Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Leyl Surəsinin Ayələrinə Qayıt →
Əl-Leyl Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Ləyl surəsi, 1-11-ci ayələr

Ləyl surəsi, 1-11-ci ayələr



بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيم


وَاللَّيْلِإِذَايَغْشَى .١


وَالنَّهَارِإِذَاتَجَلَّى .٢


وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنْثَ .٣


إِنَّسَعْيَكُمْلَشَتَّى .٤


فَأَمَّامَنأَعْطَىوَاتَّقَى .٥


وَصَدَّقَبِالْحُسْنَى .٦


فَسَنُيَسِّرُهُلِلْيُسْرَى .٧


وَأَمَّامَنبَخِلَوَاسْتَغْنَى .٨


وَكَذَّبَبِالْحُسْنَى .٩


فَسَنُيَسِّرُهُلِلْعُسْرَى .١٠


وَمَايُغْنِيعَنْهُمَالُهُإِذَاتَرَدَّى .١١


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. And olsun yer üzünü bürüməkdə olan gecəyə!

2\. And olsun aydınlaşan gündüzə!

3\. And olsun kişini və qadını yaradana!

4\. Sizin can atdıqlarınız başqa-başqadır.

5\. Kim Allah yolunda xərcləsə və Allahdan qorxsa, 6. gözəl (ilahi) mükafatı təsdiq etsə,

7\. Biz onu asan yolda qoyarıq.

8\. Kim də xəsislik edərək bu vasitə ilə varlı olmaq istəsə,

9\. və gözəl (ilahi) mükafatı inkar etsə,

10\. Biz onu tezliklə çətin yolda qoyarıq.

11\. Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək.

Ayələrin nazilolma səbəbi



Təfsirçilər ümumiyyətlə, surənin nazilolma səbəbini İbn Abbasdan nəql etmişlər. Amma biz burada mərhum Təbərsinin “Məcməül-bəyan” kitabında qeyd etdiyi nazilolma səbəbini gətirəcəyik:

Müsəlmanların arasında yaşayan bir kişinin xurma ağacının budağı qonşuluğunda yaşayan fəqir və çoxuşaqlı digər kişinin həyətinəəyilmişdi. Həmin şəxs xurmaları dərmək üçün xurma ağacına çıxdıqda bir neçə xurma qonşunun həyətinə düşür. Həyətdəki uşaqlar dərhal həmin xurmaları yerdən götürüb əllərində saxlayırlar. O isə xurma ağacından düşüb uşaqların əlindən həmin xurmaları alır. Xurma bağının sahibi o qədər paxıl və xəsis idi ki, uşaqların hansınınsa ağzında xurma görən kimi barmağını salaraq həmin xurmanı çıxararmış. Həyətin sahibi olan fəqir kişi bu barədə Peyğəmbərə (s) şikayət edir. Peyğəmbər (s) buyurur: - Sən işlərinlə məşğul ol. Mən sənin bu çətinliyini həll edərəm.

Daha sonra Allahın Rəsulu (s) bağın sahibi ilə görüşür. Görüş zamanı bağın sahibinə deyir: - Bu xurmanı mənə verərsən? Mən əvǝzində sənə behiştdə bir xurma bağı verəcəyəm.

Kişi deyir: Mənim bağımda xurma ağaclarının çox olmasına baxmayaraq, bunun kimi bar verən ağacım yoxdur. (Yəni səninlə belə bir müamilə edə bilməyəcəm).

Peyğəmbərin yaxın səhabələrindən biri bu sözü eşitcək deyir: Ey Allahın Rəsulu (s)! Mən bu ağacı sahibindən pul ilə alaraq yenidən sizə hədiyyə etsəm, mənə də behiştdə bir bağ verərsiniz?

Peyğəmbər (s) buyurur: - Bəli.

Səhabə bağ sahibinin yanına gələrək həmin xurma ağacını almaq istədiyini deyir. Bağ sahibi isə cavabında deyir: Heç bilirsən ki, Peyğəmbər (s) bunun qarşılığında mənə nə veriridi? O mənə bu ağacın əvəzində behiştdə bir bağ verirdi. Amma mən ağacı ona satmadım. Çünki bu ağac bağımın ən bol və dadlı xurma gətirən ağacıdır. Heç bir ağacım bunun kimi deyil.

Alıcı yenə də ağacı israrla almaq istəyir. Ağac sahibi:

Satmıram. Satsam da, çox baha qiymətə sataram. Sənin onu almağa gücün yetməz.

\- Nə qədər istəyirsən?

Qırx xurma ağacı.

Alıcı çox təəccüb edərək deyir: - Bir xurma ağacı üçün çox baha qiymət təyin etmisən. Bir ağaca, qırx ağac?!- bir qədər sükut etdikdən sonra deyir - Yaxşı. Mən bir ağaca görə sənə qırx ağac verirəm.

Tamahkar bağ sahibi deyir:

\- Əgər düz deyirsənsə, sözünə şahid olmaq üçün bir neçə nəfər gətir.

Bu zaman bir qrup şəxs yol ilə gedirdi. Onları səsləyərək alış- verişlərinə şahid edirlər. Səhabə Peyğəmbərin (s) yanına gələrək deyir:

\- Ey Allahın Rəsulu! Öz mülkümə daxil etdiyim (aldığım) xurma ağacını sizə təqdim edirəm.

Allahın Peyğəmbəri (s) bu sözdən sonra həmin fəqir kişinin həyətinə gedərək deyir:

Al-Bundan sonra bu xurma ağacı sənin və övladlarının olsun.

Bu zaman “Ləyl” surəsi nazil olur, paxıl və səxavətli olanlar barəsində lazım olanları deyir.

Bəzi rəvayətlərəəsasən, xurma ağacını sahibindən alan şəxsin adı Əbudǝhdahdır.

Ayələrin təfsiri



Təqva və ilahi yardımlar

Bu surənin dəəvvəli andlarla başlamışdır. Mövzusu yaradılış, Yaradan və aləm haqda olan bu andlar da digər andlar kimi insanı düşün- məyə, barəsində saatlarla təfəkkür etməyə vadar edir.

“And olsun yer üzünü bürüməkdə olan gecǝyǝ!"

Ayədəki (yəğşa) sözündən gecənin qaranlığının Yer kürǝsinin yarısını öz əhatəsinə aldığı, sanki, həmin ərazini pərdələdiyi üçün istifadə edilmişdir. Başqa şəkildə izah etsək, gündüzün və gündüz saat- larında saçan Günəşin bu andan etibarən qarşısını pərdələmiş və gecənin düşməsinə səbəb olmuşdur. Qurani-Kərim bununla gecənin insanın, o cümlədən bütün canlıların həyatında necə təsirli əhəmiyyətə malik olduğunu çatdırmaq istəmişdir. Həmin saatlarda Günəşin istiliyi azalmış, insanlar aramlıq tapmış və bütün təbiət sakitləşmişdir. Gecə vaxtı bütün canlılar üçün istirahət fürsəti yaratmaqla yanaşı, həm də gecə ibadət edənlər üçün də aram şərait yaranmışdır.

Allah-taala daha sonra başqa bir and içərək buyurur: "And olsun aydınlaşan gündüzə!”

Allah-taalanın and içdiyi bu zaman kəsiyi gecə pərdəsinin qalxdığı və gündüzün işıltısının gəlməsi anıdır. Sanki gündüzün qüdrətli şüaları gecənin qaranlığını qovaraq bütün aləmi işıqlandırmaq üçün öz vəzifəsini yerinə yetirirdi. Gecəni yararaq gündüzü gətirən an bununla da dünyaya yeni bir həyat bəxş edir. Yenə hamı hərəkətə gəlir, həyat dirçəlir və lazım olan vaxta qədər hərəkətdə olur. Bütün təbiət oyanaraq işinə davam edir.

Qurani-Kərimdə daha çox nur və zülmətin nizamından, həmçinin onların bəşər həyatına müsbət təsirlərindən danışılır. Çünki daimi olan hər iki böyük nemət, Allahın mühüm yaratdıqları sırasındadır. Üçüncü ayədə sonuncu and içilərək buyurulur:

(وَمَاخَلَقَالذَّكَرَوَالْأُنثَى)


And olsun kişini va qadını yaradana“

Aləmdə yalnız insan, heyvan və bitkilər erkək və dişi cütləşməsindən yararlanan varlıqlardır. İnsan və heyvanlar cinsi münasibət, bitkilər isə tozlanma vasitəsi ilə nəsil artırır. Hər üç varlığın müxalif cinsləri ilə cütləşməsindən sonra yeni bir həyata doğru başlayan pro- sesdə böyük hikmət və sirlər gizlənmişdir. Bütün bu sirlər və hikmətlər böyük bir yaradılış sistemindən xəbər verir. Bütün bu əsrarəngizlikdən Yaradanın nə qədər böyük və qüdrətli olmasına vaqif olmaq olar.

Ayədəki (ma) ədatının izahı: Ayədə Allah-taalanın fövqəl əzəmətinə işarə edilərək Allahın pak zatı zehinlərdə yaranacaq hər bir şübhədən qorunur. (ma) ədatının bu cümlədəki funksiyası Yaradan barəsində olan bütün xəyal, müqayisə və gümanı uzaqlaşdırır.

Bəzi təfsirçilərin dediklərinəəsasən, (ma) burada məsdər əla- mətidir. Əgər "ma" ǝdatını burada məsdər kimi qəbul etsək, ayənin tərcüməsi belə olacaqdır: "And olsun erkək və dişi yaradılışına.” Lakin bu ehtimal olduqca zəifdir.

Daha dəqiq desək, birinci və ikinci andlar “xarici dünyaya aid ayələr”, üçüncü and isə “iç dünyaya aid ayələr”dir.

Daha sonra andların hədəfi açıqlanaraq buyurulur:

“Sizin can atdıqlarınız başqa-başqadır.” (Siz həyatın müxtəlif sahələrdə çalışırsınız.”

(إِنَّسَعْيَكُمْلَشَتَّى)


Hər bir insan həyatın müxtəlif və fərqli sahələrində çalışmaqdadır. Təbii ki, səy və çalışmaların yönü fərqli və müxtəlif olduğu üçün alınan nəticələr də ona uyğun olmalıdır. Buna əsasən də, siz yaşadığınız dünyada heç vaxt sakit, aram həyat seçməyəcəksiniz. Həyatın müxtəlif sahələrində Allahın sizə verdiyi enerjini sərf edərək yaşayacaqsınız. Amma diqqətli olun! Baxın, siz bu enerjini hansı yolda, necə, hansı istiqamətdə getmək üçün xərcləyirsiniz. Bunun nəticəsi necə olacaq? Bu gediş sizi sonda hansı mənzildə axşamladacaq? Bəlkə, siz bütün ömrünüzü, enerji və istedadınızı səhv, nəticəsi puç və ya faydası ol- duqca az olan işlər üçün xərcləmisiniz? Bəlkə də, bütün ömür yolunun nəticəsi hədər gedib? Sonda peşmanlıq çəkməmək üçün səfərə çıx- mazdan öncə düşünüb-daşınmaq lazımdır.

Ayədəki (şətta) kəlməsi (şətiyət) sözünün cəmi olaraq (şətt) kökündən alınmışdır. Sözün əsas mənası “cəmiyyəti və toplumu pərakəndə etmək” deməkdir. Amma yuxarıdakı ayədə insanların istedad və ehtiyaclarına uyğun olaraq müxtəlif sahələrdə çalışması və ona uyğun nəticə almasına deyilir.

Növbəti ayədə isə Qurani-Kərim insanları iki dəstəyə ayıraraq hər iki dəstənin xüsusiyyətlərini sayır:

"Kim Allah yolunda xərcləsə və Allahdan qorxsa,"

“Və gözəl (ilahi) mükafatı təsdiq etsə,”

"Biz onu asan yolda qoyarıq."

Birinci ayədəki (əta) sözü ehtiyaclı şəxslərə Allah yolunda kömək etməyi bildirir.

Amma ayənin davamında təqvadan söz açmaqda məqsəd edilən ehsan və köməyin pak niyyətlə, halal yolla ələ gələn sərvətdən, minnət qoymadan, əzab-əziyyət etmədən olunmasına işarə etməkdir. Çünki bütün bu gözəl xüsusiyyətlərin hamısı təqvanın şərtlərindəndir.

Bəzilərinin izahına əsasən, “əta” sözü mal və sərvət yolu ilə edilən ibadət, “təqva” sözü isə digər ibadətlər, o cümlədən vacib əməllərin yerinə yetirilməsi, eyni zamanda da haramlardan uzaq olmağı göstərir. Amma birinci təfsir ayənin ümumi mənası ilə daha uyğun olmaqla yanaşı, həm də yuxarıda qeyd etdiyimiz naziloma səbəbi ilə uyğundur.

Növbəti ayədə ("husna" "fula" vəznində olub burada qadın cinsində işlənmişdir. Sözün kişi cinsi "əhsən" sözüdür.) sözü isə Allahın gözəl əməllər qarşılığında insanlara əta etdiyi hədiyyə və ya müka- fatdır. Nazilolma səbəbində qeyd etdiyimiz kimi, Əbüldəhhah Allahın onu daha gözəl mükafatlandıracağına iman gətirərək malından çox bir hissəni Onun yolunda ehsan etdi. “Nisa” surəsinin 95-ci ayəsində bu mövzuya işarə olunaraq deyilir:

كلاوَعَدَاللهُالْحُسْنَى


“Allah bunların hər birinə (gördükləri yaxşı əməllərə görə) mükafat vəd etmişdir." (Bu ayədə də “hüsna” kəlməsi gözəl mükafat deməkdir.) Bəzilərinin izahına əsasən isə bu söz Allahın gözəl şəriəti olan İslam dininə iman gətirmək deməkdir.

