Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əş-Şərh (Əl-İnşirah) Surəsi, Ayə 1
أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ
﴿1﴾
Mişkini Tərcüməsi:
Məgər Biz sənin sinəni (köksünü) genişləndirmədikmi? (Sənə bolluca səbr və hövsələ vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə yerləşdirəsən, elmlər, hikmət və din hökmlərinin mədəni olasan, ilahi mənbədən vəhy almaq və bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq edəsən.)
2
Əş-Şərh (Əl-İnşirah) Surəsi, Ayə 2
وَوَضَعْنَا عَنكَ وِزْرَكَ
﴿2﴾
Mişkini Tərcüməsi:
Və (nübuvvət) yükünün ağırlığını səndən götürmədikmi? (Onu sənin üçün yüngül etmədikmi?)
3
Əş-Şərh (Əl-İnşirah) Surəsi, Ayə 3
ٱلَّذِىٓ أَنقَضَ ظَهْرَكَ
﴿3﴾
Mişkini Tərcüməsi:
Elə bir yük ki, onun ağırlığı sənin belini bükmüşdü.
4
Əş-Şərh (Əl-İnşirah) Surəsi, Ayə 4
وَرَفَعْنَا لَكَ ذِكْرَكَ
﴿4﴾
Mişkini Tərcüməsi:
Və adını sənin (əzəmətin) üçün ucaltdıq (ki, bütün kainatda uca məqamlarda zikr olunsun, Allahın adı ilə birgə çəkilsin, tovhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin. Allah, mələklər və insanlar səni mədh etsinlər, şöhrətin tədriclə yer kürəsini əhatə etsin və axirətdə Məhmud – bəyənilən olasan).
5
Əş-Şərh (Əl-İnşirah) Surəsi, Ayə 5
فَإِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا
﴿5﴾
Mişkini Tərcüməsi:
(Bil ki,) şübhəsiz, hər bir çətinliklə yanaşı bir asanlıq var.
6
Əş-Şərh (Əl-İnşirah) Surəsi, Ayə 6
إِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًۭا
﴿6﴾
Mişkini Tərcüməsi:
Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!
7
Əş-Şərh (Əl-İnşirah) Surəsi, Ayə 7
فَإِذَا فَرَغْتَ فَٱنصَبْ
﴿7﴾
Mişkini Tərcüməsi:
(Ya Peyğəmbər) Elə ki (risaləti təbliğ etməkdən) azad oldun, (Allahın ibadətində) çalış!