بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əl-Ələq Surəsi, Ayə 1
Kopyala
ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ
﴿1﴾
Mişkini Tərcüməsi:
Oxu! (Bu kitabı bütün məxluqatı) yaradan Rəbbinin adı ilə,
2
Əl-Ələq Surəsi, Ayə 2
Kopyala
خَلَقَ ٱلْإِنسَٰنَ مِنْ عَلَقٍ
﴿2﴾
Mişkini Tərcüməsi:
O, insanı (Adəm övladını) laxtalanmış qandan yaratdı.
3
Əl-Ələq Surəsi, Ayə 3
Kopyala
ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ
﴿3﴾
Mişkini Tərcüməsi:
Oxu (və tərəddüd etmə) ki, sənin Rəbbin (bütün kərimlərdən) daha kərimdir. (O səni oxuma-yazma bilməsən belə oxuda bilər).
4
Əl-Ələq Surəsi, Ayə 4
Kopyala
ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ
﴿4﴾
Mişkini Tərcüməsi:
O (Rəbbin) ki, (bəşərə) qələm vasitəsilə elm öyrətdi.
5
Əl-Ələq Surəsi, Ayə 5
Kopyala
عَلَّمَ ٱلْإِنسَٰنَ مَا لَمْ يَعْلَمْ
﴿5﴾
Mişkini Tərcüməsi:
İnsana bilmədiyini öyrətdi.
6
Əl-Ələq Surəsi, Ayə 6
Kopyala
كَلَّآ إِنَّ ٱلْإِنسَٰنَ لَيَطْغَىٰٓ
﴿6﴾
Mişkini Tərcüməsi:
(İnsan bu nemətlər üçün şükr edirmi?! Xeyr) Belə deyil, (əksinə insan) həqiqətən, azğınlıq edər!
7
Əl-Ələq Surəsi, Ayə 7
Kopyala
أَن رَّءَاهُ ٱسْتَغْنَىٰٓ
﴿7﴾
Mişkini Tərcüməsi:
Özünü ehtiyacsız gördüyü üçün.
8
Əl-Ələq Surəsi, Ayə 8
Kopyala
إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجْعَىٰٓ
﴿8﴾
Mişkini Tərcüməsi:
Şübhəsiz, (bütün canlıların öldükdən sonra dönüşü) sənin Rəbbinədir.
9
Əl-Ələq Surəsi, Ayə 9
Kopyala
أَرَءَيْتَ ٱلَّذِى يَنْهَىٰ
﴿9﴾
Mişkini Tərcüməsi:
Mənə de, məgər o kəs ki, mane olur.
10
Əl-Ələq Surəsi, Ayə 10
Kopyala
عَبْدًا إِذَا صَلَّىٰٓ
﴿10﴾
Mişkini Tərcüməsi:
Bir bəndəyə namaz qıldığı vaxt (məgər o, əzaba layiq deyilmi)?!
11
Əl-Ələq Surəsi, Ayə 11
Kopyala
أَرَءَيْتَ إِن كَانَ عَلَى ٱلْهُدَىٰٓ
﴿11﴾
Mişkini Tərcüməsi:
Mənə de, əgər (namaz qılan şəxs) doğru yoldadırsa,
12
Əl-Ələq Surəsi, Ayə 12
Kopyala
أَوْ أَمَرَ بِٱلتَّقْوَىٰٓ
﴿12﴾
Mişkini Tərcüməsi:
Yaxud (başqalarını) təqvalı olmağa çağırırsa (onda ona mane olmaq yaxşı bir işdirmi)?!
13
Əl-Ələq Surəsi, Ayə 13
Kopyala
أَرَءَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ
﴿13﴾
Mişkini Tərcüməsi:
Mənə de, əgər (bu mane olan haqqı) təkzib edir və üz döndərirsə (məgər əzaba layiq deyildirmi)?!
14
Əl-Ələq Surəsi, Ayə 14
Kopyala
أَلَمْ يَعْلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ
﴿14﴾
Mişkini Tərcüməsi:
Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!
15
Əl-Ələq Surəsi, Ayə 15
Kopyala
كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًۢا بِٱلنَّاصِيَةِ
﴿15﴾
Mişkini Tərcüməsi:
Belə deyildir! (Onun güman etdiyi kimi deyil. O güman edir ki, ona əzab verməyəcəyik). Şübhəsiz, əgər (inadından) əl çəkməsə, onun kəkilindən yapışıb (əzaba doğru) sürüyəcəyik.
16
Əl-Ələq Surəsi, Ayə 16
Kopyala
نَاصِيَةٍۢ كَٰذِبَةٍ خَاطِئَةٍۢ
﴿16﴾
Mişkini Tərcüməsi:
(Yolunu azmış) günahkar yalançının kəkilindən!
17
Əl-Ələq Surəsi, Ayə 17
Kopyala
فَلْيَدْعُ نَادِيَهُۥ
﴿17﴾
Mişkini Tərcüməsi:
(Əgər istəyirsə) öz tərəfdarlarını (köməyə) çağırsın.
18
Əl-Ələq Surəsi, Ayə 18
Kopyala
سَنَدْعُ ٱلزَّبَانِيَةَ
﴿18﴾
Mişkini Tərcüməsi:
Biz də od məmurlarını çağırarıq.
19
Əl-Ələq Surəsi, Ayə 19
Kopyala
كَلَّا لَا تُطِعْهُ وَٱسْجُدْ وَٱقْتَرِب ۩
﴿19﴾
Mişkini Tərcüməsi:
Belə deyildir (o heç bir şey edə bilməz) Sən əsla ona itaət etmə! (Öz Rəbbinə) səcdə et və Ona yaxın ol!