Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
85

Əl-Büruc Surəsi

22 Ayə 30-ci Cüz Məkkədə nazil olub
سُورَةُ البروج Ayətəllah Mişkini Tərcüməsi

Əl-Büruc Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Büruc Surəsi, Ayə 1

وَٱلسَّمَآءِ ذَاتِ ٱلْبُرُوجِ ﴿1﴾

Mişkini Tərcüməsi: And olsun bürcləri olan göyə,
2 Əl-Büruc Surəsi, Ayə 2

وَٱلْيَوْمِ ٱلْمَوْعُودِ ﴿2﴾

Mişkini Tərcüməsi: Və and olsun vəd olunmuş günə (Qiyamət gününə)
3 Əl-Büruc Surəsi, Ayə 3

وَشَاهِدٍۢ وَمَشْهُودٍۢ ﴿3﴾

Mişkini Tərcüməsi: Və and olsun («Uxdud» hadisəsini) müşahidə edənə və onların müşahidə etdiklərinə («Uxdud»da yandırılanlara, öz ümmətinə şahid olan hər bir peyğəmbərə və onun ümmətindən şahid olduğu hər bir saleh şəxsə, axirətdə bütün keçmiş peyğəmbərlərə şahid olacaq İslam Peyğəmbərinə və onun şahid olduğu kəslərə, axirətdə insanların əməllərinə şahid olan hər bir mələyə, onların şahid olduğu əməli saleh insanlara, Allah evini ziyarət edənlərə şahid olan «Həcərül-Əsvəd»ə və onun şahid olduqlarına);
4 Əl-Büruc Surəsi, Ayə 4

قُتِلَ أَصْحَٰبُ ٱلْأُخْدُودِ ﴿4﴾

Mişkini Tərcüməsi: Ölüm olsun o «xəndək» sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir və zalım şaha və onun köməkçilərinə)!
5 Əl-Büruc Surəsi, Ayə 5

ٱلنَّارِ ذَاتِ ٱلْوَقُودِ ﴿5﴾

Mişkini Tərcüməsi: O odunla dolu şölələnən atəş.
6 Əl-Büruc Surəsi, Ayə 6

إِذْ هُمْ عَلَيْهَا قُعُودٌۭ ﴿6﴾

Mişkini Tərcüməsi: O zaman onlar odun ətrafında (tamaşa etmək üçün) əyləşmişdilər.
7 Əl-Büruc Surəsi, Ayə 7

وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِٱلْمُؤْمِنِينَ شُهُودٌۭ ﴿7﴾

Mişkini Tərcüməsi: Və möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər.
8 Əl-Büruc Surəsi, Ayə 8

وَمَا نَقَمُوا۟ مِنْهُمْ إِلَّآ أَن يُؤْمِنُوا۟ بِٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ ﴿8﴾

Mişkini Tərcüməsi: Onlar möminlərə yalnız (sifətləri və işləri) həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha iman gətirdiklərinə görə eyib və irad tuturdular.
9 Əl-Büruc Surəsi, Ayə 9

ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ ﴿9﴾

Mişkini Tərcüməsi: O Allah ki, bütün göylərin və yerin həqiqi mülkiyyəti və malikiyyəti Ona məxsusdur (çünki, yaradılış, qorumaq və tədbir bunların hamısı Onun əlindədir). Allah hər bir şeyə nəzarətçi və şahiddir.
10 Əl-Büruc Surəsi, Ayə 10

إِنَّ ٱلَّذِينَ فَتَنُوا۟ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ ثُمَّ لَمْ يَتُوبُوا۟ فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ ٱلْحَرِيقِ ﴿10﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, mömin kişilərə və möminə qadınlara əzab və işgəncə verib sonra da tövbə etməyən kimsələr üçün cəhənnəm(in cürbəcür) əzabı və yandırıb-yaxan atəş əzabı vardır. (Bu ayədə ilk üç andın məqsədi göstərilir və dördüncü ayədən doqquzuncu ayəyədək and içilənlərin başlarına gətirilənlərin şərh edilir.)
11 Əl-Büruc Surəsi, Ayə 11

