Xanım Fatimə (ə) barədə çoxlu sayda ayələr nazil olmuşdur və onlar müştərək şəkildə həm xanım Fatimə (ə), həm də Ali-Əba (ə) barəsindədir. O cümlədən, aşağıdakı ayələrə işarə edə bilərik:
1) Kövsər surəsi:
انا اعطيناك الكوثر* فصل لربّك وانحر* انّ شانئك هو الابتر
Şiə və sünni təfsirçiləri bu surənin xanım Zəhra (ə) barəsində nazil olmasını söyləmişlər.
Əhli-sünnə təfsirçiləri:
1. Beyzavi, öz təfsirində “kövsər” sözünün təfsiri ilə bağlı. (1)
2. Şeyxzadə, Beyzavi təfsirinə yazdığı haşiyədə.
3. Şəhabuddin Beyzavinin təfsirinə yazdığı və “Ğayətul-qazi” adlandırdığı haşiyənin 3-cü səhifəsində.
4. Əbubəkr Həzrəmi “əl-Qovlul-fəsl” adlı kitabının 457-ci səhifəsində. Həmçinin, əhli-sünnə təfsirçilərinin əksəriyyəti “kövsər” surəsinin xanım Zəhranın (ə) şənində nazil olmasını etiraf etmişlər.
5. Fəxri Razi öz təfsirində yazır: “Kövsər” Peyğəmbərin (s) övladlarıdır. Ona görə ki, bu surə həzrəti övladı olmadığı üçün məzəmmət etdikləri zaman nazil olmuşdur. Onun mənası budur ki, Allah-taala həzrətə həmişə davam edəcək bir nəsil verəcəkdir. Görün Əhli-beytdən (ə) nə qədər kəslər öldürülmüşdür, lakin bununla belə aləm onların varlığı ilə doludur. Amma Bəni-Üməyyədən nəzərə çarpacaq kimsə qalmamışdır. (2)
2) Təthir ayəsi:
اِنَّما يُريدُ اللَّه لِيُذْهِبَ عَنْكُم الرِّجسَ اَهلَ البَيت وَيُطَهِّرَكُمْ تَطْهِيراً
Ümmü Sələmə deyir: “Bu ayə nazil olduğu zaman, Peyğəmbər (s) Əlini (ə), Fatiməni (ə), Həsən (ə) və Hüseyni (ə) yanına çağırıb buyurdu: “Bunlar mənim Əhli-beytimdir.”” (3)
Təbəri Əbi Həmradan olan sənədi ilə belə nəql edir: “Mən Peyğəmbər (s) zamanında altı ay Mədinədə olmuş və həzrətin bu müddətdə dan yeri ağarandan Əli (ə) və Fatimənin (ə) evinə gələrək “namaz vaxtıdır, namaz!
إِنَّما يُريدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهيراً (4) – deyə buyurduğunu eşitmiş və görmüşəm.
3) Məvəddət ayəsi:
قُلْ لا أَسأَلُكُمْ عَلَيهِ أَجراً اِلَّا الْمَوَدَّةَ فِى الْقُربى
“(Ey mənim rəsulum!) de: “Mən sizdən peyğəmbərliyimin əvəzində qohumlarıma (Əhli-beytimə) sevgidən başqa bir muzd istəmirəm.”” (5)
Süyuti İbn Abbasdan belə rəvayət edir: “Bu ayə Peyğəmbərə (s) nazil olduqda, səhabələr dedilər: “Ey Allahın Rəsulu (s)! Məhəbbət göstərməyi bizə vacib edilən yaxınlarınız kimlərdir?” Peyğəmbər (s) buyurdu: “Əli, Fatimə və onun iki övladı!”” (6)
İmam Sadiq (ə) Əbu Cəfər Əhvələ buyurdu:
“Bəsrə əhalisi bu ayə قُلْ لا أَسأَلُكُمْ عَلَيهِ أَجراً إِلَّا الْمَوَدَّةَ فِى الْقُربى barədə nə deyir? ”
Dedi: “Sizə fəda olum! Onlar deyirlər ki, “Bu ayə Allah Rəsulunun (s) qohumları barəsindədir.”
Həzrət buyurdu: “Yalan deyirlər! Yalnız biz Əhli-beyt – Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) – “Kisa əhli” haqqında nazil olmuşdur!”” (7)
4) في بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فيهَا اسْمُهُ – ayəsi.
“(Bu işıqlı çıraq) Allahın tikilib ucaldılmasına izn verdiyi və içində Allahın adının zikr edildiyi evlərdədir.” (8)
Ənəs ibn Malik və Bureydə nəql edir: “Allahın Rəsulu (s) « في بُيُوتٍ أَذِنَ اللَّهُ … ayəsini oxuduğu zaman, bir şəxs ayağa qalxıb soruşdu: “Ey Allahın Rəsulu (s)! Bunlar hansı evlərdir?” Buyurdu: “Peyğəmbərlərin evləridir.”
Əbubəkr qabağa gəlib dedi: “Ey Allahın Rəsulu (s)! Əli (ə) və Fatimənin (ə) evi də bu evlərdəndirmi?”
