Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
70

Əl-Məaric Surəsi

44 Ayə 29-ci Cüz Məkkədə nazil olub
سُورَةُ المعارج Ayətəllah Mişkini Tərcüməsi

Əl-Məaric Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Məaric Surəsi, Ayə 1

سَأَلَ سَآئِلٌۢ بِعَذَابٍۢ وَاقِعٍۢ ﴿1﴾

Mişkini Tərcüməsi: İstəyən şəxs elə bir əzab istədi ki, (mütləq) baş verəcək
2 Əl-Məaric Surəsi, Ayə 2

لِّلْكَٰفِرِينَ لَيْسَ لَهُۥ دَافِعٌۭ ﴿2﴾

Mişkini Tərcüməsi: Kafirlər üçün və onun qarşısını alan olmaz.
3 Əl-Məaric Surəsi, Ayə 3

مِّنَ ٱللَّهِ ذِى ٱلْمَعَارِجِ ﴿3﴾

Mişkini Tərcüməsi: (Elə bir əzabdır ki,) «məaric» (bəndələrin əməllərinin və mələk dəstələrinin yuxarı qalxdığı səmavi dərəcələr; yaxud möminlərin mənəvi kamal dərəcələri; və yaxud mələklərin mənəvi dərəcələri; və ya Allah övliyalarının Cənnətdəki dərəcələri) sahibi olan Allahdandır.
4 Əl-Məaric Surəsi, Ayə 4

تَعْرُجُ ٱلْمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِى يَوْمٍۢ كَانَ مِقْدَارُهُۥ خَمْسِينَ أَلْفَ سَنَةٍۢ ﴿4﴾

Mişkini Tərcüməsi: Mələklər və Ruh (Cəbrail, yaxud mələklərdən olmayan digər bir şərafətli mövcud) müddəti (dünya günləri ilə müqayisədə) əlli min il olan bir gündə (yəni Qiyamət günü, varlıq aləminin icra işlərinin başa çatması və hesab-kitabı təqdim etmək üçün) Allaha sarı (mənəvi) ucalarlar.
5 Əl-Məaric Surəsi, Ayə 5

فَٱصْبِرْ صَبْرًۭا جَمِيلًا ﴿5﴾

Mişkini Tərcüməsi: Belə isə, gözəl bir şəkildə səbr et (belə ki, onda heç bir narazılıqdan, dözümsüzlükdən əsər-əlamət olmasın).
6 Əl-Məaric Surəsi, Ayə 6

إِنَّهُمْ يَرَوْنَهُۥ بَعِيدًۭا ﴿6﴾

Mişkini Tərcüməsi: Onlar onu (o günü) uzaq görürlər (mümkünsüz bilərlər).
7 Əl-Məaric Surəsi, Ayə 7

وَنَرَىٰهُ قَرِيبًۭا ﴿7﴾

Mişkini Tərcüməsi: Biz isə onu (mümkün, ya baş verməyə) yaxın görürük.
8 Əl-Məaric Surəsi, Ayə 8

يَوْمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلْمُهْلِ ﴿8﴾

Mişkini Tərcüməsi: O gün ki, göy qızmış (ərimiş) filiz kimi olar.
9 Əl-Məaric Surəsi, Ayə 9

وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ ﴿9﴾

Mişkini Tərcüməsi: Və dağlar (didilmiş, havada pərakəndə halında) rəngarəng yun kimi olarlar.
10 Əl-Məaric Surəsi, Ayə 10

وَلَا يَسْـَٔلُ حَمِيمٌ حَمِيمًۭا ﴿10﴾

Mişkini Tərcüməsi: Və heç bir qohum və əziz dost öz qohumunu(n) və dostunu(n halını) soruşmaz.
11 Əl-Məaric Surəsi, Ayə 11

يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ ٱلْمُجْرِمُ لَوْ يَفْتَدِى مِنْ عَذَابِ يَوْمِئِذٍۭ بِبَنِيهِ ﴿11﴾

Mişkini Tərcüməsi: Qohum qohuma göstərilər, (lakin dəhşətin şiddətindən bir-birlərinə fikir verməzlər,) günahkar arzu edər ki, kaş o günün əzabından (qurtarmaq üçün) fəda edə biləydi öz oğullarını,
12 Əl-Məaric Surəsi, Ayə 12

وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ ﴿12﴾

Mişkini Tərcüməsi: Həm zövcəsini və qardaşını,
13 Əl-Məaric Surəsi, Ayə 13

وَفَصِيلَتِهِ ٱلَّتِى تُـْٔوِيهِ ﴿13﴾

Mişkini Tərcüməsi: Həm də (dünyada) ona sığınacaq verən yaxınlarını və qövmünü (qəbiləsini),
14 Əl-Məaric Surəsi, Ayə 14

وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًۭا ثُمَّ يُنجِيهِ ﴿14﴾

Mişkini Tərcüməsi: Və yer üzündə olanların hamısını – təki bu iş ona (o günün əzabından) nicat versin.
15 Əl-Məaric Surəsi, Ayə 15

