Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
87

Əl-Əla Surəsi

19 Ayə 30-ci Cüz Məkkədə nazil olub
سُورَةُ الأعلى Ayətəllah Mişkini Tərcüməsi

Əl-Əla Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Əla Surəsi, Ayə 1

سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى ﴿1﴾

Mişkini Tərcüməsi: Ən üstün və uca olan Rəbbinin adını pak və müqəddəs tut! (Dillə Onun paklığına sitayiş et, qəlblə Onu hər bir eyb və nöqsandan pak bil, və Ona məxsus adları Ondan başqasına aid etmə, o adları təhrif etmə və nalayiq yozumlar etmə.)
2 Əl-Əla Surəsi, Ayə 2

ٱلَّذِى خَلَقَ فَسَوَّىٰ ﴿2﴾

Mişkini Tərcüməsi: O kəs ki, (hər bir varlığı) xəlq etdi və (onun tərkib hissələrini yaradılışındakı əsl məqsədə uyğun olaraq) qaydaya saldı (nizamladı).
3 Əl-Əla Surəsi, Ayə 3

وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ ﴿3﴾

Mişkini Tərcüməsi: Və o kəs ki, (hər bir məxluq üçün kəmiyyət və keyfiyyət baxımından) bir əndazə (ölçü) qoydu, beləliklə də (onları öz kamilliklərinə doğru) yönəltdi.
4 Əl-Əla Surəsi, Ayə 4

وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ ﴿4﴾

Mişkini Tərcüməsi: O kəs ki, (yerin köksündən) otlaq çıxartdı.
5 Əl-Əla Surəsi, Ayə 5

فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ ﴿5﴾

Mişkini Tərcüməsi: (Al-əlvan rənglərə boyandıqdan) sonra onu qara rəngli quru çör-çöpə döndərdi.
6 Əl-Əla Surəsi, Ayə 6

سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ ﴿6﴾

Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) Tezliklə sənə (bütün Quranı – əzəli elmdə və Lövhi-Məhfuzda olan əsl tənzimi ilə) oxudarıq, belə ki, əsla unutmazsan.
7 Əl-Əla Surəsi, Ayə 7

إِلَّا مَا شَآءَ ٱللَّهُ ۚ إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ وَمَا يَخْفَىٰ ﴿7﴾

Mişkini Tərcüməsi: Allahın istədiyindən başqa (ki, əsla istəməz də, lakin Onun qüdrəti daim məhfuzdur), həqiqətən, O, aşkar olanı da, gizli olanı da bilir.
8 Əl-Əla Surəsi, Ayə 8

وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ ﴿8﴾

Mişkini Tərcüməsi: Və səni (dəvətdə və hidayətdə olan) ən asan yol üçün hazır və müyəssər edərik.
9 Əl-Əla Surəsi, Ayə 9

فَذَكِّرْ إِن نَّفَعَتِ ٱلذِّكْرَىٰ ﴿9﴾

Mişkini Tərcüməsi: Əgər öyüd - nəsihət fayda verəcəksə (onlara) öyüd-nəsihət ver,
10 Əl-Əla Surəsi, Ayə 10

سَيَذَّكَّرُ مَن يَخْشَىٰ ﴿10﴾

Mişkini Tərcüməsi: (Allahdan) qorxmaq qabiliyyətinə malik olan şəxs tezliklə öyüd-nəsihət alacaqdır.
11 Əl-Əla Surəsi, Ayə 11

وَيَتَجَنَّبُهَا ٱلْأَشْقَى ﴿11﴾

Mişkini Tərcüməsi: Ən bədbəxt şəxs (və Allahdan qorxmayan), ondan (öyüd-nəsihətdən) uzaqlaşar.
12 Əl-Əla Surəsi, Ayə 12

ٱلَّذِى يَصْلَى ٱلنَّارَ ٱلْكُبْرَىٰ ﴿12﴾

Mişkini Tərcüməsi: O kəs ki, ən böyük oda girəcək və yanacaqdır.
13 Əl-Əla Surəsi, Ayə 13

ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ ﴿13﴾

Mişkini Tərcüməsi: Sonra isə orada nə (həqiqətən,) öləcək və nə də (rahat) yaşayacaqdır.
14 Əl-Əla Surəsi, Ayə 14

قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ ﴿14﴾

Mişkini Tərcüməsi: Həqiqətən, nicat tapdı (o kəs) ki, özünü (fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən) pak etdi, təkamülə yetişdi və zəkat verdi
15 Əl-Əla Surəsi, Ayə 15

وَذَكَرَ ٱسْمَ رَبِّهِۦ فَصَلَّىٰ ﴿15﴾

Mişkini Tərcüməsi: Və öz Rəbbinin adını zikr etdi və namaz qıldı.
16 Əl-Əla Surəsi, Ayə 16

بَلْ تُؤْثِرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا ﴿16﴾

Mişkini Tərcüməsi: Lakin (siz o nicatın sorağına getmirsiniz), əksinə, siz dünya həyatını üstün tutursunuz.
17 Əl-Əla Surəsi, Ayə 17

وَٱلْءَاخِرَةُ خَيْرٌۭ وَأَبْقَىٰٓ ﴿17﴾

Mişkini Tərcüməsi: Halbuki axirət daha xeyirli və daha baqidir.
18 Əl-Əla Surəsi, Ayə 18

إِنَّ هَٰذَا لَفِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ ﴿18﴾

Mişkini Tərcüməsi: Həqiqətən, bu (deyilənlər: mənəvi paklıq və nicat, öyüd-nəsihət və namaz, dünyanı axirətdən üstün tutma) bütün keçmiş səmavi kitablarda yazılmışdır.
19 Əl-Əla Surəsi, Ayə 19

صُحُفِ إِبْرَٰهِيمَ وَمُوسَىٰ ﴿19﴾

Mişkini Tərcüməsi: İbrahimin və Musanın kitablarında.
Əvvəlki: 86. Ət-Tariq Bütün Surələr ↑ Növbəti: 88. Əl-Ğaşiyə