Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əl-Ğaşiyə Surəsi, Ayə 1
هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْغَٰشِيَةِ
﴿1﴾
Mişkini Tərcüməsi:
(Dəhşəti bütün aləmi) bürüyəcək hadisənin (Qiyamətin) xəbəri sənə yetişdimi?
2
Əl-Ğaşiyə Surəsi, Ayə 2
وُجُوهٌۭ يَوْمَئِذٍ خَٰشِعَةٌ
﴿2﴾
Mişkini Tərcüməsi:
O gün (bəzi) üzlər zəlil və çökmüş olar.
3
Əl-Ğaşiyə Surəsi, Ayə 3
عَامِلَةٌۭ نَّاصِبَةٌۭ
﴿3﴾
Mişkini Tərcüməsi:
Onlar (əbəs yerə) səy edənlər, zəhmətə düşənlərdir. (Onların dünyəvi əməlləri axirət əzab-əziyyətinə səbəb olar). Yaxud da axirət əzabının içərisində əziyyət çəkənlərdir.
4
Əl-Ğaşiyə Surəsi, Ayə 4
تَصْلَىٰ نَارًا حَامِيَةًۭ
﴿4﴾
Mişkini Tərcüməsi:
Çox hərarətli oda girəcəklər, onun hərarətini dadacaq və yanacaqlar.
5
Əl-Ğaşiyə Surəsi, Ayə 5
تُسْقَىٰ مِنْ عَيْنٍ ءَانِيَةٍۢ
﴿5﴾
Mişkini Tərcüməsi:
Qaynar bulaqdan içirdiləcəklər.
6
Əl-Ğaşiyə Surəsi, Ayə 6
لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍۢ
﴿6﴾
Mişkini Tərcüməsi:
Onların yeməyi qurumuş, acı tikandan başqa bir şey olmaz. (Onu heç heyvanlar da yeməz).
7
Əl-Ğaşiyə Surəsi, Ayə 7
لَّا يُسْمِنُ وَلَا يُغْنِى مِن جُوعٍۢ
﴿7﴾
Mişkini Tərcüməsi:
(O yemək onları) nə kökəldər və nə də aclıqdan qurtarar.
8
Əl-Ğaşiyə Surəsi, Ayə 8
وُجُوهٌۭ يَوْمَئِذٍۢ نَّاعِمَةٌۭ
﴿8﴾
Mişkini Tərcüməsi:
O gün (bəzi) üzlər (isə) şad və təravətli olar.
9
Əl-Ğaşiyə Surəsi, Ayə 9
لِّسَعْيِهَا رَاضِيَةٌۭ
﴿9﴾
Mişkini Tərcüməsi:
Onlar öz (dünyəvi) səylərindən razı və xoşnud olacaqlar.
10
Əl-Ğaşiyə Surəsi, Ayə 10
فِى جَنَّةٍ عَالِيَةٍۢ
﴿10﴾
Mişkini Tərcüməsi:
Ali və uca məqamlı Cənnətdə olarlar.
11
Əl-Ğaşiyə Surəsi, Ayə 11
لَّا تَسْمَعُ فِيهَا لَٰغِيَةًۭ
﴿11﴾
Mişkini Tərcüməsi:
Əsla orada boş və bihudə bir söz eşitməzsən və eşitməzlər.
12
Əl-Ğaşiyə Surəsi, Ayə 12
فِيهَا عَيْنٌۭ جَارِيَةٌۭ
﴿12﴾
Mişkini Tərcüməsi:
Orada daim axan bulaq var.
13
Əl-Ğaşiyə Surəsi, Ayə 13
فِيهَا سُرُرٌۭ مَّرْفُوعَةٌۭ
﴿13﴾
Mişkini Tərcüməsi:
Orada uca, qiymətli taxtlar var.
14
Əl-Ğaşiyə Surəsi, Ayə 14
وَأَكْوَابٌۭ مَّوْضُوعَةٌۭ
﴿14﴾
Mişkini Tərcüməsi:
(Bulağın yanında onların qarşısına) piyalələr qoyulmuşdur.
15
Əl-Ğaşiyə Surəsi, Ayə 15
وَنَمَارِقُ مَصْفُوفَةٌۭ
﴿15﴾
Mişkini Tərcüməsi:
Bir-birinin yanına düzülmüş yastıqlar
16
Əl-Ğaşiyə Surəsi, Ayə 16
وَزَرَابِىُّ مَبْثُوثَةٌ
﴿16﴾
Mişkini Tərcüməsi:
(Və döşənmiş, dəbdəbəli) xalçalar (vardır)
Mişkini Tərcüməsi:
Məgər onlar dəvəyə baxmırlarmı ki, necə yaradılmışdır?
18
Əl-Ğaşiyə Surəsi, Ayə 18
وَإِلَى ٱلسَّمَآءِ كَيْفَ رُفِعَتْ
﴿18﴾
Mişkini Tərcüməsi:
Və göyü (görmürlər) ki, necə ucaldılmışdır?
19
Əl-Ğaşiyə Surəsi, Ayə 19
وَإِلَى ٱلْجِبَالِ كَيْفَ نُصِبَتْ
﴿19﴾
Mişkini Tərcüməsi:
Və dağlara (baxmırlar) ki, (yerin səthinə) necə mıxlanmış və qamətləri dikəlmişdir?
20
Əl-Ğaşiyə Surəsi, Ayə 20
وَإِلَى ٱلْأَرْضِ كَيْفَ سُطِحَتْ
﴿20﴾
Mişkini Tərcüməsi:
Və bu yeri (görmürlər) ki, necə döşənmiş və düzənlənmişdır?
21
Əl-Ğaşiyə Surəsi, Ayə 21
فَذَكِّرْ إِنَّمَآ أَنتَ مُذَكِّرٌۭ
﴿21﴾
Mişkini Tərcüməsi:
Belə isə, öyüd-nəsihət ver ki, sən (Peyğəmbər olaraq) ancaq öyüd-nəsihət verənsən.
22
Əl-Ğaşiyə Surəsi, Ayə 22
لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ
﴿22﴾
Mişkini Tərcüməsi:
Sən onların üzərində hakim deyilsən (onların qəlbinə hakim deyilsən ki, onları iman gətirməyə məcbur edəsən, nə də onların cəmiyyətlərinə hakim deyilsən ki, zorla hökm yürüdəsən və nə onların talelərinə hakim deyilsən ki, onlara axirət cəzası verəsən).
23
Əl-Ğaşiyə Surəsi, Ayə 23
إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ
﴿23﴾
Mişkini Tərcüməsi:
(Öyüd-nəsihət verməyinə davam et,) lakin kim (sənin öyüd-nəsihətindən sonra) üz çevirər və kafir olarsa,
24
Əl-Ğaşiyə Surəsi, Ayə 24
فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلْعَذَابَ ٱلْأَكْبَرَ
﴿24﴾
Mişkini Tərcüməsi:
Allah ona ən böyük əzabla əzab verər.
25
Əl-Ğaşiyə Surəsi, Ayə 25
إِنَّ إِلَيْنَآ إِيَابَهُمْ
﴿25﴾
Mişkini Tərcüməsi:
Şübhəsiz ki, onların axır dönüşü Bizə tərəfdir!
26
Əl-Ğaşiyə Surəsi, Ayə 26
ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم
﴿26﴾
Mişkini Tərcüməsi:
Bu zaman, şübhəsiz, onları haqq-hesaba çəkmək də Bizim öhdəmizdədir.