Əl-İnfitar Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
İnfitar surəsi, 1-5-ci ayələr
İnfitar surəsi, 1-5-ci ayələr
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيم
إِذَاالسَّمَاءِانفَطَرَتْ .١
وَإِذَاالْكَوَاكِبُانتَثَرَتْ .٢
وَإِذَاالْبِحَارُفُجِّرَتْ.٣
وَإِذَاالْقُبُورُبُعْثِرَتْ .٤
عَلِمَتْنَفْسٌمَاقَدَّمَتْوَأَخَرَتْ.٥
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Göyün parçalanacağı zaman,
2\. Ulduzların səpələnib töküləcəyi zaman,
3\. Dənizlərin bir-birinə qarışacağı zaman,
4\. Qəbirlərin çevriləcəyi zaman,
5\. Hər kəs əvvəlcədən nəyi göndərib, nəyi sonraya saxladığını biləcəkdir.
Ayələrin təfsiri
Dünyanın nizam-intizamı dağılacağı zaman
Bu surənin də əvvəlində Qiyamət baş verərkən dünyanı əhatə edəcək bəzi dəhşətli hadisələrin olacağından xəbər verilir:
(إِذَاالسَّمَاءِانفَطَرَتْ)
“Göyün parçalanacağı zaman“
(وَإِذَاالْكَوَاكِبُانتَثَرَتْ)
"Ulduzların sapalanib tökülacayi zaman
Dünyanın nizam-intizamı bir-birinə dəyəcək, Yer kürəsinin səmasında partlayışlar baş verəcək, qalaktika öz müvazinətini itirəcək, ulduzlar toqquşma nəticəsində səpələnib töküləcək, dünyanın ömrü sona yetəcək, hər bir şey viran olacaq və bu viranlıqla da yeni bir dünya – axirət dünyası bərpa olacaq. (infətərət) feil (infitar) məsdərindən alınıb, mənası isə “parçalanmaq”, “dağılmaq” deməkdir. Bu mənada olan sözlərə Qurani-Kərimin bəzi ayələrində də rast gəlmək olar:
إذَاالسَّمَاءانشقت
"Göyün yarılacağı zaman"²
"Göy parçalanacaq.³
السَّمَاءِمُنفَطِرٌبِهِ
(intəsərǝt) feilinin mənası “səpələnmək” deməkdir. Ulduzlar sanki sapı qırılmış boyunbağının dənələri kimi ətrafa səpələnəcək. Bəzi təfsir alimləri bu ayəni ulduzların sönməsi kimi izah ediblər. (kəvakib) sözü (kəvkəb) sözünün cəmidir və bu sözün ərəb dilində bir çox mənaları vardır. Ümumi olaraq “ulduz” mənasında iş- lənir, xüsusi mənada isə “Zöhrə" ulduzuna deyilir. O cümlədən “gözə görünən ağartı”, “hündür bitkilər", "ağacların çiçəklənməsi", "poladın parıltısı”, “qılınc", "su" və s. mənalarda da işlənir. Amma əsl həqiqi mənası “parıldayan ulduz” deməkdir, digər sözlər isə cümlədəki məna çalarlarına görə məcazi mənada işlənir.
Ulduzların partlayış nəticəsində səpələnib dağılması hansı amillər və səbəblər üzündən baş verir? İtələmə və cazibə qüvvəsi, müvazinəti itirmə nəticəsində ulduzlar səpələnir, yoxsa hansısa böyük bir qüvvənin təsiri nəticəsində ulduzlar dağılır? Alimlərin yekdil qənaətinə görə kainatın nizam-intizamı getdikcə öz müvazinətini itirməkdədir, ola bilərmi ki, bunun nəticəsində ulduzlarda partlayışlar baş versin?
Heç kim bu hadisənin hansı səbəblər üzündən baş verəcəyini bilmir. Yalnız bəlli olan odur ki, Yer kürəsi və kainat bu böyüklüyü və nəhəngliyi ilə belə bir dəhşətli təlatümə uğrayırsa, zəif xəlq olunmuş insan hansı vəziyyətlərə düşəcək?!
İnsana dünyanın fani olub məhv olacağı barədə dəfələrlə xəbərdarlıq olunur ki, bu dünyanı əbədi bilib ona bağlanmasın, fani, müvəqqəti dünyanın ötəri ləzzətlərinə görə günahlara qərq olmasın.
Göydəki hadisələr bəyan edildikdən sonra yerdəki hadisələrə işarə olunur: “Dənizlərin bir-birinə qarışacağı zaman"
Bütün dənizlərin suyunun (göllər istisna olmaqla) bir-birinə bağlılığı vardır. Qiyamət baş verərkən güclü zəlzələlər nəticəsində dağların dənizlərə tökülməsilə sular quruyacaq və hər tərəf quraqlıq olacaq. "Təkvir” surəsi 6-cı ayənin təfsirində bu məsələyə işarə etmişdik. Digər bir ehtimal isə bundan ibarətdir ki, "Təkvir” surəsinin 6-cı ayəsində qeyd etdiyimiz kimi, (fuccirət) və (succirət) feillərini "alovlu partlayış” mənasına da təfsir etmək olar. Belə ki partlayışlar nəticəsində okeanlar və dəryalar alovlanıb yanacaq. Çünki suyun tərkibində olan hər iki maddə partlayan və alovlanan elementlərdir. Müəyyən qüvvələrin təsiri nəticəsində suyun hidrogen və oksigeni bir-birindən ayrılsa, bir qığılcım nəticəsində od tutub yana bilər.
Sonra isə Qiyamətin ikinci hadisəsi, yeni bir dünyanın meydana gəlməsi və ölülərin dirilməsinə işarə olunur: “Qəbirlərin çevriləcəyi zaman” إِذَا الْقُبُورُ بُعْثِرَت
Ölülər qəbirlərindən qalxıb hesab vermək üçün hazır olacaqlar.
(busirət) feili "çevrilmək", “alt-üst olmaq" mənasında işlənir. Rağib İsfahaninin “Müfrədat” kitabında yazdığına görə, bu söz iki ayrı - (bus) və (əsirət) sözlərindən əmələ gəlib və hər iki sözün mənasını özündə əhatə edib, yəni “alt-üst olmaq” mənasını ifadə edir. Sözügedən ayənin məna cəhətdən bənzərinə “Zəlzələ” surəsində də rast gəlmək olar:
Yerin ağır yüklərini bayıra atacağı zaman”⁴
وَأَخْرَجَتِالْأَرْضُأَثْقَالَهَا
Bu ayənin təfsirində məşhur izah budur ki, yerin altında dəfn olunmuş ölülər dirilib yerin üzünə çıxacaq. Və yaxud sözügedən ayənin oxşarına “Naziat” surəsinin 13 və 14-cü ayələrində də rast gəlmək olar:
فَإِنَّمَاهِيَزَجْرَةٌوَاحِدَةٌ. فَإِذَاهُمبِالسَّاهِرَةِ
"Bu qayıdış təkcə uca bir səslə baş verəcək. Qəfildən onlar hamısı yerin səthinə çıxacaqlar."
Bu ayələrdən bəlli olur ki, ölülərin dirilib qəbirdən qalxmaları ani bir surətdə baş verəcəkdir.
Qiyamətdən öncə və sonra baş verən hadisələr bəyan olunduqdan sonra əsas mətləbə işarə olunaraq buyurulur: “Hər kəs əvvəlcədən nəyi göndərib, nəyi sonraya saxladığını biləcəkdir.”
Bəli, elə bir gündə pərdələr kənara çəkiləcək, qürur və təkəbbür pərdələri yırtılacaq, dünyanın əsl həqiqəti aşkar olacaq, bütün gizli həqiqətlər üzə çıxacaq və insan öz əməllərinin şahidi, pis və yaxşı əməllərindən xəbərdar olacaq. Özündən əvvəl göndərdiyi və özündən sonra dünyada iz buraxdığı əməllərin – istər bu əməllər xeyir əməllər olsun, istərsə də şər əməllər, hamısının hesabı soruşulacaq. Hətta insan dünyasını dəyişdikdən sonra gördüyü bəzi əməllər davamlı olduğu üçün pis və yaxud yaxşı nəticəsi insana çatacaq. Düzdür, insan bu dünyada gördüyü əməllərdən ümumi olaraq xəbərdardır. Amma unutqanlıq, təkəbbürlük, dünyaya bağlılıq üzündən bütün əməllərini yadında saxlaya bilmir. Qiyamət günündə isə bütün əməlləri tam dəqiqliyi ilə insana bəlli olcaq. "Ali-İmran" surəsinin 30-cu ayəsinə əsasən, bütün əməlləri gözü önündə canlanacaq.
يَوْمَتَجِدُكُلُّنَفْسٍمَّاعَمِلَتْمِنْخَيْرٍمُّحْضَرًاوَمَاعَمِلَتْمِنسُوَءٍ
"Hər kəs etdiyi yaxşı və pis əməlləri (qarşısında) hazır görəcəyi gün özü ilə pis əməlləri arasında çox böyük zaman fasiləsi olmasını arzulayacaq."
Ayədəki (nəfs) sözü bütün insanlara şamil olunur.
