Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ən-Nəbə Surəsinin Ayələrinə Qayıt →
Ən-Nəbə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Nəbə surəsi, 1-5-ci ayələr

Nəbə surəsi, 1-5-ci ayələr



بِسْمِاللهِالرَّحْمنِالرَّحِيمِ


عَمَّيَتَسَاءلُونَ .١


عَنِالنَّبَاِالْعَظِيمِ .٢


الَّذِيهُمْفِيهِمُخْتَلِفُونَ.٣


كَلَّاسَيَعْلَمُونَ .٤


ثُمَّكَلَّاسَيَعْلَمُونَ .٥


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Onlar nə barədə bir-birindən soruşurlar?

2\. Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində –

3\. Elə bir xəbər ki, onun haqqında ziddiyyətdədirlər.

4\. Xeyr, (onlar düşündükləri kimi deyil,) onlar tezliklə biləcəklər!

5\. Bir daha xeyr! Onlar tezliklə biləcəklər (ki, Qiyamət haqdır)!

Ayələrin təfsiri.



Əhəmiyyətli xəbər!

Qurani-Kərim surənin başlanğıcında təəccüb doğuracaq sual ünvan- layaraq buyurur: “Onlar nə barədə bir-birindən soruşurlar?”

Suala cavab olaraq Özü buyurur: “Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində”

“Elə bir xəbər ki, onun haqqında ziddiyyətdədirlər.”

Böyük və əhəmiyyətli bir xəbər nədən ibarətdir? Bu suala təfsir alimləri müxtəlif cavablar vermişlər:

\- Bəziləri mühüm xəbərin Qiyamət günü olduğunu demişlər. - Bəzi alimlər bu xəbəri Quranın nazil olmasına işarə hesab etmişlər. - Bəziləri bu xəbərin dinin əsasları olan üsuli-din (Tövhid, Ədl, imamət, nübüvvət və məad) olduğunu söyləmişlər.

\- Bəzi hədislərdə mühüm xəbərin “imamət” və “vilayət” olduğu rəvayət olunmuşdur. Gələcək bəhslərdə bu mövzuya işarə olunacaqdır.

Surənin ayələrinə ümumi nəzər salsaq, görərik ki, Allahın yerlərdə və göylərdə qüdrət nişanələri zikr olunduqdan sonra “Ayırdetmə günü bəlli bir vaxta təyin edilmişdir!”.

إِنْيَوْمَالْفَصْلِكَانَمِيقَانًا-

cümləsi və sonrakı ayələr diqqəti məad və Qiyamət gününü inkar edən müşriklərə yönəldir. Bu isə birinci cavabı, yəni mühüm xəbərin Qiyamət günü olduğunu təsdiqləyir.

Rağib "Müfrədat" əsərində yazır: “İnsanın məlumatı olduğu və yaxud güman etdiyi faydalı mühüm xəbərə (nəbə) deyilir.”⁴

(böyük) sözünün sifət olaraq gəlməsi xəbərin daha önəmli və əhəmiyyətli olmasını bildirir. Bəzilərinin şəkk-şübhə etdiyi əzəmətli, önəmli və mühüm olan bu xəbərin Qiyamət gününə aid hesab olunması daha münasib və həqiqətə uyğundur.

(bir-birindən soruşurlar) cümləsində nəzərdə tutulan məna kafirlərin bir-birindən sual soruşması ola bilər. Əlbəttə, kafirlər həqiqəti dərk etmək üçün sorğu-sual etmirdilər.

Bir ehtimal da bu ola bilər ki, kafirlər bu xəbər barəsində mömin- lərdən və yaxud Həzrət Peyğəmbərin (s) özündən soruşurdular.

Burada belə bir sual yarana bilər: Əgər (əhəmiyyətli xəbər) ifadəsində Qiyamət günü nəzərdə tutulursa, kafirlər Qiyaməti inkar etdikləri halda niyə ayədə belə deyilir?

