Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
78

Ən-Nəbə Surəsi

40 Ayə 30-ci Cüz Məkkədə nazil olub
سُورَةُ النبإ Ayətəllah Mişkini Tərcüməsi

Ən-Nəbə Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Ən-Nəbə Surəsi, Ayə 1

عَمَّ يَتَسَآءَلُونَ ﴿1﴾

Mişkini Tərcüməsi: (Kafirlər) bir-birlərindən nə haqqında soruşurlar?
2 Ən-Nəbə Surəsi, Ayə 2

عَنِ ٱلنَّبَإِ ٱلْعَظِيمِ ﴿2﴾

Mişkini Tərcüməsi: Böyük bir xəbər (Qiyamətin gəlməsi, yaxud Quranın haqq olması) haqqında.
3 Ən-Nəbə Surəsi, Ayə 3

ٱلَّذِى هُمْ فِيهِ مُخْتَلِفُونَ ﴿3﴾

Mişkini Tərcüməsi: Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar (bəzisi onu qeyri-mümkün, bəzisi onu az ehtimal olunan, bəzisi şəkk-şübhə etmiş və bəzisi də bunu bilməklərinə baxmayaraq inkar etmişlər).
4 Ən-Nəbə Surəsi, Ayə 4

كَلَّا سَيَعْلَمُونَ ﴿4﴾

Mişkini Tərcüməsi: Xeyr, belə deyildir (onların düşündüyü kimi deyil). Tezliklə biləcəklər.
5 Ən-Nəbə Surəsi, Ayə 5

ثُمَّ كَلَّا سَيَعْلَمُونَ ﴿5﴾

Mişkini Tərcüməsi: Yenə də xeyr, belə deyildir. Onlar tezliklə biləcəklər. (Bu iki ayə «böyük xəbər»i inkar edənlər üçün bir təhdiddir).
6 Ən-Nəbə Surəsi, Ayə 6

أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ مِهَٰدًۭا ﴿6﴾

Mişkini Tərcüməsi: Məgər Biz yeri rahatlıq beşiyi etmədikmi? (Bu ayədən etibarən on altıncı ayəyə qədər, «böyük xəbər»in isbatı üçün doqquz dəlil gətirilir).
7 Ən-Nəbə Surəsi, Ayə 7

وَٱلْجِبَالَ أَوْتَادًۭا ﴿7﴾

Mişkini Tərcüməsi: Dağları (onun səthində) mıxlar (etmədikmi)?
8 Ən-Nəbə Surəsi, Ayə 8

وَخَلَقْنَٰكُمْ أَزْوَٰجًۭا ﴿8﴾

Mişkini Tərcüməsi: Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
9 Ən-Nəbə Surəsi, Ayə 9

وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًۭا ﴿9﴾

Mişkini Tərcüməsi: Yuxunuzu (bədəninizin) rahatlıq vasitəsi etdik. (və ruhun bədənə göstəriş vermə imkanının bir növ kəsilmə vasitəsi etdik).
10 Ən-Nəbə Surəsi, Ayə 10

وَجَعَلْنَا ٱلَّيْلَ لِبَاسًۭا ﴿10﴾

Mişkini Tərcüməsi: Gecəni (hər şeyi bürüyən) örtük etdik.
11 Ən-Nəbə Surəsi, Ayə 11

وَجَعَلْنَا ٱلنَّهَارَ مَعَاشًۭا ﴿11﴾

Mişkini Tərcüməsi: Gündüzü yaşayış və dolanışıq üçün çalışma vaxtı etdik.
12 Ən-Nəbə Surəsi, Ayə 12

وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًۭا شِدَادًۭا ﴿12﴾

Mişkini Tərcüməsi: Sizin başınızın üstündə yeddi möhkəm və sabit göy qurduq.
13 Ən-Nəbə Surəsi, Ayə 13

وَجَعَلْنَا سِرَاجًۭا وَهَّاجًۭا ﴿13﴾

Mişkini Tərcüməsi: Olduqca parlaq və yandırıcı bir çıraq (günəş) yaratdıq.
14 Ən-Nəbə Surəsi, Ayə 14

وَأَنزَلْنَا مِنَ ٱلْمُعْصِرَٰتِ مَآءًۭ ثَجَّاجًۭا ﴿14﴾

Mişkini Tərcüməsi: (Buluda) təzyiq göstərən küləklərdən və topa halında bir-birinə sıxılmış buludlardan (yağış, qar və dolu şəklində) bolluca axar su nazil etdik ki,
15 Ən-Nəbə Surəsi, Ayə 15