Həzrət buyurdu: Bəli! Hətta onların ən yaxşısıdır!” (9)
5) « قل تعالوا ندع ابناءنا و ابناءكم و نسائنا و نسائكم و انفسنا و انفسكم …»؛
Əbu Səiddən belə rəvayət edilmişdir: Bu ayə nazil olduğu zaman, Allahın Rəsulu (s) Əlini (ə), Fatiməni (ə), Həsən (ə) və Hüseyni (ə) öz yanına çağırdı və dedi: “İlahi! Bunlar mənim əhli-beytimdir!” (10)
6) فتلقى آدم من ربه كلمات فتاب عليه انه هو التواب الرحيم (11)
İbn Abbasdan belə rəvayət olunur: Peyğəmbərdən (s) Adəmin (ə) Rəbbindən bəzi kəlmələr öyrənməsi və Allahın onun tövbəsini qəbul etməsi barədə soruşdum. Buyurdu: “Allahdan Məhəmməd (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseynin (ə) haqqına xatir tövbəsini qəbul etməsini istədi və Allah da qəbul etdi.” (12)
7)
وَيُطْعِمُونَ الطَّعامَ عَلَى حُبِّهِ مِسْكِيناً وَيَتِيماً وَأَسِيراً* إِنَّما نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَآءً وَلَا شُكُوراً
“Onlar özləri istədikləri (ehtiyac duyduqları) yeməyi kasıba, yetimə və əsirə verərlər (və deyərlər): “Biz sizi yalnız Allaha xatir yedirdirik və sizdən nə əvəz, nə də bir minnətdarlıq gözləyirik!” (13)
Bu ayənin nazilolma şəni barədə İbn Abbas deyir:
İmam Həsən (ə) və İmam Hüseyn (ə) xəstələnmişdi və Allahın Rəsulu (s) bir neçə adamla onlara baş çəkməyə gəldi. Onlar dedilər: Ey Əbəl-Həsən (ə)! İki övladın üçün nəzir et! Həzrət Əli (ə), Fatimə (ə) və onların kənizi Fizzə nəzir etdilər ki, əgər onların iki övladı sağalsa, üç gün oruc tutacaqlar. Onların hər ikisi sağaldı, lakin evlərində heç nə yox idi. Həzrət Əli (ə) üç peymanə (ölçü vahidi) arpa borc aldı və Fatimə (ə) onun bir peymanəsini un elədi və saylarına uyğun olaraq çörək bişirdi.
Onlar çörəklərini qabaqlarına qoyub iftar eləmək istədikləri zaman, bir möhtac (fəqir) şəxs onların yanına gəlib dedi: Salam olsun sizə, ey Məhəmmədin (s) Əhli-beyti! Mən müsəlman miskinlərdən biriyəm! Mənə yemək verin! Allah da sizə cənnət yeməkləri versin! Onların hamısı öz yeməklərini ona verdilər və dillərinə sudan başqa, bir şey dəymədən gecəni səhərə çatdırdılar və sübh də yenə oruc tutdular. Əsr vaxtı çörəyi öz qabaqlarına qoydular ki, iftar eləsinlər, bu zaman onların yanına bir yetim gəldi və hamılıqla çörəklərini ona verdilər. Üçüncü gün də bir əsir gəldi və onlar bu işi təkrar etdilər. Sübh olduqda, həzrət Əli (ə) İmam Həsənlə (ə) İmam Hüseynin (ə) əlindən tutaraq Allah Rəsulunun (s) yanına gətirdi. Həzrət onlara nəzər saldıqda – onlar aclığın şiddətindən titrəyirdilər – buyurdu: Sizin bu halınızı müşahidə etmək məni həddən artıq narahat edir. Həzrət ayağa qalxdı və onlarla yola düşdü. Fatimənin (ə) öz mehrabında olduğunu gördü. Onun beli qarnına yapışmış, gözlərinin altı qaralmışdı. Həzrət (s) bu halı görüb narahat oldu.
Cəbrail (ə) həzrət Rəsulun yanına nazil olub buyurdu: “Bunu götür, ey Məhəmməd (s)! Allah-taala sənə əhli-beytinlə bağlı təbrik edir. Sonra “Həl-Əta” surəsini Peyğəmbərə (s) oxudu.”(14)
Ayə üçün bu naziolma səbəb və şənini əhli-sünnə alimlərinin çoxu nəql etmişlər. (15)
İstifadə olnumuş ədəbiyyat:
1. “Ənvarut-tənzil və əsrarut-təvil”, səh. 1156.
2. “Kəbir” təfsiri, c. 30, “Kövsər” surəsinin təfsiri.
3. Hakim, “Mustədrək”, c. 3, səh. 158, hədis 4705; “əs-Sunənul-kubra”, c.7, səh. 63
4. Təbəri, “Tarix”, c. 11, səh. 589; İbn Əkasir, “Tarixu Diməşq”, c. 42, səh. 137.
5. “Şura” surəsi, ayə 23.
6. “Durrul-mənsur”, c. 6, səh. 7; Hakim, “Mustədrək”, c. 3, səh. 172; “Məcməuz-zəvaid”, c. 9, səh. 168; “Kəşşaf”, c. 4, səh. 219
7. “Kafi”, c. 8, səh. 79, hədis 66; “Qurbul-əsnad”, səh. 128.
8. “Nur” surəsi, ayə 36.
9. “Durrul-mənsur”, c. 6, səh. 203; “Ruhul-məani”, c. 18, səh. 174.
10. “Həmd” surəsi, ayə 6.
11. “Bəqərə” surəsi, ayə 37.
12. “Zəxairul-uqba”, səh. 24-25. (Xanım Fatimənin (ə) nəqlinə əsasən, Peyğəmbərin (s) qəlbinin şad olması.)
13. “İnsan” surəsi, ayə 8-9.
14. “əl-Qədir”, c. 3, səh. 161
sibtayn.com