Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-İnşiqaq Surəsinin Ayələrinə Qayıt →
Əl-İnşiqaq Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

İnşiqaq surəsi, 1-9-cu ayələr

İnşiqaq surəsi, 1-9-cu ayələr



بِسْمِاللهِالرَّحْمَنِالرَّحِيمِ


إِذَاالسَّمَاءِانشَقَّتْ .١


وَأَذِنَتْلِرَبِّهَاوَحُقَّتْ .٢


وَإِذَاالْأَرْضُمُدَّت.٣


وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ .٤


وَأَذنَتْلرَبِّهَاوَحُقَّت .٥


يَاأَيُّهَاالْإِنسَانُإِنَّكَكَادِحٌإِلَىرَبِّكَكَدْحًافَمُلَاقِيهِ .٦


فَأَمَّامَنْأُوتِيَكِتَابَهُبِيَمِينِهِ .٧


فَسَوْفَيُحَاسَبُحِسَابًايَسِيرًا .٨


وَيَنقَلَبُإِلَىأَهْلِهِمَسْرُورًا .۹


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Göyün yarılacağı

2\. Və Rəbbinin əmrinə itaət göstərəcəyi zaman - belə də olmalıdır;

3\. Yerin genişlənəcəyi,

4\. İçindəkiləri kənara atıb boşalacağı

5\. Və Rəbbinin əmrinə itaət göstərəcəyi zaman - belə dəolmalıdır;

6\. Ey insan! Sən, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!

7\. Kimin əməl dəftəri sağ əlinə veriləcəksə,

8\. Tezliklə o, yüngül sorğu-suala tutulacaq

9\. Və sevincək öz ailəsinə qayıdacaqdır!

Ayələrin təfsiri



Kamilliyə doğru məşəqqətlə çalışmaq

Qeyd etdiyimiz kimi, surənin əvvəlində dəhşətli və böyük hadisədən, dünyanın sona çatmasından bəhs olunur: "Göyün yarılacağı" Bu ayənin bənzəri “İnfitar” surəsində də gəlmişdir:

إِذَاالسَّمَاءِانفَطَرَتْوَإِذَاالْكَوَاكِبُانتَثَرَتْ


"Göyün parçalanacağı zaman, ulduzların səpələnib töküləcəyi zaman"

Bu ayələr dünyanın viran olub sona yetməsinə işarədir.

Sonra isə buyurulur: "Və Rəbbinin əmrinə itaət göstərəcəyi zaman - belə da olmalıdır”

(وَأَذِنَتْلِرَبِّهَاوَحُقَّتْ)


Birdən belə təsəvvür olunar ki, asiman (göy üzü) o əzəməti ilə Allahın əmrinin müqabilində müqavimət göstərir. Xeyr, əsla belə deyil, o da (asiman) itaətkar bəndə kimi Allahın göstərişlərinə vəəmrlərinə tabe və təslimdir.

(əzinət) feili “qulaq” mənasında olan “.” (uzun) məsdərindən alınıb və ayədəki məfhumu isə "eşitmək" dir. Yəni Allahın əmrlərinə itaətkar və təslimdir. (huqqət) feilinin mənası “layiqdir”, “elə də olmalıdır" deməkdir.

Göylər Allahın əmrinə necə tabe olmaya bilər ki, hər an və hər ləhzə Allahın lütf və feyzindən bəhrələnir vəəgər bir an bu lütf və feyzdən məhrum olsa, məhv olub aradan gedər. Bəli, göylər və yerlər nəinki yaradılışda, hətta ömürlərinin sonlarına qədər Allahın əmrlərinə tabedirlər:

قَالَتَاأَتَيْنَاطَائعين"


Biz itaət göstərərək gəldik!”

Bəzi təfsir alimləri ayədəki (huqqət) feilini belə təfsir etmişlər: "Qiyamətin dəhşət və qorxusu o qədər böyükdür ki, göylər belə dağılaraq təlatümə uğrayacaq." Amma birinci təfsir daha həqiqətə yaxındır.

