Mişkini Tərcüməsi:
And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına (və ya Dəməşqdə və Beytül-Müqəddəsdə olan iki dağa – «Tin» və «Zeytun» dağlarına).
2
Ət-Tin Surəsi, Ayə 2
وَطُورِ سِينِينَ
﴿2﴾
Mişkini Tərcüməsi:
Və and olsun Sina dağına (Allah Musa ilə orada danışmış və Tövratı üç gün dalbadal ayaq üstə qalan Musanın qulağına çatdırmış, onun qəlbinə nazil etmişdi).
3
Ət-Tin Surəsi, Ayə 3
وَهَٰذَا ٱلْبَلَدِ ٱلْأَمِينِ
﴿3﴾
Mişkini Tərcüməsi:
Və and olsun bu əmin-amanlıq (olan) şəhərə (şəriət baxımından toxunulmaz olan Məkkeyi-Müəzzəməyə) ki,
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik).
5
Ət-Tin Surəsi, Ayə 5
ثُمَّ رَدَدْنَٰهُ أَسْفَلَ سَٰفِلِينَ
﴿5﴾
Mişkini Tərcüməsi:
Sonra isə onu rəzillərin ən aşağı dərəcəsinə qaytardıq (maddi cəhətdən cismi və fikri zəiflik halında, mənəvi cəhətdən – bütün dəlillər təqdim edilib tamamlandıqdan sonra – cəhl və bədbəxtlik halında buraxarıq).