Əl-Mütəffifin Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Mutəffifin surəsi 1-6-ci ayələr
Mutəffifin surəsi 1-6-ci ayələr
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيم
وَيْلٌ لِلْمُطَفِّفِينَ .١
الَّذِينَإِذَااكْتَالُواْعَلَىالنَّاسِيَسْتَوْفُونَ .٢
وَإِذَا كَالُوهُمْ أَوْ وَزَنُوهُمْ يُخْسِرُونَ .٣
أَلَايَظُنُّأُولَئِكَأَنَّهُممَّبْعُوثُونَ .٤
لِيَوْمٍعَظِيمٍ .٥
يَوْمَيَقُومُالنَّاسُلِرَبِّالْعَالَمِينَ .٦
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Çəkidə və ölçüdə aldadanların vay halina!
2\. O kəslərin ki, özləri üçün ölçəndə öz haqlarını tam alırlar,
3\. Başqaları üçün ölçdükdə və ya çəkdikdə az çəkirlər.
4\. Onlar qaldırılacaqlarını düşünmürlərmi?
5\. Böyük bir gündə?
6\. O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar.
Ayələrin nazilolma səbəbi
İbn Abbas deyir: Həzrət Peyğəmbər (s) Mədinəyə daxil olduqda bir çox insanlar haram əmələ aludə olaraq tərəzidə əskik çəkib aldadırdılar.
Allah bu ayələri nazil etdi və camaat ayələrin hökmünə təslim olaraq bu haram əməldən əl çəkdi.³
Başqa bir hədisdə belə rəvayət olunub: Mədinə əhalisinin bir çoxu ticarətlə məşğul idi və ticarətlərində tərəzidə aldatmaqla haram gəlir əldə edirdi. Bu ayələr nazil oldu və Həzrət Peyğəmbər (s) Mədinə əhalisinə bu ayələri tilavət elədi və sonra buyurdu: "Beş əməl beş nəticə ilə üzləşər.”
Soruşdular: - Ey Allahın Rəsulu, bu, beş əməl hansılardir?
Həzrət Peyğəmbər (s) buyurdu: -
# مانَقضَقَوْمُالْعَهْدَإِلاسَلَّطَاللَّهُعَلَيْهِمْعَدُوَّهُمْ!
# وَماحَكَمُوابِغَيرِماأَنْزَلَاللَّهُإِلَّافَشَافِيهِمُالْفَقْرُ!
# وَماظَهَرَتْفِيهِمُالْفَاحِشَةُإِلَّافَشَافِيهِمُالْمَوْتُ!
# وَلاطَفْفُواالْكَيلَإِلَّامُنعُواالنَّبَاتَوَأَخِذُوابِالسِّنِينَ! ولامنعُواالزَّكَاتَإِلاحُبسَعَنْهُمُالْمَطَرُ
"Hansı qövm əhd-peymanı pozarsa, Allah düşmənləri onlara ürcah edər”
"Hansı cəmiyyət Allahin hökmündən başqa hökmə əməl edərsə, yoxsulluğa giriftar olar."
"Hansı millət pozğunluğa düçar olarsa, (qəfil və faciəli) ölümləri çoxalar."
"Hansı kəslər tərəzidə aldadarsa, əkin sahələri məhv olar və qıtlıq üz verər.
"Hansı tayfa zəkatdan boyun qaçırarsa, quraqlığa məruz qalar”⁴ (Mərhum Təbərsi "Məcməül-bəyan" təfsirində bu ayələrin təfsiri- ndə demişdir: Mədinədə Əbu Cəhinə adında bir tacir var idi. Onun iki kiçik və iki böyük ölçü qabı var idi. Alanda böyük qabdan, satanda isə kiçik qabdan istifadə edərdi. (Sonra bu surə nazil oldu və bu qəbildən olan insanlara xəbərdarlıq edildi.)⁵
“Başqaları üçün ölçdükdə və ya çəkdikdə az çəkirlər."
