Mişkini Tərcüməsi:
Dənizlər yarıldığı (və sular bir-birlərinə qarışdığı) yaxud qaynayıb dolduğu zaman,
4
Əl-İnfitar Surəsi, Ayə 4
وَإِذَا ٱلْقُبُورُ بُعْثِرَتْ
﴿4﴾
Mişkini Tərcüməsi:
Qəbirlər alt-üst olduğu (və ölülər çölə atıldığı) zaman,
5
Əl-İnfitar Surəsi, Ayə 5
عَلِمَتْ نَفْسٌۭ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ
﴿5﴾
Mişkini Tərcüməsi:
Hər bir kəs öncədən göndərdiyi və ya təxirə saldığı şeyi biləcəkdir (dünyada etdiyi hər bir xeyir və şəri və özündən sonra qoyub getdiyi hər bir xeyir və şər adəti biləcəkdir).
Mişkini Tərcüməsi:
Ey insan, səni kərim olan Rəbbinə qarşı məğrur edən nədir?! (ki, Onun tanrılığına qarşı küfr, kərəminə qarşı isə nankorluq etdin)?
7
Əl-İnfitar Surəsi, Ayə 7
ٱلَّذِى خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ
﴿7﴾
Mişkini Tərcüməsi:
O Allah ki, səni yaratdı və bədəninin üzvlərini (hər bir üzvü lazımi hikmətinə uyğun olaraq öz münasib yerində) düzəltdi və nizamladı və (lazımi işi ifa etmək üçün üzvlər arasında uyğunluq və ahəngdarlıq icad etməklə) qaydaya saldı və sahmanladı.
8
Əl-İnfitar Surəsi, Ayə 8
فِىٓ أَىِّ صُورَةٍۢ مَّا شَآءَ رَكَّبَكَ
﴿8﴾
Mişkini Tərcüməsi:
İstədiyi şəkildə (üzvlərin xüsusiyyətləri və bütünlüyü baxımından) sənə quruluş verdi.
9
Əl-İnfitar Surəsi, Ayə 9
كَلَّا بَلْ تُكَذِّبُونَ بِٱلدِّينِ
﴿9﴾
Mişkini Tərcüməsi:
Belə deyildir (siz təkcə Allahın kərəminə qarşı məğrurluq etməklə qalmırsınız) əslində siz «Cəza» gününü təkzib edirsiniz.
10
Əl-İnfitar Surəsi, Ayə 10
وَإِنَّ عَلَيْكُمْ لَحَٰفِظِينَ
﴿10﴾
Mişkini Tərcüməsi:
Və əlbəttə, sizin üstünüzdə gözətçilər vardır.
Mişkini Tərcüməsi:
Onlar sizin nə etdiklərinizi (zahir və batini, ixlası və riyanı, kamal və nöqsan dərəcələrini) bilirlər.
13
Əl-İnfitar Surəsi, Ayə 13
إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍۢ
﴿13﴾
Mişkini Tərcüməsi:
Şübhəsiz, yaxşı əməl sahibləri (axirətdə) bolluca nemət içində olarlar.
14
Əl-İnfitar Surəsi, Ayə 14
وَإِنَّ ٱلْفُجَّارَ لَفِى جَحِيمٍۢ
﴿14﴾
Mişkini Tərcüməsi:
Və şübhəsiz, pis əməl sahibləri isə odlu Cəhənnəm içində olarlar.
15
Əl-İnfitar Surəsi, Ayə 15
يَصْلَوْنَهَا يَوْمَ ٱلدِّينِ
﴿15﴾
Mişkini Tərcüməsi:
Cəza günü oraya daxil olarlar (onun hərarətini dadar və yanarlar.)
16
Əl-İnfitar Surəsi, Ayə 16
وَمَا هُمْ عَنْهَا بِغَآئِبِينَ
﴿16﴾
Mişkini Tərcüməsi:
Onlar əsla oradan çıxan deyillər (dünyada səbəbin məhdud əhatəsində olduqları kimi axirətdə də nəticənin əbədilik əhatəsində olarlar).
17
Əl-İnfitar Surəsi, Ayə 17
وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلدِّينِ
﴿17﴾
Mişkini Tərcüməsi:
Və sən nə bilirsən ki, cəza günü nədir?!
18
Əl-İnfitar Surəsi, Ayə 18
ثُمَّ مَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلدِّينِ
﴿18﴾
Mişkini Tərcüməsi:
Yenə də sən nə bilirsən ki, cəza günü nədir?!