Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əl-Fəcr Surəsi, Ayə 1
وَٱلْفَجْرِ
﴿1﴾
Mişkini Tərcüməsi:
And olsun dan yerinə (hər günün dan yerinə və ya bayramların dan yerinə, yaxud sübh namazına),
2
Əl-Fəcr Surəsi, Ayə 2
وَلَيَالٍ عَشْرٍۢ
﴿2﴾
Mişkini Tərcüməsi:
Və (and olsun) on gecəyə (İlin ən yaxşı vaxtları olan Zilhiccə ayının ilk, yaxud Ramazan ayının axır on gecəsinə),
3
Əl-Fəcr Surəsi, Ayə 3
وَٱلشَّفْعِ وَٱلْوَتْرِ
﴿3﴾
Mişkini Tərcüməsi:
Və (and olsun) cütə və təkə (erkək və dişi olmaqla cüt olan bütün məxluqlara, tək olan Allaha və yaxud gecənin axırlarında qılınan «şəfi» və «vətr» namazına),
4
Əl-Fəcr Surəsi, Ayə 4
وَٱلَّيْلِ إِذَا يَسْرِ
﴿4﴾
Mişkini Tərcüməsi:
Və (and olsun sübhə tərəf) keçib getməkdə olan gecəyə ki, (Allah kafirlərə əzab verəcəkdir.)
5
Əl-Fəcr Surəsi, Ayə 5
هَلْ فِى ذَٰلِكَ قَسَمٌۭ لِّذِى حِجْرٍ
﴿5﴾
Mişkini Tərcüməsi:
Ağıl sahibi olan üçün bu işlərdə bir and varmı? (Bəli, bu işlərin şərafətindən və sirlərindən agah olan kəs üçün and vardır.)
6
Əl-Fəcr Surəsi, Ayə 6
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ
﴿6﴾
Mişkini Tərcüməsi:
Məgər qəlb gözü ilə görmədin və bilmədin ki, sənin Rəbbin (Hudun) Ad (qövmü) ilə necə rəftar etdi?
7
Əl-Fəcr Surəsi, Ayə 7
إِرَمَ ذَاتِ ٱلْعِمَادِ
﴿7﴾
Mişkini Tərcüməsi:
Hündür qəsrləri, uca sütunları və qədd-qamətli insanları olan İrəm (şəhərinin əhalisi) ilə
Mişkini Tərcüməsi:
(Omanla Həzər-Mout arasında olan) o, vadinin sinəsində qayaları yarıb (evlər tikən) Səmudla (Salehin qövmü ilə).
10
Əl-Fəcr Surəsi, Ayə 10
وَفِرْعَوْنَ ذِى ٱلْأَوْتَادِ
﴿10﴾
Mişkini Tərcüməsi:
Və güclü qoşunları olan, yaxud (çadırlarda istifadə olunan və məhkum olunanlara işkəncə vermək üçün işlədilən) mıxlar sahibi olan Fironla.
11
Əl-Fəcr Surəsi, Ayə 11
ٱلَّذِينَ طَغَوْا۟ فِى ٱلْبِلَٰدِ
﴿11﴾
Mişkini Tərcüməsi:
O kəslər ki, şəhərlərdə tüğyan etdilər.
12
Əl-Fəcr Surəsi, Ayə 12
فَأَكْثَرُوا۟ فِيهَا ٱلْفَسَادَ
﴿12﴾
Mişkini Tərcüməsi:
Və oralarda çoxlu fitnə-fəsad törətdilər.
13
Əl-Fəcr Surəsi, Ayə 13
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ
﴿13﴾
Mişkini Tərcüməsi:
Beləliklə, Rəbbin onlar(ın başların)a müxtəlif əzabların qamçısını endirdi.
14
Əl-Fəcr Surəsi, Ayə 14
إِنَّ رَبَّكَ لَبِٱلْمِرْصَادِ
﴿14﴾
Mişkini Tərcüməsi:
Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir.
Mişkini Tərcüməsi:
Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə, deyər: «Rəbbim məni əziz tutmuşdur» (hər bir işə izn vermişdir).
Mişkini Tərcüməsi:
Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, «Rəbbim məni alçaltdı» – deyər.
17
Əl-Fəcr Surəsi, Ayə 17
كَلَّا ۖ بَل لَّا تُكْرِمُونَ ٱلْيَتِيمَ
﴿17﴾
Mişkini Tərcüməsi:
Belə deyildir. (Güman edirsiniz ki, nemətin çoxluğu əməldə azadlıq verməkdir, onun azlığı alçaldılmaq. Həm gümanınız yalnışdır. Həm də). Əslində siz yetimə ehtiram göstərmirsiniz.
Mişkini Tərcüməsi:
Və öz mirasınızı başqalarının mirası ilə birgə yeyirsiniz. (Hər bir mirası dünyadan gedən şəxs (həmin malı) halal və haram(ına varmadan) toplamış olsa belə mənimsəyirsiniz).
20
Əl-Fəcr Surəsi, Ayə 20
وَتُحِبُّونَ ٱلْمَالَ حُبًّۭا جَمًّۭا
﴿20﴾
Mişkini Tərcüməsi:
Və (dünya) malı(nı) lap çox sevirsiniz.
Mişkini Tərcüməsi:
Belə deyildir (sizin güman etdiyiniz kimi deyil). Bu yer(in yüksəklikləri) ardıcıl bir-birinə çırpılıb parça-parça olacağı (və yer saf və dümdüz şəklə düşəcəyi) zaman,
22
Əl-Fəcr Surəsi, Ayə 22
وَجَآءَ رَبُّكَ وَٱلْمَلَكُ صَفًّۭا صَفًّۭا
﴿22﴾
Mişkini Tərcüməsi:
Rəbbinin (təkid etdiyi əmri və cəlalının, mütləq hakimiyyətinin təcəllisi) yetişəcəyi və mələklər (Məhşər səhnəsinə enib) səfsəf gələcəyi
Mişkini Tərcüməsi:
Və Cəhənnəmin (yaxına) gətiriləcəyi gün – məhz o gün insan (tovhid həqiqətlərini, yaradılış və şəriət məqsədlərini) xatırlayar, amma bu xatırlamaqdan ona nə (fayda)?!
24
Əl-Fəcr Surəsi, Ayə 24
يَقُولُ يَٰلَيْتَنِى قَدَّمْتُ لِحَيَاتِى
﴿24﴾
Mişkini Tərcüməsi:
O: «Kaş ki, mən öz (əbədi) həyatım üçün əvvəlcədən (yaxşı əməllər) göndərmiş olaydım!» – deyər.
Mişkini Tərcüməsi:
Beləliklə, o gün heç kim Onun (Allahın) əzabı kimi əzab verə bilməz! (Elə bir əzab ki, dünyada heç kim onun mislini edə bilməzdi).
26
Əl-Fəcr Surəsi, Ayə 26
وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٌۭ
﴿26﴾
Mişkini Tərcüməsi:
Və heç kim Onun kimi zəncirləyə bilməz.
27
Əl-Fəcr Surəsi, Ayə 27
يَٰٓأَيَّتُهَا ٱلنَّفْسُ ٱلْمُطْمَئِنَّةُ
﴿27﴾
Mişkini Tərcüməsi:
Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir),