Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Ət-Tariq Surəsi, Ayə 1
وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ
﴿1﴾
Mişkini Tərcüməsi:
And olsun göyə və gecə gələnə!
2
Ət-Tariq Surəsi, Ayə 2
وَمَآ أَدْرَىٰكَ مَا ٱلطَّارِقُ
﴿2﴾
Mişkini Tərcüməsi:
Sən nə bilirsən o, gecə gələn nədir?!
3
Ət-Tariq Surəsi, Ayə 3
ٱلنَّجْمُ ٱلثَّاقِبُ
﴿3﴾
Mişkini Tərcüməsi:
O, (nuru qaranlıqları) yaran parlaq bir ulduzdur.
4
Ət-Tariq Surəsi, Ayə 4
إِن كُلُّ نَفْسٍۢ لَّمَّا عَلَيْهَا حَافِظٌۭ
﴿4﴾
Mişkini Tərcüməsi:
(Bütün bunlara and olsun) elə bir kəs yoxdur ki, onun (və əməllərinin) üzərində (əqidə və əməllərini səhifələrdə yazmaqla onu dünyada hadisələrdən saxlayan və Bərzəxdə və Qiyamətdə – əbədi mənzilin sərhədinə yetişənəcən onu qoruyan bir şəxsdən, ya bir dəstədən ibarət olan) bir gözətçi olmasın!
5
Ət-Tariq Surəsi, Ayə 5
فَلْيَنظُرِ ٱلْإِنسَٰنُ مِمَّ خُلِقَ
﴿5﴾
Mişkini Tərcüməsi:
Elə isə, insan baxmalıdır ki, nədən yaradılmışdır.
6
Ət-Tariq Surəsi, Ayə 6
خُلِقَ مِن مَّآءٍۢ دَافِقٍۢ
﴿6﴾
Mişkini Tərcüməsi:
O, sıçrayan bir sudan (kişi və qadın nütfəsinin qatışığından) yaradılmışdır.
Mişkini Tərcüməsi:
O, (su kişinin) belindən və (qadının) sinə sümüyünün arasından çıxır.
8
Ət-Tariq Surəsi, Ayə 8
إِنَّهُۥ عَلَىٰ رَجْعِهِۦ لَقَادِرٌۭ
﴿8﴾
Mişkini Tərcüməsi:
Şübhəsiz ki, O (yaradan Allah) onu (insanı ölümdən sonra həyata) qaytarmağa da qadirdir.
9
Ət-Tariq Surəsi, Ayə 9
يَوْمَ تُبْلَى ٱلسَّرَآئِرُ
﴿9﴾
Mişkini Tərcüməsi:
Gizlin sirlərin aşkar olacaqı (beyinlərin imanı və küfrü, nəfslərin fəzilətləri və rəzilətləri, qəlblərin sirləri və əməllərin gizliləri meydana çıxacağı) gün
10
Ət-Tariq Surəsi, Ayə 10
فَمَا لَهُۥ مِن قُوَّةٍۢ وَلَا نَاصِرٍۢ
﴿10﴾
Mişkini Tərcüməsi:
(O gün, İlahi əzabının müqabilində) onun nə bir gücü, nə də bir köməkçisi olar.
11
Ət-Tariq Surəsi, Ayə 11
وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجْعِ
﴿11﴾
Mişkini Tərcüməsi:
And olsun dönüşü olan göyə! (Buxarlar göyə qalxdıqdan sonra yağış şəklində qayıdırlar və ulduzları qürub etdikdən sonra şərq tərəfdən geri qayıdırlar.)
12
Ət-Tariq Surəsi, Ayə 12
وَٱلْأَرْضِ ذَاتِ ٱلصَّدْعِ
﴿12﴾
Mişkini Tərcüməsi:
And olsun (bulaqların qaynaması, bitkilərin bitməsi və Qiyamət günü qoynundakıları çölə tökmək üçün) yarıqları olan yerə ki,
13
Ət-Tariq Surəsi, Ayə 13
إِنَّهُۥ لَقَوْلٌۭ فَصْلٌۭ
﴿13﴾
Mişkini Tərcüməsi:
Quran şübhəsiz, (haqla batili) ayıran qəti bir kəlamdır!
14
Ət-Tariq Surəsi, Ayə 14
وَمَا هُوَ بِٱلْهَزْلِ
﴿14﴾
Mişkini Tərcüməsi:
Və əsla boş bir söz və zarafat deyildir!
15
Ət-Tariq Surəsi, Ayə 15
إِنَّهُمْ يَكِيدُونَ كَيْدًۭا
﴿15﴾
Mişkini Tərcüməsi:
Əlbəttə, onlar daim hiylə və məkr işlədirlər.
16
Ət-Tariq Surəsi, Ayə 16
وَأَكِيدُ كَيْدًۭا
﴿16﴾
Mişkini Tərcüməsi:
Və mən də (hiylələrinin müqabilində) bir tədbir tökərəm.
Mişkini Tərcüməsi:
Belə isə, (ya Peyğəmbər!) kafirlərə möhlət ver və onları bir az öz başlarına burax (bir müddət mücadilə, mübarizə və intiqama başlama).