Əz-Zəlzələ Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Zəlzələ surəsi, 1-8-ci ayələr
Zəlzələ surəsi, 1-8-ci ayələr
بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا .١
وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا .٢
وَقَالَ الْإِنسَانُ مَا لَهَا .٣
يَوْمَئِذٍ تُحَدِّثُ أَ خْبَارَهَا .٤
بأَنَّ رَبَّكَ أَوْحَى لَهَا .٥
يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْ .٦
فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ .٧
وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ .٨
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Yerin titrəyib lərzəyə gələcəyi zaman,
2\. Yerin ağır yüklərini bayıra atacağı
3\. və insan: "Yerə nə olub?" - deyəcəyi zaman,
4\. həmin gün yer öz əhvalatlarını danışacaqdır.
5\. Çünki Rəbbin ona vəhy edəcəkdir.
6\. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə- dəstə gələcəklər.
7\. Zərrə qədər yaxşılıq edən onu görəcəkdir.
8\. Zorra qadar pislik edan onu göracakdir.
Ayələrin təfsiri
O gün insan bütün əməllərini görəcək!
Məzmunu və adından məlum olduğu kimi, surə Qiyamətin qopacağından, Qiyamətdən öncə insanları vəhşətə salacaq hadisələrin olacağından və dünyanın sonunun dağınıq halda bitəcəyindən xəbər verir. İlk ayədə deyilir:
“Yerin titrəyib lərzəyə gələcəyi zaman,"
"Yerin ağır yüklərini bayıra atacağı,"
Ayədəki (yerin lərzəsi) sözü ya Yer kürəsinin tamamilə lərzəyə gələrək titrəməsi, ya da Qiyamətin lərzəsinə işarədir.
İkinci ayədəki (əsqal - ağır yük) sözü barəsində təfsirçilər müxtəlif fikirlər irəli sürmüşlər. Bəzilərinin təfsirinə əsasən, bu söz Qiyamətin başlanması səbəbi ilə baş verən zəlzələ nəticəsində yerin özündə olan qəbirlərdən insanları bayıra tullamasıdır. Buna bənzər “İnşiqaq” surəsinin dördüncü ayəsində deyilir:
وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ
“İçindəkiləri kənara atıb boşalacağı”
Bəzilərinin fikrinə görə, (Yer) öz daxilində olan xəzinələri zəlzələ nəticəsində büruzə çıxaracaq və bununla da dünyapərəstləri belə bir xəzinələrdən xəbərsiz qaldıqları üçün məyus edəcəkdir.
Belə bir ehtimal da verilmişdir ki, Yerin alt süxurlarında yerləşən ağır daşlar zəlzələ nəticəsində bayıra töküləcəkdir. Bildiyimiz kimi, belə daşlar nadir hallarda vulkan püskürməsi və ya ciddi zəlzələ zamanı vulkanla birlikdə Yerin alt qatından bayıra tökülür. Amma o gün budaşların hamısının Yerin səthinə tökülməsi böyük və gürultulu bir zəlzələnin başlanmasına səbəb olacaq.
Hər üç təfsirin qəbul olunması mümkün olsa da, birinci təfsir daha münasib və uyğundur.
Hər bir halda, insan ömründə heç vaxt görmədiyi, təsəvvür belə etmədiyi bir səhnə ilə rastlaşıb bərk qorxacaq və vəhşətə düşüb deyəcək: “Və insan: “Yerə nə olub?” – deyəcəyi zaman”
Bir çox təfsirlərdə ayədəki “insan" sözünün “Allahın və Qiyamət gününün varlığına şəkk edən” kafirlərə aid edilməsinə baxmayaraq, burada, mütləq, insandan danışılır. Məhz bu səbəbdən də bu sözün mənasını ehtiva edir. Yəni ən azından bu, bütün insanlara şamil edilə bilər. Çünki Yer kürəsinin ogünkü vəziyyəti kafirlərə aid deyil, əksinə, bütün Yer kürəsinə aiddir.