أووزَنُوهُمْيُحْسِرُونَ
Təfsir alimlərindən bəziləri (çəkidə aldadan) sözünün izahında demişlər:
"Alanda öz haqqından artığını tələb edir, satanda isə müştərinin haqqından kəsir. Allah bu qəbildən olan tacirləri hər iki cəhətinə görə "vay olsun" deyə buyuraraq şiddətli təhdid etmişdir." Amma bu söz demək olar ki, səhvdir və məqbul deyil. Çünki sözünün mənası “öz haqlarını tam alırlar” deməkdir. Ayədə haqlarından artığını tələb etməyi bildirən hər hansısa ifadə işlənməyib. Yəni öz haqlarını olduğu kimi alırlar və əskik verilməsinə heç vaxt razı olmazlar, satanda isə qarşı tərəfi aldadaraq əskik satırlar. Məhz bu çirkin əməllərinə görə məzəmmət olunmuşlar. Necə deyərlər, birindən alacağı olanda vaxtında başının üstünü kəsdirər, amma birinə verəcəyi olsa, aylarla yubadar.
Öz haqqını olduğu kimi tələb etmək pis əməl hesab olunmur. Pis əməl odur ki, bağqasının haqqını ödəyəndə fərq qoyasan. Necə ki öz haqqını olduğu kimi tələb edirsən, başqasının da haqqını olduğu kimi ödə.
Diqqəti cəlb edən digər bir məsələ odur ki, “öz haqqını tam almaq" ifadəsi -( özləri üçün ölçəndə) sözü ilə işlənmişdir. Sonrakı ayədə, başqalarına gəldikdə isə ( ölçdükdə) və ( - çəkdikdə) sözləri işlənmişdir. Ayələr arasında olan bu fərqi iki izahla bəyan etmək olar:
1-Tacirlər mallarını topdan aldıqları üçün böyük tərəzilərdən istifadə olunardı. Digər bir tərəfdən, tacirlər mallarını topdan aldıqları üçün onları böyük tərəzidə aldatmaq elə də asan iş deyildi.
2-Həmin bu tacirlər öz mallarını isə həm topdan, həm pərakəndə sata bilirdilər. Pərakəndə satdıqda isə balaca tərəzilərdən və peymanələrdən ⁶ istifadə edirdilər. Pərakəndə satışda da ki müştəri aldatmaq elə də çətin iş deyil.
Ayələrin mənası təkcə tərəzidə və çəkidə aldatmağa şamil olunmur, ticarətin bütün sahələrində haram gəlir növlərinə aid olunur. Hətta vaxt şərtilə qazanılan gəlirləri də bu məsələyə aid etmək olar. İşçi, fəhlə və s. onun üçün təyin olunmuş iş saatı müqabilində maaş alırsa, vaxtından kəsməsi ayədə buyurulduğu kimi, “tərəzidə və çəkidə aldatmaq" hökmündədir.
Bəziləri ayəni daha geniş mənada izah edərək ictimai və əxlaqi münasibətlərdə ilahi qanunlara və haqlara təcavüz etməyi bu mövzuya aid etmişlər. Düzdür, ayənin zahiri mənasından bu mənaları əldə etmək mümkün deyil, amma məqsədə uyğundr.
Həzrət Peyğəmbərin (s) yaxın səhabəsi Abdulla ibn Məsuddan nəql olunur: "Namazın da ölçü miqdarı vardır. Namazın haqqını tam olçüdə ödəyənə, Allah da savabını tam şəkildə ödəyər. Kim namazın haqqından əskildib kəsərsə, Allahın buyurduğu “tərəzidə aldadanlar” hökmü ona da şamil olunacaqdır." ⁷
Allah belə şəxsləri sual cümləsi ilə hədələyərək buyurur: “Onlar qaldırılacaqlarını düşünmürlərmi?
(أَلَايَظُنُّأُولَئِكَأَنَّهُممَّبْعُوثُونَ) "
"Böyük bir gündə?"
“O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar.”
(يَوْمَيَقُومُالنَّاسُلِرَبِّالْعَالَمِينَ)
Əgər onların Qiyamət gününə inam və imanları olsaydı, hər bir zərrə boyda yaxşı və pis əməlin yazıldığını və bir gün haqq - ədalət məhkəməsində etdikləri əməllərə görə cavab verəcəklərini bilsəydilər, heç vaxt insanların haqqına təcavüz etməzdilər.