“Elə bir xəbər ki, onun haqqında ziddiyyətdədirlər.” Bu suala cavab olaraq deyirik: Müşriklər məadı mütləq surətdə inkar etmirdilər. Onlardan bir çoxları insan öldükdən sonra ruhun (yaşamasının) davamlı olmasını qəbul edirdilər. Başqa təbirlə desək, müşriklər ruhani məadı ümumilikdə qəbul edirdilər. Amma Quranın ayələrindən də bəlli olduğu kimi⁵, müşriklər cismani məadı qəti olaraq inkar edirdilər və yaxud da bəziləri bu məsələdə tərəddüd edirdilər. Hətta cismani məad məsələsinə görə Həzrət Peyğəmbəri (s) divanə (nauzu billah), “Allaha böhtan atan” adlandırırdılar.⁶ Buna görə də onlar məad məsələsində ziddiyyətli fikirdə idilər.

Qurani-Kərim sonra buyurur:

"Xeyr, (onlar düşündükləri kimi deyil,) onlar tezliklə biləcəklər!"

"Bir daha xeyr! Onlar tezliklə biləcəklər (ki, Qiyamət haqdır)!"

أَنتَقُولُنَفْسٌيَاحَسْرَتَىعَلَىمَافَرَّطتفيجنبالله


(كَلَّاسَيَعْلَمُونَ)


(ثُمَّكَلَّاسَيَعْلَمُونَ)


"(Bu göstərişlər ona görədir ki,) kimsə Qiyamət günü: “Allahın əmrinə itaətdə səhlənkarlıq göstərdiyimə görə vay mənim halıma!" - deməsin."⁷

Qiyamət günü Cəhənnəmin od-alovu kafirləri öz ağuşuna alanda dünyaya qayıtmaq həsrətində olacaqlar:

هَلْإِلَىمَرَدٌمِّنسَبِيلٍ


"Qayıtmağa bir yol varmı?"⁸

Hətta ölüm ayağında pərdələr gözləri önündən qalxıb, başqa bir aləmin həqiqətlərini görüb Bərzəx və məada yəqinlik hasil etdikdə fəryad edərək deyəcəkdilər:

رَبِّارْجِعُونِ. لَعَلِّيأَعْمَلُصَالِحًافِيمَاتَرَكْتُ


"Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri edǝm"⁹

(biləcəklər) feilinin əvvəlində gələn “” hərfi indiki gələcək zamanı bildirir. Yəni Qiyamət yaxın zamanlarda baş verəcək bir hadisədir. Dünya həyatının bu böyük hadisə ilə məsafəsi olduqca yaxındır!

Bu iki ayənin (4 və 5-ci ayələr) təkrar gəlməsi haqqında iki nəzə- riyyə var:

1\. Bir həqiqətin əhəmiyyətini və ciddiliyini bildirir. (Müşriklərin yaxın gələcəkdə Qiyamət günündən və ölümdən sonrakı həyatdan xəbərdar olmaları.)

2\. Ayrı-ayrılıqda iki mühüm məsələni bəyan edir. (Birincisi yaxın gələcəkdə müşriklərin dünya əzabını dadması, ikincisi axirət əzabına giriftar olmaları.)

Təfsir alimləri daha çox ikinci nəzəriyyəni söyləmişlər. Amma birinci nəzəriyyə ayənin ümumi məzmununa daha münasibdir.

Digər bir zəif nəzəriyyə isə bundan ibarətdir: Bəşər elminin və biliyinin günü-gündən inkişaf etməsi Qiyamətin baş verəcəyinə dəlil- sübutların artmasına səbəb olmuşdur, hətta inkar edənlər belə qəbul etmək məcburiyyətində qalmışlar.

Sonuncu nəzəriyyəyə iradımız bundan ibarətdir ki, bu, gələcək nəsillər üçün keçərli ola bilər. Amma ayədə Həzrət Peyğəmbərin (s) dövründə yaşayan kafirlərə xitab edildiyi üçün məhz onlar mühüm xəbər barəsində şəkkə və tərəddüdə düçar olmuşlar.