Buradan belə bir sual da yaranır ki, görəsən, insanların bu vəhşət və heyrəti birinci surdan sonra baş verəcəkdir, yoxsa ikinci? Başa düşülən budur ki, bütün bu baş verənlər birinci surdan sonra baş verəcəkdir. Hansı ki həmin sur dünyanın sonu deməkdir. Çünki dünyanın sonuna böyük bir zəlzələ ilə xitam veriləcəkdir.
Əlbəttə, belə bir ehtimal da vardır: Burada məqsəd oyanış suru, ölülərin dirilməsi və dirilərək qəbirlərdən bayıra atılması nəzərdə tutulur. Çünki növbəti ayələr ikinci sura dəlalət edir.
Amma Quranda iki surun ardıcıl çalınması barəsində təkrar-təkrar qeyd olunan ayələrdən belə başa düşürük ki, birinci sur vəhşətdolu zəlzələ ilə baş verərək dünyanın sonunu gətirəcək. Necə ki bu barədə birinci təfsirdə izah etdik. Buna baxmayaraq, ayədəki "əsqal” sözü Yerin daxili qatında olan yeraltı sərvətlərə, xəzinələrə və metallara aid edilir. Əlbəttə, bu barədə də yuxarıdakı fikirlərin birində danışmışdıq.
“Həmin gün yer öz əhvalatlarını danışacaqdır." Yer üzündə baş vermiş bütün yaxşılıq və pisliklərdən, xeyir və şərdən o gün xəbər verəcəkdir. Bundan da daha mühümü budur ki, yer onda baş verən bütün əməllərə şəxsən özü şahidlik edəcək. O gün insanın ən böyük şahidi yerdir. O, bütün etdiklərimizə şahid və nazir olacaqdır.
Peyğəmbərdən (s) nəql olunan hədisdən oxuyuruq:
# أَتَدْرُونَ ما أَخبارُها؟
\- Bilirsiniz bu ayədəki “xəbərlər” sözü nəyi ifadə edir? Cavabında:
# قالُوا: اللهُ وَرَسُولُهُ أَعْلَمُ:
\- Allah və Peyğəmbəri (s) daha agahdır.
Peygambar (s):
# أَخْبارُها أَنْ تَشْهَدَ عَلى كُلِّ عَبْد وَ أَمَة بِما عَمِلَ عَلَى ظَهْرِهَا، تَقُولُ عَمِلَ كَذَا وَ كَذَا،
# كذا، فَهذا أَخبارُها يوم
\- Yerin xəbər verməsi deyəndə, yəni yer üzündə yaşamış bütün kişi və qadınların əməllərindən xəbər verərək deyəcək, filankəs filan günü filan əməli yerinə yetirdi. Bəli, budur yerin xəbər verməsi.
Peyğəmbərdən (s) nəql olunan digər bir hədisdə buyurulur:
# حافِظُوا عَلَى الْوُضُوءِ َو خَيْرُ أَعْمَالِكُمُ الصَّلاةُ، وَ تَحَفَظُوا مِنَ الْأَرْضِ فَإِنَّهَا أُمُّكُمْ، وَ لَيْسَ فِيها أَحَدٌ يَعْمَلُ خَيْراً أَوْ شَرّاً إِلَّا وَ هِيَ مُحْبِرَةٌ بِهِ!
"Dəstəmaz aldıqda diqqət edin, sizin ən gözəl əməliniz namazdır. Yerdən muğayat olun. Çünki o sizin ananızdır. Elə bir şəxs olmayacaq ki, yer onun xeyir və şər əməllərindən (Qiyamətdə) xəbər verməmiş olsun. "
Əbu Səid Xidridən nəql olunur: "Biyabanda olan vaxt uca səslə azan de. Çünki Allahın Rəsulundan (s) eşitmişəm ki, belə buyurmuşdur:
# لا يَسْمَعُهُ حِقٌّ وَلا انْسٌ وَ لا حَجَرٌ إِلا يَشْهَدُ لَهُ
"Bir balaca daş belə Qiyamət günündə insandan və cindən eşitdikləri barəsində şahidlik edəcəkdir."
