Ət-Tin Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Tin surəsi, 1-8-ci ayələr
Tin surəsi, 1-8-ci ayələr
بِسْمِاللهِالرَّحْمَنِالرَّحِيمِ
والتينوَالزَّيْتُون .۱
وَطُورسينين .٢
وَهَذَاالْبَلَدِالْأَمِين .٣
لَقَدْخَلَقْنَاالْإِنسَانَفِيأَحْسَنِتَقْوِيمٍ .٤
ثُمَّرَدَدْنَاهُأَسْفَلَسَافِلِينَ .٥
إِلَّاالَّذِينَآمَنُواوَعَمِلُواالصَّالِحَاتِفَلَهُمْأَجْرٌغَيْرُمَمْنُونَ .٦
فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ .٧
أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ .٨
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. And olsun əncirə və zeytuna! (Yaxud: And olsun Şam və Beytül-müqəddəs torpaqlarına)
2\. And olsun Turi-Sinaya!
3\. And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)
4\. Biz insanı ən gözəl surətdə yaratdıq!
5\. Sonra isə onu ən aşağı qata qaytaracağıq.
6\. İman gətirib xeyir işlər görənlər istisnadır! Onlar üçün tükənməz mükafat hazırlanmışdır.
7\. Bütün bunlardan sonra haqq-hesab gününü inkar etməyinə nə səbəb oldu?
8\. Məgər Allah hakimlərin ən üstünü deyil?!
Ayələrin təfsiri.
Biz insanı ən gözəl şəkildəyaratdıq.
Həmçinin bu surənin əvvəlində də dörd əhəmiyyətli və mənadolu andların olduğunu müşahidə edirik. Öncədən qeyd etdiyimiz kimi, andlar özündən sonra ciddi mətləblərə işarə edəcəyindən xəbər verir. Birinci ayədə buyurulur:
"And olsun əncirə və zeytuna! (Yaxud: And olsun Şam və Beytül-müqəddəs torpaqlarına.
( وَالتِّينِوَالزَّيْتُونِ)
“And olsun Turi-Sinaya!”
"And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)”
Ayədəki (tin) sözü lüğətdəəncir, (zeytun) zeytun sözü isə el arasında daha çox yağı iləməşhur olan zeytun ağacıdır.
Ayədə Allah-taalanın bu iki meyvəyə and içməsi təfsirçilər arasında mübahisəli mövzudur. Aşağıdakı rəylərə diqqət edək:
1\. Ayədə tibb və qida baxımından çoxlu faydaları olan həmin iki meyvəyə and içilmişdir.
2\. Ayədəki iki meyvənin izahı Dəməşqdə və Beytül-Müqəddəsdə yerləşən iki dağdır. Bir çox böyük peyğəmbərlər və nəbilər bu ərazilərdə qiyamlar etmişlər. Həmçinin üçüncü və dördüncü ayələrdə içilən andlar müqəddəs məkanlarla əlaqəli olduğu üçün bu ayələrlə də bağlılığı var.
3\. Bəzi təfsirçilər ayədəki “Tin” sözünün Həzrəti-Adəmin (ə) zamanına aid olduğunu deyirlər. Çünki Adəm və Həvvanın behiştdəki geyimləri əncir yarpağından olmuşdur. Həmçinin “zeytun” sözünü də Nuh peyğəmbərin (ə) zamanına aid edirlər. Çünki Nuh peyğəmbər (ə) tufanın axır vaxtlarında göyərçini quruluqdan xəbər gətirmək üçün havaya buraxır. Bir müddətdən sonra havaya qalxan göyərçin zeytun budağı ilə qayıdır. Nuh peyğəmbər (ə) tufanın sona yetişdiyini və qurunun artıq suyun altından üzə çıxdığını başa düşür. Buna əsasən də, zeytun ağacını sülh vəəmin-amanlıq rəmzi kimi bilirlər.
4\. Hər ikisi dağa aiddir. Sadəcə dağın birində zeytun, digərində yalnız əncir ağacları bitdiyi üçün onları belə adlandırıblar.
5\. “Tin” sözü Cudi dağında yerləşən Nuh nəbinin məscidinə, “zeytun” sözü isə Beytül-müqəddəsə aid edilir.
