائلُبِعَذَابِوَاقِع. لِّلْكَفِرِينَلَيْسَلَهُدَافِعٌ

“istəyən kimsə baş verən əzabı istədi – bu əzab kafirlər üçündür; heç kəs onu dəf edə bilməz” ayələri nazil oldu. Bu, "Məcməül-bəyan”ın Əbülqasim Həskaniyə istinadən İmam Sadiqdən (ə) gələn silsilə sənədlə nəql etdiyi hədisin ümumi məzmunu idi.⁴

Bu mənanı əhli-sünnə təfsirçiləri və hədis ravilərinin çoxu cüzi fərqlə nəql edib.

Mərhum Əllamə Əmini “Əl-Ğədir” kitabında onu (sənəd və mətn ilə birlikdə) əhli-sünnənin otuz alimindən nəql edib, o cümlədən: “Qəribul-Quran” təfsiri, Hafiz Əbu Übeyd Hərəvi;

"Şəfaus-sudur" təfsiri, Əbu Bəkr Nəqqaş Mosuli; "Əl-Kəşfu vəl-bəyan” təfsiri, Əbu İshaq Səalibi; Əbu Bəkr Yəhya Əl-Qurtubinin təfsiri; “Təzkirə”, Əbu İshaq Sələbi;

“Fəraidus-simteyn”, Həməvəyni;

"Dürǝrus-simteyn", Şeyx Məhəmməd Zərəndi; "Siracul-münir", Şəmsəddin Şafii;

"Sirə", Hələbi;

"Nurul-ǝbsar", Seyid Mömin Şəblǝnci;

"Şərhu camiis-səğir Suyuti", Şəmsəddin Şafii və sairə.⁵

Bu kitabların çoxunda sözügedən ayələrin bu barədə nazil olması qeyd edilib. Düzdür, həmin şəxsin Haris ibn Nöman, ya Cabir ibn Nəzr, yoxsa Nöman ibn Haris Fihri olması barədə fikir ayrılığı var. Amma bildiyimiz kimi, bu cür ixtilafların məsələnin məğzinə heç bir təsiri yoxdur.

Əlbəttə, İmam Əlinin (ə) fəzilətlərini can çəkərək qəbul edən bəzi təfsirçilər və ya hədis alimləri bu nazilolma səbəbinə görə müxtəlif iradlar bildiriblər. Biz, Allahın istəyi ilə, ayələrin təfsirinin sonunda onlara toxunacağıq.

Ayələrin təfsiri.



Təcili əzab.

“Məaric” surəsi belə başlayır: “İstəyən kimsə baş verən əzabı istədi”.

(سَأَلَسَائِلٌبِعَذَابٍوَاقِعِ)


Nazilolma səbəbində də qeyd etdiyimiz kimi, Əli (ə) Qədir-Xumda imamət və canişinlik məqamına təyin ediləndən və bu xəbər ətraf şəhərlərə yayılandan sonra bəziləri kimi həmin bu “İstəyən kimsə” də Həzrət Peyğəmbərin (s) yanına gələrək soruşub: “Bu, sənin öz sözün- dür ya Allah tərəfindəndir?” Peyğəmbər (s) aydın şəkildə onun Allah tərəfindən olduğunu söyləyib.

Həmin şəxs daha çox narahat olaraq deyib: "İlahi, əgər bu həqiqətdirsə və Sənin tərəfindəndirsə, göydən başımıza daş yağdır”. Elə həmin vaxt göydən onun başına bir daş düşüb və başına dəyərək onu öldürüb.⁶

Bu təfsirin müqabilində daha geniş bir təfsir də var. Həmin təfsirə əsasən, ayənin mənası budur ki, bir nəfər Peyğəmbərdən (s): “Sənin dediyin bu əzab kimə nazil olacaq?” – deyə soruşub, sonrakı ayə də ona cavab verib ki: "Bu əzab kafirlər üçündür”.

Üçüncü təfsirə əsasən, həmin “İstəyən” şəxs Həzrət Peyğəmbər (s) özü olub. Belə ki o Həzrət (s) Allahdan kafirə əzab göndərməsini istəyib, Allah da əzabı nazil edib.

Lakin birinci təfsir ayənin özü ilə düz gəlməkdən əlavə, onun nazilolma səbəbi barədə nəql edlmiş hədislərlə də tam uyğun gəlir.

