Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Ən-Nəbə Surəsi, Ayə 1
عَمَّ يَتَسَآءَلُونَ
﴿1﴾
Mişkini Tərcüməsi:
(Kafirlər) bir-birlərindən nə haqqında soruşurlar?
2
Ən-Nəbə Surəsi, Ayə 2
عَنِ ٱلنَّبَإِ ٱلْعَظِيمِ
﴿2﴾
Mişkini Tərcüməsi:
Böyük bir xəbər (Qiyamətin gəlməsi, yaxud Quranın haqq olması) haqqında.
3
Ən-Nəbə Surəsi, Ayə 3
ٱلَّذِى هُمْ فِيهِ مُخْتَلِفُونَ
﴿3﴾
Mişkini Tərcüməsi:
Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar (bəzisi onu qeyri-mümkün, bəzisi onu az ehtimal olunan, bəzisi şəkk-şübhə etmiş və bəzisi də bunu bilməklərinə baxmayaraq inkar etmişlər).
4
Ən-Nəbə Surəsi, Ayə 4
كَلَّا سَيَعْلَمُونَ
﴿4﴾
Mişkini Tərcüməsi:
Xeyr, belə deyildir (onların düşündüyü kimi deyil). Tezliklə biləcəklər.
5
Ən-Nəbə Surəsi, Ayə 5
ثُمَّ كَلَّا سَيَعْلَمُونَ
﴿5﴾
Mişkini Tərcüməsi:
Yenə də xeyr, belə deyildir. Onlar tezliklə biləcəklər. (Bu iki ayə «böyük xəbər»i inkar edənlər üçün bir təhdiddir).
6
Ən-Nəbə Surəsi, Ayə 6
أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ مِهَٰدًۭا
﴿6﴾
Mişkini Tərcüməsi:
Məgər Biz yeri rahatlıq beşiyi etmədikmi? (Bu ayədən etibarən on altıncı ayəyə qədər, «böyük xəbər»in isbatı üçün doqquz dəlil gətirilir).
Mişkini Tərcüməsi:
(Buluda) təzyiq göstərən küləklərdən və topa halında bir-birinə sıxılmış buludlardan (yağış, qar və dolu şəklində) bolluca axar su nazil etdik ki,
15
Ən-Nəbə Surəsi, Ayə 15
لِّنُخْرِجَ بِهِۦ حَبًّۭا وَنَبَاتًۭا
﴿15﴾
Mişkini Tərcüməsi:
Onunla dən və bitkiləri (torpağın köksündən) çıxaraq.
16
Ən-Nəbə Surəsi, Ayə 16
وَجَنَّٰتٍ أَلْفَافًا
﴿16﴾
Mişkini Tərcüməsi:
(Eləcə də) çoxlu sayda və bir-birinə sarmaşan ağacları olan bağlar.
17
Ən-Nəbə Surəsi, Ayə 17
إِنَّ يَوْمَ ٱلْفَصْلِ كَانَ مِيقَٰتًۭا
﴿17﴾
Mişkini Tərcüməsi:
Həqiqətən, (insanlar arasında) hökmetmə və (haqla batilin, yaxşıyla pisin) ayrılma günü (İlahinin əzəli elmində və Lövhi Məhfuzda yazılana uyğun olaraq) vəd olunmuş bir vaxtdır (hamının bir-birini tanıması, bütün işlərə baxılma, yaxşı və pis işlərin müəyyən edilməsi, mükafat və cəzaların verilmə vədəsidir. Bu ayədən etibarən surənin axırınadək «böyük xəbər»in baş verməsi, bəşər idrakından yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur).
Mişkini Tərcüməsi:
Sura (üçüncü dəfə) üfürüləcəyi gün siz (qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün) dəstə-dəstə gələcəksiniz.
19
Ən-Nəbə Surəsi, Ayə 19
وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتْ أَبْوَٰبًۭا
﴿19﴾
Mişkini Tərcüməsi:
(O gün) göy açılar və (çoxlu sayda mələklərin nazil olması üçün) qapılar şəklinə düşər.
20
Ən-Nəbə Surəsi, Ayə 20
وَسُيِّرَتِ ٱلْجِبَالُ فَكَانَتْ سَرَابًا
﴿20﴾
Mişkini Tərcüməsi:
Dağlar (öz yerlərindən) hərəkətə gətirilər və (məhv olar və nəzərlərdə) ilğıma dönər.
21
Ən-Nəbə Surəsi, Ayə 21
إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًۭا
﴿21﴾
Mişkini Tərcüməsi:
Əlbəttə, Cəhənnəm (o gün bir) pusqudur. (Mələklər «sirat» körpüsünün yanında möminləri düşməndən qorumaq və kafirləri Cəhənnəmə çəkmək üçün pusqu qurarlar).
22
Ən-Nəbə Surəsi, Ayə 22
لِّلطَّٰغِينَ مَـَٔابًۭا
﴿22﴾
Mişkini Tərcüməsi:
Üsyankarlar üçün dönüş yeridir.
23
Ən-Nəbə Surəsi, Ayə 23
لَّٰبِثِينَ فِيهَآ أَحْقَابًۭا
﴿23﴾
Mişkini Tərcüməsi:
Onlar uzun müddət (əbədiyyətə qədər) orada qalacaqlar.
Mişkini Tərcüməsi:
Onlar orada əsla nə boş söz eşidərlər, nə də bir yalan və təkzib; (Allah və mələklər onları və onlar da bir-birlərini təkzib etməzlər).
36
Ən-Nəbə Surəsi, Ayə 36
جَزَآءًۭ مِّن رَّبِّكَ عَطَآءً حِسَابًۭا
﴿36﴾
Mişkini Tərcüməsi:
(Bu) sənin Rəbbinin tərəfindən bir mükafat(dır), kifayət qədər olan və keçmiş əməllərə görə verilən bir bəxşişdir.
Mişkini Tərcüməsi:
(O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. (O,) Məhşər əhlinin Onun hüzurunda söz deməyə (müstəqil surətdə şəfaət etməyə, yaxud Onun mühakiməsinə, mükafatına və cəzasına etiraz etməyə) əsla qadir olmadığı həmin Rəhman (olan Allah)dır.
Mişkini Tərcüməsi:
Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq.
Mişkini Tərcüməsi:
O gün haqq olan gündür, odur ki, kim istəyirsə (elə indidən) öz Rəbbinə tərəf bir dönüş yolu tutsun (elə əqidə və əməllər seçsin ki, Ona yetişsin).
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz sizi yaxın olan əzabla qorxutduq. Elə bir gün(lə) ki, (o gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: «Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)».