كَلَّآ ۖ إِنَّهَا لَظَىٰ ﴿15﴾

Mişkini Tərcüməsi: Belə deyildir, (günahkar nicat tapmaz, əksinə) o (Cəhənnəm) alovlu dillər çıxan atəşin şöləsidir.
16 Əl-Məaric Surəsi, Ayə 16

نَزَّاعَةًۭ لِّلشَّوَىٰ ﴿16﴾

Mişkini Tərcüməsi: Başın və (bədən) üzvlərin(in) dərisini soyandır.
17 Əl-Məaric Surəsi, Ayə 17

تَدْعُوا۟ مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ ﴿17﴾

Mişkini Tərcüməsi: (Bu atəş sözlə və dartmaqla) çağırır haqqa hər bir arxa çevirəni və (Allahdan və Onun dəvətindən) üz döndərəni,
18 Əl-Məaric Surəsi, Ayə 18

وَجَمَعَ فَأَوْعَىٰٓ ﴿18﴾

Mişkini Tərcüməsi: Və (mal-dövlət) toplayıb qablarında (sandıqda, bankda və anbarda) yığıb saxlayanları,
19 Əl-Məaric Surəsi, Ayə 19

۞ إِنَّ ٱلْإِنسَٰنَ خُلِقَ هَلُوعًا ﴿19﴾

Mişkini Tərcüməsi: Həqiqətən, insan olduqca həris və kəmhövsələ yaradılmışdır.
20 Əl-Məaric Surəsi, Ayə 20

إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًۭا ﴿20﴾

Mişkini Tərcüməsi: Ona bir zərər və ziyan üz verdikdə, dözməz.
21 Əl-Məaric Surəsi, Ayə 21

وَإِذَا مَسَّهُ ٱلْخَيْرُ مَنُوعًا ﴿21﴾

Mişkini Tərcüməsi: Ona bir xeyir yetişdikdə, xəsis və simic olar.
22 Əl-Məaric Surəsi, Ayə 22

إِلَّا ٱلْمُصَلِّينَ ﴿22﴾

Mişkini Tərcüməsi: Namaz qılanlardan savayı.
23 Əl-Məaric Surəsi, Ayə 23

ٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَآئِمُونَ ﴿23﴾

Mişkini Tərcüməsi: O kəslər ki, namazlarında davamlı və möhkəmdirlər.
24 Əl-Məaric Surəsi, Ayə 24

وَٱلَّذِينَ فِىٓ أَمْوَٰلِهِمْ حَقٌّۭ مَّعْلُومٌۭ ﴿24﴾

Mişkini Tərcüməsi: O kəslər ki, onların mallarında məlum (müəyyən) bir haqq vardır (vacib və müstəhəb zəkatlar və Allah yolunda olan digər xərclər kimi).
25 Əl-Məaric Surəsi, Ayə 25

لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ ﴿25﴾

Mişkini Tərcüməsi: Dilənən və (dünya malından) məhrum olan kimsələr üçün.
26 Əl-Məaric Surəsi, Ayə 26

وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ ٱلدِّينِ ﴿26﴾

Mişkini Tərcüməsi: O kəslər ki, (əqidə və əməldə) cəza gününü təsdiq edərlər.
27 Əl-Məaric Surəsi, Ayə 27

وَٱلَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ ﴿27﴾

Mişkini Tərcüməsi: O kəslər ki, öz Rəbbinin əzabından qorxarlar.
28 Əl-Məaric Surəsi, Ayə 28

إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍۢ ﴿28﴾

Mişkini Tərcüməsi: Çünki, Rəbbinin əzabından arxayınçılıq yoxdur.
29 Əl-Məaric Surəsi, Ayə 29

وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَٰفِظُونَ ﴿29﴾

Mişkini Tərcüməsi: Və o kəslər ki, öz şəhvani qüvvələrini saxlayarlar.
30 Əl-Məaric Surəsi, Ayə 30

إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ ﴿30﴾

Mişkini Tərcüməsi: Öz zövcələri, ya malik olduqları kənizlər isə istisnadır. Onlar (bu barədə - yaxınlıq etməyə görə) qınanmazlar.
31 Əl-Məaric Surəsi, Ayə 31

فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْعَادُونَ ﴿31﴾

Mişkini Tərcüməsi: Beləliklə, kim bundan (bu iki haldan) artığını istəsə (və hər hansı bir kəslə və hər hansı bir şeylə hər cür, cinsi ləzzətlərə dalsa,) belə şəxslər (İslam hüdudlarında) həddi aşanlardır.
32 Əl-Məaric Surəsi, Ayə 32

وَٱلَّذِينَ هُمْ لِأَمَٰنَٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ ﴿32﴾

Mişkini Tərcüməsi: O kəslər ki, (Xaliqlə və məxluqla olan) öz əmanətlərinə, əhd-peymanlarına riayət edərlər.
33 Əl-Məaric Surəsi, Ayə 33