Daha sonra buyurulur: “Bu əzab kafirlər üçündür. Heç kəs onu dəf edə bilməz”.⁷

لِّلْكَافِرِينَلَيْسَلَهُدَافِعٌ


Sonrakı ayədə Müqəddəs kitab bu əzabın kim tərəfindən nazil olmasına işarə edərək buyurur: “(O,) fəzilət və bəxşişlər sahibi olan Allah tərəfindəndir”.

( مِنَاللهذيالْمَعَارِج)


Ayənin ərəbcə orijinalında işlənmiş (məaric) sözü (mərəc) sözünün cəmidir və onun leksik mənası “pillə, üzəri ilə yuxarı qalxılan şey"dir. Allahın müxtəlif məqam və bəxşişləri var, habelə insanlar müxtəlif mərtəbələri qət edərək Ona yaxınlaşmaq istiqamətində hərəkət edirlər. Buna görə də Allah-taala barəsində (zil- mǝaric) ifadəsi işlədilir.

Kafir və günahkarlara əzab vermək vəzifəsini mələklər yerinə yetirirlər. Həzrət İbrahimin (ə) yanına gedib ona Lut qövmünü məhv etmək üçün göndərildiklərini deyən və səhər tezdən o murdar qövmün yaşadığı şəhərləri alt-üst edən də onlar olublar. Başqa günahkarlar barəsindəki əzab tapşırığını da onlar yerinə yetirirlər.

Bəzi təfsirçilər (məaric) sözünü “pillələr”, bəziləri isə "mələklər" mənasında təfsir ediblər. Amma birinci məna daha münasibdir.

İncəlik:



Bəhanə axtaranların puç iradları

Quran ayələri və ya hədislərdə Əmirəlmöminin Əlinin (ə) xas fəzilətlərinə işarə ediləndə bəziləri ya ona göz yummağa, ya da onu başqa yerə yozub qarşı tərəfi çaşdırmağa çalışır, həmin izah və hədisdə bir nöqsan tapmaq üçün dəridən-qabıqdan çıxırlar. Halbuki həmin fəzilətlər başqaları barədə nəql ediləndə həmin şərh və hədisə yüngül və yumşaq yanaşır, elə də dərinliyə getmirlər.

Bunun bariz nümunəsi İbn Teymiyyənin sözügedən ayələr barəsində nəql edilmiş hədislərə "Minhacus-sünnə" kitabında tutduğu yeddi iraddır. Biz indi onlara qısaca toxunacağıq:

1\. "Qədir-Xum" hadisəsi Həzrət Peyğəmbər (s) "Vida həcci"ndən qayıdandan sonra, yəni hicrətin onuncu ilində baş verib, amma “Məaric” surəsi Məkkə surələrindəndir və hicrətdən qabaq nazil olub.

Cavab: Öncə də qeyd etdiyimiz kimi, Quranın bir çox surələri Məkkə surəsi sayılsa da, təfsirçilərin sözünə əsasən, onların əvvəlindəki ayələr Mədinədə nazil olub. Həmçinin əksinə, bəzi surələr Mədinə surəsi sayılır, amma onların bəzi ayələri Məkkədə nazil olub.

2\. Həmin hədisdə deyilir ki, Haris ibn Nöman Həzrət Peyğəmbərin (s) yanına Əbtəhdə gəlib. Bildiyimiz kimi, Əbtəh Məkkədə olan bir dərənin adıdır və bu, ayənin “Qədir-Xum" hadisəsində nazil olması ilə düz gəlmir.

Cavab: Birincisi, “Əbtǝh" sözü bütün hədislərdə deyil, bəzi hədislərdə işlədilib. İkincisi, ərəb dilində "əbtəh” və “bǝtha” sözlərinin mənası “sel axan qumluq yer"dir. Elə Mədinənin özündə də bəzi yerlər var ki, onları “əbtǝh” və ya “bətha” adlandırırlar. Ərəb şeirlərində və hədislərdə ona çox işarə edilib.

3\. "Bir zaman da: "Ya Allah! Əgər bu haqdırsa və Sənin tərəfindən gəlibsə, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!" demişdilər"⁸ ayəsi, şübhəsiz, Bədr müharibəsindən sonra və "Qədir-Xum" hadisəsindən illər öncə nazil olub.