İncəliklər:



1\. "Vilayət” və “əhəmiyyətli xəbər” məsələsi

Qeyd etdiyimiz kimi, (əhəmiyyətli xəbər) bir neçə mənaya təfsir olunmuşdur: “Qiyamət”, “Quran”, “Üsuli-din” (dinin əsasları). Surənin ümumi məzmununa diqqət yetirdikdə " (əhəmiyyətli xəbər) ifadəsinin “məad və Qiyamət” mənasına təfsir olunması daha məqsədə uyğundur.

Məsum imamlardan (ə) rəvayət olunmuş bir çox hədislərdə və əhli-sünnə məzhəbindən rəvayət olunmuş bəzi hədislərdə “

(əhəmiyyətli xəbər) ifadəsindən nəzərdə tutulan məna Əmirəlmöminin Həzrət Əlinin (ə) imamət və vilayəti məsələsidir. Bu hədislər Həzrət Əlinin (ə) özündən və digər imamlardan (ə) nəql olunmuşdur. Sözü- gedən hədislərdən üçünü burada qeyd edirik:

1) Əhli-sünnə alimlərindən olan Məhəmməd ibn Mömin Şirazi nəql edir:

Hazrat Peygamber (s) عَمَّيَتَسَاءلُونَ. عَنِالنَّبَلِالْعَظِيمِ ayəsinin təfsirində buyurdu: “Bu ayədə nəzərdə tutulan məna Əlinin (ə) vilayətidir. Mələklər qəbirdə insandan bu haqda soruşacaqlar. Şərqdə və qərbdə, səhrada və dəryada (dünyanın harasında olursa, olsun) kim dünyasını dəyişsə, mələklər qəbirdə həmin şəxsdən Əmirəlmöminin Həzrət Əlinin (ə) vilayətini soruşarlar. Qəbirdə olan şəxsdən soruşular: "Dinin nədir? Peyğəmbərin kimdir? İmamın kimdir?”¹⁰

2) Rəvayətdə deyilir: "Siffeyn" müharibəsində Şam qoşunundan olan bir kişi döyüş meydanına galib bu ayalari oxudu عَمَّ يَتَسَاءَلُونَ. عَنِ النَّبِرِ الْعَظِيم Həzrət Əli (ə) şəxsən özü meydana gəlib ondan soruşdu:

# ِ :أَتَعْرِفُالنَّبَأَالْعَظِيمِالَّذِىهُمْفِيهِمُخْتَلِفُونَ


"Heç bilirsənmi böyük və əhəmiyyətli bir xəbər, elə bir xəbər ki, onun haqqında ziddiyyətdədirlər, nədir?”

Şamlı kişi dedi: "Xeyr, bilmirəm.”

İmam (ə) buyurdu:

# أَنَاوَاللهالنَّبَأُالْعَظِيمُالَّذِىفِيهِإِخْتَلَفْتُمْوَعَلىوِلايَتِىتَنَازَعْتُمْ،وَعَنْوِلايَتَي


# رَجَعْتُمْبَعْدَمَاقَبلْتُم... وَيَوْمَالْقِيَامَةِتَعْلَمُونَمَاعَمِلْتُمْ


“And olsun Allaha! Ziddiyyətdə olduğunuz “əhəmiyyətli xəbər” mənəm. Mənim vilayətimə qarşı müharibə edirsiniz. Sizlər mənim vila- yətimi qəbul etdikdən sonra üz döndərdiniz. Qiyamətdə biləcəksiniz ki, hansı əmələ (cinayətə) mürtəkib olmusunuz!"¹¹

3) İmam Sadiq (ə) buyurmuşdur:

# النَّنَاالْعَظِيمُالْوَلايَةُ


“Əhəmiyyətli xəbər" vilayət məsələsidir."¹²

Bu ayənin həm “vilayət” məsələsinə, həm də “Qiyamət” məsələsinə aid olmasını iki izahla qeyd etmək olar:

1) (əhəmiyyətli xəbər) ifadəsini bir neçə mənaya şamil etmək olar. Baxmayaraq ki, bu ayələr daha çox "mǝad və Qiyamət" məsələsini bəyan edir, amma digər mənaları da əhatə etməsi heç bir ziddiyyət doğurmur.