لِّنُخْرِجَ بِهِۦ حَبًّۭا وَنَبَاتًۭا ﴿15﴾

Mişkini Tərcüməsi: Onunla dən və bitkiləri (torpağın köksündən) çıxaraq.
16 Ən-Nəbə Surəsi, Ayə 16

وَجَنَّٰتٍ أَلْفَافًا ﴿16﴾

Mişkini Tərcüməsi: (Eləcə də) çoxlu sayda və bir-birinə sarmaşan ağacları olan bağlar.
17 Ən-Nəbə Surəsi, Ayə 17

إِنَّ يَوْمَ ٱلْفَصْلِ كَانَ مِيقَٰتًۭا ﴿17﴾

Mişkini Tərcüməsi: Həqiqətən, (insanlar arasında) hökmetmə və (haqla batilin, yaxşıyla pisin) ayrılma günü (İlahinin əzəli elmində və Lövhi Məhfuzda yazılana uyğun olaraq) vəd olunmuş bir vaxtdır (hamının bir-birini tanıması, bütün işlərə baxılma, yaxşı və pis işlərin müəyyən edilməsi, mükafat və cəzaların verilmə vədəsidir. Bu ayədən etibarən surənin axırınadək «böyük xəbər»in baş verməsi, bəşər idrakından yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur).
18 Ən-Nəbə Surəsi, Ayə 18

يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَتَأْتُونَ أَفْوَاجًۭا ﴿18﴾

Mişkini Tərcüməsi: Sura (üçüncü dəfə) üfürüləcəyi gün siz (qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün) dəstə-dəstə gələcəksiniz.
19 Ən-Nəbə Surəsi, Ayə 19

وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتْ أَبْوَٰبًۭا ﴿19﴾

Mişkini Tərcüməsi: (O gün) göy açılar və (çoxlu sayda mələklərin nazil olması üçün) qapılar şəklinə düşər.
20 Ən-Nəbə Surəsi, Ayə 20

وَسُيِّرَتِ ٱلْجِبَالُ فَكَانَتْ سَرَابًا ﴿20﴾

Mişkini Tərcüməsi: Dağlar (öz yerlərindən) hərəkətə gətirilər və (məhv olar və nəzərlərdə) ilğıma dönər.
21 Ən-Nəbə Surəsi, Ayə 21

إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًۭا ﴿21﴾

Mişkini Tərcüməsi: Əlbəttə, Cəhənnəm (o gün bir) pusqudur. (Mələklər «sirat» körpüsünün yanında möminləri düşməndən qorumaq və kafirləri Cəhənnəmə çəkmək üçün pusqu qurarlar).
22 Ən-Nəbə Surəsi, Ayə 22

لِّلطَّٰغِينَ مَـَٔابًۭا ﴿22﴾

Mişkini Tərcüməsi: Üsyankarlar üçün dönüş yeridir.
23 Ən-Nəbə Surəsi, Ayə 23

لَّٰبِثِينَ فِيهَآ أَحْقَابًۭا ﴿23﴾

Mişkini Tərcüməsi: Onlar uzun müddət (əbədiyyətə qədər) orada qalacaqlar.
24 Ən-Nəbə Surəsi, Ayə 24

لَّا يَذُوقُونَ فِيهَا بَرْدًۭا وَلَا شَرَابًا ﴿24﴾

Mişkini Tərcüməsi: Onlar orada nə bir sərinlik (sərin hava və su) dadarlar, nə də içəcək.
25 Ən-Nəbə Surəsi, Ayə 25

إِلَّا حَمِيمًۭا وَغَسَّاقًۭا ﴿25﴾

Mişkini Tərcüməsi: Qaynar sudan və çirk və qan qarışıq sudan (irindən) başqa
26 Ən-Nəbə Surəsi, Ayə 26

جَزَآءًۭ وِفَاقًا ﴿26﴾

Mişkini Tərcüməsi: (Onların dünyadakı əqidə, əxlaq və əməllərinə) uyğun cəza olaraq.
27 Ən-Nəbə Surəsi, Ayə 27

إِنَّهُمْ كَانُوا۟ لَا يَرْجُونَ حِسَابًۭا ﴿27﴾

Mişkini Tərcüməsi: Həqiqətən, onlar haqq-hesab (günün)ə heç bir ümid bəsləmirdilər.
28 Ən-Nəbə Surəsi, Ayə 28

وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَا كِذَّابًۭا ﴿28﴾

Mişkini Tərcüməsi: Və Bizim ayələrimizi və nişanələrimizi şiddətlə və israrla təkzib edirdilər.
29 Ən-Nəbə Surəsi, Ayə 29

وَكُلَّ شَىْءٍ أَحْصَيْنَٰهُ كِتَٰبًۭا ﴿29﴾

Mişkini Tərcüməsi: Biz hər bir şeyi saymış, Lövhi-Məhfuz kitabında yazmışıq və onların hər bir əməlini əməl dəftərlərində qeyd etmişik.
30 Ən-Nəbə Surəsi, Ayə 30

فَذُوقُوا۟ فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا ﴿30﴾

Mişkini Tərcüməsi: Odur ki, dadın (əzabı!) Biz sizə əzabdan başqa əsla bir şey artırmayacağıq!
31 Ən-Nəbə Surəsi, Ayə 31

إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا ﴿31﴾

Mişkini Tərcüməsi: Həqiqətən, təqvalılar üçün qurtuluş, səadət və nicat yeri var.
32 Ən-Nəbə Surəsi, Ayə 32

حَدَآئِقَ وَأَعْنَٰبًۭا ﴿32﴾

Mişkini Tərcüməsi: Hasara alınmış bağlar və üzümlüklər,
33 Ən-Nəbə Surəsi, Ayə 33

وَكَوَاعِبَ أَتْرَابًۭا ﴿33﴾

Mişkini Tərcüməsi: Nar məməli həmyaşıd qızlar,
34 Ən-Nəbə Surəsi, Ayə 34

وَكَأْسًۭا دِهَاقًۭا ﴿34﴾

Mişkini Tərcüməsi: Və (müxtəlif şərablar və şərbətlərlə) dolu camlar (vardır).
35 Ən-Nəbə Surəsi, Ayə 35

لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًۭا وَلَا كِذَّٰبًۭا ﴿35﴾

Mişkini Tərcüməsi: Onlar orada əsla nə boş söz eşidərlər, nə də bir yalan və təkzib; (Allah və mələklər onları və onlar da bir-birlərini təkzib etməzlər).
36 Ən-Nəbə Surəsi, Ayə 36

جَزَآءًۭ مِّن رَّبِّكَ عَطَآءً حِسَابًۭا ﴿36﴾

Mişkini Tərcüməsi: (Bu) sənin Rəbbinin tərəfindən bir mükafat(dır), kifayət qədər olan və keçmiş əməllərə görə verilən bir bəxşişdir.
37 Ən-Nəbə Surəsi, Ayə 37

رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلرَّحْمَٰنِ ۖ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًۭا ﴿37﴾

Mişkini Tərcüməsi: (O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. (O,) Məhşər əhlinin Onun hüzurunda söz deməyə (müstəqil surətdə şəfaət etməyə, yaxud Onun mühakiməsinə, mükafatına və cəzasına etiraz etməyə) əsla qadir olmadığı həmin Rəhman (olan Allah)dır.
38 Ən-Nəbə Surəsi, Ayə 38

يَوْمَ يَقُومُ ٱلرُّوحُ وَٱلْمَلَٰٓئِكَةُ صَفًّۭا ۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَٰنُ وَقَالَ صَوَابًۭا ﴿38﴾

Mişkini Tərcüməsi: Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq.
39 Ən-Nəbə Surəsi, Ayə 39

ذَٰلِكَ ٱلْيَوْمُ ٱلْحَقُّ ۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا ﴿39﴾

Mişkini Tərcüməsi: O gün haqq olan gündür, odur ki, kim istəyirsə (elə indidən) öz Rəbbinə tərəf bir dönüş yolu tutsun (elə əqidə və əməllər seçsin ki, Ona yetişsin).
40 Ən-Nəbə Surəsi, Ayə 40

إِنَّآ أَنذَرْنَٰكُمْ عَذَابًۭا قَرِيبًۭا يَوْمَ يَنظُرُ ٱلْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ ٱلْكَافِرُ يَٰلَيْتَنِى كُنتُ تُرَٰبًۢا ﴿40﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz sizi yaxın olan əzabla qorxutduq. Elə bir gün(lə) ki, (o gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: «Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)».
Əvvəlki: 77. Əl-Mürsəlat Bütün Surələr ↑ Növbəti: 79. Ən-Naziat