Sonrakı ayədə yerin vəziyyətinə işarə olunaraq buyurulur: “Yerin genişlənəcayi”

(وَإِذَاالْأَرْضُمُدَّت )


Qurani-Kərimin bir çox ayələrindən bəlli olduğu kimi, dağlar, təpələr və hündürlüklər toz halında məhv olub aradan gedəcək. Yer üzü düz və hamar olacaq və bütün bəndələri öz səhnəsində qəbul etmək üçün hazır vəziyyətə gətiriləcək. "Taha" surəsinin 105-107-ci ayələrində Uca və Əzəmətli Allah buyurur:

وَيَسْأَلُونَكَعَنِالْجِبَالِفَقُلْيَنسفُهَارَبِّينَسْفًافَيَذَرُهَاقَاعًاصَفْصَفًالَاتَرَىفِيهَا


عوَجًاوَلَاأَمْنا


"Səndən dağlar haqqında soruşurlar. De: "Rəbbim onları dağıdıb havaya sovuracaq. Sonra yer üzünü susuz, bitkisiz, hamar və boş düzəngaha çevirəcəkdir. Sən orada nə bir eniş, nə də bir yoxuş görməyəcəksən"."

Birinci və sonuncu yaranmışların toplaşacağı böyük ədalət məhkəməsinə belə də bir səhnə lazımdır! Bəzi təfsir alimləri demişlər: Allah Qiyamət günü bütün məxluqların cəm olması üçün yer üzünü indikindən daha da genişləndirəcək və böyüdəcək.³

Sonrakı ayədə belə buyurulur: “İçindəkiləri kənara atıb boşalacaq."

(وَأَلْقَتْمَافِيهَاوَتَحَلَّتْ)


Bu ayənin izahında təfsir alimlərinin yekdil söylədikləri fikir bundan ibarətdir ki, Qiyamət günü torpaq altında dəfn olunmuş bütün ölülər bir anda dirilərək qəbirlərdən qalxacaqlar. Ayənin bənzərinə "Zəlzələ” surəsinin 2-ci ayəsində də rast gəlmək olar:

وَأَخْرَجَتِالْأَرْضُأَثْقَالَهَا


"Yerin ağır yüklərini bayıra atacağı (gün)"

Həmçinin "Naziat" surəsinin 13 və 14-cü ayələrində belə buyurulur.

فَإِنَّمَاهِيَزَجْرَةٌوَاحِدَةٌفَإِذَاهُمبِالسَّاهِرَةِ


"Bu qayıdış təkcə uca bir səslə baş verəcək. Qəfildən onlar hamısı yerin səthinə çıxacaqlar."

Təfsir alimlərinin bəzilərinin dediyinə görə, insanlardan əlavə yer altında olan bütün xəzinə və mədənlər də yerin səthinə çıxacaq. Digər bir ehtimal isə bundan ibarətdir ki, dəhşətli zəlzələlər nəticəsində yeraltı qazlar və lavalar tamamilə aradan gedəcək və yer sabit və aram vəziyyətdə olacaq.

Yerin də göy kimi Allahın əmrinə təslim olacağına işarə edilərək buyurulur: “Və Rəbbinin əmrinə itaət göstərəcəyi zaman belədə olmalıdır”

(وَأَذنَتْلرَبِّهَاوَحُقَّتْ )


Bu əzəmətli və böyük hadisənin (Qiyamətin) baş verməsilə dünyanın, insanların, göylərin, yerlərin, xəzinələrin, mədənlərin, bir sözlə, bütün yaranmışların fənaya uğrayıb məhv olması ilə yanaşı, yeni bir həyatın başlanğıc nöqtəsi başlayır. Digər bir tərəfdən də bütün bu hadisələr məad məsələsində Uca və Əzəmətli Allahın qüdrət nişanəsidir. Bəli, bu hadisələr baş verdiyi andan insan yaxşı və pis əməllərinin nəticəsini müşahidə edəcək.

