Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Ğaşiyə Surəsinin Ayələrinə Qayıt →
Əl-Ğaşiyə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Ğaşiyə surəsi, 1-7-ci ayələr

Ğaşiyə surəsi, 1-7-ci ayələr



بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيم


هَلْأَتَاكَحَدِيثُالْغَاشِيَة .١


وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ .٢


عَامِلَةٌ نَاصِبَةٌ .٣


تَصْلَىنَارًاحَامِيَةً .٤


تُسْقَىمِنْعَيْنٍآنِيَةٍ .٥


لَّيْسَلَهُمْطَعَامٌإِلَّامِنضَرِيعٍ .٦


لَايُسْمِنُوَلَايُغْنِيمِنجُوعٍ .٧


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. (Aləmi) bürüyənin xəbəri sənə gəlib çatdımı?

2\. O gün neçə-neçə üzlər xar olub yerə dikiləcək,

3\. Davamlı əməl edib əldən düşənlər (əməlinin nəticəsi olma- yanlar),

4\. çox isti oda girəcəklər,

5\. onlara qaynar çeşmədən içirdiləcəkdir.

6\. Onlara pis qoxulu zəhərli tikandan başqa bir yemək veril- mayacakdir.

7\. O yemək onları nə kökəldər, nə də aclıqdan xilas edər.

Ayələrin təfsiri.



Xar olmuş üzlər.

Surənin başlanğıcında Qiyamətin yeni bir adı ilə rastlaşırıq - “Ğaşiyə” “(Aləmi) bürüyənin xəbəri sənə gəlib çatdımı?”

(ğaşiyə) sözünün məsdəri “ölü” (ğişavə), mənası isə “bürümək”, “əhatəyə almaq” deməkdir. Qiyamətin bir adının “Ğaşiyə” adlanmasının səbəbi budur ki, bütün dəhşətli hadisələr Qiyamət səhnəsini bürüyəcək.

Bəzi təfsir alimləri bu haqda müxtəlif səbəbə işarə ediblər:

· Qiyamət günü ilk yaranan məxluqdan sonuncu məxluqa kimi hamı hesab verəcək.

\- Kafirləri və cinayətkarları Cəhənnəm atəşi bürüyəcək.

Birinci təfsir surənin ümumi məzmunu ilə uyğun gəlir. Ayənin zahiri mənasına diqqət yetirsək, görərik ki, burada sual cümləsi ilə Həzrət Peyğəmbərin (s) özünə xitab olunur. Bu da Qiyamət gününün əzəmətini və əhəmiyyətini bəyan edir. Bəzi təfsir alimləri ayənin hər bir insana xitab olduğunu iddia etmişlər. Bu isə məna baxımından uyğun gəlmir.

Növbəti ayədə günahkarların aqibətinə işarə olunaraq deyilir: “O gün neçə-neçə üzlər xar olub yerə dikiləcək”.

Qiyamət gününün əzab və qorxusu günahkarların bütün vücudlarını bürüyəcək. İnsanın daxilində keçirtdiyi hisslər istər-istəməz üzündə büruzə verir. Qiyamətdə günahkarların keçirtdikləri qorxu və vəhşət hissi onların üzlərində zahir olacaq. Bəzi təfsir alimləri (vücuh) sözünü öndə gedənlər, başçılar mənasına təfsir ediblər. Belə ki Qiyamət günü öndə gedən zalımlar xar olaraq başları yerə dikiləcək. Amma birinci təfsir ayənin ümumi mənasi ilə uyğun gəlir.

Növbəti ayədə deyilir: “Davamlı əməl edib əldən düşənlər (əməlinin nəticəsi olmayanlar)

(عاملَةٌنَّاصِبَةٌ)


Dünyada çox çalışıb haqsızlıq etdilər və bu yolda əllərindən gələni əsirgəmədilər, amma nəticədə yorğunluqdan, ömürlərini bərbad etməkdən başqa heç bir fayda əldə etmədilər. Allahın hüzurunda nə qəbul olunası bir xeyir iş gördülər, nə də yığdıqları var-dövlətdən özləri ilə apara bildilər. Nə özlərindən sonra yaxşı ad qoydular, nə də özlərindən sonra əməlisaleh varis qoyub getdilər. Belələri gecə-gündüz çalışıb boş yerə zəhmət çəkən bədbəxtlərdir.

Bəzi təfsirçilər ayəni belə izah etmişlər: Onlar bu dünyada zəhmət çəkdilər, axirətdə isə ağrı-acısını çəkəcəklər.

