Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
99

Əz-Zəlzələ Surəsi

8 Ayə 30-ci Cüz Mədinədə nazil olub
سُورَةُ الزلزلة Ayətəllah Mişkini Tərcüməsi

Əz-Zəlzələ Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əz-Zəlzələ Surəsi, Ayə 1

إِذَا زُلْزِلَتِ ٱلْأَرْضُ زِلْزَالَهَا ﴿1﴾

Mişkini Tərcüməsi: Yer özünə məxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyişlə titrədiyi zaman,
2 Əz-Zəlzələ Surəsi, Ayə 2

وَأَخْرَجَتِ ٱلْأَرْضُ أَثْقَالَهَا ﴿2﴾

Mişkini Tərcüməsi: Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman,
3 Əz-Zəlzələ Surəsi, Ayə 3

وَقَالَ ٱلْإِنسَٰنُ مَا لَهَا ﴿3﴾

Mişkini Tərcüməsi: Və (onun köksündən çıxan) insan (təəccüb və dəhşətlə): «Buna, nə olub?!» – deyəcəyi zaman
4 Əz-Zəlzələ Surəsi, Ayə 4

يَوْمَئِذٍۢ تُحَدِّثُ أَخْبَارَهَا ﴿4﴾

Mişkini Tərcüməsi: Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar).
5 Əz-Zəlzələ Surəsi, Ayə 5

بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا ﴿5﴾

Mişkini Tərcüməsi: Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir.
6 Əz-Zəlzələ Surəsi, Ayə 6

يَوْمَئِذٍۢ يَصْدُرُ ٱلنَّاسُ أَشْتَاتًۭا لِّيُرَوْا۟ أَعْمَٰلَهُمْ ﴿6﴾

Mişkini Tərcüməsi: O gün insanlar əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb (haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) onlara göstərilsin deyə (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar.
7 Əz-Zəlzələ Surəsi, Ayə 7

فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًۭا يَرَهُۥ ﴿7﴾

Mişkini Tərcüməsi: Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir.
8 Əz-Zəlzələ Surəsi, Ayə 8

وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍۢ شَرًّۭا يَرَهُۥ ﴿8﴾

Mişkini Tərcüməsi: Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir.
Əvvəlki: 98. Əl-Bəyyinə Bütün Surələr ↑ Növbəti: 100. Əl-Adiyat