Sonra insanlara xitab edilərək onları qarşıda hansı hadisələrin gözlədiyi bəyan edilir: "Ey insan! Sən, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan”

(يَاأَيُّهَاالْإِنسَانُإِنَّكَكَادِحٌإِلَىرَبِّكَكَدْحًافَمُلَاقِيهِ)


(kədh) feilinin mənası “məşəqqətli vəəziyyətli çalışmaq” deməkdir. “Kəşşaf”, “Fəxr Razi” və “Ruhul-məani” təfsirlərində belə deyilir: (kǝdh) feilinin həqiqi mənası “dəridə iz qoyan çapıq” deməkdir. Ayədəki “səy göstərib çalışmaq” məfhumu da insanın ruhunda iz buraxacaq.

Bu ayə insanların ömürlərini əhatə etmiş məşəqqətli həyat tərzinə işarədir. Hətta insan dünya nemətlərini əldə etmək üçün məşəqqət vəəziyyətlərə qatlaşmalı olur. Axirət nemətlərinə və səadətinə qovuşması üçün daha da artıq əziyyət çəkməli və səy göstərməlidir. Elə dünyanın təbiəti də bundan ibarətdir. Hətta rifah içində yaşayan insanlar da əziyyət və məşəqqətdən sığortalanmayıblar. "sən Onunla (Rəbbinlə) qarşılaşacaqsan” ayəsinin izahı bundan ibarətdir ki, insan Qiyamətdə Allahın hakimiyyəti və hökmü ilə üz-üzə gələcək. Və yaxud hər bir insan yaxşı və pis əməlinin savab və mükafatı ilə qarşılaşacaq. Bu əziyyət və məşəqqətlər o günə kimi davam edəcək. Və o vaxt əziyyət və məşəqqətlərə son qoyulacaq ki, insanın dünyadakı əməllərinin şəxsi işi bağlana və insan pak və təmiz əməllərlə Rəbbinin hüzuruna gedə. Sırf rahatlıq və firavan həyat da məhz oradadır. Ayədə bütün insanlara xitab olunur, ayənin batini mənası isə bu həqiqəti bəyan edir: Allah, Ona doğru hərəkət etmək üçün lazım olan qüvvələri məxluq- ların ən şərəflisinin vücudunda qərar vermişdir. (Rəbb) sözünün ayədəki əsas mahiyyəti bundan ibarətdir ki, insanın bu dünyadakı müsbət yönümlü səy və çalışmaları əxlaqi dəyərlərlə tərbiyələnməsində, kamillik zirvəsinə çatmasında bəndəçiliyin əsas amillərindəndir. Bəli, biz hamımız yoxluq nöqtəsindən hərəkətə başlayıb eşq mənzilinə doğru səfər edən müsafirlərik.

Bəhs etdiyimiz ayənin bənzərinə Qurani-Kərimin digər bir surəsində də rast gəlmək olar:

وَأَنْإِلَىرَبِّكَالْمُنتَهَى


اود


“Bütün işlərin son nöqtəsi sənin Rəbbindir.⁴ ” Həmçinin buyurulur:

وَإِلَىاللَّهالْمَصِيرُ


"(Hər kəsin) qayıdışı Allahadır.”⁵

Digər ayələrdən də bəlli olduğu kimi, bütün canlıların təkamül mərhələsi Mütəal Allaha doğru hərəkət etməkləərsəyə gəlir.

Bu ayə də insanı iki dəstəyə ayırır: “Kimin əməl dəftəri sağ əlinə veriləcəksə”

(فَأَمَّامَنْأُوتِيَكِتَابَهُبِيَمِينِهِ)


"Tezliklə o, yüngül sorğu-suala tutulacaq" "Və sevincək öz ailəsinə qayıdacaqdır!"