İncəlik:
İnsanın özündən sonra iz buraxdığı əməllər
Quran ayələrindən və hədislərdən belə bəlli olur ki, bu dünyada insanın gördüyü əməllərin yaxşı və yaxud pis təsiri özündən sonra da bir müddət və hətta Qiyamət gününə qədər davamlı ola bilər. İmam Sadiqdən (ə) rəvayət olunmuş hədisdə oxuyuruq:
# ليسيتبعُالرَّجُلَبَعْدَمَوْتِهِمِنَالْأَجْرِإِلاثَلاثُخصال: صَدَقَةٌأَجْراهَافِيحَياته،فهيتَجْرِيبَعْدَمَوْتِهِ،وَسُنَّةٌهُدىسَنَّهَا،فَهِيتُعْمَلُبِهابَعْدَمَوْتِهِ،وَوَلَدٌصَالِحٌيَسْتَغْفِرُلَهُ
"İnsan öldükdən sonra əməl dəftəri bağlanır, əcr və savab ona yetişmir. Yalnız bu üç əməl ilə əcr və savab ona çata bilər:
1\. İnsanların istifadəsi üçün bərpa etdiyi xeyirli və faydalı əməllər. Öləndən sonra da bu əməllər insanların istifadəsi üçün davam edir. (məsələn, yol, su çəkdirmək və s.)
2\. İnsanların hidayət olması üçün gördüyü işlər.
3\. Onun üçün bağışlanma diləyən saleh övlad.”⁵ Bəzi hədislərdə bu əməllərin altı olduğu qeyd olunub: Saleh övlad, Quran oxumaq (öyrənmək), su quyusu qazmaq, ağac əkmək, su çəkmək, gözəl adət- ənənə.⁶ Bəzi hədislərdə insanların bəhrələndiyi elm və biliklər də bu əməllərdən hesab olunub.⁷ Xüsusilə yaxşı və pis adətlər barəsində çoxlu hədislər rəvayət olunub. Və bu hədislərdə insanlara əməllərinə diqqət yetirmələri tövsiyə olunur ki, özlərindən sonra pis adət-ənənə qoymasınlar.
Mərhum Təbərsi sözügedən ayənin təfsirində bu hədisi rəvayət edir: Bir gün bir nəfər Həzrət Peyğəmbərin (s) hüzurunda insanlardan kömək istədi. Hamı sakit qaldı və sonradan bir nəfər o fəqirə yardım etdi və məclisdə olan başqaları da o fəqir kişiyə yardım etdilər. Həzrət Peyğəmbər (s) buyurdu:
# مَنِاسْتَنَّخَيْراًفَاسْتُنَّبِهِفَلَهُأَجْرُهُ،وَمِثْلُأُجُورٍمَنِاتَّبَعَهُ،غَيْرَمُنْتَقَصمِنْأُجُورِهِمْ،
# وَمَنِاسْتَنَّشَرّاًفَاسْتُنَّبِهِفَعَلَيْهِوِزْرُهُ،وَمِثْلُأَوْزارِمَنِاتَّبَعَهُغَيْرَمُنْتَقَصمِنْأَوْزَارِهِمْ
"Kim gözəl adət-ənənə təsis etsə və başqaları da onu davam et- dirsə, həmin şəxs (təsis edən) xeyir əməl görənlərin savabını qazanar. Kim pis adət-ənənə təsis etsə və başqaları da (bu günah işdə) onu davam etdirsələr, həmin şəxsə günah edənlərin günahı yazılar.”
Elə bu yerdə Həzrət Peyğəmbərin (s) səhabələrindən olan Hüzeyfə bu ayəni oxudu; ⁸
اعلمتنَفْسٌمَّاقَدَّمَتْوَأَخَرَتْ
Həzrət Əli (ə) buyurmuşdur:
# فَكَيفَبِكُمْلَوْتَناهَتْبِكُمُالْأُمُورُوَبُعْثِرَتِالْقُبُورُهُنَالِكَتَبْلُواكُلُّنَفْسٍمَاأَسْلَفَتْ
# ورُدُّواإِلَىاللهِمَوْلاهُمُالْحَقُّوَضَلَّعَنْهُمْمَاكَانُوايَفْتَرُونَ
"Siz sonunuzun yetişməsi, qəbirlərin üstünün açılması və hər bir canlının etdiklərinin (xeyir və şər əməllərinin) qarşılığını görməsi barədə nə düşünürsünüz? “Orada hər kəs əvvəlcə gördüyü iş barəsində hesabat verəcək və onlar özlərinin haqq olan mövlası – Allahın hüzuruna qay- tarılacaq və uydurub düzəltdikləri bütlər isə onlardan qeyb olacaqdır”⁹-¹⁰
Bu ayə və hədislər insanı əməlləri müqabilində diqqətli və məsuliyyətli olmağa səsləyir. Ola bilər ki, hər hansısa bir əməl min il sonra da insana rəhmət və yaxud lənət göndərsin. Bu haqda daha ətraflı 11-ci cilddə, "Nəhl" surəsinin 25-ci ayəsində ətraflı bəhs etmişik.