Amma ayənin zahiri hamının tanıdığı və bildiyi zeytun, eləcə dəəncir meyvəsindən xəbər verir. Həmçinin növbəti andlarda da iki müqəddəs və ehtiramı vacib olan dağa and içilmişdir. İslam Peyğəm- bərindən (s) nəql olunan hədisdən oxuyuruq:
Allah-taala şəhərlərin arasından dörd şəhəri seçərək onlar barəsində buyurdu:
وَالتِّينِوَالزَّيْتُونوَطُورسينينَوَهذَاالْبَلَدالأمين
"Tin Mədinə, Zeytun Beytül-müqəddəs, Turi-sinin Kufə, həzəl- bələdil-əmin Məkkə şəhərləridir.”
Ayədəki "Turi-sinin” sözü Turi-sina dağına işarədir. Təfsirçilərin rəyinəəsasən, Turi-sinin Sina səhrasında yerləşən adını çox eşitdiyimiz Tur dağıdır. Həmçinin orada çoxlu bar verən zeytun ağaclarının olduğu bildirilir. "Sina” sözünün bərəkətli, çox ağaclı və gözəl dağ mənasında olduğunu bildirirlər. Həmçinin bu ad Musa peyğəmbərin (ə) Allahla münacata getdiyi dağın adıdır.
Bəziləri bunun Kufənin yaxınlığında və Nəcəfin ərazisində yerlə- şən dağın adı olduğunu qeyd edirlər. Həmçinin digər rəyəəsasən, “sinin” və "sina" sözlərinin eyni mənada (bərəkətli) olduğunu bildirirlər.
Amma (and olsun bu təhlükəsiz şəhərə) ayəsinin birbaşa Məkkə şəhərinə işarə olunduğu məlumdur. Bu şəhər İslam dinindən öncə beləəmin-amanlıq və Allahın hərəmi (hərəmullah) kimi tanınmışdır. Bu şəhərdə, hətta biri digərinə etiraz etmir, cinayətkar və qatillər də o şəhərə daxil olduqda əmniyyətdə olurdular.
Bu şəhər İslam dinində də böyük əhəmiyyətə malikdir. İslam dininin qanunlarına əsasən, nəinki insan, hətta heyvanlar, quşlar və ağaclar belə bu şəhərdəəmniyyətdədirlər.
Burada diqqət olunması lazım olan məsələlərdən biri də budur ki, "tin" sözü Qurani-Kərimdə cəmi bir dəfə, “zeytun” sözü isə birbaşa altı dəfə gəlmişdir. "Turi-sina" sözü isə ikinci dəfə “Müminun” surəsinin 27-ci ayəsində qeyd olunmuşdur:
وَشَجَرَةٌتَخْرُجُمِنْطُورِسَيْنَاءَتَنْبُتُبِالدُّهْنِوَصِبْغٍلِلْآكِلِينَ
"Sina dağında bir ağac (zeytun ağacı) bitir. Yeyənlər üçün həm yağ və həm şirə verir."
Faydalı mətləb:
Tin və zeytun (əncir və zeytun) andlarına ilkin və səthi yanaşmaq istəsək belə, yenə də bu iki andda dərin mənaların gizləndiyi üzə çıxır. Əncirin qida məhsulu kimi olduqca faydalı meyvə olması məlum məsələdir. Çünki bu meyvənin yeyilməsi üçün heç bir yaş həddi, digər təhlükələr yoxdur. Yəni bu meyvənin möhkəm və yeyilməyəcək qabığı və boğazda qalacaq çəyirdəyi yoxdur. Qida mütəxəssisləri deyirlər:
"Əncirdən uşaqlar üçün təbii qənd kimi istifadə etmək olar. Həmçinin daha çox enerjiyə ehtiyacı olan idmançı və qocalıqdan əziyyət çəkən yaşlılar yemək üçün əncirdən istifadə edə bilərlər."
Deyilənlərəəsasən, Platon o qədər ənciri çox sevirmiş ki, bu meyvəyə fəlsəfəçilərin dostu adını veriblər. Sokrat isəənciri "faydalı qidaları bədənə cəzb, faydasızları isə bədəndən dəf edən” meyvə adlandırıb.