Bu dəstədən olan insanlar o kəslərdir ki, Allahın təyin etdiyi nizam- intizamla, qanunlarla hərəkət etmişlər, bütün işləri Allaha xatir olub və Allaha görə dünya zəhmətlərinə, məşəqqətlərinə qatlaşıblar. Bu dəstədən olan insanlara Qiyamət günündəəməl dəftərləri sağ tərəfdən veriləcək. Bu isə imanlarının pak olduğuna və Qiyamətdə nicat tapmalarına müjdədir. Məhşər əhlindən bu şəxslər sevincək və başıuca olacaqlar. Ədalət məhkəməsində Allah bu şəxsləri asan və yüngül sorğu- sual edəcək, xətalarını əfv edəcək, imanlı vəəməlisaleh olduqları üçün günahları silinib əvəzinə xeyir əməllər yazılacaq. Təfsir alimlərinin - “yüngül sorğu-sual” ifadəsinə verdiyi izaha görə, əməllərin sorğu-sualı çətin tutulmayacaq, dəqiqliyi ilə hesab olunmayacaq, xəta- lara göz yumulacaq vəəvəzində xeyir əməllərin hər birinə mükafatlar veriləcək.

Həzrət Peyğəmbərdən (s) rəvayət olunmuş hədislərin birində oxuyuruq:

# ثَلاثُمَنْكُنَّفيهحاسَبَهُاللهحساباًيسيراً،وَأَدْخَلَهالْجَنَّةَبِرَحْمَتِهِ. قَالُوا: وَمَاهِيَ


# يارَسُولَاللهِ؟! قالَ: تُعْطىمَنْحَرَمَكَ،وَتَصِلُمَنْقَطَعَكَوَتَعْفُوعَمَّنْظَلَمَكَ


“Üç şey hər kimdə olsa, Allah həmin kəsin sorğu-sualını yüngül tutar və onu Öz rəhmətilə Cənnətə daxil edər.” (Səhabələr) soruşdular: “Ya Peyğəmbər, o üç şey hansılardır?!” Həzrət (s) buyurdu: “Səni məhrum edənə (əsirgəyənə) bəxşiş edəsən, sənləəlaqəni kəsənlə (küsənlə) barışasan, sənə zülm edəni bağışlayasan.”⁶

Hədislərdə bu mövzuya da rast gəlmək olur ki, Qiyamət günü hesab-kitabın dəqiq və sərt sorğu-sual olunması insanların ağıl və elmlərinin səviyyəsinə görə aparılacaq. İmam Muhəmməd Baqir (ə) buyurur:

# إِنَّمايداقُاللهُالْعِبادَفِيالْحِسابِيَوْمَالْقِيامَةِعَلىمَاآتَاهُمْمِنَالْعُقُولِفِيالدُّنْيا


"Allah Qiyamətdə insanları bu dünyada onlara verilmiş ağıllarının səviyyəsinə görə sorğu-sual edəcək."⁷

Ayədəki (əhl) sözünə müxtəlif izahlar verilmişdir:

1\. İman əhlindən olan ailəsi (həyat yoldaşı, övladları və s.) nəzərdə tutulur. Möminlər Behiştdə ailələrinə qovuşacaqlar və bu da Allahın böyük nemətlərindən biridir ki, insan sevdiyi yaxınları ilə Cənnətdə bir yerdə olacaq.

2\. Möminlər üçün Cənnətdə təyin olunmuş hurilər nəzərdə tutulur.

3\. İnsanın bu dünyada dostluq və yoldaşlıq etdiyi iman dostları. Eyni zamanda hər üç təfsiri də qəbul etmək olar.

İncəliklər:



1\. Möcüzədən xəbər verən hədis

Həzrət Əli (ə) (Göyün yarılacağı) ayəsinin təfsirində buyurmuşdur:

# إِنَّهَاتَنْشَقُمِنَالْمَجَرَّة


"Göylər qalaktikadan ayrılacaq"

2\. Heyrətamiz bir hədis

(göyün yarılacağı) ayəsinin təfsiri ilə bağlı imam Əlidən (ə) belə bir hədis nəql edilmişdir ki, göylər qalaktikalardan ayrılacaq. Bu, çox düşündürücü bir hədis olub, elmi möcüzələrdən sayılır. O dövrdə heç kimin başa düşə bilmədiyi bir məsələyə toxunur. Müasir astronomlar böyük teleskopların vasitəsilə kəşf etmişlər ki, dünya qalaktikalardan ibarətdir. Hər qalaktikanın öz sistemi, ulduzları vardır. Buna görə də onları “ulduzlar şəhəri" adlandırırlar. Qalaktika məhz bu ulduzlardan ibarətdir. Onun bir tərəfi bizdən o qədər uzaqdır ki, onun ulduzları bizə ağ buludlar kimi görünür. Əslində isə onlar bir- birinə yaxın parlaq ulduzlardır. Lakin bizə nisbətən yaxın olan tərəfinin ulduzlarını görə bilirik. Bunlar gecə göydə gördüyümüz ulduzlardır.

Beləliklə də, bizim Günəş sistemimiz həmin qalaktikanın tərkib hissə- sidir. Yuxarıdakı hədisdə İmam Əli (ə) buyurur ki, Qiyamətin astanasında bizim gördüyümüz ulduzlar qalaktikadan ayrılacaq və sistem tamamilə bir-birinə dəyəcək.

3\. Dünya - dərdlər və müsibətlər evi

Yuxarıda bəhs etdiyimiz ayədə qeyd olunduğu kimi, sözü “məşəqqətli vəəziyyətli səy göstərmək” mənasında işlənib. Xüsusilə ayə bütün insanlara xitab olunub və bu həqiqəti bəyan edir: Bu dünyada yaşayış və həyatın hər bir mərhələsi əziyyət və məşəqqətlə ötüşür. İstər bu əziyyətlər cismani olsun, istərsə də ruhi və fikri, hər bir bəşər övladı bu məşəqqətlərə qatlaşmağa məhkumdur.

Həzrət İmam Əli ibn Hüseyndən (ə) rəvayət olunmuş hədisdə oxuyuruq:

# أَلرّاحَةُلَمْتُخْلَقْفِيالدُّنْياوَلالاهلالدُّنْيا،إنَّماخُلقَتِالرّاحَةُفِيالْجَنَّةِوَلَاهْلِالْجَنَّةِ،وَالتَّعَبُوَالنَّصَبُخُلِقافيالدُّنْياوَلاِهْلِالدُّنْياوَماأُعْطِيَأَحَدٌمِنْهَاجَفْنَةٌإِلَّاأُعْطِيَمِنَالْحِرْصِمِثْلَيها،وَمَنْأَصابَمِنَالدُّنْياأَكْثَرَ،كانَفِيهَاأَشَدَّفَقْرًالأَنَّهُيَفْتَقِرُإِلَىالنَّاسِفِيحفظأَمْوَالِهِ،وَتَفْتَقِرُإِلىكُلِّآلَةمِنْآلاتِالدُّنْيَا،فَلَيسَفِيغِنَىالدُّنْياالرّاحَةُ!


“Dünya əhli üçün bu dünyada rahatlıq yoxdur, rahatlıq yalnız Behiştdədir və Behişt əhli üçündür. Narahatlıq, əziyyət və məşəqqət dünya və dünya əhli üçün xəlq olunub. (Buna görə də) kim dünyadan bir pay əldə edirsə, o payın iki misli tamah və hərislik ona nəsib olur. Hər kim dünyadan daha çox pay qazanırsa, bir o qədər də fəqir olur. Çünki belələri öz var-dövlətlərini qorumaq üçün başqalarına möhtac olur. Öz var-dövlətlərini qorumaq üçün əşyalara və vasitələrə ehtiyac duyurlar. Buna görə də dünya sərvətindədə rahatlıq yoxdur.” – İmam (ə) hədisin ardında buyurdu:

كلاماتَعِبَأَوْلِياءُاللهِفِىالدُّنْيالِلدُّنْيَا،بَلْتَعِبُوافِيالدُّنْيالِلْآخِرَةِ


"Allahın dostları bu dünyada dünya malına görə heç vaxt əziyyət çəkmirlər. Onların çəkdikləri əziyyət və məşəqqət Axirət dünyasına görədir."⁸