Görəsən, doğrudanmı, Qiyamət günündə yer Allahın izni ilə dil açıb danışacaq?
Bəlkə, ayədə insanların əməllərinin nəticəsinin yer üzündə təcəssüm olmasına işarə edilir? Bildiyimiz kimi, əməllərimizin nəticəsi bu gün bizim üçün hiss olunacaq qədər bariz deyildir. Amma buna baxmayaraq, insanın bütün əməllərinin nəticəsi istər-istəməz onun öz ətrafında təsir qoymaqdadır. Zahirdə bilinməyən, amma cihaz vasitəsilə tam çılpaqlığı ilə görünən barmaq izləri kimi, dostun və düşmənin əməl- lərindən xəbər veriləcəkdir. O gün gər şey üzə çıxacaqdır. Yerin xəbər verməsi bu böyük zühurdan savayı bir şey deyildir. Necə ki gözləri yuxusuzluqdan mürgüləmiş bir nəfərə gecə yatmadığından xəbər verərək deyirik: – “Sənin gözlərin bizə axşam yatmadığından xəbər verir.” Yəni biz onun zahiri görünüşündən bunu başa düşürük.
Hər halda, bu məsələ artıq bu gün təəccüblü deyil. Çünki texnologiya əsrində elə cihazlar ixtira olunmuşdur ki, dünyanın harasında olmasından asılı olmayaraq istənilən şəxsin şəklini çəkib səsini yazaraq sübut üçün məhkəməyə təqdim edə bilərik. Hansı ki bunu heç kəs inkar edib yalan saya bilməz.
Keçmişdə yaşayanlar yerin insanın əməllərinə şahidlik etməsinə təəccüblə yanaşsalar da, bu məsələ bu günün insanlarına o qədər də təəccüblü deyil. Çünki bugünkü texnologiya əsrində paltarın bir düy- məsi ilə bütün hadisələri çəkmək və dinləmək mümkündür. Yəni hazırkı əsrimizdə bir çox cinayətlərin üstü məhz bu cihazların vasitəsilə açılmaqdadır.
İmam Əlidən (ə) nəql olunan hədisdən oxuyuruq:
# صَلُّوا مِنَ الْمَساجد في بقاع مُختلِفَة، فَإِنَّ كُلَّ بُقْعَة تَشْهَدُ لِلْمُصَلِّي عَلَيْهَا يَوْمَ الْقِيَامَةِ
"Məscidin müxtəlif yerlərində namaz qılın. Çünki yerin hər bir çınqılı sizin qıldığınız namaz barəsində Qiyamət günü xəbər verəcəkdir."
Əmirəlmöminindən (ə) nəql olunan digər hədisdə isə belə buyurulur:
İmam Əli xalqın ümumi büdcəsinə yığılan pulu onların arasında bölüb büdcəni boşaltdıqdan sonra iki rükət namaz qılıb belə dua edərdi:
# اشْهَدِى أَنِّى مَلَا تُكَ بِحَقِّ، وَ فَرَّغْتُكَ بِحَقِّ
"Sən Qiyamət günü şahidlik edərsən ki, mən səni haqla doldur- dum və haqqı olanlarla böldüm.”
Ayənin davamında buyurulur:
“Çünki Rəbbin ona vəhy edəcəkdir.”
Yer bu əmri yerinə yetirməkdə qətiyyən süstlük etməyəcəkdir. Həmçinin ayədəki (əvha) sözü buna dəlildir. Yəni yerin bu israrlı və təkid olunmuş bir mövzuda süstlük etməsi qeyri-mümkündür. Ümu- miyyətlə, belə bir işin baş verməsi yerin təbiətindən xaricdir. Çünki bu əmri ona Allah vəhy edir.
Bəzi təfsirçilərin dediklərinə əsasən, Allah yerə öz bətnində olan- ları üzə çıxarması barəsində vəhy edəcəkdir. Amma birinci təfsir daha münasibdir.
Daha sonra buyurulur:
"O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər.
(يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَانًا لِّيُرَوْا أَعْمَالَهُمْ)
Ayədəki (əştat) sözü (şət) sözünün cəm forması olaraq pərakəndə, parçalanmış, ayrı düşmüş mənasındadır. Bu söz ola bilər ki, Qiyamət günündə hər bir tayfa və qövmün ayrı-ayrılıqda özlərinin müxtəlif cəhətlərdən məhşərə daxil olacaqlarına işarədir.
Eyni zamanda:
\- Yerin müxtəlif coğrafi məntəqələrindən məhşərə daxil olacaqlar. - Bəzi dəstələr şad-xürrəm, üzlərində təbəssüm, bəziləri isə bunların əksi olaraq, qəm-kədərli və qaralmış simada daxil olacaqlar,
\- Və ya Quranda buyurulduğu kimi, “hər dəstə öz imam və rəhbəri ilə daxil olacaqdır.”
\- Digər təfsir də bundan ibarətdir ki, möminlərlə möminlər, kafirlərlə də kafirlər məhşur olacaqdır.
Ayənin mənası olduqca geniş olduğu üçün yuxarıda gətirilən təf- sirlərin hamısını ayəyə şamil etmək mümkündür.
Ayədəki (yəsduru) sözü “sədr” sözündən alınmış, dəvələrin həyəcanlı və ürkək şəkildə gölməçədən (dəvələrin su içdiyi yer) ayrıldığı yerə deyilir. Onlar su içməyə aramlıqla gəlsə də, oradan sahibləri tərəfindən sanki qovularaq ayrıldığı üçün həyəcanlı və ürkək olur. Məhz bu səbəbdən də məcazi olaraq Qiyamət səhnəsinə təşviş, həyəcan və ürkək halda gəlmiş insanlar həmin dəvələrə bənzədilib. Sanki nə baş verdiyindən hələ xəbər tutmamış kimi qəbirlərdən ayılıb həyəcanla hesaba çəkilmək üçün məhşərə tərəf gedirlər.
Bəzilərinin təfsirinə əsasən isə bu söz məhşərdən çıxaraq behiştdəki yerlərinə tərəf getmək kimi təfsir olunur.
Əlbəttə, birinci məna öncəki ayələrlə daha uyğundur.
Sonda (Əməllərinin onlara göstərilməsi üçün) cümləsi əməl dəftərlərinin müşahidəsi deməkdir. Əlbəttə, bu barədə də izahlar çoxdur. O cümlədən: “əməl dəftərindəki yaxşı və pis əməlləri müşahidə etmək üçün gələcəklər. Hansı ki yalnız həmin dəftərdə yazılmışdır; ya etdikləri əməllərinin batini simasını müşahidə etmək, onlar barəsində bilgiyə yiyələnmək üçün gələcəklər, ya da etdikləri əməllərin təcəssümünü müşahidə etmək üçün gələcəklər.” kimi təfsirlər irəli sürülür.
Amma sonuncu təfsir digər təfsirlərdən, ayənin məzmununa baxmayaraq, daha münasibdir. Bu ayə əməllərin təcəssümündən daha aydın şəkildə danışan ayələrdən biridir. O gün insanların əməlləri uyğun şəkildə təcəssüm edəcək və sahibinin qarşısında duracaqdır. Həmin əməllərlə birgə olmaq ya səfa gətirəcək, ya da əzab.
Daha sonra Qurani-Kərim insanlardan təşkil olunmuş hər iki dəs- təyə yaxşılara və pislərə, mömin və kafirlərə işarə edərək buyurur: “Zərrə qədər yaxşılıq edən onu görəcəkdir." “Zərrə qədər pislik edən onu görəcəkdir.”
Bu ayələrin təfsiri barəsində də bir neçə sual irəli çıxır: Görəsən, məhşərdəki insanlar əməllərin cəzasını görəcəklər? Ya əməl dəftərini müşahidə edəcəklər? Yoxsa, əməlin özünü görəcəklər?
Zahirən ayələr əməllərin təcəssümünə bir daha işarə edir. Ayǝlərin məzmununa əsasən, əməllər pis və ya yaxşı, habelə kiçik və böyük olmasından (hətta zərrə qədər olsa belə) asılı olmayaraq, sahibinin qarşısında təcəssüm edəcək. Yəni hər bir əməlin sahibi öz əməlinin təcəssümünü qarşısında hazır şəkildə müşahidə edəcəkdir.
Ayədəki (misqal) sözü lüğətdə ağırlıq mənasında işlənməsi ilə yanaşı, həm də bu sözdən kilo vahidi kimi istifadə olunur. Burada birinci mənada istifadə olunmuşdur.
Həmçinin ayədəki (zərrə) sözü barəsində təfsirçilər çox geniş izahlar və fərqli fikirlər irəli sürmüşlər. Bu sözdə bəzən “kiçik qarışqa, Günəşin şüası altında görünən xırda toz dənələri və bəzən əli yerə vurub çəkdikdə ələ yapışan xırda toz dənələri” nəzərdə tutulmuşdur.
Bildiyimiz kimi, bu gün “zərrə” sözünü “atom” sözü ilə yanaşı işlədir və çox vaxt "atom" sözündən istifadə edirlər. Hətta bu gün atomlardan təşkil edilmiş “atom bombası" deyilən təhlükəli bir bomba da ixtira edilmişdir. Atomlar o qədər kiçikdirlər ki, hətta mikroskop altında belə görünmələri dəqiq deyil. Yalnız onların qoyduqları təsir nəticəsində alimlər söz deyə bilirlər. Atom maddi olmasına baxmayaraq, onun enini, uzunluğunu və həcmini bilmək mümkün deyil. Atomlar o qədər kiçikdirlər ki, bir tam onda beş milyon dənəsi bir balaca iynənin ucu boyda olur. Ayənin zahirinə əsasən, bunu deyə bilərik ki, “zərrə" sözünün lüğət və terminoloji mənasını nəzərə almasaq, bu söz əməllərin ən kiçiyinə dəlalət edir. Yəni bu tərəzidə, bu məhşərdə heç bir şey Allahın nəzərindən yayınmayacaq.
Hər halda, bu ayə Quranın qəlbi titrədən, dizləri əsdirən ayələrindəndir. Allah-taalanın o gün hesab-kitabı olduqca dərin və dəqiq olacaqdır. Qiyamət gününün tərəzisi o qədər incə, o qədər “qrama” həssasdır ki, hətta ən zərif, ən incə əməli ölçmək və barəsində hökm çıxartmaq onun üçün çətin deyildir.
İncəliklər:
1\. Qiyamət sorğu-sualında dəqiqlik və ciddilik
Təkcə bu surənin son ayələrindən deyil, Quranın müxtəlif surələ- rinin bəzi ayələrindən də belə başa düşürük ki, Qiyamət günündə bütün hesab-kitablar və sorğu-suallar olduqca dəqiq, mükəmməl, ciddi olacaqdır. "Loğman” surəsinin 16-cı ayəsində oxuyururq:
يَا بُنَيَّ إِنَّهَا إِنْ تَكُ مِثْقَالَ حَبَّةٍ مِنْ خَرْدَلٍ فَتَكُنْ فِي صَحْرَةٍ أَوْ فِي السَّمَاوَاتِ أَوْ فِي
الْأَرْضِ يَأْتِ بِهَا اللَّهُ إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ
“Oğlum! (Gördüyün yaxşı və ya pis iş) bir xardal dənəsi ağırlığında da olsa, bir daşın içində, yaxud göylərdə və ya yerin dibində də olsa, Allah onu (Qiyamətdə hesablamaq üçün) gətirər. Allah dəqiq, xəbərdardır."
"Xardal" dənli bitkilərin arasında dəni ən kiçik olan bitkilərdəndir. Burada əməlin kiçikliyinin həcmini bildirmək üçün bu sözdən istifadə olunmuşdur. Yəni əməlin kiçik və böyüklüyündən asılı olmayaraq, bu, Allahın nəzərindən yayınmır.