2) Əvvəlki bəhslərdə qeyd etdiyimiz kimi, Quran ayələrinin zahiri və batini mənaları vardır. Bir ayənin müxtəlif məna və izahları ola bilər. Bu məna və izahlar içərisində biri zahiri mənaya, yerdə qalanları isə batini mənalara dəlalət edə bilər. Digər vasitələrlə (ayələr və hədislərlə) həmin ayənin batini mənalarının incəliklərinə varmaq olar. Bir sözlə, Quranın batini mənasını xüsusi insanlardan başqa kimsə dərk edə bilməz.

Qurani-Kərimin bir çox yerlərində zahiri və batini mənaları özündə ehtiva edən ayələrə rast gəlmək olar. Və bu qəbildən olan ayələr digər ayələrin və nəql olunmuş hədis və rəvayətlərin vasitəsilə müxtəlif zahiri və batini mənalara təfsir olunmuşdur.

Eyni zamanda bu məsələni də dəfələrlə xatırlatmışıq ki, Quran ayələrinin mənasını, xüsusilə batini mənalarını Həzrət Peyğəmbərdən (s) və məsum imamlardan (ə) ravayət olunmuş təfsirlər əsasında izah və dərk etmək olar. Əks təqdirdə nəfslərinə kölə olanlar nə ayələri batini mənalara yoza bilərlər, nə də bu mənaları dərk edə bilərlər.

2\. Nəyə görə məada bu qədər diqqət göstərilir?

Qurani-Kərimin 30-cu cüzünün əsas özəlliklərindən biri budur ki, bu cüzün bir neçə surəsi istisna olmaqla, demək olar, bütün surələri Məkkədə nazil olmuş, məad və insanın ölümdən sonrakı həyatını bəyan etmişdir. İnsanın islah olunması üçün hesab-kitabının olması, əməllərinə diqqət yetirməsi ən başlıca və önəmli məsələdir. Bir məhkəmə vardır, hakimi bütün kiçik və böyük əməllərdən xəbərdardır. Bu məhkəmədə nə səhvə, xətaya yol verilər, nə də zərrə qədər kiməsə zülm və haqsızlıq olunar. Xahiş-minnətlə, rüşvətlə, yalan və hiyləgərliklə bu məhkəmənin hökmündən qaçmaq mümkün deyil. Yalnız və yalnız günahı tərk etməklə bu məhkəmənin cəzalarından amanda qalmaq olar.

Belə bir məhkəməyə və Hakimə iman bəsləmək insanda qəflətə varmış nəfsi silkələyir, təqva ruhunu və məsuliyyət hissini canlandırır. İnsana dünyaya nə üçün gəldiyini və vəzifəsinin nədən ibarət olduğunu anladır.

Mühafizə və məhkəmə sisteminin zəif olması cəmiyyətdə fəsadların baş alıb yayılmasına səbəb olar. Mühafizə sistemi insanların əməllərini dəqiq nəzarətə götürsə və məhkəmə sistemi heç bir xətanı cəzasız qoy- masa, belə bir cəmiyyətdə zülmlərin, fəsadların, günahların və qanun pozuntularının sayı minimum həddə enər. İnsan bilməlidir ki, onun bütün əməllərinə nəzarət edən Hakim vardır və bu Hakimin varlığına iman gətirməlidir:

لَايَعْزُبُعَنْهُمِثْقَالُذَرَّةٍ


"Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz.¹³

İnsan düşünsə ki, zərrə qədər yaxşılıq və pislik unudulmayacaq, mükafatsız və cəzasız qalmayacaq, bu əqidə onun xəta və səhvlərdən qoruyan təqva ruhunu canlandırar.

فَمَنيَعْمَلْمِثْقَالَذَرَّةٍخَيْرًايَرَهُ. وَمَنيَعْمَلْمِثْقَالَذَرَّةٍشَرًّايَرَهُ.


"Zərrə qədər yaxşılıq edən onu görəcəkdir. Zərrə qədər pislik edən onu görəcəkdir”¹⁴