Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
84

Əl-İnşiqaq Surəsi

25 Ayə 30-ci Cüz Məkkədə nazil olub
سُورَةُ الإنشقاق Ayətəllah Mişkini Tərcüməsi

Əl-İnşiqaq Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-İnşiqaq Surəsi, Ayə 1

إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتْ ﴿1﴾

Mişkini Tərcüməsi: Göylər yarılacağı
2 Əl-İnşiqaq Surəsi, Ayə 2

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ﴿2﴾

Mişkini Tərcüməsi: Və öz Rəbbi(nin mütləq iradəsi)nə qulaq asacağı zaman; (Onun belə etməsi) daha layiqlidir.
3 Əl-İnşiqaq Surəsi, Ayə 3

وَإِذَا ٱلْأَرْضُ مُدَّتْ ﴿3﴾

Mişkini Tərcüməsi: Yer genişlənəcəyi (böyüyüb dağlarsız, dənizlərsiz, dümdüz olacağı) zaman,
4 Əl-İnşiqaq Surəsi, Ayə 4

وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ ﴿4﴾

Mişkini Tərcüməsi: Qoynunda olanları çölə tullayıb boşaldacağı zaman,
5 Əl-İnşiqaq Surəsi, Ayə 5

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ﴿5﴾

Mişkini Tərcüməsi: Öz Rəbbi(nin mütləq iradəsi)nə qulaq asacağı zaman; (Onun belə etməsi) daha layiqlidir. (Bu iki cümlədə məqsəd budur ki: «İnsan öz Rəbbinə qovuşacaq və onunla haqq-hesab çəkiləcəkdir»).
6 Əl-İnşiqaq Surəsi, Ayə 6

يَٰٓأَيُّهَا ٱلْإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًۭا فَمُلَٰقِيهِ ﴿6﴾

Mişkini Tərcüməsi: Ey insan, şübhəsiz, sən öz Rəbbin(in camal və cəlalını, savab və cəzasını görməy)ə doğru böyük bir səylə (yaradılışla və təbii yol ilə) çalışıb çabalayırsan. Beləliklə, sən Ona qovuşacaqsan.
7 Əl-İnşiqaq Surəsi, Ayə 7

فَأَمَّا مَنْ أُوتِىَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ ﴿7﴾

Mişkini Tərcüməsi: Kimin əməl dəftəri sağ əlinə verilərsə
8 Əl-İnşiqaq Surəsi, Ayə 8

فَسَوْفَ يُحَاسَبُ حِسَابًۭا يَسِيرًۭا ﴿8﴾

Mişkini Tərcüməsi: Onunla tez, asan, haqq-hesab çəkiləcək.
9 Əl-İnşiqaq Surəsi, Ayə 9

وَيَنقَلِبُ إِلَىٰٓ أَهْلِهِۦ مَسْرُورًۭا ﴿9﴾

Mişkini Tərcüməsi: Və o, yaxınlarının (Cənnətdəki doğmalarının, huri və qılmanların) yanına sevinc və şadlıqla qayıdar.
10 Əl-İnşiqaq Surəsi, Ayə 10

وَأَمَّا مَنْ أُوتِىَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهْرِهِۦ ﴿10﴾

Mişkini Tərcüməsi: Kimin əməl dəftəri arxa tərəfindən (sol əlinə) verilərsə,
11 Əl-İnşiqaq Surəsi, Ayə 11

فَسَوْفَ يَدْعُوا۟ ثُبُورًۭا ﴿11﴾

Mişkini Tərcüməsi: O, tezliklə fəryad edib öz ölümünü istəyər.
12 Əl-İnşiqaq Surəsi, Ayə 12

وَيَصْلَىٰ سَعِيرًا ﴿12﴾

Mişkini Tərcüməsi: Və şölə çəkən oda daxil olar və yanar.
13 Əl-İnşiqaq Surəsi, Ayə 13

