Mişkini Tərcüməsi:
Öz Rəbbi(nin mütləq iradəsi)nə qulaq asacağı zaman; (Onun belə etməsi) daha layiqlidir. (Bu iki cümlədə məqsəd budur ki: «İnsan öz Rəbbinə qovuşacaq və onunla haqq-hesab çəkiləcəkdir»).
Mişkini Tərcüməsi:
Ey insan, şübhəsiz, sən öz Rəbbin(in camal və cəlalını, savab və cəzasını görməy)ə doğru böyük bir səylə (yaradılışla və təbii yol ilə) çalışıb çabalayırsan. Beləliklə, sən Ona qovuşacaqsan.
7
Əl-İnşiqaq Surəsi, Ayə 7
فَأَمَّا مَنْ أُوتِىَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ
﴿7﴾
Mişkini Tərcüməsi:
Kimin əməl dəftəri sağ əlinə verilərsə
8
Əl-İnşiqaq Surəsi, Ayə 8
فَسَوْفَ يُحَاسَبُ حِسَابًۭا يَسِيرًۭا
﴿8﴾
Mişkini Tərcüməsi:
Onunla tez, asan, haqq-hesab çəkiləcək.
9
Əl-İnşiqaq Surəsi, Ayə 9
وَيَنقَلِبُ إِلَىٰٓ أَهْلِهِۦ مَسْرُورًۭا
﴿9﴾
Mişkini Tərcüməsi:
Və o, yaxınlarının (Cənnətdəki doğmalarının, huri və qılmanların) yanına sevinc və şadlıqla qayıdar.
Mişkini Tərcüməsi:
Kimin əməl dəftəri arxa tərəfindən (sol əlinə) verilərsə,
11
Əl-İnşiqaq Surəsi, Ayə 11
فَسَوْفَ يَدْعُوا۟ ثُبُورًۭا
﴿11﴾
Mişkini Tərcüməsi:
O, tezliklə fəryad edib öz ölümünü istəyər.
12
Əl-İnşiqaq Surəsi, Ayə 12
وَيَصْلَىٰ سَعِيرًا
﴿12﴾
Mişkini Tərcüməsi:
Və şölə çəkən oda daxil olar və yanar.
13
Əl-İnşiqaq Surəsi, Ayə 13
إِنَّهُۥ كَانَ فِىٓ أَهْلِهِۦ مَسْرُورًا
﴿13﴾
Mişkini Tərcüməsi:
O, öz yaxınlarının arasında (axirətdən qəflətdə, mal-dövlət və rütbəyə görə) sevinc içində idi.
14
Əl-İnşiqaq Surəsi, Ayə 14
إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ
﴿14﴾
Mişkini Tərcüməsi:
O elə zənn edirdi ki, əsla (Allaha tərəf) qayıtmayacaq.
15
Əl-İnşiqaq Surəsi, Ayə 15
بَلَىٰٓ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرًۭا
﴿15﴾
Mişkini Tərcüməsi:
Xeyr (qayıdacaqdır), həqiqətən, Rəbbi daim onun (hər bir) halını görəndir.
16
Əl-İnşiqaq Surəsi, Ayə 16
فَلَآ أُقْسِمُ بِٱلشَّفَقِ
﴿16﴾
Mişkini Tərcüməsi:
Xeyr, and olsun (qürubdan sonrakı) məğribin qırmızılığına (şəfəqə),
17
Əl-İnşiqaq Surəsi, Ayə 17
وَٱلَّيْلِ وَمَا وَسَقَ
﴿17﴾
Mişkini Tərcüməsi:
Və and olsun gecəyə və (gecənin) topladıqlarına (gündüz ora-bura yayılmış canlılara),
18
Əl-İnşiqaq Surəsi, Ayə 18
وَٱلْقَمَرِ إِذَا ٱتَّسَقَ
﴿18﴾
Mişkini Tərcüməsi:
And olsun hilal halında tədriclə nuru kamilləşməkdə (bədirlənməkdə olan) aya ki,
19
Əl-İnşiqaq Surəsi, Ayə 19
لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍۢ
﴿19﴾
Mişkini Tərcüməsi:
Şübhəsiz, siz haldan-hala düşəcəksiniz! (Dünyada cisminizin təkamül yolu nütfə halından ölüm halına kimi otuz haldan çoxdur. Ruhunuzun təkamül yolu isə İslamı qəbul etməkdən İlahi yaxınlıq olan kamaladəkdir. Dünyadan sonra Bərzəxə daxil olmaq, Qiyamətə keçmək və onun duracaqlarından Cənnətə və Cəhənnəmə daxil olmağa qədər yol gedəcəksiniz).
20
Əl-İnşiqaq Surəsi, Ayə 20
فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ
﴿20﴾
Mişkini Tərcüməsi:
Bəs, onlara nə olub ki, iman gətirmirlər?!