Klaudius Galenus əncir meyvəsindən Rum pəhləvanları üçün xüsusi qida rejimi hazırlamışdır. Həmçinin bütün Rum və Yunan pǝh- ləvanlarına hər gün əncir yedirdirmişlər.
Qida mütəxəssisləri deyirlər ki, əncir meyvəsi müxtəlif vitaminlər və şəkərlə zəngindir. Bir çox xəstələr əncirdən dərman kimi istifadə edə bilərlər. Həmçinin əncir və balı birlikdə qarışdırdıqda mədə yaraları, o cümlədən xora xəstələri üçün faydalıdır. Quru əncir yemək insanda məntiq və düşüncəni artırır. Əlbəttə, bu barədə geniş danışmaq olar. Amma mövzumuzdan bir qədər xaric olduğu üçün qısaca deyirik ki, əncir bədəni qücləndirir, qan dövranını yaxşılaşdırır və heç bir yaş məhdudiyyəti tanımır. İmam Əli ibn Musa Rzadan (ə) nəql olunan hədisdə buyurulur:
# التينُيَذْهَبُبِالْبَحْرِوَيَشُدُّالْفَمَوَالْعَظْمَ،وَيُنْبِتُالشَّعْرَ،وَيَذْهَبُبِالدّاءِوَلَايُحْتاجُ
# مَعَهُإِلىدَواءوَقالَ(عليهالسلام): الدِّينُأَشْبَهُشَيْءٍبِنَبَاتِالْجَنَّةِ
"Əncir yemək ağız iyini aparır, dişlərin dibini, damağı möhkəm- ləndirir, sümüyü bərkidir, ağrıları götürür. Əncir yeyilən müddətdə heç bir dəvaya ehtiyac qalmır."
Digər bir hədisdə buyurulur: "Əncirin digər meyvələrlə müqayi- sədə behişt meyvələrinə oxşarlığı daha çoxdur.
Uzun illər ömrünü bitkilərin və meyvələrin xüsusiyyətinin və faydalarının araşdırılmasına sərf edən alimlər zeytun və onun yağı barəsində olduqca heyrətamiz sözlər demişlər. Onların rəyinəəsasən, kim ömür boyu sağlam qalmaq istəyirsə, daim zeytun yağı içsin. Çünki zeytun yağı həyat iksiridir.
Zeytun qara ciyərin xüsusi və səmimi dostu olmaqla yanaşı, böyrəklərə, böyrək daşlarına, ciyərdən zəhərin xaric olmasına, onurğa sütununa, yoğun bağırsağın və ümumiyyətlə, bağırsaq sisteminin işləməsinə ciddi faydalıdır. Buna əsasən, Qurani-Kərimdə zeytun ağacına "mübarək ağac" deyirlər.
Zeytun yağı bir çox vitaminlərlə zəngindir. O cümlədən fosfor, kükürd, kalsium, dəmir, potassium və marqanəslə zəngindir.
Zeytun yağı ilə sarımsağın qarışığından hazırlanan dərman revmatizma xəstəliklərinin, öd kisəsi daşlarının müalicəsi üçün olduqca faydalıdır. Zeytun yağı içməklə bir çox xəstəliklər müalicə olunur. İmam Əlidən (ə) nəql olunan hədisdən oxuyuruq:
# ماأَقْفَرَبَيْتيَأْتَدِمُونَبِالْحَلِّوَالزَّيْتِوَذَلِكَإِدَامُالْأَنْبِياءِ
“Süfrəsində daim sirkə vəzeytun yağı olan evə fəqirlik daxil olmaz. Bunlar peyğəmbərlərin qidalarıdır.
İmam Əli ibn Musa Rzadan (ə) nəql olunan digər bir hədisdə buyurulmuşdur:
# نِعْمَالطَّعامُالزَّيْتُيُطَيِّبُالنَّكْهَةَ،وَيَذْهَبُبِالْبَلْغَمِ،وَيُصَلِّىاللَّوْنَ،وَيَشْدُّالْعَصَبَ،وَيَذْهَبُبِالْوَصَبِ،وَيُطْفِئُالْغَضَبَ
“Zeytun yağı yaxşı qidadır. Ağızı xoş iyli edir və bəlğəmi aradan aparır. Üzün dərisinə səfa və təravət verir, sinir sistemini gücləndirir, ağrıları sakitləşdirir, zəifliyi aradan qaldırır. Həmçinin əsəbləri sakitləşdirir.
Bu mövzunu İslam Peyğəmbərinin (s) hədisi ilə yekunlaşdırırıq:
# كُلُواالزَّيْتَوَادَّهنُوابِهِفَإِنَّهُمِنْشَجَرَةٍمُبارَكَة
"Zeytun yağı için və onu bədəninizə sürtün. Çünki o mübarək ağacdır.
Allah-taala dörd mühüm və mənadolu andlardan sonra bir daha andların səbəbini elan edərək buyurur:
(لَقَدْخَلَقْنَاالْإِنسَانَفِيأَحْسَنِتَقْوِيمٍ)
Biz insan on gözal suratda yaratdiq
Ayədəki (təqvim) sözünün mənası bir şeyi gözəl şəkildə düzəltmək, nizama salmaq, keyfiyyətli və layiqli qurmaqdır. Mənanın genişliyi Allah-taalanın insanı hər cəhətdən gözəl və nizamlı yaratmasından xəbər verir. O, insanı bütün cəhətlərdən – həm fiziki, həm ruhi, həm dəəqli cəhətdən gözəl yaratmış, çox əzəmətli yüksəlişə nail ola bilməsi üçün onu bütün imkanlarla təchiz etmişdir. İnsan kiçik cisim olsa da, böyük dünyaya malikdir. İnsan Allah-taalanın nəzərində o qədər geniş lütf və mərhəmətə layiq görülmüşdür ki, hətta “İsra” surəsində bu haqda buyurulur:
وَلَقَدْكَرَّمْنَابَنِيآدَمَ
"Biz, Adəm övladlarını hörmətli etdik.”
Allah-taala məhz insanı yaratdıqdan sonra buyurur:
فَتَبَارَكَاللَّهُأَحْسَنُالْخَالِقِينَ
“Yaradanların ən yaxşısı olan Allah çox böyükdür!"
Təəccüblüdür, yuxarıda ilahi tərifə layiq görülən insan əgər haqq yoldan azarsa, "əsfələ safilin" dərəsinə yuvarlanacaqdır. Odur ki, növbəti ayədə deyilir:
“Sonra isə onu ən aşağı qata qaytaracağıq."
Həmişə böyük və uca dağların ətəyində dərin çuxurlar olduğu kimi, insanın da mənəvi yüksəlişi və təkamülünün yanında sonu bəlli olmayan qorxulu tənəzzül çuxuru vardır. Nə üçün belə də olmasın? Əgər insan bütün bu potensialı və imtiyazları ilə haqq yoldan saparsa, ən aşağı dərəcəyə süqut edər. Kamillik yüksəlişinin əvəzinə qorxulu enişə məruz qalar. İnsan istedad və potensialları zəngin olan bir varlıqdır. Əgər onları islah yolunda istifadə etsə, ən yüksək qürur zirvəsinə ucalar, yox, əgər bütün ağlını və istedadını fəsada, günaha sərf etsə, ən böyük ziyana düşər. Bu da onun ən aşağı dərəcəyə yuvarlanması ilə nəticələnər.
Amma növbəti ayədə belə buyurulur:
"İman gətirib xeyirxah işlər görənlər istisnadır! Onlar üçün tükənməz mükafat hazırlanmışdır.
(إِلَّاالَّذِينَآمَنُواوَعَمِلُواالصَّالِحَاتِفَلَهُمْأَجْرٌغَيْرُمَمْنُونٍ)
Ayədəki (məmnun) sözü “mənn” sözündən alınmış, naqislik mənasındadır. Amma ayədə (ğayru məmnun) ifadəsi “daimi və nöqsansız hədiyyə” mənasındadır.
