Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əl-Bələd Surəsi, Ayə 1
لَآ أُقْسِمُ بِهَٰذَا ٱلْبَلَدِ
﴿1﴾
Mişkini Tərcüməsi:
Xeyr, and olsun bu şəhərə (əzəmətli Məkkəyə),
2
Əl-Bələd Surəsi, Ayə 2
وَأَنتَ حِلٌّۢ بِهَٰذَا ٱلْبَلَدِ
﴿2﴾
Mişkini Tərcüməsi:
Sənin yerləşdiyin bu şəhərə;
3
Əl-Bələd Surəsi, Ayə 3
وَوَالِدٍۢ وَمَا وَلَدَ
﴿3﴾
Mişkini Tərcüməsi:
Və and olsun ataya və dünyaya gətirdiyi övlada (Adəmə və onun övladlarından olan məsumlara, Kə’bənin və Məkkənin baniləri olan İbrahimə və övladı İsmailə və saleh övladı olan hər bir saleh möminə) ki,
4
Əl-Bələd Surəsi, Ayə 4
لَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ فِى كَبَدٍ
﴿4﴾
Mişkini Tərcüməsi:
Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur).
5
Əl-Bələd Surəsi, Ayə 5
أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌۭ
﴿5﴾
Mişkini Tərcüməsi:
Yoxsa o elə güman edir ki, əsla heç kimin ona gücü çatmayacaqdır (buna görə də küfr və tüğyan edir)?!
6
Əl-Bələd Surəsi, Ayə 6
يَقُولُ أَهْلَكْتُ مَالًۭا لُّبَدًا
﴿6﴾
Mişkini Tərcüməsi:
(Minnət qoymaq və bəxş etdiklərini qabartmaq məqsədi ilə) «Mən çox mal tələf etdim!» – deyir.
7
Əl-Bələd Surəsi, Ayə 7
أَيَحْسَبُ أَن لَّمْ يَرَهُۥٓ أَحَدٌ
﴿7﴾
Mişkini Tərcüməsi:
Yoxsa güman edir ki, heç kim onu (bəxşiş etdiyi zaman) görməmişdir?!
8
Əl-Bələd Surəsi, Ayə 8
أَلَمْ نَجْعَل لَّهُۥ عَيْنَيْنِ
﴿8﴾
Mişkini Tərcüməsi:
Məgər Biz ona iki (görən) göz vermədikmi?!
9
Əl-Bələd Surəsi, Ayə 9
وَلِسَانًۭا وَشَفَتَيْنِ
﴿9﴾
Mişkini Tərcüməsi:
Və (eləcə də) bir dil və iki dodaq(vermədikmi) ?!
10
Əl-Bələd Surəsi, Ayə 10
وَهَدَيْنَٰهُ ٱلنَّجْدَيْنِ
﴿10﴾
Mişkini Tərcüməsi:
Və ona (ağıl vermək və peyğəmbər göndərməklə) iki yolu (maddi və mənəvi cəhətdən xeyir və şər yolunu) göstərmədikmi?!
11
Əl-Bələd Surəsi, Ayə 11
فَلَا ٱقْتَحَمَ ٱلْعَقَبَةَ
﴿11﴾
Mişkini Tərcüməsi:
Beləliklə o, aşırımı və çətin yolu («Əqəbə»ni) aşa bilmədi.
12
Əl-Bələd Surəsi, Ayə 12
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْعَقَبَةُ
﴿12﴾
Mişkini Tərcüməsi:
Və sən nə bilirsən ki, çətin yol («Əqəbə») nədir?!
13
Əl-Bələd Surəsi, Ayə 13
فَكُّ رَقَبَةٍ
﴿13﴾
Mişkini Tərcüməsi:
(O) Bir qul azad etməkdir.
14
Əl-Bələd Surəsi, Ayə 14
أَوْ إِطْعَٰمٌۭ فِى يَوْمٍۢ ذِى مَسْغَبَةٍۢ
﴿14﴾
Mişkini Tərcüməsi:
Yaxud qıtlıq və aclıq günü yemək verməkdir.
15
Əl-Bələd Surəsi, Ayə 15
يَتِيمًۭا ذَا مَقْرَبَةٍ
﴿15﴾
Mişkini Tərcüməsi:
Qohum olan bir yetimə,
16
Əl-Bələd Surəsi, Ayə 16
أَوْ مِسْكِينًۭا ذَا مَتْرَبَةٍۢ
﴿16﴾
Mişkini Tərcüməsi:
Və ya yerə sərilmiş bir miskinə!