Bu sözün "tövhid” kəlməsi, yəni “la ilahə illəllah” və “kəlmeyi- şəhadət" olduğunu deyənlər də var.

Amma ayənin ümumi məzmununa və nazilolma səbəbinəəsasən, bu, "ilahi tərəfdən əta olunan gözəl hədiyyə və mükafat” mənasındadır. Həmçinin Quranın digər ayələrinə istinad edərək birinci təfsirin daha uyğun olmasını qeyd edirik.

“(Biz onu asan yolda qoyarıq.) cümləsində ilahi uğurlara, bu kimi insanlar üçün itaət etməyin asanlaşdırılmasına, Behişt qapılarının onların üzünə açılmasına, mələklərin onları qarşılamasına, mələklərin onları qarşılayaraq salamlamasına və ya bunların hamısına işarə edilməsi mümkündür.

Təbii ki, Allah yolunda öz malından keçərək ehsan edən və ehtiyaclıların ehtiyacını ödəyən şəxsin Allah tərəfindən gözəl şəkildə mükafatlanacağına imanı vardır. Odur ki, bütün çətinliklər onlar üçün asan olur, dünya və axirətdə xüsusi aramlıqları ilə seçilirlər.

O qədər səxavətli adamlar var ki, qonağın süfrə başında əyləşməsindən zövq alırlar. Bir gün qonaq gəlmədikdə narahat olurlar. Bu, bir növ çətinliyin onlar üçün asanlaşdırılmasıdır.

Ümumiyyətlə, axirət gününə və Allahın böyük mükafatlar verəcəyinə inam insana çətinliklərə tab gətirməyi asanlaşdırır. Bu asanlıq elə həddə çatır ki, insan nəinki malını, hətta canını da rahatlıqla verməyə, böyük eşqlə müharibə meydanında şəhid olmağa və fədakarlığından ləzzət almağa hazır olur.

Ayədəki (yusra) kəlməsi (yusr) sözündən alınmış, tərcüməsi atın sürülməsi üçün tam şəkildə yəhərlənməsi deməkdir. Digər mənası isə çətinliklərin asanlaşmasıdır."

Növbəti ayədə isə yuxarıda qeyd olunan gözəl xüsusiyyətli insan- ların əksi olanlar barəsində danışılır:

"Kim də xəsislik edərək (bu vasitə ilə) varlı olmaq istəsə,”

“və gözəl (ilahi) mükafatı inkar etsə,”

“Biz onu tezliklə çətin yolda qoyarıq."

Yuxarıdakı ayədə (bəxilə) sözü paxıllıq mənasında olub, öncəki ayələrdəki “əta” sözünün antonimidir. Yəni paxıl olan şəxslər daim səxavətli insanların sözünü danışar və paxıllıq edərlər. Ayə davamında (vəstəğna) feili ilə ümumi şəkildə demək istədiyini yekunlaşdırır. Yəni səxavətli insanların əksinə olaraq paxıl insanlar mal-dövlət toplamaqla varlı olmaq istəyirlər.

Digər məna da belə ola bilər: O, özünü əvvəlki ayələrdə qeyd olunan insanların əksinə olaraq, Allahın gözəl mükafatlarından ehtiyacsız sayır. Səxavətli insanların gözü daim Allah tərəfindən onlara yetişəcək mənəvi nemətlərdə olur. Amma bu kimi şəxslər özlərini bu nemətlərdən ehtiyacsız sayır.

"Onlar özlərini Allaha ibadət etməyə borclu bilmir, Onun yar- dımlarına ehtiyacsız olduqlarını düşündükləri üçün Ona itaət etmirlər. Məhz bu səbəbdən də günah edirlər.” – kimi də izah etmək olar.

Yuxarıda qeyd etdiyimiz təfsirlərin üçünün də qəbul edilməsi mümkündür. Amma birinci təfsir daha uyğundur.

Ayədə qeyd edilən “gözəl mükafatı inkar etsə” ifadəsi Qiyamət günü Allah-taala tərəfindən əta olunan hədiyyələri yalan saymaq mənasındadır. Və ya dini ayinlərin inkar olunması və peyğəmbərlərin haqq olmasını yalan saymaq kimi də izah etmək olar.