Təfsir alimlərinin əksəriyyəti “yəzunn” sözünü bu ayədə “yəqin” mənasında işlədib. Buna oxşar digər ayələrə də rast gəlmək olar:
قَالَالَّذِينَيَظُنُّونَأَنَّهُممُلاقُواللهكممنفئةقليلةغَلَبَتْفَتَةٌكَثِيرَةٌبِإِذْنِاللهِ
"Amma Allahla görüşəcəklərini yəqin bilənlər (Qiyamət gününə inananlar) dedilər: "O qədər (sayca) az dəstə Allahın fərmanı ilə (sayca) çox dəstəyə qalib gəlib ki!"⁸
Bu ayənin təfsirində Həzrət Əlidən (ə) rəvayət olunmuş hədisdə “yəzunn” sözü “yəqin” mənasında işlədilib: Həzrət ayənin təfsirində buyurdu: "Onların qaldırılacaqları günə yəqinləri yoxdurmu?"
Həzrət Əli (ə) digər bir hədisdə buyurub: (zənn) sözünün iki mənası vardır: Yəqin və şəkk. Qurani-Kərimdə (zənn) sözü məad və Qiyamət barəsində işlənərsə, “yəqin”, dünya barəsində işlənərsə, “şəkk" mənasında olacaq.
Bəzi alimlər isə bu ayədə (yəzunnu) sözünü elə əsl mənasında, yəni “güman” mənasında işlədiblər. Yəni insanın onun vücudunu lərzəyə salan Qiyamətin dəhşətli səhnələrinin baş verəcəyinə gümanı belə olsa, yetər ki, pis işlərdən və günahdan çəkinsin. Amma bu bədbəxt günahkarların Qiyamətə nəinki yəqinləri, heç gümanları da yoxdur.
Rağib “Müfrədat” əsərində “zən" sözünün izahında yazır: İnsanın zehnindən keçən fikirlərdən yaranmış hala "" deyilir. Əgər bu fikirlərin söykənəcək möhkəm dəlil və sübutları olsa, "yəqin", zəif dəlil və sübutları olsa "güman” adlanacaq.
Bir sözlə, "zən" sözü hər iki mənada (yəqin və güman) işlənə bilər.
İncəliklər
Çəkidə aldatmaq yer üzündə törədilmiş fəsaddır
Qurani-Kərimin ayələrində ticarətdə, çəkidə və tərəzidə aldatmaq şiddətli məzəmmət olunub. Şüeyb peyğəmbərin (ə) əhvalatında qövmünə belə xitab olunub:
أَوْفُواالْكَيْلَوَلَاتَكُونُوامِنَالْمُحْسِرِينَوَزِنُوابِالْقِسْطَاسِالْمُسْتَقِيمِوَلَاتَبْخَسُواالنَّاسَ
أَشْيَاءهُمْوَلَاتَعْثَوْافِيالْأَرْضِمُفْسِدِينَ
“Ölçüyə tam riayət edin və başqalarını ziyana salmayın. Düz tərəzi ilə çəkin. İnsanların haqqını az qoymayın və yer üzündə fəsad törətməyə çalışmayın."⁹
Ayədən də bəlli olduğu kimi, ölçüyə riayət etməmək fəsadın yaranmasına səbəb olan əməldir.
Allah-taala "Ər-Rəhman” surəsinin 7 və 8-ci ayələrində ölçüdə ədalətli olmağı varlıq aləminin yaradılış ədaləti ilə eyni bərabər hesab edib.
وَالسَّمَاءِرَفَعَهَاوَوَضَعَالْمِيزَانَأَلَّاتَطْغَوْافِيالْمِيزَانِ
“Göyü ucaltdı, tərəzi və qanun qoydu ki, çəkidə həddi aşmayasınlz.”