Cavab: Heç kəs həmin ayənin nazilolma səbəbinin “Qədir-Xum” hadisəsi olduğunu demir. Burada söhbət “İstəyən kimsə baş verən əzabı istədi" ayəsindən gedir.

Haris ibn Nöman öz sözündə “Ənfal” surəsinin 32-ci ayəsindən istifadə edib və bunun bizim barəsində danışdığımız nazilolma səbəbi ilə heç bir əlaqəsi yoxdur. Lakin ifrat təəssübkeşliklər insanın belə aydın məsələlərdən xəbərsiz qalmasına səbəb olur.

4\. Qurani-məcid buyurur:

وَمَاكَانَاللَّهُلِيُعَذِّبَهُمْوَأَنتَفِيهِمْوَمَاكَانَاللهُمُعَذِّبَهُمْوَهُمْيَسْتَغْفِرُ


"Amma (ey Peyğəmbər,) nə qədər ki sən onların arasındasan, Allah onlara əzab göndərməyəcək. Bağışlanmalarını dilədikdə də Allah onlara əzab verməz!"⁹

Bu ayə Həzrət Peyğəmbərin həyatda olduğu müddət ərzində əzab nazil olmayacağını deyir.

Cavab: Həzrət Peyğəmbərə (s) görə ümumi və kütləvi əzabın nazil olmaması hamının qəbul etdiyi məsələdir. Amma dəfələrlə müxtəlif şəxslərə fərdi əzablar nazil olub. İslam tarixinə əsasən, bir çox şəxslər, məsələn, Əbu Zəmə, Malik ibn Təlalə, Həkəm ibn Əbülas və başqaları Həzrət Peyğəmbərin (s) nifrini ilə, ya onsuz əzaba düçar olublar.

Bundan əlavə, istinad edilən ayənin başqa təfsirləri də var və həmin təfsirlərə əsasən, ondan burada dəlil kimi istifadə etmək mümkün deyil.¹⁰

5\. Əgər bu nazilolma səbəbi düz olsaydı, o da “Fil sahibləri”nin hekayəti kimi məşhur olardı.

Cavab: Bu nazilolma o qədər məşhurdur ki, öncə də qeyd etdiyi- miz kimi, o, təfsir və hədis kitablarının ən azı otuzunda nəql edilib. Bunu nəzərə alandan sonra fərdi bir hadisənin "Fil sahibləri" hadisəsi kimi ümumi bir hadisə kimi əks-səda doğurmasını gözləmək yersizdir. Çünki "Fil sahibləri" hadisəsi ümumi xarakter daşıyırdı və bütün Məkkəni əhatə etmişdi. Həmin hadisədə böyük bir qoşun məhv edil- mişdi. Haris ibn Nömanın hadisəsi isə ancaq bir nəfərə aid idi.

6\. Bu hədisdən belə məlum olur ki, Haris ibn Nöman İslamın əsaslarını qəbul edirdi. Belə olan halda, Peyğəmbər (s) zamanında bir müsəlmanın belə bir əzaba düçar olması necə baş verə bilərdi?!

Cavab: Bu irad da güclü təəssübkeşlikdən qaynaqlanır. Çünki yuxarıda qeyd edilən hədislərdən belə məlum olur ki, o, nəinki Peyğəmbərin (s) sözlərini qəbul etmir, hətta Allaha Onun Əli (ə) barəsində Öz Peyğəmbərinə (s) belə bir göstəriş verməsinə etiraz edirdi. Bu, küfr və dindən çıxmanın ən güclü forması sayılır.

7\. Biz səhabələrin adının qeyd edildiyi “İstiab” və digər kitablarda Haris ibn Nömanın adına rast gəlmirik.

Cavab: Həm "İstiab", həm də onun kimi səhabələrin adının qeyd edildiyi digər kitablarda səhabələrin hamısının deyil, yalnız bir hissəsinin adı çəkilib. Məsələn, Peyğəmbər (s) səhabələrinin adının qeyd edildiyi ən mühüm kitablardan olan "Usdul-ğabə” kitabında ancaq yeddi min beş yüz əlli dörd səhabənin adı sadalanıb, halbuki bildiyimiz kimi, təkcə "Vida həcci”ndə Həzrət Peyğəmbəri (s) yüz min və ya ondan da çox səhabə müşayiət edib. Buna görə də, şübhəsiz, Peyğəmbər (s) səhabələrinin çoxunun adı bu kitablarda qeyd edilməyib.¹¹