إِنَّهُۥ كَانَ فِىٓ أَهْلِهِۦ مَسْرُورًا ﴿13﴾

Mişkini Tərcüməsi: O, öz yaxınlarının arasında (axirətdən qəflətdə, mal-dövlət və rütbəyə görə) sevinc içində idi.
14 Əl-İnşiqaq Surəsi, Ayə 14

إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ ﴿14﴾

Mişkini Tərcüməsi: O elə zənn edirdi ki, əsla (Allaha tərəf) qayıtmayacaq.
15 Əl-İnşiqaq Surəsi, Ayə 15

بَلَىٰٓ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرًۭا ﴿15﴾

Mişkini Tərcüməsi: Xeyr (qayıdacaqdır), həqiqətən, Rəbbi daim onun (hər bir) halını görəndir.
16 Əl-İnşiqaq Surəsi, Ayə 16

فَلَآ أُقْسِمُ بِٱلشَّفَقِ ﴿16﴾

Mişkini Tərcüməsi: Xeyr, and olsun (qürubdan sonrakı) məğribin qırmızılığına (şəfəqə),
17 Əl-İnşiqaq Surəsi, Ayə 17

وَٱلَّيْلِ وَمَا وَسَقَ ﴿17﴾

Mişkini Tərcüməsi: Və and olsun gecəyə və (gecənin) topladıqlarına (gündüz ora-bura yayılmış canlılara),
18 Əl-İnşiqaq Surəsi, Ayə 18

وَٱلْقَمَرِ إِذَا ٱتَّسَقَ ﴿18﴾

Mişkini Tərcüməsi: And olsun hilal halında tədriclə nuru kamilləşməkdə (bədirlənməkdə olan) aya ki,
19 Əl-İnşiqaq Surəsi, Ayə 19

لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍۢ ﴿19﴾

Mişkini Tərcüməsi: Şübhəsiz, siz haldan-hala düşəcəksiniz! (Dünyada cisminizin təkamül yolu nütfə halından ölüm halına kimi otuz haldan çoxdur. Ruhunuzun təkamül yolu isə İslamı qəbul etməkdən İlahi yaxınlıq olan kamaladəkdir. Dünyadan sonra Bərzəxə daxil olmaq, Qiyamətə keçmək və onun duracaqlarından Cənnətə və Cəhənnəmə daxil olmağa qədər yol gedəcəksiniz).
20 Əl-İnşiqaq Surəsi, Ayə 20

فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ ﴿20﴾

Mişkini Tərcüməsi: Bəs, onlara nə olub ki, iman gətirmirlər?!
21 Əl-İnşiqaq Surəsi, Ayə 21

وَإِذَا قُرِئَ عَلَيْهِمُ ٱلْقُرْءَانُ لَا يَسْجُدُونَ ۩ ﴿21﴾

Mişkini Tərcüməsi: Onlara Quran oxunduqda, səcdəyə qapanmırlar?!
22 Əl-İnşiqaq Surəsi, Ayə 22

بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ يُكَذِّبُونَ ﴿22﴾

Mişkini Tərcüməsi: Əksinə, kafir olanlar daim təkzib edirlər.
23 Əl-İnşiqaq Surəsi, Ayə 23

وَٱللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ ﴿23﴾

Mişkini Tərcüməsi: Allah onların öz qəlblərində gizlətdiklərini (küfr və inadı) daha yaxşı biləndir.
24 Əl-İnşiqaq Surəsi, Ayə 24

فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ ﴿24﴾

Mişkini Tərcüməsi: Belə isə, onlara ağrılı bir əzabın mücdəsini ver!
25 Əl-İnşiqaq Surəsi, Ayə 25

إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍۭ ﴿25﴾

Mişkini Tərcüməsi: Yalnız iman gətib yaxşı iş görənlərdən başqa. Onlar üçün minnətsiz və bitib-tükənmək bilməyən bir mükafat vardır.
Əvvəlki: 83. Əl-Mütəffifin Bütün Surələr ↑ Növbəti: 85. Əl-Büruc