Çəkidə və ölçüdə həddi aşmamaq olduqca əhəmiyyətli məsələdir. Hətta xilqət aləminin nizam-intizamının, əsas təməl prinsiplərindən biridir.¹⁰
Həzrət Peyğəmbər (s) və pak əhli-beyti (ə) bu məsələyə xüsusi önəm və əhəmiyyət vermişlər. Əsbəğ ibn Nəbatənin Həzrət Əlidən (ə) rəvayət etdiyi hədisdə deyilir:
يَامَعْشَرَالتِّجَارِالْفقْةَثُمَّالْمَنْجَرَ
"Ey ticarət əhli (ey tacirlər)! Əvvəl fiqhi (şəriət qanunlarını) öyrənin, sonra ticarət edin."
Bu sözü İmam (ə) üç dəfə təkrar etdi və sonra buyurdu:
# التَّاجِرُفَاجِرٌ،وَالْفَاجِرُفِيالنَّارِ،إِلَّامَنْأَخَذَالْحَقِّوَأَعْطَى
"Tacir günahkardır və günahkarın yeri Cəhənnəmdədir. Yalnız öz haqqına və insanların haqqına riayət edən (həddi aşmayan) tacirlər istisna olmaqla."¹¹
Başqa bir hədisdə İmam Baqir (ə) buyurub: “Əmirəlmöminin Əli (ə) Kufədə olanda hər gün sübh vaxtı Kufə bazarlarına gedərdi və (çəkidə və ölçüdə aldadıb camaata zülm edən tacirləri cəzalandırmaqdan ötrü) çiynində bir şallaq bazarları bir-bir gəzərdi. Hər bazarın ortasında daya- nıb buyurardı: "Ey tacirlər! Allahdan qorxun!"
Bazarda olanlar İmam Əlinin (ə) səsini eşitdikdə işdən əl çəkib böyük maraqla Həzrətin buyurduqlarına qulaq asardılar. Sonra Həzrət (ə) buyurardı:
# قَدِّمُواالْاسْتِحَارَةَوَتَبَرَّكُوابِالسُّهُولَةِ،وَاقْتَرِبُوامِنَالْمُبْتَاعِينَ،وَتَزَيَّنُوابِالْحِلْمِ،وَتَناهَوْاعَنِالْيَمِينِ،وَجَانِبُواالْكَذِبَ،وَتَجافَواعَنِالظُّلْمِوَأَنْصِفُواالْمَظْلُومِينَ،وَلاتَقْرَبُواالرِّبا،وَأَوْفُواالْكَيلَوَالْمِيزَانَ،وَلاتَبْخَسُواالنَّاسَأَشْيَائَهُمْوَلَاتَعْثَوْافِيالْأَرْضِمُفْسِدِينَ
"Hər şeydən öncə xeyir-bərəkəti Allahdan istəyin, camaatın işini asan tutmaqla ticarətinizi bərəkətli edin, alıcılara (mehribanlıq etməklə daha da) yaxın olun, helmi (səbri) zinətiniz qərar verin (müştərinin istək və suallarından yorulmayın), (malınızı satmaq üçün) and içməkdən, yalan danışmaqdan çəkinin, zülm etməyin, məzlumların haqqını özlə- rinə qaytarın (onlara qarşı insaflı olun), sələmə yaxın durmayın, çəkidə və ölçüdə həddinizi aşmayın, camaata çatacaq haqlarını kəsməyin və yer üzündə fəsad törətməyin.
Bu minvalla Həzrət (ə) bazarları gəzərdi və sonra Darül-imarəyə¹² qayıdıb öz işlərinə yetişərdi.”¹³
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Kimlər tərəzidə aldadarsa, əkin sahələri məhv olar və qıtlığa düçar olar."
Tərəzidə və çəkidə aldatmaq bəzi qəbilə və qövmlərin məhvə və əzaba düçar olmasına səbəb olmuşdur.
Ticarət haqqında rəvayət və hədislərin bəzisində belə deyilmişdir: “Daha yaxşı olar ki, möminlər çəkidə və tərəzidə (müştərinin xeyrinə) bir az artıq çəksinlər, haqlarını aldıqda bir az aşağı hesablasınlar (endirim etsinlər). (Yəni ayədə deyilən “tərəzidə aldadanların” gördükləri işin tam əksini görsünlər.)”¹⁴
Ayənin izahında qeyd etdiyimiz kimi, çəkidə aldatmağın mənasını digər ictimai, fərdi sahələrə aid etmək olar.