Bəziləri isə ayəyə daha bir başqa məna verib: Günahkarların Cəhənnəmdə əzabı daha ağır olsun deyə onları dözülməz işkəncəli işlər görməyə məcbur edəcəklər.

Ümumilikdə isə birinci təfsir ayənin mənasına daha münasibdir. Nəhayət, bu dünyada əbəs yerə zəhmətə qatlaşan günahkarlar “çox isti oda girəcəklər. (تَصْلَىنَارًاحَامِيَةً) "

(təsla) sözünün məsdəri (səly) sözüdür, mənası isə "oda daxil olub yanmaq" deməkdir. Onlarin əzabı bununla bitmir, odun- alovun hərarətindən susadıqda “onlara qaynar çeşmədən içirdiləcəkdir.”

تُسْقَىمِنْعَيْنٍآنِيَةٍ)


(aniyə) sözünün mənası “bir şeyin son həddini gözləmək” deməkdir. Ayədə isə bu söz “suyun ən qaynar həddə olması” mənasında işlənmişdir. "Kəhf” surəsinin 29-cu ayəsində oxuyuruq:

وَإِنيَسْتَغِيثُوايُغَاثُوابِمَاءكَالْمُهْلِيَشْوِيالْوُجُوهَبِئْسَالشَّرَابُوَسَاءتْمُرْتَفَقًا


"Onlar su istədikdə onlara üzləri bişirən əridilmiş metala bənzər bir su gətiriləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!"

Növbəti ayədə onların acdıqları vaxt yeyəcəkləri qidaya işarə olunmuşdur: "Onlara pis qoxulu zəhərli tikandan başqa bir yemək verilməyəcəkdir.”

لَّيْسَلَهُمْطَعَامٌإِلَّامِنضَرِيع


(zəri) sözünün mənasına təfsir alimləri müxtəlif izahlar vermişlər:

Yerə yapışan tikanlı qanqallar. Təzə cücərən vaxtı bu tikanlı ota ərəblər (şəbrəq) deyirlər, quruduqda isə (zəri) adlanır. Olduqca zəhərli otdur və heç bir heyvan bu otdan yemir.\[3\]

\- Lüğət alimi Xəlil demişdir: (zəri) dəryada bitən pis qoxulu yaşıl bitki növüdür.

\- İbn Abbas deyir: (zəri) oddan ibarət olan bir ağacdır. Əgər o ağac bu dünyada olsaydı, ətrafında olan hər bir şeyi yandırıb kül edərdi. - Həzrət Peyğəmbərdən (s) rəvayət olunmuş hədisdə oxuyuruq:

# الضَّرِيعُشَيْءٌيَكُونُفِيالنَّارِيشبهُالشَّوْكَ،أَشَدُّمَرَارَةٌمِنَالصَّبْرِ،وَأَنْتَنُمِنَالْجِيفَةِ،وَأَحَرُّمِنَالنَّارِ،سَمَاهُاللَّهُضَرِيعاً


(zəri) Cəhənnəmdə tikanlı qanqala oxşayan acı, murdardan da üfunətli, oddan da hərarətli bitkidir. Allah bunu “zəri” adlandırıb.”\[4\] - Bəziləri isə bu sözün mənasını belə izah etmişlər: (zəri) Cəhənnəmi xar və zəliledici qida növüdür. Cəhənnəm əhli bu qidadan qurtulmaq üçün Allaha yalvaracaq.\[5\]

Deyilən bütün təfsirləri ayənin mənasına şamil etmək olar. Bəhsimizin sonuncu ayəsində isə deyilir: "O yemək onları nə kökəldər, nə də aclıqdan xilas edər."

Təbii ki, belə bir qida növü nə bədənə qüvvət verər, nə də aclığı aradan aparar. "Muzzəmmil” surəsinin 13-cü ayəsində oxuyuruq:

وَطَعَامًاذَاغُصَّةوَعَذَابًاأَلِيمًا


"Boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da (vardır)."

Bu dünyada zülm edərək ləziz və şirin yeməklər yeyən zalımlar insanların haqqını ayaq altına alaraq imkan vermədilər ki, məzlumların boğazından tikə keçsin. Əvəzində isə Cəhhənəmdə də onların boğa- zında tıxanıb keçməyən ağrılı-acılı əzab olacaq.

Keçmiş bəhslərdə də dəfələrlə qeyd etmişik və bir daha deyirik ki, nə Cənnətin nemətləri, nə də Cəhənnəmin əzablarını bu dünyanın nemətləri və əzabları ilə müqayisə edib bənzətmək mümkündür.