Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əl-Mürsəlat Surəsi, Ayə 1
وَٱلْمُرْسَلَٰتِ عُرْفًۭا
﴿1﴾
Mişkini Tərcüməsi:
And olsun bir-birinin ardınca (yaradılış aləminin işlərinin idarəsi üçün) göndərilən mələk dəstələrinə (və and olsun «həşr» (dirilmə) günündə öz yeni bədənlərinə doğru sıx bir tərzdə – göndərilən möminlərin Bərzəx ruhlarına).
2
Əl-Mürsəlat Surəsi, Ayə 2
فَٱلْعَٰصِفَٰتِ عَصْفًۭا
﴿2﴾
Mişkini Tərcüməsi:
(And olsun öz məqsədlərinə doğru) şiddətli yel kimi gedənlərə.
3
Əl-Mürsəlat Surəsi, Ayə 3
وَٱلنَّٰشِرَٰتِ نَشْرًۭا
﴿3﴾
Mişkini Tərcüməsi:
And olsun xüsusi bir tərzlə yayan mələklərə (həyat ruhunu canlılara, ruzini dirilərə, vəhyi peyğəmbərlərə və əməl dəftərlərini Məhşər əhlinə yetirən mələklərə),
4
Əl-Mürsəlat Surəsi, Ayə 4
فَٱلْفَٰرِقَٰتِ فَرْقًۭا
﴿4﴾
Mişkini Tərcüməsi:
(And olsun) aydın və aşkar bir tərzlə (haqqı batildən) ayıranlara,
5
Əl-Mürsəlat Surəsi, Ayə 5
فَٱلْمُلْقِيَٰتِ ذِكْرًا
﴿5﴾
Mişkini Tərcüməsi:
(And olsun) zikri (Quranı və öyüd-nəsihəti insanların qəlbinə) çatdıranlara ki,
6
Əl-Mürsəlat Surəsi, Ayə 6
عُذْرًا أَوْ نُذْرًا
﴿6﴾
Mişkini Tərcüməsi:
(Bütün bu çatdırılmış və yayılmış mərifətlər təkzib edənlərin bəhanə gətirmələrinə yer qoymamaq üçün) dəlil-sübutların (təqdim edilərək) tamamlanması, ya (öyüd-nəsihət qəbul edənlərin) qorxudulması və xəbərdarlıq edilməsi üçündür.
7
Əl-Mürsəlat Surəsi, Ayə 7
إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٌۭ
﴿7﴾
Mişkini Tərcüməsi:
(Bütün bunlara And olsun ki,) sizə vəd edilən (Qiyamət günü) şübhəsiz, baş verəcəkdir.
8
Əl-Mürsəlat Surəsi, Ayə 8
فَإِذَا ٱلنُّجُومُ طُمِسَتْ
﴿8﴾
Mişkini Tərcüməsi:
Ulduzlar məhv olacağı,
9
Əl-Mürsəlat Surəsi, Ayə 9
وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتْ
﴿9﴾
Mişkini Tərcüməsi:
Göy yarılacağı,
10
Əl-Mürsəlat Surəsi, Ayə 10
وَإِذَا ٱلْجِبَالُ نُسِفَتْ
﴿10﴾
Mişkini Tərcüməsi:
Dağlar yerindən qopacağı,
11
Əl-Mürsəlat Surəsi, Ayə 11
وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتْ
﴿11﴾
Mişkini Tərcüməsi:
(Allah) peyğəmbərlər(in)in (ümmətin mühakimə olunması və onlara şahidlik etmələri üçün) hazır ediləcəkləri vaxt müəyyən olduqda (Qiyamət baş verər).
12
Əl-Mürsəlat Surəsi, Ayə 12
لِأَىِّ يَوْمٍ أُجِّلَتْ
﴿12﴾
Mişkini Tərcüməsi:
(Bu hadisələrin baş verməsi) hansı bir gün üçün təxirə salınmışdır?
13
Əl-Mürsəlat Surəsi, Ayə 13
لِيَوْمِ ٱلْفَصْلِ
﴿13﴾
Mişkini Tərcüməsi:
Mühakimə və (yaxşıların pislərdən) ayrılma günü üçün.
14
Əl-Mürsəlat Surəsi, Ayə 14
وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلْفَصْلِ
﴿14﴾
Mişkini Tərcüməsi:
Sən nə bilirsən «ayrılma» günü nədir (nə qədər əhəmiyyətlidir)?!
15
Əl-Mürsəlat Surəsi, Ayə 15
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ
﴿15﴾
Mişkini Tərcüməsi:
O gün vay halına təkzib edənlərin!
16
Əl-Mürsəlat Surəsi, Ayə 16
أَلَمْ نُهْلِكِ ٱلْأَوَّلِينَ
﴿16﴾
Mişkini Tərcüməsi:
Məgər Biz əvvəlki (tüğyankar və kafir)ləri məhv etmədikmi?!
17
Əl-Mürsəlat Surəsi, Ayə 17
ثُمَّ نُتْبِعُهُمُ ٱلْءَاخِرِينَ
﴿17﴾
Mişkini Tərcüməsi:
Sonra axırda gələnləri də onların ardınca (məhvə və əzaba) daxil edərik.
