Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
91

Əş-Şəms Surəsi

15 Ayə 30-ci Cüz Məkkədə nazil olub
سُورَةُ الشمس Ayətəllah Mişkini Tərcüməsi

Əş-Şəms Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əş-Şəms Surəsi, Ayə 1

وَٱلشَّمْسِ وَضُحَىٰهَا ﴿1﴾

Mişkini Tərcüməsi: And olsun günəşə və onun şüasının vüsətinə,
2 Əş-Şəms Surəsi, Ayə 2

وَٱلْقَمَرِ إِذَا تَلَىٰهَا ﴿2﴾

Mişkini Tərcüməsi: And olsun (günəşin) ardınca çıxmaqda olan aya.
3 Əş-Şəms Surəsi, Ayə 3

وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا ﴿3﴾

Mişkini Tərcüməsi: And olsun yeri işıqlı, havanı nurlu və günəşi görünən edən zaman gündüzə.
4 Əş-Şəms Surəsi, Ayə 4

وَٱلَّيْلِ إِذَا يَغْشَىٰهَا ﴿4﴾

Mişkini Tərcüməsi: And olsun günəşi örtməkdə, üfüqləri və havanı qaranlıq etməkdə olan gecəyə.
5 Əş-Şəms Surəsi, Ayə 5

وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا ﴿5﴾

Mişkini Tərcüməsi: And olsun göyə və onu bina edən (O qüdrətli varlığa, vücuda),
6 Əş-Şəms Surəsi, Ayə 6

وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا ﴿6﴾

Mişkini Tərcüməsi: And olsun bu yerə və onu döşəyənə (O qüdrət sahibinə).
7 Əş-Şəms Surəsi, Ayə 7

وَنَفْسٍۢ وَمَا سَوَّىٰهَا ﴿7﴾

Mişkini Tərcüməsi: Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana).
8 Əş-Şəms Surəsi, Ayə 8

فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا ﴿8﴾

Mişkini Tərcüməsi: Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir.
9 Əş-Şəms Surəsi, Ayə 9

قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا ﴿9﴾

Mişkini Tərcüməsi: Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!.
10 Əş-Şəms Surəsi, Ayə 10

وَقَدْ خَابَ مَن دَسَّىٰهَا ﴿10﴾

Mişkini Tərcüməsi: Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!.
11 Əş-Şəms Surəsi, Ayə 11

كَذَّبَتْ ثَمُودُ بِطَغْوَىٰهَآ ﴿11﴾

Mişkini Tərcüməsi: Səmud (qövmü) azğınlıq üzündən (Salehi) təkzib etmişdi.
12 Əş-Şəms Surəsi, Ayə 12

إِذِ ٱنۢبَعَثَ أَشْقَىٰهَا ﴿12﴾

Mişkini Tərcüməsi: Onların ən bədbəxti ayağa qalxdığı (Salehin dəvəsini öldürmək üçün könüllü olduğu) zaman,
13 Əş-Şəms Surəsi, Ayə 13

فَقَالَ لَهُمْ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقْيَٰهَا ﴿13﴾

Mişkini Tərcüməsi: Allahın peyğəmbəri onlara demişdi: «Allahın dəvəsinə ziyan yetirməkdən və ona öz növbəsində su içməyə mane olmaqdan çəkinin!».
14 Əş-Şəms Surəsi, Ayə 14

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنۢبِهِمْ فَسَوَّىٰهَا ﴿14﴾

Mişkini Tərcüməsi: Amma onlar onu (Salehi) təkzib etmişdilər və Allahın dəvəsini öldürmüşdülər. Rəbbi də günahlarının cəzası olaraq onların hamısının kökünü kəsib yerlə yeksan etdi.
15 Əş-Şəms Surəsi, Ayə 15

وَلَا يَخَافُ عُقْبَٰهَا ﴿15﴾

Mişkini Tərcüməsi: Və (Allah) bu işin aqibətin(ə görə heç bir kəs)dən qorxmaz.
Əvvəlki: 90. Əl-Bələd Bütün Surələr ↑ Növbəti: 92. Əl-Leyl