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُمْ جَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْكَبِيرُ ﴿11﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, iman gətirib saleh əməllər edənlər üçün (evlərinin və ağaclarının) altında çaylar axan Cənnətlər vardır! Budur böyük qurtuluş!
12 Əl-Büruc Surəsi, Ayə 12

إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ ﴿12﴾

Mişkini Tərcüməsi: Həqiqətən, sənin Rəbbinin qəhri (intiqamı) çox şiddətlidir.
13 Əl-Büruc Surəsi, Ayə 13

إِنَّهُۥ هُوَ يُبْدِئُ وَيُعِيدُ ﴿13﴾

Mişkini Tərcüməsi: Həqiqətən, (məxluqları) yoxdan var edən və (öldükdən, məhv olduqdan sonra yenidən əvvəlki halına) qaytaran Odur.
14 Əl-Büruc Surəsi, Ayə 14

وَهُوَ ٱلْغَفُورُ ٱلْوَدُودُ ﴿14﴾

Mişkini Tərcüməsi: Odur! (İtaətkarları) bağışlayan və çox sevən!
15 Əl-Büruc Surəsi, Ayə 15

ذُو ٱلْعَرْشِ ٱلْمَجِيدُ ﴿15﴾

Mişkini Tərcüməsi: (O,) ərşin sahibi (varlıq aləmində hökm sahibi) və (zat və sifətləri baxımdan) şanlı-şövkətlidir.
16 Əl-Büruc Surəsi, Ayə 16

فَعَّالٌۭ لِّمَا يُرِيدُ ﴿16﴾

Mişkini Tərcüməsi: İstədiyini qüdrətlə yerinə yetirəndir.
17 Əl-Büruc Surəsi, Ayə 17

هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْجُنُودِ ﴿17﴾

Mişkini Tərcüməsi: O, qoşunların (Allahın və Onun peyğəmbərlərinə qarşı qoşun çəkən keçmiş ümmətlərin) xəbəri sənə gəlib çatdımı?
18 Əl-Büruc Surəsi, Ayə 18

فِرْعَوْنَ وَثَمُودَ ﴿18﴾

Mişkini Tərcüməsi: Firon və (Saleh peyğəmbərin qövmü olan) Səmud (qoşunları necə məhv oldular)?!
19 Əl-Büruc Surəsi, Ayə 19

بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ فِى تَكْذِيبٍۢ ﴿19﴾

Mişkini Tərcüməsi: (Yalnız onlar təkzib etmədilər), (sənin qövmündən) kafir olan kəslər, (daha şiddətlə) inkar etməkdədir.
20 Əl-Büruc Surəsi, Ayə 20

وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطٌۢ ﴿20﴾

Mişkini Tərcüməsi: (Halbuki,) Allah onları hər cəhətdən (vücud, elm və qüdrət baxımından) əhatə edəndir. (Onların bütün ixtiyarı Allahın əlindədir)
21 Əl-Büruc Surəsi, Ayə 21

بَلْ هُوَ قُرْءَانٌۭ مَّجِيدٌۭ ﴿21﴾

Mişkini Tərcüməsi: (Bu kitab sehr və əfsanə deyildir,) əksinə o, oxunmalı, şanlı-şövkətli bir kitabdır.
22 Əl-Büruc Surəsi, Ayə 22

فِى لَوْحٍۢ مَّحْفُوظٍۭ ﴿22﴾

Mişkini Tərcüməsi: O, (yalan, təhrif, şeytan və cinlərdən) qorunmuş Lövhdə (Lövhi-Məhfuzda) yazılmışdır.
Əvvəlki: 84. Əl-İnşiqaq Bütün Surələr ↑ Növbəti: 86. Ət-Tariq