Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əd-Duha Surəsi, Ayə 1
وَٱلضُّحَىٰ
﴿1﴾
Mişkini Tərcüməsi:
And olsun günəşin doğmasına və aydın gündüzə.
2
Əd-Duha Surəsi, Ayə 2
وَٱلَّيْلِ إِذَا سَجَىٰ
﴿2﴾
Mişkini Tərcüməsi:
And olsun sakitləşməkdə və (hər yeri) bürüməkdə olan gecəyə ki,
3
Əd-Duha Surəsi, Ayə 3
مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ
﴿3﴾
Mişkini Tərcüməsi:
(Ya Muhəmməd), Rəbbin səni tərk etməmiş və (sənə) acığı tutmayıb.
4
Əd-Duha Surəsi, Ayə 4
وَلَلْءَاخِرَةُ خَيْرٌۭ لَّكَ مِنَ ٱلْأُولَىٰ
﴿4﴾
Mişkini Tərcüməsi:
Və şübhəsiz, axirət sənin üçün dünyadan daha xeyirlidir.
5
Əd-Duha Surəsi, Ayə 5
وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰٓ
﴿5﴾
Mişkini Tərcüməsi:
Həqiqətən, Rəbbin tezliklə sənə (o qədər) əta edər ki, (Ondan) razı qalarsan.
6
Əd-Duha Surəsi, Ayə 6
أَلَمْ يَجِدْكَ يَتِيمًۭا فَـَٔاوَىٰ
﴿6﴾
Mişkini Tərcüməsi:
Məgər (O) səni yetim ikən tapıb, sığınacaq və pənah vermədimi?! (Və məgər səni zəmanəndə yeganə və tək tapıb bütün aləmi ətrafında cəm etmədimi?)
7
Əd-Duha Surəsi, Ayə 7
وَوَجَدَكَ ضَآلًّۭا فَهَدَىٰ
﴿7﴾
Mişkini Tərcüməsi:
Və səni (din mərifətlərindən) xəbərsiz tapıb, (vəhy vasitəsilə) yol göstərdi.
8
Əd-Duha Surəsi, Ayə 8
وَوَجَدَكَ عَآئِلًۭا فَأَغْنَىٰ
﴿8﴾
Mişkini Tərcüməsi:
Və səni fəqir və ehtiyac (içində) tapıb, ehtiyacsız etdi.
9
Əd-Duha Surəsi, Ayə 9
فَأَمَّا ٱلْيَتِيمَ فَلَا تَقْهَرْ
﴿9﴾
Mişkini Tərcüməsi:
Belə isə əsla yetimi alçaltma və qovma!
10
Əd-Duha Surəsi, Ayə 10
وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنْهَرْ
﴿10﴾
Mişkini Tərcüməsi:
Və dilənçini (də) acıqla qovma.
11
Əd-Duha Surəsi, Ayə 11
وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ
﴿11﴾
Mişkini Tərcüməsi:
Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qurana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən).