Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
97

Əl-Qədr Surəsi

5 Ayə 30-ci Cüz Məkkədə nazil olub
سُورَةُ القدر Ayətəllah Mişkini Tərcüməsi

Əl-Qədr Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Qədr Surəsi, Ayə 1

بِّسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِنَّآ أَنزَلْنَٰهُ فِى لَيْلَةِ ٱلْقَدْرِ ﴿1﴾

Mişkini Tərcüməsi: Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik (Quran bütünlüklə, bir dəfəyə, feyz mənbəyindən birinci səmaya, yaxud Peyğəmbərin mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə 97|23| il ərzində tədriclə birinci göydən Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin mübarək qəlbindən də ümmətə çatdırıldı).
2 Əl-Qədr Surəsi, Ayə 2

وَمَآ أَدْرَىٰكَ مَا لَيْلَةُ ٱلْقَدْرِ ﴿2﴾

Mişkini Tərcüməsi: Sən nə bilirsən ki, Qədr gecəsi nədir?
3 Əl-Qədr Surəsi, Ayə 3

لَيْلَةُ ٱلْقَدْرِ خَيْرٌۭ مِّنْ أَلْفِ شَهْرٍۢ ﴿3﴾

Mişkini Tərcüməsi: Qədr gecəsi min aydan daha xeyirlidir.
4 Əl-Qədr Surəsi, Ayə 4

تَنَزَّلُ ٱلْمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍۢ ﴿4﴾

Mişkini Tərcüməsi: O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər.
5 Əl-Qədr Surəsi, Ayə 5

سَلَٰمٌ هِىَ حَتَّىٰ مَطْلَعِ ٱلْفَجْرِ ﴿5﴾

Mişkini Tərcüməsi: O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar. Və (o gecə mələklərin yer üzündəki məsumu və saleh bəndələri) salamlama gecəsidir.
Əvvəlki: 96. Əl-Ələq Bütün Surələr ↑ Növbəti: 98. Əl-Bəyyinə