Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Ən-Naziat Surəsi, Ayə 1
وَٱلنَّٰزِعَٰتِ غَرْقًۭا
﴿1﴾
Mişkini Tərcüməsi:
And olsun kafirlərin canlarını şiddətlə (bədənlərindən) çəkib çıxaran mələklərə,
2
Ən-Naziat Surəsi, Ayə 2
وَٱلنَّٰشِطَٰتِ نَشْطًۭا
﴿2﴾
Mişkini Tərcüməsi:
(And olsun) möminlərin canlarını yumşaqlıqla və rahatlıqla alan mələklərə və şərqdən aramla çıxan (və qərb tərəfə gedən) ulduzlara,
3
Ən-Naziat Surəsi, Ayə 3
وَٱلسَّٰبِحَٰتِ سَبْحًۭا
﴿3﴾
Mişkini Tərcüməsi:
(And olsun) insanların ruhlarını aldıqdan sonra sürətlə Bərzəx Cənnətinə, ya Cəhənnəminə aparan mələklərə,
4
Ən-Naziat Surəsi, Ayə 4
فَٱلسَّٰبِقَٰتِ سَبْقًۭا
﴿4﴾
Mişkini Tərcüməsi:
(And olsun) Allahın əmrlərini yerinə yetirməkdə bir-birlərini ötən mələklərə və (and olsun) haqq yolunda döyüşənlərin bir birlərini qabaqlayan atlarına,
5
Ən-Naziat Surəsi, Ayə 5
فَٱلْمُدَبِّرَٰتِ أَمْرًۭا
﴿5﴾
Mişkini Tərcüməsi:
(And olsun) dünyanın işlərini idarə edən mələklərə (aləm onların Allah iradəsinin inikası olan iradələri ilə idarə olunar). (Bu beş andda məqsəd budur ki, siz hamınız diriləcəksiniz).
6
Ən-Naziat Surəsi, Ayə 6
يَوْمَ تَرْجُفُ ٱلرَّاجِفَةُ
﴿6﴾
Mişkini Tərcüməsi:
O gün o titrədən (surun birinci dəfə üfürülməsi bütün kainatı) şiddətlə titrədəcək (sükunət halında olan cisimlərin hamısı titrəyəcək və bütün canlılar öləcəklər).
7
Ən-Naziat Surəsi, Ayə 7
تَتْبَعُهَا ٱلرَّادِفَةُ
﴿7﴾
Mişkini Tərcüməsi:
Başqa bir titrədən (surun ikinci dəfə üfürülüşü) onun ardınca (Allahdan başqa heç kimin bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir).
8
Ən-Naziat Surəsi, Ayə 8
قُلُوبٌۭ يَوْمَئِذٍۢ وَاجِفَةٌ
﴿8﴾
Mişkini Tərcüməsi:
O gün ürəklər bərk iztirab və qorxu (içində) olar.
9
Ən-Naziat Surəsi, Ayə 9
أَبْصَٰرُهَا خَٰشِعَةٌۭ
﴿9﴾
Mişkini Tərcüməsi:
Gözləri zəlilcəsinə yerə dikilər.
Mişkini Tərcüməsi:
O zaman ki, Rəbbi onu müqəddəs «Tuva» vadisində səslədi:
17
Ən-Naziat Surəsi, Ayə 17
ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ
﴿17﴾
Mişkini Tərcüməsi:
«Fironun yanına get! Çünki o tüğyan etmişdir».
18
Ən-Naziat Surəsi, Ayə 18
فَقُلْ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ
﴿18﴾
Mişkini Tərcüməsi:
Və de: «(Küfr və tüğyandan) təmizlənmək istəyirsənmi?
19
Ən-Naziat Surəsi, Ayə 19
وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ
﴿19﴾
Mişkini Tərcüməsi:
Səni Rəbbinə tərəf hidayət edimmi ki, Ondan qorxasan?»
20
Ən-Naziat Surəsi, Ayə 20
فَأَرَىٰهُ ٱلْءَايَةَ ٱلْكُبْرَىٰ
﴿20﴾
Mişkini Tərcüməsi:
Beləliklə, (tovhid və öz peyğəmbərliyi barədə olan) o çox böyük nişanəni (müxtəlif hallara düşən əsanı) ona göstərdi.
21
Ən-Naziat Surəsi, Ayə 21
فَكَذَّبَ وَعَصَىٰ
﴿21﴾
Mişkini Tərcüməsi:
O, (isə) təkzib etdi və asi oldu.
22
Ən-Naziat Surəsi, Ayə 22
ثُمَّ أَدْبَرَ يَسْعَىٰ
﴿22﴾
Mişkini Tərcüməsi:
Sonra arxa çevirdi, (Musanın əleyhinə) çalışdı.
23
Ən-Naziat Surəsi, Ayə 23
فَحَشَرَ فَنَادَىٰ
﴿23﴾
Mişkini Tərcüməsi:
O, (öz qövmünü) topladı, və (onlara) xitab edib
24
Ən-Naziat Surəsi, Ayə 24
فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلْأَعْلَىٰ
﴿24﴾
Mişkini Tərcüməsi:
Dedi: «Mən sizin ən uca rəbbinizəm». (Mal-dövlət xərclədiyinə və camaatın işlərini idarə etdiyinə görə özünü bütlərdən və onların digər ərbablarından üstün bir rəbb hesab edirdi).
Mişkini Tərcüməsi:
Beləliklə, Allah onu əvvəlinci və axırıncı küfrlü sözlərinin cəzası olaraq yaxaladı. Axirətin və dünyanın ibrətamiz əzabına giriftar etdi (Dəstəsi ilə birlikdə suda qərq edilməsi onun dünya əzabı, gecə-gündüz Bərzəx odunda yandırılması isə onun axirət əzabıdır.).
Mişkini Tərcüməsi:
Daim səndən Qiyamətin nə vaxt qopacağı barəsində soruşarlar.
43
Ən-Naziat Surəsi, Ayə 43
فِيمَ أَنتَ مِن ذِكْرَىٰهَآ
﴿43﴾
Mişkini Tərcüməsi:
Sən onu (onun vaxtını) nə bilirsən?
44
Ən-Naziat Surəsi, Ayə 44
إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ
﴿44﴾
Mişkini Tərcüməsi:
Onun sonu sənin Rəbbinə tərəfdir (Onun həqiqətinə, necəliyinə və zamanına dair elm Ona məxsusdur).
45
Ən-Naziat Surəsi, Ayə 45
إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخْشَىٰهَا
﴿45﴾
Mişkini Tərcüməsi:
Həqiqətən, sən ancaq ondan (Qiyamətdən) qorxanları çəkindirənsən. (Etiqad bəsləməyə vadar edən və qarşı çıxanlara cəza verən deyilsən).
Mişkini Tərcüməsi:
Onlar Qiyaməti gördükləri gün (belə güman edəcəklər ki, dünyada, yaxud bütün Bərzəx aləmi boyunca) elə bil yalnız bir axşam, yaxud bir səhərdən artıq qalmamışlar. (Axirət aləminin əbədiyyətinin müqabilində nəzərlərinə belə gələcəkdir).