Bəzilərinin rəyinəəsasən, bu söz minnətsiz verilən hədiyyə mınasındadır. Amma bizim fikrimizəəsasən, birinci təfsir daha münasibdir.
Bəziləri (sonra isə onu ən aşağı qata qaytaracağıq)
ثُمَّرَدَدْنَاهُأَسْفَلَسَافِلِينَ
ayəsini insanın qocalaraq son həddə zəifləyib, hər cəhətdən gücdən düşməsi kimi təfsir etmişlər. Amma növbəti ayədəki istisna bu təfsirin düzgün olmadığını aydınlaşdırır. Xülasə, bu və digər təfsirləri nəzərə alaraq birinci təfsirin daha münasib olduğunu qəbul edirik.
Daha sonra Allah-taala naşükür, laqeyd insana xitab edir və ölüm- dən sonrakı həyatı inkar etməsinin səbəbini soruşaraq deyir:
“Bütün bunlardan sonra haqq-hesab gününü inkar etməyinə nə səbəb oldu?
(فَمَايُكَذِّبُكَبَعْدُبالدين)
Sənin və dünyanın yaradılış sistemi xəbər verir ki, bir neçə günlük həyat Allahın bu əzəmətdə yaratdıqlarının son hədəfi ola bilməz.
Bütün bu yaradılış böyük, ən kamil və sonsuz olan dünyadan xəbər verir. Bütün bu gördüklərimiz həmin sonsuzluq üçün müqəddimə və girişdir. Quran məntiqi ilə desək, birinci başlanğıc sonrakı başlanğıc üçün müqəddimədir:
وَلَقَدْعَلِمْتُمُالنَّشْأَةَالْأُولَىٰفَلَوْلَاتَذَكَّرُونَ
"Siz birinci dünyadan xəbərdar oldunuz. Bəs necə olur ki, (ondan sonra bir dünyanın olacağını) xatırlamırsınız?”
Bitkilər aləmi və təbiət fəsillərin dəyişməsi nəticəsində il boyunca ölümdən sonra həyatı və ölülərin yenidən diriləcəyini bizəəyani şəkildə başa salaraq bu hadisəni gözümüz önündə canlandırır. Dünyanın müxtəlif növ yaradılış sistemi, o cümlədən insanların nütfə vasitəsi ilə həyata gəlmələri məadın olacağına açıq-aşkar nümunədir. Çünki hər insan dünyaya gəldikdə bu, onun üçün yeni bir həyat sayılır. Bütün bu aşkar dəlillərdən sonra insan necə məadı və cəza gününü inkar edir?
Bura kimi dediklərimizdən aydın olur ki, ayənin xitabı bütün insanlara deyil, Peyğəmbərə (s) şamil olunduğu ehtimal edilir. Yəni "mǝada bu qədər açıq-aşkar dəlillər olduqdan sonra kim sənin haqq olmağını təkzib edir?” Amma bu təfsir ümumi məzmundan bir qədər kənardır.
Həmçinin ayədəki “din” sözünün İslam dini deyil, cəza və mükafat gününə işarə olması aydınlaşır. Əlbəttə, növbəti ayədə bu, daha aydın nəzərə çarpır. Ayədə deyilir:
(أَلَيْسَاللهُبِأَحْكَمِالْحَاكِمِينَ)
Məgər Allah hakimlərin ən üstünü deyil?
Əgər ayədəki “din” sözünü şəriət və ayin kimi tərcümə etsək, ayənin tərcüməsi belə olacaq: “Allah-taala əhkam və göstərişləri ilə birlikdə hamıdan daha hikmətli vəəmin deyilmi?! Və ya “Allahın yaratdıqları- nın içində insan daha hikmətli və tədbirlidir.” Amma öncədən dediyimiz tərcümə və təfsir daha düzgün nəzərə çarpır. Hədisdə buyurulmuşdur:
Allahın Rəsulu (s) “Tin” surəsini oxuyarkən (məgər Allah hakimlərin ən üstünü deyil?) ayəsinə çatdıqda buyurarmış:
بلىوأناعَلىذلكَمِنَالشَّاهدين
"Bəli. Allah hakimlərin ən üstünüdür. Mən buna şahidəm."
Tin surəsinin sonu.