18
Əl-Mürsəlat Surəsi, Ayə 18
كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ
﴿18﴾
Mişkini Tərcüməsi:
Biz günahkarlarla belə rəftar edirik.
19
Əl-Mürsəlat Surəsi, Ayə 19
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ
﴿19﴾
Mişkini Tərcüməsi:
O gün vay halına təkzib edənlərin!
20
Əl-Mürsəlat Surəsi, Ayə 20
أَلَمْ نَخْلُقكُّم مِّن مَّآءٍۢ مَّهِينٍۢ
﴿20﴾
Mişkini Tərcüməsi:
Məgər sizi (Adəm övladını) zəif və dəyərsiz sudan (nütfədən) yaratmadıqmı?.
21
Əl-Mürsəlat Surəsi, Ayə 21
فَجَعَلْنَٰهُ فِى قَرَارٍۢ مَّكِينٍ
﴿21﴾
Mişkini Tərcüməsi:
Biz onu möhkəm bir yerdə (ana bətnində) qoyduq.
22
Əl-Mürsəlat Surəsi, Ayə 22
إِلَىٰ قَدَرٍۢ مَّعْلُومٍۢ
﴿22﴾
Mişkini Tərcüməsi:
Müəyyən bir müddətədək.
23
Əl-Mürsəlat Surəsi, Ayə 23
فَقَدَرْنَا فَنِعْمَ ٱلْقَٰدِرُونَ
﴿23﴾
Mişkini Tərcüməsi:
Beləliklə, Biz (insanı həmin sudan düzəltməyə) qadir olduq. Nə gözəl qadir olanlarıq. Biz (Onu cism, üzvlər, ruh, xüsusiyyətlər və ehtiyac baxımından) ölçdük. Nə gözəl ölçənlərik Biz.
24
Əl-Mürsəlat Surəsi, Ayə 24
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ
﴿24﴾
Mişkini Tərcüməsi:
O gün vay halına təkzib edənlərin!
25
Əl-Mürsəlat Surəsi, Ayə 25
أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ كِفَاتًا
﴿25﴾
Mişkini Tərcüməsi:
Məgər yeri fəzada sürətlə hərəkət edən və (müxtəlif sakinlər üçün) geniş və məskunlaşdırıcı etmədikmi?
Mişkini Tərcüməsi:
«Gedin üç qolu olan kölgəyə tərəf (Bu qatı tüstüdən ibarət olan kölgə, dünyada heyvaniyyətin, yırtıcılığın və şeytançılığın nəfs üzərindəki qələbəsinin eynilə təcəssümüdür)».
31
Əl-Mürsəlat Surəsi, Ayə 31
لَّا ظَلِيلٍۢ وَلَا يُغْنِى مِنَ ٱللَّهَبِ
﴿31﴾
Mişkini Tərcüməsi:
O nə kölgə salar və nə də odun şöləsindən qoruyar.
32
Əl-Mürsəlat Surəsi, Ayə 32
إِنَّهَا تَرْمِى بِشَرَرٍۢ كَٱلْقَصْرِ
﴿32﴾
Mişkini Tərcüməsi:
Həqiqətən, elə qığılcımlar saçar ki, (böyüklükdə) sanki (hər biri) uca bir binadır (yaxud böyük xurma ağacının gövdəsidir).
33
Əl-Mürsəlat Surəsi, Ayə 33
كَأَنَّهُۥ جِمَٰلَتٌۭ صُفْرٌۭ
﴿33﴾
Mişkini Tərcüməsi:
(O qığılcımlar) sanki sarı rəngli dəvələrdir.
34
Əl-Mürsəlat Surəsi, Ayə 34
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ
﴿34﴾
Mişkini Tərcüməsi:
O gün vay halına təkzib edənlərin!
35
Əl-Mürsəlat Surəsi, Ayə 35
هَٰذَا يَوْمُ لَا يَنطِقُونَ
﴿35﴾
Mişkini Tərcüməsi:
Bu elə bir gündür ki, onlar (Məhşərin bəzi duracaqlarında) danışmazlar dinməzlər.
36
Əl-Mürsəlat Surəsi, Ayə 36
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ
﴿36﴾
Mişkini Tərcüməsi:
Və onlara (söz deməyə) izn verilməz, beləliklə də üzr istəyə bilməzlər (çünki heç bir üzrləri yoxdur).
37
Əl-Mürsəlat Surəsi, Ayə 37
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ
﴿37﴾
Mişkini Tərcüməsi:
O gün vay halına təkzib edənlərin!
Mişkini Tərcüməsi:
(Siz isə, ey kafirlər dünyada) yeyin və qısa müddət ərzində azacıq bəhrələnin. Həqiqətən, siz günahkarsınız (və öz cəzanıza çatacaqsınız).
47
Əl-Mürsəlat Surəsi, Ayə 47
وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ
﴿47﴾
Mişkini Tərcüməsi:
O gün vay halına təkzib edənlərin!