وَٱلَّذِينَ هُم بِشَهَٰدَٰتِهِمْ قَآئِمُونَ ﴿33﴾

Mişkini Tərcüməsi: O kəslər ki, öz şəhadətlərində (şəhadəti qəbul etmək və verməkdə) sabit və möhkəmdir.
34 Əl-Məaric Surəsi, Ayə 34

وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ ﴿34﴾

Mişkini Tərcüməsi: O kəslər ki, namazlarını (namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə) qoruyarlar.
35 Əl-Məaric Surəsi, Ayə 35

أُو۟لَٰٓئِكَ فِى جَنَّٰتٍۢ مُّكْرَمُونَ ﴿35﴾

Mişkini Tərcüməsi: Məhz onlar (ali və xoşagələn) Cənnətlərdə ehtiram olunacaq kimsələrdir.
36 Əl-Məaric Surəsi, Ayə 36

فَمَالِ ٱلَّذِينَ كَفَرُوا۟ قِبَلَكَ مُهْطِعِينَ ﴿36﴾

Mişkini Tərcüməsi: Belə isə, kafir olanlara nə olub ki, sənin yanına tələsirlər?!
37 Əl-Məaric Surəsi, Ayə 37

عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ ﴿37﴾

Mişkini Tərcüməsi: Dəstə-dəstə, sağdan və soldan (sənin ətrafına yığılırlar)?!
38 Əl-Məaric Surəsi, Ayə 38

أَيَطْمَعُ كُلُّ ٱمْرِئٍۢ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍۢ ﴿38﴾

Mişkini Tərcüməsi: Yoxsa onlardan hər birinin tamahı var ki, (sabah Qiyamətdə kafir ola-ola) onu çox nemətli Cənnətə daxil edələr?!
39 Əl-Məaric Surəsi, Ayə 39

كَلَّآ ۖ إِنَّا خَلَقْنَٰهُم مِّمَّا يَعْلَمُونَ ﴿39﴾

Mişkini Tərcüməsi: (Xeyr!) Belə deyil; Biz onları özləri bildikləri şeydən (nütfədən) yaratdıq. (Sonrakı mərhələlərdə imana və əmələ təkamül tapmayınca heç kəsin Cənnətə girməyə ləyaqəti çatmaz)!
40 Əl-Məaric Surəsi, Ayə 40

فَلَآ أُقْسِمُ بِرَبِّ ٱلْمَشَٰرِقِ وَٱلْمَغَٰرِبِ إِنَّا لَقَٰدِرُونَ ﴿40﴾

Mişkini Tərcüməsi: And olsun məşriqlərin və məğriblərin Rəbbinə (qışın əvvəlindən yayın əvvəlinədək olan günəşin cənub tərəfə ən çox meyl etməsindən şimala tərəf ən çox meyl etməsinə qədər olan yüz səksən günəş məşriqi və onun əksi, onların müqabilində yüz səksən məğrib və ya bu günəşin ulduzlarının, yaxud digər planetlərin məşriqləri və məğribləri və ya hər hansı bir günəş planetinin məşriqləri və məğriblərinin Rəbbinə) ki, həqiqətən, Biz qadirik ki,
41 Əl-Məaric Surəsi, Ayə 41

عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيْرًۭا مِّنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ ﴿41﴾

Mişkini Tərcüməsi: Onların (insanların) yerinə onlardan daha yaxşısını gətirək və Biz əsla (Öz iradəmizdə) məğlub olmarıq!
42 Əl-Məaric Surəsi, Ayə 42

فَذَرْهُمْ يَخُوضُوا۟ وَيَلْعَبُوا۟ حَتَّىٰ يُلَٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ ﴿42﴾

Mişkini Tərcüməsi: Belə isə (dəlil-sübut tamamlandıqdan sonra onlarla mücadilə etmə, əksinə) onları burax ki, vəd verilən günə qovuşanadək (öz tüğyankarlıqlarının girdabında) batsınlar və oynayıb-əylənsinlər.
43 Əl-Məaric Surəsi, Ayə 43

يَوْمَ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ سِرَاعًۭا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍۢ يُوفِضُونَ ﴿43﴾

Mişkini Tərcüməsi: O gün ki, onlar qoyulmuş əlamətlərə sarı sürətlə hərəkət edənlər kimi öz qəbirlərindən tələsik çıxarlar
44 Əl-Məaric Surəsi, Ayə 44

خَٰشِعَةً أَبْصَٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌۭ ۚ ذَٰلِكَ ٱلْيَوْمُ ٱلَّذِى كَانُوا۟ يُوعَدُونَ ﴿44﴾

Mişkini Tərcüməsi: Gözləri yerə dikildiyi halda (böyük bir) zillət və xarlıq onları bürüyər. Budur onlara vəd verilmiş gün.
Əvvəlki: 69. Əl-Haqqə Bütün Surələr ↑ Növbəti: 71. Nuh