Yuxarıdakı ayədən aydın şəkildə başa düşülür ki, Qiyamət gününün Mühasibi bütün əməlləri mühasibə edəcək və Onun nəzərindən heç bir əməl yayınmayacaq, hər bir əməli hesaba salacaqdır. Həmçinin bu ayə Qiyamətdə olacaq digər mühüm bir xəbərdarlığı da bizim diqqətimizə çatdırır. O da bundan ibarətdir ki, o günün Mühasibi ən kiçik günahı və ya ən kiçik xeyir əməli belə əhəmiyyətli sayaraq barəsində qərar çıxarır. Xülasə, kiçik və böyüklüyündən asılı olmayaraq, Allahın hesabına daxil olan heç bir əməl əhəmiyyətsiz deyildir.
Bəzi təfsirçilər yazırlar ki, Peyğəmbərin (s) bəzi səhabələri az miqdarda sədəqə verməyə elə də əhəmiyyət verməz, “mükafat yalnız o şeylərə verilər ki, bizim üçün onların böyük dəyəri var. Kiçik şeylər bizim əhəmiyyət vermədiklərimizdir.” - deyərmişlər. Bununla yanaşı, kiçik günahlara da etinasız yanaşarmışlar. Bu ayə nazil olur və onları kiçik olan yaxşı əməllərin icrasına, kiçik günahlardan qorunmağa çağırır.
2\. Bir suala cavab
Ayələrdə Qiyamət günü Allahın sorğu-sualının çox dəqiq, əməlləri ölçən tərəzisinin ən xırda əməlləri ölçəcək qədər incə olacağı buyurulur. Allah-taala bu ayələrdə insanları xəbərdar edir ki, sorğu-sual edəcəyi əməl hər nə olursa, əhəmiyyətsiz deyil və insanlar onların hamısını o gün müşahidə edəcəklər. Bəs bu dediklərimiz Allahın "təkfir", "batil etmək-aradan aparmaq", "ofv", "tövbə" və bağışlanmaqdan danışan ayələrilə necə uzlaşır? Bəzi ayələrdən küfrün yaxşı əməlləri aradan apardığını və batil etdiyini oxuyuruq. Məsələn, Allah-taala “Zumər” surəsinin 65-ci ayəsində buyurur:
لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ
“Əgər müşrik olsan, bütün əməllərin puç olacaq."
Bəzi ayələrə əsasən, insanın küfrə düşməsi və kafir olması onun yaxşı əməllərini sıradan çıxartdığı kimi, bunun əksi də baş verir. Yəni insanın yaxşı əməlləri də onun pis əməllərini əməl dəftərindən silə bilir. O cümlədən “Hud” surəsinin 114-cü ayəsində deyilir:
إن الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَات
"Çünki yaxşı işlər pis əməlləri yuyub aparır."
Həmçinin tövbədən və bağışlanmaqdan danışan ayələrdə insanların tövbə vasitəsi ilə bütün günahlarının məhv olacağından danışılır. Bütün bu sadaladıqlarımıza baxmayaraq, Qiyamət günündə bütün yaxşı və pis əməllərimizi necə müşahidə edəcəyik?
Sualın cavabı üçün mühüm olan bir mətləbə diqqət yetirmək lazım- dır. “Zəlzələ” surəsinin son iki ayəsi ümumi (zərrə qədər yaxşı və pis əməllərin təcəssümü) qanundur. Bildiyimiz kimi, hər bir qanunun, xüsusən də ümumi qanunların istisna halları mövcuddur. Yəni hər bir qanunda istisna və alternativ yollarının olması mümkündür. Odur ki, "təkfir", "batil etmək, aradan aparmaq”, “əfv”, “tövbə” və “bağışlan- maqdan" danışan ayələr ümumi qanunun istisnalarıdır.
Sualın digər cavabı da budur ki, əməllərin aradan getməsi, küfrün yaxşı əməli, yaxşı əməlin küfrü aradan aparması, o cümlədən tövbə və bağışlanmaq borc dəftərindən borcun silinməsi kimidir. Borc dəftərindən borc silinərkən yazı orada qalmaq şərti ilə üzərindən xətt çəkilir.
Bu məsələ də eyni ilə borc dəftərindən borcun yazılı surətinin qalması ilə yanaşı, üzərindən xəttin çəkilməsi kimidir. İnsanlar Qiyamətdə etdik- ləri əməlləri müşahidə etsələr də, onların bəzilərinin üzərindən xətt çəkildiyini görəcəklər. İnsana etdiyi günahlar göstərilsə də, bağışlan- mışlara görə əzab verilməyəcəkdir. Və ya tam əksinə olaraq, insan bəzi yaxşı əməllərini müşahidə etsə də, günahlar vasitəsi ilə aradan getdiyi üçün ona savab verilməyəcəkdir.
Əlbəttə, bağışlanmaq və əfv olunmaq üçün öncə həmin ləyaqəti əldə etmək lazımdır. Çünki bağışlanmağa layiq olmayan şəxslər heç Qiyamət günündə də bağışlanmayacaqlar. Həmçinin tövbə etməyin özü yaxşı əməllər sırasındadır. Tövbə edərək xeyir əməllər etmək insana bağışlanmaq üçün ləyaqət verir.
3\. Ən əhatəli Quran ayələri
Abdullah ibn Məsuddan belə nəql olunur: Qiyamət günü əməl- lərin təcəssümü barəsində ən tutarlı və əhatəli olan ayələr "Zəlzələ” surəsinin sonuncu ayələridir.
فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّة خَيْرًا يَرَهُ. وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ
Bu ayələr bütün sahələrdə daha geniş və əhatəlidir. Bu ayə hər bir insanın qəlbinin dərinliklərində olan imanı ehtiva edib, onu haqq yoldan sapmamağa vadar edərək bütün fitnə-fəsadlardan amanda saxlayır. Hədislərin birində deyilir ki, bir kişi Peyğəmbərin (s) yanına gəlibdeyir:
"Mənə Allahın sənə öyrətdiyindən öyrət."
Peyğəmbər (s) səhabələrindən birinə ona Quran öyrətməsini tapşırır. Həmin səhabə ona “Zəlzələ” surəsini öyrədir. Həmin kişi bu surə ilə kifayətlənir, ayağa qalxıb deyir:
Mənə bu qədər kifayətdir.
Peyğəmbər (s) buyurur:
\- Daha onunla işin olmasın, o, alim oldu.
Peyğəmbərin (s) nə demək istədiyi çox aydındır. Çünki həmin kişi ən kiçik əməllərinin belə sorğu-sual olunacağını öyrəndiyi üçün artıq öz əməllərinə diqqət yetirəcək. Bu isə ən böyük tərbiyə vasitəsidir.
Əbu Səid Xudridən nəql olunan digər rəvayətdə deyilir: Bu ayələr nazil olduqdan sonra dedim:
\- Ey Allahın Rəsulu, mən bütün əməllərimi görəcəyəm? Buyurdu:
\- Bəli.
\- O böyük işləri də?
\- Bəli.
\- Ən kiçik işlərimi belə?
\- Bəli.
Dedim:
\- Vay olsun mənə! Anam məni yasımda ağlasın! Buyurdu:
\- Müjdə olsun sənə, ey Məsudun oğlu. Çünki bütün yaxşılıqların hamısı on qatdan yeddi yüz qata kimi artıq yazılır. Allah-taala istədiyi şəxslər üçün, hətta bunu artıq da yazır. Amma günahlara gəldikdə isə, hər günaha bir əzab yazılır və çox vaxt Allah onu bağışlayır. Bil ki! Heç kəs öz əməlinə görə nicat tapmayacaqdır.
Dedim:
\- Ey Rəsulallah! Hətta siz də?
Buyurdu:
\- Bəli. Hətta mən də. Amma Allah öz rəhmətini bizim üçün nazil edərək halımıza şamil etsə, nicat taparıq. \[14\]
Zəlzələ surəsinin sonu.