Qurani-Kərim bu ayədə buyurur ki, Allah Ona tərəf itaət, bəndəlik, təqva və xeyriyyəçilik yolunda ixlasla hərəkət edən adama uğur bəxş edir, onun bu yoldakı hərəkətini asanlaşdırır.

(Biz onu tezliklə çətin yolda qoyarıq) ayəsi antonim sözlərdən qurulan cümlədir. Ayədə deyilir: Biz asan yolları tezliklə onlar üçün çətinləşdirərik. Bu ayə eyni ilə yeddinci ayənin antonimidir. Ayədə deyilir: "Biz onu asan yolda qoyarıq. (Yəni bu ayədə çətinlikləri onlar uçün asanlaşdırır, sonuncu izah etdiyimiz ayədə isə asanlıqlar onlar üçün çətinləşdirilir).

Yuxarıdakı ayələrdən alınan nəticəyəəsasən, Allah-taala səxavətli insanlara həyatda yol açır, onlara xüsusi müvəffəqiyyətlər bəxş edir, yaxşılıq etmək yolunda bütün çətinlikləri onlar üçün asanlaşdırır. İtaət və digər ibadətlərində olan çətinliyi aradan qaldırmaqla həyatın bütün narahatçılıqlarından onlara nicat verir. Əslində, bütün bunlar səxavətli insanların öz zəhmətləri ilə qazandıqları köməkliklərdir. Onlar bu xüsusi inayəti zəhmətlə qazanmışlar. Amma ikinci dəstəyə aid olan insanların asan yolları da onlar üçün çətinləşir. Həyatda bütün uğur qapıları onların üzünə bağlanır. Nəinki bu dünyada, hətta axirət həyatında da bir çox çətinliklərlə üzləşəcəklər. Adətən, paxıllıq və xəsisliklə dünya malı toplamaqla məşğul olan insanlar üçün Allah yolunda yığdıqlarından xərcləmək olduqca çətin olur. Amma birinci dəstə insanlar üçün bu iş olduqca asan və seviləndir.

Sonuncu ayədə paxıllıq yolunun yolçularına xəbərdarlıq edilərək buyurulur:

“Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək."

عَنْهُمَالُهُإِذَاتَرَدَّى


Onlar bütün yığdıqlarını özləri ilə məzara apara bilmirlər. Hətta aparsalar belə, yığdıqları onların harayına çatmayacaq, Cəhənnəm atəşində yanmalarına mane ola bilməyəcək.

Ayədəki (ma) ədatının inkar olması mümkündür. Əgər inkar olmasa da, mənfi sual əlaməti kimi tərcümə edilə bilər. Əgər mənfi sual ədatı kimi ayəni tərcümə etsək, məna baxımından ciddi dəyişiklik baş verməyəcəkdir. “O, məzarda məğlub olaraq Cəhənnəm atəşinə qərq olan zaman mallarının ona nə kimi faydası olacaq?” – kimi tərcümə ediləcəkdir.

Ayənin sonundakı (tərədda) feili “rədaət” və “rəddiy” sözlərindən alınmış, həlak olmaq, bəzən də hündürlükdən enərək həlak olmaq mənasındadır. Bəziləri bu sözün əsl mənasını hündür və uca yerdən düşərək həlak olmaq kimi tərcümə etmişlər. Burada isə məzarda cəzaya, Cəhənnəm atəşinə və ilahi cəzaya məhkum olaraq həlak olmaq mənasındadır.

Xülasə, bu bölümdə Allah-taala iki dəstədən söhbət açdı. Birinci dəstəyə aid olanlar mömin, təqvalı və səxavətli, ikinci dəstəyə aid olanlar isə imansız, təqvasız, dünya malına həris, paxıl və xəsis insanlardır. Əlbəttə, surənin nazilolma səbəbində hər iki dəstəyə aid olan insanlar öz əksini tapmışdır.

Birinci dəstəyə aid olan insanlar üçün Allahın onlara əta etdiyi xüsusi inayətin sayəsində çətinliklər asan olmuşdur. Onlar öz həyat yollarını çox asanlıqla keçirlər. İkinci dəstəyə aid olan insanlar isə dünya həyatında olduqca çətinlik içində yaşayar, daim narahatlıq içində olar, hərisliklə dünya malını toplamaqla məşğul olarlar. Amma dünyadan gedən zaman onların heç birini özləri ilə apara bilməz, gözləri mallarında qalaraq qəbir evinə daxil olarlar.